[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə125/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   121   122   123   124   125   126   127   128   ...   282

218 

 

Onlar  rus  dilində  açılacaq  universitetin   ruslaşdırma  ocağı  olacağ ın dan  ehtiyat  edirdilər.  Universitet  aç ılmasının  



əleyhdarlarının  fikrincə,  milliləşdirilən  orta  məktəblərin  hamısı  universitet  açıldıqdan  sonra  ləğv  olub  gedəcəkdir. 

Universitet olmalıd ır,  lakin Azərbaycan dilində, həm də onun açılışı orta  məktəblərin  milliləşdirilməsinin başa çatması 

ilə  bir va xta salın ma lıdır.  Universitetin təsisi əleyhinə olan əsassız iddia lar  mütərəqqi və uzaqgörən Parla ment üzv ləri 

və qabaqcıl ziyalılar tərəfindən rədd edildi. Hə min ziyalılar rus dilində açılacaq universitetin tədriclə milliləşdirilməsi və  

türkləşdirilməsi  tərəfdarı  id ilər.  Universitetin  açılmasında  onun  ilk  təşəbbüsçüsü  F.x.Xoyskin in,  həmçin in, 

N.Yusifbəylin in,  R.Qaplanovun, H.Şahta xt inskinin, M.Ə.Rəsulzadənin böyük  xid mətlə ri olmuşdur. 1919 il sentyabrın 

1-də  Parla ment  " Bakı  ş əhərində  dövlət  universitetinin   təsis  edilməsi  haqqında  qanun"  qəbul  etdi  (ba x  Bak ı  Dövlət 

Universitetinin  təsis  edilməsi  haqqında  qanun).  Elə  hə min  ic lasda  Parla ment  1919-20-ci  dərs  ilində  100  nəfə r 

azərbaycanlı gəncin  xarici ölkə lərin a li  mə ktəblərinə göndərilməsi üçün vəsait ayrılması barədə qə rar qəbul etdi  (ba x 



Xaricə  təhsil  almağa  göndərilən  azərbaycanlı  tələbələr  haqqında  qərar).  Universitetin  açılması  haqqında  qanunda 

onun dörd fakültədən: tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələrindən ibarət olduğu göstərilmiş, 1919 il 

sentyabrın 1-dən başlayaraq birillik müvəqqəti ştat və smeta cədvəli, universitet ko missiyasına üç il müddətinə ilk rektor 

və dekanları, kollegiyaya isə professorları dəvət et mə k, e lmi şuraya idarə heyəti təşkil et mə k hüququ verild iyi öz ə ksini 

tapmışdı. Qanunda 1919-20-ci dərs ilində tədrisin təşkili, zəruri avadanlıq larla təchiz olun ması üçün universitetə dövlət 

büdcəsindən 5  milyon  manat vəsait ayrılması nəzərdə tutulmuş,  xüsusi olaraq göstərilmişdi  ki, Azərbaycan (türk) dili 

bütün  fakü ltələrdə  icbari  fənn  kimi  tədris  o lunmalıdır.  BDU  1919  il  sentyabrın  1-dən  etibarən   fəaliyyətə  başlamış 

sayılırd ı.  Un iversitetə  həm  kişilər,  həm  də  qadın lar  bərabər  hüquqla  qəbul  olunurdular.  Qəbulda  A zərbaycan 

vətəndaşlarına  üstünlük  verilirdi.  Universitetin  təsisi  haqqında  qanunun  Parla ment  tərəfindən  təsdiq  olunması 

münasibətilə  V.İ.Razu movski  Parlamentdəki  çıxışında  demişdi:  "Azərbaycanda,  hətta  müsəlman  dünyasında  bu 



böyük  hadisənin  -  Darülfünunun  təsisi  mərasimi  təntənəsini  qeyd  etməyə,  nəinki  Parlamanı,  buraya  toplaşan 

kütlələrin şəxsində ictimai fikri də gördüyümə hədsiz xoşbəxtəm...". 

Universitetin  təşkilat  ko missiyası  V.İ.Ra zu movskini  yekd illiklə  universitetin  re ktoru,  görkə mli  tarixçi, 

publisist  N.A.Dubrovskini  tarix-filologiya  fakültəsinin,  prof.  İ.İ.Şiro koqorovu  isə  tibb  fakültəsinin  dekanı  seçdi. 

İ.İ.Şirokoqorov  bu  zaman  Bakıda  olmad ığına  görə  prof.  A.M.Levin  tibb  fakültəsinə  müvəqqəti  dekan  seçildi. 

Sentyabrın  10-da  universitet  komissiyası  A.A.Oşmanı,  M.S.Milmanı,  L.Q.Qurviçi,  A.N.Derjavin i  tibb  fakültəsinə, 

Y.İ.Baybakovu,  L.A.İşkovu,  L.Q.Lopatinskin i,  A.B.Selixanoviçi  tarix-filo logiya  fakü ltəsinə  professor  vəzifəsində  işə 

dəvət etməyi qərara  ald ı. 

1920


 

il  sentyabrın  15-də  universitet  ko missiyasının  son  iclası  oldu.  İclasda  Müvəqqəti  Şura  və  Un iversitet 

İdarə Heyəti yaradıldı. 1919 il sentyabrın 29-da " Bakı Dövlət Darü lfünunun Nizamnaməsi" Parlament tərəfindən təsdiq 

edildi  (ba x  Bak ı  Dövlət  Universitetinin  nizamnaməsi).  Beş  fəsildən,  72  maddədən  ibarət  niza mna mədə  universitetin  

təşkilati quruluşu, onun elm və tədris sahələrinin  fəa liyyəti, pro fessor-müəllim heyətin in vəzifə və  hüquqları müəyyən-

ləşdirilmişdir. Çatışmayan işçiləri cəlb et mək üçün V.İ.Razu movski və N.A.Dubrovski 1919 ilin sentyabrında Rusiyanın  

cənub universitetlərinin  fəaliyyət göstərdiyi şəhərlərə getdilər.  Rostov-Donda, Ye katerinoslavda və Xarkovda bir sıra  

görkəmli alimlərin razılığ ını aldılar.  Universitet ko missiyasının üzvü prof.  B.K.Fin kelşteyn avadanlıq, ədəbiyyat və s. 

almaq  üçün  Qərbi  Avropaya  getdi.  1919  il  noyabrın  10-da  Universitet  Şurasının   birinci  iclası  oldu.  İclasda 

professorların  və b. akade mik heyətin tərkib i təsdiq edildi.  1919  il noyabrın  15-i universitetdə birinci də rs günü elan 

olundu.  "Azərbaycan"  qəzeti  17  noyabr  tarixli  nö mrəsində"Darülfünunun  açılması"  başlığı  alt ında  dərc  olunmuş 

məqa lədə  yazırd ı:  "Dün  A zərbaycan  Darü lfünunu  ilk  dəfə  ola raq  aç ıld ı  və  ilk  gündür  ki,  məşğuliyyətə  başladı". 

Bununla  əlaqədar  universitetin  rektoru  V.İ.Ra zu movski  yazırdı:  "Azərbaycan  öz  maarif  ocağını  yaratdı,  tiirk 

(Azərbaycan -red.) xalqının tarixinə yeni parlaq səhifə yazıldı. Asiya ilə Avropanın qovşağında yeni məşəl yandı". 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


219 

 

İlk  tədris  ilində  universitetdə  təhsil  alan  tələbələrin  sayı  877  nəfər  idi.  Bundan  başqa,  universitetə  217  azad  



dinləyici  qəbul  ed ilmişdi.  BDU  ö zünün  ilk  bəhrəsini  1922  ildə  verdi:  30  nəfər  gənc  a li  təhsilli  hə kim  ad ına  layiq  

olmaları barədə universitet dip lo mu aldı.  Bu  məzunların  iki nəfəri azərbaycanlı qızlar id i:  Ədilə  xanım  Şahtaxtlı tibb 

sahəsində ilk azə rbaycanlı qadın elmlə r doktoru, Cənnət xanım Sultanova isə respublikan ın adlı sanlı hə kimi oldu. 

Aprel işğalından (1920) sonra BDU yeni tarixi şəraitdə fəaliyyət göstərdi. Universitetdə təlim-tərb iyə və elmi 

fəaliyyətin əsas istiqamətlə ri sinfilik və partiya lılıq prinsiplərinə əsaslanaraq yenidən qurulmağa başladı. A zərbaycan 

Müvəqqəti  İnqilab  Komitəsinin  1920  il  10  və  22  may  tarixli  dekretləri  ilə  universitetdə  yenidənqurma  işləri  aparıld ı. 

1920  ildə  qəbul  edilmiş  "Bakı  Dövlət  Universiteti  haqqında"  yeni  Əsasnamədə  bütün  məcburi  kursların   və  məşğə-

lələ rin  müvəqqəti  ola raq  rus  dilində  aparılması  nə zərdə  tutulurdu.  1920  ilin  de kabrında  universitetdə  fəhlə  fa kültəsi 

açıld ı.  Bununla belə, 1920-22  illər ərzində universitetin həyatında nisbi müstəqillik dövrü olmuşdur. 1920 ildə fizika-

riya ziyyat,  1922  ildə şərqşünaslıq fa kültələ ri təşkil edildi. A zərbaycan Xalq Maarifi Ko missarlığın ın  1922  il 6 dekabr 

tarixli  qərarı  ilə  universitetin  əvvəlki  ad ı  dəyişdirilərə k,  A zərbaycan  Dövlət  Universiteti  adlandırıldı.  1923  ildə  tarix-

filologiya  fakültəsi  ictimai e lmlər fa kültəsinə çevrildi, 1924 ildə isə ict ima i e lmlər və fizika -riya ziyyat fakü ltələri əsa-

sında  pedaqoji  fakültə  yaradıldı.  1924  il  yanvarın  23-də  universitetə  V.İ.Lenin in  adı  verildi.  1927  ildə  hüquq  şöbəsi 

açıld ı  və  həmin   şöbə  bir  ildən  sonra  müstəqil  fakültəyə  çevrild i.  Birinci  onilliyin   sonunda  iqtisadiyyat  fakültəsi 

yaradıldı. 1930 il yanvarın 12-də universitetin onillik yubileyi təntənəli surətdə qeyd edildi. 

Onillik  fəa liyyəti  dövründə  universitetin  kafedra,  laboratoriya  və  klinika larında  diqqətəlayiq  elmi-tədqiqat 

işləri  aparılmışdı.  İlk  əvvəllər  elmi  tədqiqat  işinə  "Elm  cəmiyyəti",  1922  ildən  etibarən  isə  "Elm  ko mitəsi"  rəhbərlik 

etmişdir.  Universitetdə fəaliyyət göstərən cəmiyyətlərin A zərbaycanda elmin in kişafında və onun yeni istiqamətlərinin  

yaradılmasında  misilsiz  xid məti  o lmuşdur.  "Təbiətşünaslar  və  həkimlər  cəmiyyəti"  (1920),  " Cərrah lar  cəmiyyəti" 

(1923),  "Azərbaycan  patoloqlar  cəmiyyəti"  (1924),  "Otorinolarinqoloqlar  cə miyyəti"  (1928)  və  digər  cə miyyətlər 

Azərbaycanda tibb elmin in in kişafında mühüm rol oynamışlar. 

1927 ildə universitetdə yaradılmış "Sosial-iqtisadi və hu manitar e lmləri öyrənən cə miyyət" fə lsəfə, siyasi iqti-

sad,  tarix,  hüquq,  pedaqoqika  və  digər  hu manitar  sahələrə  dair  mü xtəlif  elmi  problemlərin   tədqiqi  ilə  məşğul 

olurdu.1921  ildən çıxmağa başla mış "Xəbərlə r", elə  hə min ildə çap ed ilən " Bakı Dövlət  Universitetin in  xəbərlə ri"nin  

ilk yarımcild i, 1922 ildə işıq ü zü görən "Bakı Dövlət Un iversitetinin xəbərləri"nin ikinci nö mrəsi və birinci yarımcild i, 

1924  ildən nəşr olunan "Nəzə ri və pra ktik təbabət" jurnalı universitetdə aparılan  mühü m e lmi a xtarışların nəticələ rin i 

əks  etdirird i.  1921-22  illərdə  "Sinir  xəstəlikləri  və  ruhi  xəstəliklər  klinikasının  salnamələri",  1923  ildə  "Nəzəri  və 

praktik təbabət arxiv i"nin iki bura xılışı, 1924 ildə "Nevro loji qeydlər"  kimi mühüm nəşrlər işıq ü zü gördü. A zərbaycan 

Dövlət  Universitetinin  Şərq  fakültəsinin  1926-29  illərdə çıxan dördcild lik "Şərqşünaslıq" adlı nəşrində öz dövrü üçün 

çox qiy mətli məqalələr çap o lunmuşdu. 

İlk  Azərbaycan  universitetində  elmi  dərəcələr  və  elmi  adların  da  verilməsinə  başlanmışdı.  Doktorluq  elmi 

dərəcəsi  almaq  üçün  universitetdə  ilk  dissertasiya  1921  il  iyunun  15-də  tarix-filologiya  fa kültəsinin  elmi  şurasında 

müdafiə olun muşdur. Təkcə tibb elmi sahəsində 10 il ərzində 27 tədqiqatçı tibb elmləri doktoru elmi dərəcəsinə layiq  

görülmüşdü. 2 fakültə və 40 müəllimlə fəaliyyətə başlayan universitet 10 il ərzində respublika üçün ümu mən 1500-dən 

artıq gənc mütəxəssis hazırlamışdı. 

V.İ.Razu movskidən sonra İ.İ.Şirokoqorov, S.M.Davidenko, A.D.Qulyayev universitetin rektoru vəzifəsini icra 

etmişdilər. 1926-29 illərdə Azərbaycan Dövlət Un iversitetinə ilk azərbaycanlı rektor- görkəmli dövlət xadimi, yazıçı və 

alim Tağ ı Şahbazi başçılıq ed ird i. 1930 ildə A zərbaycan Dövlət Un iversiteti bağlandı. Onun əsasında bir neçə müstəqil 

institut açıldı. 1934  ildə isə Un iversitet 4  fakü ltə (fizika-riyaziyyat, kimya, biologiya və tarix) əsasında yenidən bərpa 

edildi.  1939  ildə Azə rbaycan Dövlət Universitetinə S.M.Kirovun adı verildi.  1938 ildə filologiya, 1940  ildə  isə hüquq 

fakültələri  də  bərpa  olundu.  Böyük  Vətən  müharibəsinin  (1941-45)  əvvəlində  respublikanın   bir  neçə  ali  məktəbi 

universitetlə birləşdirildi. 1943 ildə geologiya-coğrafiya fakü ltəsi, filologiya  fa kültəsi yanında Şərq şöbəsi təşkil edild i. 

Hə min  dövrdə  universitetdə  müharibənin  tələblərinə  müvafiq  ola raq  elmi-tədqiqat  işləri  genişləndi.  Bu  məqsədlə  bir 

sıra  yeni  kafedra  və  laboratoriyalar  yaradıldı.  Motor  yanacaqları  problemi  sahəsində  xüsusilə  mühü m  nəticələr  əldə 

edildi. Müharibədən sonrakı dövrdə A zərbaycan Dövlət Un iversiteti daha sürətlə in kişaf etdi, tədris və elmi-tədqiqat 

bazası təkmilləşdi və möhkəmləndi, yeni fakültə, şöbə, kafedra və laboratoriyalar təşkil olundu. 1945-46-cı tədris ilində 

tarix  fakültəsi  nəzdində  fəlsəfə  şöbəsi  açıld ı,  sonrakı  ildə  isə  filo logiya  fakültəsinin  şərqşünaslıq  şöbəsi  müstəqil 

fakültəyə çevrild i. 

1950  ilin  ortalarında  universitet  ölkədə  ən  güclü  elmi  mərkəzə  çevrildi.  Universitetin  indiki  b inasının  ilk 

növbəsi yalnız 1964 ilin sentyabrında istifadəyə verildi. 

1960-c ı illərdə unive rsitet həyatında atılan   mühüm addımla rdan biri də  müstəqil  fizika  fakü ltəsinin aç ılması 

oldu. 

85  illik  fəa liyyəti  dövründə  BDU-nun  beş  dəfə  yubileyi  keçirilmişdir:  1930  ildə  10  illiyi,  1969  ildə  50  illiyi, 



1979 ildə 60 illiyi, 1994 ildə 75 illiy i və  2000 ildə 80 illiyi. Bunlardan dördü Heydər Əliyevin təşəbbüsü və fəal iştirakı 

ilə  keç irilmişdir. 

 

 

 



 

 

 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə