217
V.İ.Razu movski xatırlayırdı: "İşimiz qurtarana yaxın
(Rusiyada Oktyabr çevrilişindən sonra -
red.) Qafqaz
Zaqafqaziya Respublikası kimi Rusiyadan ayrıld ı və
gürcülərdən,
ermənilərdən
və
türklərdən
(azərbaycanlılardan -
red.) ibarət qarışıq hökumət təşkil
edildi. Xalq maarifi na ziri bakılı Xan Xoyski (Fətəli xan
Xoyski - red.) id i. Biz Tiflisdə "rus universiteti"nin təşkili
üçün apardığımız işdən istifadə etməy i həmin höku mətə
təklif etdik. Na zir (Xan Xoyski) bizi d inlədi, Qa fqazda
rus universitetinin təsis edilməsinə rəğbətini bildirdi,
lakin ə lavə edib dedi: "Bəs niyə Tiflisdə? Tiflisdə
Politexnikum var, indi də gürcii universiteti... Bəlkə
universiteti Bakıda açmaq daha düzgün olardı?". O,
bizim mə lu mat mə ktubumu zu nəzə rdən keç irmək üçün
götürdü və bizim məqsədimiz barədə Nazirlər Şurasına
mə lu mat verəcəy ini vəd etdi". La kin höku mət bu məsələyə ba xmağa imkan tap madı. Zaqafqa ziya Respublikası üç
müstəqil respublikaya parçalandı. Buna baxmayaraq, 1918 ilin iyulunda Ali qadın kursları üç fakültədən - təbiət, tarix-
filologiya və tibb fakültə lərindən ibarət, tədrisin rus dilində aparıldığı Zaqafqaziya universitetinə çevrild i.
V.İ.Razu movski universitetin rektoru seçildi. Lakin Zaqafqaziya universiteti yarandığı ilk günlərdən böyük maliyyə
çətinlikləri ilə rastlaşdı və çox keçmədən məlu m oldu ki, onun Tiflisdə fəaliyyət göstərməsi mü mkün olmayacaqdır.
Be ləliklə, yenicə aç ılmış universitetin Ye katerinodar, İrəvan və ya Bakıya köçürülməsi məsələsi meydana çıxdı. Fətəli
xan Xoyskin in başçılıq etdiyi Azərbaycan Xalq Cü mhuriyyəti Höku məti Bakı şəhərində universitetin açılmasına böyük
əhəmiyyət verird i. Bu xətti Nəsib bəy Yusifbəyli Höku məti də davam etdirdi. V.İ.Razu movski yazmışdır: "1919 ilin
əvvəlində Azərbaycan Respublikası xalq maarifi nazirinin müavini Həmid bəy Şahtaxtinski Tiflis şəhərinə gəldi. O,
rus universitetini Bakıya köçürmək təklifl ilə gəlmişdi, ...yaxşı binalar, maddi təminat və s. vəd etdi". A zərbaycan
Xalq Cü mhuriyyəti Höku mətin in təklifi ictimai tələbatı ifadə edird i. Azərbaycanın bir ço x ictimai xadimləri və
ziyalıları ö z mütərəqqi ideyaların ı ali məktəblə bağlayırdılar. Azərbaycanın real intellektual potensialı ö lkədə univer-
sitetin fəaliyyətə başlamasına imkan verird i.
Zaqafqaziya universitetin in Tiflisdə fəa liyyət göstərə bilmə məsi professorlar şurasını qətiyyətli hərə kət et məyə
vadar etdi. 1919 ilin martında rektor V.İ.Razu movski universitet şurasının iclasında Bakıya köçmək haqqında təklif
irə li sürdü. Çünki Bakıdan a lın mış təkliflər daha rea l və sanballı id i. Un iversitet şurasında əksəriyyət universitetin
Bakıya köçürülməsi tərəfdarı idi. Lakin bir qrup, xüsusən ermənilər, bunun əleyhinə çıxd ılar. Məsələnin qəti həlli üçün
ko missiya yaradıldı və NA.Dubrovski, L.A.İşkov və İ.S.Sitoviçdən ibarət nümayəndə heyəti Cümhuriyyət Höku mətilə
danışıqlar aparmaq, real vəziyyətlə yerində tanış olmaq üçün Bakıya göndərildi. Aydın oldu ki, Azərbaycan Höku məti
öz universitetin in olmasında o dərəcədə israrlıd ır ki, "hətta Zaqafqaziya rus universiteti köçməsə də, Bakıda
universitet yaradılacaqdır, ultimativ müddət də göstərilmişdi -1 may" (V.İ.Razu movski). Bu zaman A zərbaycan xalq
maa rifi na zirinin müavini Hə mid bəy Şahtaxt inski V.İ.Razu movskiyə teleqra m göndərib b ildird i ki, Bakıda yeni
universitet açılır və bu universitetin təşkilin i ö z ü zərinə götürsün. V.İ.Razu movski ö z həmkarları ilə məsləhətləşmələr
apardıqdan sonra, təklifi qəbul etdi, Zaqafqaziya Un iversitetinin rektoru vəzifəsindən imtina etdi və razılıq verdiyini
teleqraf vasitəsilə Bakıya bildirdi. A z sonra Azərbaycan Xalq Maarifi Na zirliy i nəzdində universitet ko missiyası
haqqında əsasnamə qəbul ed ild i. 1919 il mayın 19-da Hö ku mət Xalq Maarifi Nazirliyi nəzd ində universitet
ko missiyasını təsdiq etdi. Ko missiyanın tərkibinə prof. V.İ.Razu movski (sədr), prof. A.M.Lev in, prof. N.A.Dubrovski,
İ.A.Babuşkin (katib) ilə yanaşı Xalq Maarifi Nazirliyindən V.İrzayev, M.A.Şahtaxtinski, şəhər özünü-idarəsindən şəhər
idarəsinin ü zvü Əlicabbar Orucəliyev, " Neft sənayeçiləri qurultayı" şurasından A.N.Sarapov, M.Sultanov da xil idilə r.
Bundan başqa, Bakı müalicəxanalarının üç baş həkimi də məşvərətçi səslə ko missiyanın fəaliyyətinə cəlb o lundular.
Kimyaçı L.Q.Qurviç, zooloq A.N.Derjavin, əczaçılıq mag istri İ.K.Qolberq də universitet komissiyasının fəaliyyətinə
cəlb olunmuşdular. Ko missiyanın 1919 il may ın 21-də keçirilən birinc i ic lasında xa lq maarifi naziri Rəşid bəy
Qaplanov çıxış edərək universitetin açılması barədə Azərbaycan Höku mətin in qəti qərarın ı bildirdi. Ko missiyaya geniş
hüquqlar verilmişdi. Ko missiya üzvləri Höku mət başçısınadək hər b ir yüksək vəzifə sahibinə birbaşa mü raciət etmək
səlahiyyətinə malik idi. Höku mət iyunun 16-da universitet ko missiyasının ştatlarını təsdiq edib, maaşları
müəyyənləşdirdi. Ko missiya qısa müddətdə universitetin təsis edilməsi haqqında 1919 il 31 may tarixli bəyannamən i,
qanun layihəsini, universitetin niza mna mə layihəsini, hə mçin in, 1919-20-c i tədris ili üçün ştat və smeta layihəsini
Höku mətə təqdim etdi. Höku mət ko missiyanın təqdim etdiyi lay ihəni iyulun 7-də mü zakirə etdi.
Ölkənin iqtisadi vəziyyətinin mü rəkkəb olduğu bir şəraitdə universitet üçün tələb olunan maliyyə vəsaiti
nəinki a za ldılmadı, ə ksinə, 3,5 milyon manatdan 5 milyon manata qədər, müə llimlərin ə mək haqqı isə, ə lavə o laraq,
nəzərdə tutulduğunun 1/3—i qədər artırıldı. 1919 il avqustun 21-də Parla mentdə universitetin təsis edilməsi haqqında
qanun layihəsinin ilkin mü za kirəsi göstərdi ki, universitetin aç ılmasına əksəriyyətin tərəfdar olması ilə yanaşı, bunun
əleyhdarları da vardı.