218
Onlar rus dilində açılacaq universitetin ruslaşdırma ocağı olacağ ın dan ehtiyat edirdilər. Universitet aç ılmasının
əleyhdarlarının fikrincə, milliləşdirilən orta məktəblərin hamısı universitet açıldıqdan sonra ləğv olub gedəcəkdir.
Universitet olmalıd ır, lakin Azərbaycan dilində, həm də onun açılışı orta məktəblərin milliləşdirilməsinin başa çatması
ilə bir va xta salın ma lıdır. Universitetin təsisi əleyhinə olan əsassız iddia lar mütərəqqi və uzaqgörən Parla ment üzv ləri
və qabaqcıl ziyalılar tərəfindən rədd edildi. Hə min ziyalılar rus dilində açılacaq universitetin tədriclə milliləşdirilməsi və
türkləşdirilməsi tərəfdarı id ilər. Universitetin açılmasında onun ilk təşəbbüsçüsü F.x.Xoyskin in, həmçin in,
N.Yusifbəylin in, R.Qaplanovun, H.Şahta xt inskinin, M.Ə.Rəsulzadənin böyük xid mətlə ri olmuşdur. 1919 il sentyabrın
1-də Parla ment " Bakı ş əhərində dövlət universitetinin təsis edilməsi haqqında qanun" qəbul etdi (ba x Bak ı Dövlət
Universitetinin təsis edilməsi haqqında qanun). Elə hə min ic lasda Parla ment 1919-20-ci dərs ilində 100 nəfə r
azərbaycanlı gəncin xarici ölkə lərin a li mə ktəblərinə göndərilməsi üçün vəsait ayrılması barədə qə rar qəbul etdi (ba x
Xaricə təhsil almağa göndərilən azərbaycanlı tələbələr haqqında qərar). Universitetin açılması haqqında qanunda
onun dörd fakültədən: tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələrindən ibarət olduğu göstərilmiş, 1919 il
sentyabrın 1-dən başlayaraq birillik müvəqqəti ştat və smeta cədvəli, universitet ko missiyasına üç il müddətinə ilk rektor
və dekanları, kollegiyaya isə professorları dəvət et mə k, e lmi şuraya idarə heyəti təşkil et mə k hüququ verild iyi öz ə ksini
tapmışdı. Qanunda 1919-20-ci dərs ilində tədrisin təşkili, zəruri avadanlıq larla təchiz olun ması üçün universitetə dövlət
büdcəsindən 5 milyon manat vəsait ayrılması nəzərdə tutulmuş, xüsusi olaraq göstərilmişdi ki, Azərbaycan (türk) dili
bütün fakü ltələrdə icbari fənn kimi tədris o lunmalıdır. BDU 1919 il sentyabrın 1-dən etibarən fəaliyyətə başlamış
sayılırd ı. Un iversitetə həm kişilər, həm də qadın lar bərabər hüquqla qəbul olunurdular. Qəbulda A zərbaycan
vətəndaşlarına üstünlük verilirdi. Universitetin təsisi haqqında qanunun Parla ment tərəfindən təsdiq olunması
münasibətilə V.İ.Razu movski Parlamentdəki çıxışında demişdi: "Azərbaycanda, hətta müsəlman dünyasında bu
böyük hadisənin - Darülfünunun təsisi mərasimi təntənəsini qeyd etməyə, nəinki Parlamanı, buraya toplaşan
kütlələrin şəxsində ictimai fikri də gördüyümə hədsiz xoşbəxtəm...".
Universitetin təşkilat ko missiyası V.İ.Ra zu movskini yekd illiklə universitetin re ktoru, görkə mli tarixçi,
publisist N.A.Dubrovskini tarix-filologiya fakültəsinin, prof. İ.İ.Şiro koqorovu isə tibb fakültəsinin dekanı seçdi.
İ.İ.Şirokoqorov bu zaman Bakıda olmad ığına görə prof. A.M.Levin tibb fakültəsinə müvəqqəti dekan seçildi.
Sentyabrın 10-da universitet komissiyası A.A.Oşmanı, M.S.Milmanı, L.Q.Qurviçi, A.N.Derjavin i tibb fakültəsinə,
Y.İ.Baybakovu, L.A.İşkovu, L.Q.Lopatinskin i, A.B.Selixanoviçi tarix-filo logiya fakü ltəsinə professor vəzifəsində işə
dəvət etməyi qərara ald ı.
1920
il sentyabrın 15-də universitet ko missiyasının son iclası oldu. İclasda Müvəqqəti Şura və Un iversitet
İdarə Heyəti yaradıldı. 1919 il sentyabrın 29-da " Bakı Dövlət Darü lfünunun Nizamnaməsi" Parlament tərəfindən təsdiq
edildi (ba x Bak ı Dövlət Universitetinin nizamnaməsi). Beş fəsildən, 72 maddədən ibarət niza mna mədə universitetin
təşkilati quruluşu, onun elm və tədris sahələrinin fəa liyyəti, pro fessor-müəllim heyətin in vəzifə və hüquqları müəyyən-
ləşdirilmişdir. Çatışmayan işçiləri cəlb et mək üçün V.İ.Razu movski və N.A.Dubrovski 1919 ilin sentyabrında Rusiyanın
cənub universitetlərinin fəaliyyət göstərdiyi şəhərlərə getdilər. Rostov-Donda, Ye katerinoslavda və Xarkovda bir sıra
görkəmli alimlərin razılığ ını aldılar. Universitet ko missiyasının üzvü prof. B.K.Fin kelşteyn avadanlıq, ədəbiyyat və s.
almaq üçün Qərbi Avropaya getdi. 1919 il noyabrın 10-da Universitet Şurasının birinci iclası oldu. İclasda
professorların və b. akade mik heyətin tərkib i təsdiq edildi. 1919 il noyabrın 15-i universitetdə birinci də rs günü elan
olundu. "Azərbaycan" qəzeti 17 noyabr tarixli nö mrəsində"Darülfünunun açılması" başlığı alt ında dərc olunmuş
məqa lədə yazırd ı: "Dün A zərbaycan Darü lfünunu ilk dəfə ola raq aç ıld ı və ilk gündür ki, məşğuliyyətə başladı".
Bununla əlaqədar universitetin rektoru V.İ.Ra zu movski yazırdı: "Azərbaycan öz maarif ocağını yaratdı, tiirk
(Azərbaycan -red.) xalqının tarixinə yeni parlaq səhifə yazıldı. Asiya ilə Avropanın qovşağında yeni məşəl yandı".
219
İlk tədris ilində universitetdə təhsil alan tələbələrin sayı 877 nəfər idi. Bundan başqa, universitetə 217 azad
dinləyici qəbul ed ilmişdi. BDU ö zünün ilk bəhrəsini 1922 ildə verdi: 30 nəfər gənc a li təhsilli hə kim ad ına layiq
olmaları barədə universitet dip lo mu aldı. Bu məzunların iki nəfəri azərbaycanlı qızlar id i: Ədilə xanım Şahtaxtlı tibb
sahəsində ilk azə rbaycanlı qadın elmlə r doktoru, Cənnət xanım Sultanova isə respublikan ın adlı sanlı hə kimi oldu.
Aprel işğalından (1920) sonra BDU yeni tarixi şəraitdə fəaliyyət göstərdi. Universitetdə təlim-tərb iyə və elmi
fəaliyyətin əsas istiqamətlə ri sinfilik və partiya lılıq prinsiplərinə əsaslanaraq yenidən qurulmağa başladı. A zərbaycan
Müvəqqəti İnqilab Komitəsinin 1920 il 10 və 22 may tarixli dekretləri ilə universitetdə yenidənqurma işləri aparıld ı.
1920 ildə qəbul edilmiş "Bakı Dövlət Universiteti haqqında" yeni Əsasnamədə bütün məcburi kursların və məşğə-
lələ rin müvəqqəti ola raq rus dilində aparılması nə zərdə tutulurdu. 1920 ilin de kabrında universitetdə fəhlə fa kültəsi
açıld ı. Bununla belə, 1920-22 illər ərzində universitetin həyatında nisbi müstəqillik dövrü olmuşdur. 1920 ildə fizika-
riya ziyyat, 1922 ildə şərqşünaslıq fa kültələ ri təşkil edildi. A zərbaycan Xalq Maarifi Ko missarlığın ın 1922 il 6 dekabr
tarixli qərarı ilə universitetin əvvəlki ad ı dəyişdirilərə k, A zərbaycan Dövlət Universiteti adlandırıldı. 1923 ildə tarix-
filologiya fakültəsi ictimai e lmlər fa kültəsinə çevrildi, 1924 ildə isə ict ima i e lmlər və fizika -riya ziyyat fakü ltələri əsa-
sında pedaqoji fakültə yaradıldı. 1924 il yanvarın 23-də universitetə V.İ.Lenin in adı verildi. 1927 ildə hüquq şöbəsi
açıld ı və həmin şöbə bir ildən sonra müstəqil fakültəyə çevrild i. Birinci onilliyin sonunda iqtisadiyyat fakültəsi
yaradıldı. 1930 il yanvarın 12-də universitetin onillik yubileyi təntənəli surətdə qeyd edildi.
Onillik fəa liyyəti dövründə universitetin kafedra, laboratoriya və klinika larında diqqətəlayiq elmi-tədqiqat
işləri aparılmışdı. İlk əvvəllər elmi tədqiqat işinə "Elm cəmiyyəti", 1922 ildən etibarən isə "Elm ko mitəsi" rəhbərlik
etmişdir. Universitetdə fəaliyyət göstərən cəmiyyətlərin A zərbaycanda elmin in kişafında və onun yeni istiqamətlərinin
yaradılmasında misilsiz xid məti o lmuşdur. "Təbiətşünaslar və həkimlər cəmiyyəti" (1920), " Cərrah lar cəmiyyəti"
(1923), "Azərbaycan patoloqlar cəmiyyəti" (1924), "Otorinolarinqoloqlar cə miyyəti" (1928) və digər cə miyyətlər
Azərbaycanda tibb elmin in in kişafında mühüm rol oynamışlar.
1927 ildə universitetdə yaradılmış "Sosial-iqtisadi və hu manitar e lmləri öyrənən cə miyyət" fə lsəfə, siyasi iqti-
sad, tarix, hüquq, pedaqoqika və digər hu manitar sahələrə dair mü xtəlif elmi problemlərin tədqiqi ilə məşğul
olurdu.1921 ildən çıxmağa başla mış "Xəbərlə r", elə hə min ildə çap ed ilən " Bakı Dövlət Universitetin in xəbərlə ri"nin
ilk yarımcild i, 1922 ildə işıq ü zü görən "Bakı Dövlət Un iversitetinin xəbərləri"nin ikinci nö mrəsi və birinci yarımcild i,
1924 ildən nəşr olunan "Nəzə ri və pra ktik təbabət" jurnalı universitetdə aparılan mühü m e lmi a xtarışların nəticələ rin i
əks etdirird i. 1921-22 illərdə "Sinir xəstəlikləri və ruhi xəstəliklər klinikasının salnamələri", 1923 ildə "Nəzəri və
praktik təbabət arxiv i"nin iki bura xılışı, 1924 ildə "Nevro loji qeydlər" kimi mühüm nəşrlər işıq ü zü gördü. A zərbaycan
Dövlət Universitetinin Şərq fakültəsinin 1926-29 illərdə çıxan dördcild lik "Şərqşünaslıq" adlı nəşrində öz dövrü üçün
çox qiy mətli məqalələr çap o lunmuşdu.
İlk Azərbaycan universitetində elmi dərəcələr və elmi adların da verilməsinə başlanmışdı. Doktorluq elmi
dərəcəsi almaq üçün universitetdə ilk dissertasiya 1921 il iyunun 15-də tarix-filologiya fa kültəsinin elmi şurasında
müdafiə olun muşdur. Təkcə tibb elmi sahəsində 10 il ərzində 27 tədqiqatçı tibb elmləri doktoru elmi dərəcəsinə layiq
görülmüşdü. 2 fakültə və 40 müəllimlə fəaliyyətə başlayan universitet 10 il ərzində respublika üçün ümu mən 1500-dən
artıq gənc mütəxəssis hazırlamışdı.
V.İ.Razu movskidən sonra İ.İ.Şirokoqorov, S.M.Davidenko, A.D.Qulyayev universitetin rektoru vəzifəsini icra
etmişdilər. 1926-29 illərdə Azərbaycan Dövlət Un iversitetinə ilk azərbaycanlı rektor- görkəmli dövlət xadimi, yazıçı və
alim Tağ ı Şahbazi başçılıq ed ird i. 1930 ildə A zərbaycan Dövlət Un iversiteti bağlandı. Onun əsasında bir neçə müstəqil
institut açıldı. 1934 ildə isə Un iversitet 4 fakü ltə (fizika-riyaziyyat, kimya, biologiya və tarix) əsasında yenidən bərpa
edildi. 1939 ildə Azə rbaycan Dövlət Universitetinə S.M.Kirovun adı verildi. 1938 ildə filologiya, 1940 ildə isə hüquq
fakültələri də bərpa olundu. Böyük Vətən müharibəsinin (1941-45) əvvəlində respublikanın bir neçə ali məktəbi
universitetlə birləşdirildi. 1943 ildə geologiya-coğrafiya fakü ltəsi, filologiya fa kültəsi yanında Şərq şöbəsi təşkil edild i.
Hə min dövrdə universitetdə müharibənin tələblərinə müvafiq ola raq elmi-tədqiqat işləri genişləndi. Bu məqsədlə bir
sıra yeni kafedra və laboratoriyalar yaradıldı. Motor yanacaqları problemi sahəsində xüsusilə mühü m nəticələr əldə
edildi. Müharibədən sonrakı dövrdə A zərbaycan Dövlət Un iversiteti daha sürətlə in kişaf etdi, tədris və elmi-tədqiqat
bazası təkmilləşdi və möhkəmləndi, yeni fakültə, şöbə, kafedra və laboratoriyalar təşkil olundu. 1945-46-cı tədris ilində
tarix fakültəsi nəzdində fəlsəfə şöbəsi açıld ı, sonrakı ildə isə filo logiya fakültəsinin şərqşünaslıq şöbəsi müstəqil
fakültəyə çevrild i.
1950 ilin ortalarında universitet ölkədə ən güclü elmi mərkəzə çevrildi. Universitetin indiki b inasının ilk
növbəsi yalnız 1964 ilin sentyabrında istifadəyə verildi.
1960-c ı illərdə unive rsitet həyatında atılan mühüm addımla rdan biri də müstəqil fizika fakü ltəsinin aç ılması
oldu.
85 illik fəa liyyəti dövründə BDU-nun beş dəfə yubileyi keçirilmişdir: 1930 ildə 10 illiyi, 1969 ildə 50 illiyi,
1979 ildə 60 illiyi, 1994 ildə 75 illiy i və 2000 ildə 80 illiyi. Bunlardan dördü Heydər Əliyevin təşəbbüsü və fəal iştirakı
ilə keç irilmişdir.