=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 51
yətdədir. Məşhurları: ağsaqqallar Qəhrəman ağa, Hüseyn
Xanməmmədov, İbrahim Bəxtiyaroğlu, Məhəmməd Şahver-
diyev, əməkdar müəllim Abdulla Mustafayev, alimlər Ələddin
Mahmudov, Tapdıq Həsənov, veteran müəllimlər Xanəhməd
Həsənov, Ağacan Əliyev, təhsil təşkilatçısı Adil Əhmədov, ic-
timaiyətçi İslam Məmmədov, jurnalist Dilqəm Şahverdiyev,
şair Kərim Qəlbigül vb.
VAXTANGİS kəndi – Qarayazı düzündə, Qardabani–
Böyükkəsik şose yolu kənarında, rayon mərkəzindən 9 km
gündoğar səmtdə. Əvvəlki adı Ulyanovka-Voykovo olub (el
içində Vayovka deyilib), 1991-ci ildə adı Vaxtangis qoyulub.
Ərazisi: 1400 ha. Əhalisi: 1926’da 179 nəfər; 2002’də 2592
nəfər (2332 nəfər azərbaycanlı). Orta məktəb (2006’da 329
şagird, 27 müəllim) var. Məşhurları: Rza Məmmədov, Müsəl-
lim Musayev, Musa Musayev, Lətif İsayev, Məhəmməd
Ömərov, Müseyib Əhmədov, Osman Dələnoğlu vb.
VAZİANİ kəndi – Martğop səmtdədir, əsasən gürcülər,
qismən də azərbaycanlılar məskundurlar.
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 52
MARNEULİ RAYONUNDA – Ölkənin cənub-şərqində.
Orta illik temperatur +12 c°. 1917-ci ilədək Tiflis quberniya-
sının Borçalı qəzasına, 1929-cu
ilədək Lüksemburq rayonuna da-
xil olub, 1929'dan Borçalı rayonu
kimi ayrıca inzibati vahidə çev-
rilmişdi. 1947-ci il 18 mart tarix-
dən Marneuli rayonu adlanır.
Hüdudları: şərqdə Qardaban ra-
yonu; şimalda Tetricğaro və
Qardaban rayonları; cənubda
Azərbaycan
və
Ermənistan;
qərbdə
Bolnis
rayonu.
Ərazisindən Xram (Ehrəm), Alget
(Əlyət), Debed (Dəvədöy), Kür,
Bənövşə çayları axır. Alget çayı
başlanğıcını Trialet silsiləsinin
güney yamaclarından götürür,
uzunluğu 108 km., hövzə genişliyi 763 kv. km.-dir, Kür çayına
tökülür. Dəvədöy çayı Ermənistanda Cavaxet dağ silsiləsindən
başlayır, Gürcüstanda Sadaxlı kəndi yaxınında düzənliyə çıxır,
Xram çayına tökülür, uzunluğu 178 km., hövzə genişliyi 4,1
min kv. km.-dir. Rayon ərazisindən Tbilisi–İrəvan, Tbilisi–
Qazret dəmiryolları, Tbilisi–Sadaxlı, Tbilisi–Bolnisi avtomobil
yolları, Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum
qaz kəməri keçir. Təbii ehtiyatlar, o cümlədən tikinti
materialları (mərmər, bazalt, qranit, qum, kirəc) zəngindir.
Ağcaqala (Quşçu qalası), Baydar qalası rayonun ərazisindədir.
Rayon mərkəzi: Marneuli şəhəri. Ərazisi: 935,2 kv. km., o
cümlədən kənd təsərrüfatına yararlı 610 kv. km. Əhalisi:
1989-cu ildə 115.500 nəfər, 2002’də 124.332 nəfər (hər kv.
km.-ə 126,4 nəfər; ölkə əhalisinin 2,7%-i). Rayon qəzeti
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 53
gürcü və Azərbaycan dillərində çap olunur. Rayonda yığcam
və çoxluq halında azərbaycanlılar yaşayırlar. Rayonda
azərbaycanlıların sayı: 1979'da 72.965 nəfər (72,6%),
1989'da 91.923 nəfər (76,3%), 2002’də 98.245 nəfər (79%).
90 yaşayış məntəqəsi, 1 şəhər, 1 qəsəbə, 16 kənd məclisi, 72
kənd var. Rayonun kənd əhalisinin (94.526) ümumi cəmində
azərbaycanlılar 86,4%, gürcülər 7,8%, ermənilər, ruslar da
cüzi faizi tuturlar. Rayonun 72 kəndindən 51-inin sakinləri
elliklə soydaşlarımızdır. Rayonda soydaşlarımız Sadaxlı,
Qızılhacılı, Qaçağan, Alget, Sabirkənd, Əzizkənd, Təzəkənd,
Hacıisəkənd, Böyük Muğanlı, Candar, Daştəpə, Kürtlər, Bay-
dar, Bəylər, Hallavar, Lecbədin, Saral, Araplı, Qasımlı, Ulaşlı,
Ağəmmədli, Quşçu, İmir, Dəmyə-Görarxı, Ağqula, Axlılələ,
Axlımahmudlu, Təkəli, Xancığazlı, Xocornu, Xüldərə, Baytallı,
Bəytərəfçi, Kəpənəkçi, Keşəli, Kosalı, İlməzli, Ambarovka,
Kirəc-Muğanlı,
Qayaqocalı,
Qırıxlı,
Qullar,
Mollaoğlu,
Seyidxocalı, Mamay, Burma-Təzəkənd, Məmgəlli kəndlərində
bütünlüklə,
Marneuli
şəhərində,
Şüləver
qəsəbəsində,
Tamaris,
Sop
kəndlərində
qarışıq
şəkildə
yaşayırlar.
İqtisadiyyatının əsasını dənli-sünbüllü bitkiçilik, tərəvəzçilik,
üzümçülük, efir-yağlı bitkiçilik təsərrüfatı, ətçilik-südçülük-
yunçuluq yönlü heyvandarlıq oluşdurur. Sənayesi təməldə
yerli xammal və kənd təsərrüfatı xammalı əsasında gəlişir.
2006’da rayonda 88 ümumtəhsil məktəbinin 58-ində təlim
Azərbaycan dilində aparılır, bunun da 36-sı orta, 19-u
natamam orta, 4-ü ibtidai məktəb, 14653 nəfər azərbaycanlı
şagird, 1758 nəfər azərbaycanlı müəllim olub. 67 kitabxana, 2
teatr,
2
muzey
var,
Algeti
televiziya-radio
şirkəti
fəaliyyətdədir.