167
İranla münasibətlərin tənzimlən məsi sahəsində də bir sıra mühüm addımlar atılmışdı. Belə ki, 1920 il martın 20-də
İran ilə Azərbaycan arasında, ilk dəfə olaraq, Azərbaycanın de-yure tanınmasını təsdiqləyən dostluq haqqında saziş,
həmç inin konsulluq, ticarət, poçt-teleqraf ə laqələri, məh kə mə qəra rla rın ın icrası və s. haqqında bir sıra ikitərəfli müqavilə lər
imzalan mış və Parlament tərəfindən 1920 il aprelin 15-də təsdiq edilmişdir.
"Müsavat" partiyası və bitərəflər fraksiyası tərəfindən hazırlan mış Torpaq islahatı haqqında 29 maddədən ibarət
qanun layihəsi 1920 il fevra lın 21 -də "Azə rbaycan" qəzetində dərc olunmuş və ümu mxa lq mü zakirəsinə ç ıxa rılmışdı.
La kin Aprel işğalı (1920) ilə ə laqədar hə min qanun lay ihəsinin reallaşdırılması mü mkün o lmadı. A zərbaycan Xalq
Cü mhuriyyəti Parlamenti 17 aylıq fəaliyyəti dövründə yüksək işgüzarlıq nümayiş etdirdi, Azərbaycan xalqının həqiqətən
parla ment idarəç iliy i səviyyəsinə yüksəldiyini sübut etdi. Aprel işğalı nəticəsində fəaliyyəti yarımç ıq qalsa da, Azərbaycan
Xalq Cü mhuriyyətinin Pa rla ment i Azə rbaycan xalq ının dövlətçilik və ictimai-siyasi fikir tarixində misilsiz rol oynamışdır.
Əd: Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (stenoqrafik hesabatlar), 2 cilddə, B., 1998; Paşayev A.,
Açılmamış səhifələrin izi ilə, B., 2001; Mahmudov Y., Azərbaycanın dövlətçilik və parlamentarizm ənənələri tarixindən, "Müstəqil
dövlətimiz və parlamentimiz" (məqalələr məcmuəsi), B., 2001.
AZƏRB AYCAN XALQ CÜMHURĠYYƏ TĠ PAR LAMENTĠNĠN AÇILIġ I MÜNAS ĠBƏTĠ ĠLƏ S ĠYAS Ġ
AMNĠSTĠYA HAQQINDA QANUN - Azərbaycan Xalq Cü mhuriyyətin in fəaliyyətə başlaması münasibətilə həyata
keçirilmiş hu manizm aktı. Bu barədə qanun 1918 il dekabrın 7-də Parlamentin birinci iclasında qəbul olunmuşdu.
Amnistiya keçirmək məqsədilə Aslan bəy Qardaşov, Həmdu lla Əfəndizadə, Ağa Zeynal Tağıyev, Aslan bəy Səfikürdski,
S.Ağamalıoğlundan ibarət xüsusi heyət - "Əfvi-ü mu mi" ko missiyası yaradılmışdı. Ko missiya dekabrın 11, 13, 17 və 25-də
keçirdiyi iclaslarda "Azərbaycan Cü mhuriyyəti Parlamentinin açılışı münasibəti ilə siyasi amnistiya haqqında" qanun
layihəsini hazırlayaraq Parla mentin 1919 il yanvarın 8-də keçirilən 7-c i iclasın ın mü zakirəsinə vermişdi. Qanuna görə 1918 il
dekabrın 7-nə qədər həbs edilmiş və ölkədə qüvvədə olan keçmiş Rusiya qanunlarının həm cinayət, həm də mü lki
məcə llələ rin in bir sıra maddələri ilə təqsirli b ilinən şəxslə r bağışlanırd ı. Bu qanuna əsasən həmin il dekabrın 7-nə qədər
törədilmiş və icraatda olan məh kəmə işlərinə də xitam verilird i.
Əd: Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (stenoqrafik hesabatlar), c.l , B., 1998.
AZƏRBAYCAN XALQ CÜMHURĠYYƏTĠ PARLAMENTĠNĠN TƏSĠS OLUNMAS I HAQQINDA
QANUN - A zərbaycan Xalq Cü mhuriyyəti Pa rla ment inin yaradılmasın ın əsaslarını tə min edən mühüm hüquqi
sənəd. Azarbaycan Milli Şurası tərəfindən 1918 il noyabrın 19-da qəbul edilmişdir.
1918 il iyun ayının 17-də Gəncədə öz fəaliyyətini dayandırmış A zərbaycan Milli Şurası həmin il noyabrın 16-da
Bakıda yenidən fəaliyyətə başladı. Cü mhuriyyət Höku mətin in sədri Fətəli xan Xoyski Şuranın iclasında çıxış edərək bildirdi
ki, Müəssislər Məclisin i çağırmaq üçün hazırlığa vaxt çatmad ığından Höku mət bu işi öz öhdəsinə götürməyi Milli Şuradan
xahiş edir. Milli Şu ranın 1918 il noyabrın 19-da Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə keçən iclasında "Azərbaycan
Məclisi-Məbusanının təsisi haqqında" qanunun layihəsi müza kirə o lundu. Şuranın mü za kirələ r nəticəsində qəbul etdiyi
qanunda göstərilirdi ki, hələ 1917 ilin sonlarında Cənubi Qafqazın müsəlman partiyalarından ü mu mi səsvermə yolu ilə
Rusiya Məclisi-müəssisanına seçilmiş 14 nəfə r nümayəndənin siyahısı seçkilərdə iştira k et miş partiyaların qa zandıqları
səslərə müvafiq olaraq genişləndirilərə k 44 nəfərə çatdırılmışdı. Cənubi Qafqaz Mərkə zi Müsəlman Ko mitəsi Azə rbaycanda
Məclisi-Müəssisan toplamağın mü mkün olmad ığını nəzərə ala raq bu məsələnin həllini Zaqafqa ziya seymində Azərbaycanı
təmsil et məkdə görmüşdü. Zaqafqaziya seymi və Zaqafqa ziya Cü mhuriyyəti Höku mət i öz fəa liyyətinə xita m verd ikdə
Seymdə ki 44 nəfər müsəlman deputat özlərini Azə rbaycan Milli Şurası elan et miş və Azərbaycanın idarəsini ö z üzə rinə
götürmüşdü.
Milli Şuranın qəbul etdiy i A zərbaycan Məclisi-Məbusanının (Parlamentinin) təsisi haqqında qanunda göstərilird i
ki, A zərbaycan təkcə azərbaycanlıla rla məskun olmadığ ından,Azərbaycan Milli Şurası ö lkədə yaşayan bütün millətləri
təmsil ed ir. Digər tərə fdən, mü xtəlif siyasi part iyaların nümayəndələri ilə bərabər, Azə rbaycan xa lqının mü xtə lif
təbəqələrinin də Pa rla mentdə təmsil olun ma larına böyük ehtiyac var.
Milli Şu ra Azərbaycan Parlamentini 120 nəfərdən ibarət formalaşdırmağı qərara aldı. Göstərilən qanuna əsasən
Parla mentə Azərbaycan Xa lq Cü mhuriyyəti ə ra zisində yaşayan xalq ların sayı nəzə rə a lınaraq a zə rbaycanlıla rdan 80 nəfə r,
ermənilərdən 21 nəfər, ruslardan 10 nəfər, yəhudilərdən 1 nəfər, almanlardan 1 nəfər nü mayəndə göndərilmə li id i. M illi
Şuranın qəbul etdiy i qanunda göstərilirdi ki, azlıq təşkil edən millətlərin bütün nümayəndələri yeni nü mayəndələr olacaqdır.
Müsəlmanlardan isə 44 nəfər Milli Şura üzvü ü mu mi səsvermə yolu ilə seçildiklərindən yeni Parlamentin tərkib inə üzv
daxil edilirlə r. Qalan 36 nəfə r isə, əlavə nümayəndələr kimi, A zərbaycanın ayrı-ayrı şəhər və qəzalarından göndəriləcə klə r.
Qanunda sayları az o lduğuna görə nümayəndə seçmək səlahiyyətləri olmayan, lakin Cü mhuriyyət ərazisindəki digər azsaylı
xalq lar arasında nisbətən çoxluq təşkil edən gürcü və polyak milli ko mitələrin in hərəsindən 1 nü mayəndə göndərmələrinə
razılıq verilirdi. Bundan əlavə, Parlamentə Bakı Həmkarlar Təşkilatları tərəfindən 3 nəfər, Bakı Neft Sənayeçiləri
İttifaqından 2 nəfər nü mayəndənin göndərilməsi də nəzərdə tutulurdu. Qanuna qeydlərdə Cü mhuriyyət Parlamentində
təmsil