166
Parla mentdə fəaliyyət göstərən fraksiya və qrupla r a rasında ən iri və aparıc ı fra ksiya milli mənafe lərin daşıyıc ısı
olan "Müsavat" fraksiyası id i. Bu fraksiya, demokratik bitərəflər q rupu ilə b irlikdə, Parlamentin və Höku mətin fəaliyyətinin
əsas istiqamətlərin i müəyyənləşdirir, milli mənafe ilə bağlı bütün qanun və qərarların qəbul edilməsində həlledici rol
oynayırdı.
Parla mentdə ikinci iri fra ksiya "İttihad" partiyasına mə xsus idi. Bu fra ksiya 1919 ilin dekabrına qədər milli-
demokratik cərəyana qarşı mü xalifətdə olmuş və Höku mətlə rin təşkilində iştira k et mə mişdir.
Parla mentdə ifrat solçu mövqedən çıxış edən fra ksiyalardan biri də sosialistlər b loku idi. Onlar Azə rbaycanın Sovet
Rusiyasına birləşdirilməsin i, yalnız Qırmızı ordunun Azərbaycana əsl azadlıq gətirə b iləcəyin i, iqtisadi və sosial islahatların
yalnız sosializm quru luşu şəraitində mü mkün olacağını təbliğ ed irdilər. Bu blo k Şimali Azərbaycanı yenidən işğal etməyi
qarşısına məqsəd qoymuş bolşeviklərin əlaltısı rolunu oynayırdı.
Ermənilər Parla mentdə iki fra ksiya ilə tə msil olunsalar da, əslində b ir mövqedən çıxış ed ir və ermənilərin A zər-
baycana qarşı ərazi iddialarına haqq qazandırmaq üçün bütün imkanlardan istifadə edird ilər. Sovet işğalı reallaşdıqda
erməni fra ksiyaları bolşeviklə rin tərə finə keçdilər.
Parlamentin 17 aylıq fəaliyyəti dövründə 145 iclası keçirilmişdir. Yetərsay olmadığı üçün iclaslardan 15—i baş
tutmamışdır. Qalan 130 iclasdan ikisi tarixi (Azərbaycamn istiqlalının və Bakının azad olun masının 1-ci ildönümləri
münasibətilə 1919 il 28 may və 15 sentyabr tarixli iclasları); dördü təntənəli (rus inqilab ının 2-ci və 3-cü ildönümləri
münasibətilə 1919 və 1920 il martın 12-də, Azərbaycanın Gürcüstanla hərbi əməkdaşlıq müqaviləsinə həsr olun muş 1919 il
27 iyun və Paris sülh konfransı tərəfindən Azərbaycanın müstəqilliyin in de-fakto tanın ması münasibətilə 1920 il 14 yanvar
iclasları); ikisi isə fövqəladə iclaslar (Ermənistanın Gürcüstana müharibə elan etməsi ilə əlaqədar 1918 il 20 dekabr tarixli
və Azərbaycanla Gürcüstan arasında iqtisadi əmə kdaşlıq haqqında müqavilələrin təsdiqi münasibətilə 1920 il 17 mart
tarixli) olmuşdur. Qalan iclaslarda ölkənin daxili və xarici siyasəti, iqtisadiyyat və maliyyə vəziyyəti, qanunvericilik
aktlarının mü zakirəsi və qəbulu, ordu quruculuğu və s. məsələlər mü zakirə olun muşdur. Müzakirəyə çıxarılan qanun
layihələ ri, bir qayda olaraq, ya lnız üçüncü o xunuşdan sonra q əbul edilirdi.
Azərbaycan Xalq Cü mhuriyyəti Pa rla mentinin fəa liyyəti dövründə müzakirəyə 270-dən çox qanun layihəsi çıxa -
rılmış, onlardan təxminən 230-u qəbul edilmişdir. Parlamentin fəaliyyəti onun Nizamnaməsi rolunu oynayan "Azərbaycan
Parlamentinin nakazı (təlimatı)" ilə tənzimlən irdi.
Parla mentdə 11 ko missiya fəaliyyət göstərirdi: maliyyə-büdcə komissiyası; qanunvericilik tə kliflə ri ko missiyası;
Müəssislər Məclisinə seçkilər keçirmək üzrə mərkəzi ko missiya; mandat ko missiyası; hərbi ko missiya; aqrar məsələlər
ko missiyası; sorğular üzrə ko missiya; təsərrüfat-sərəncamverici ko missiya; ölkənin məhsuldar qüvvələrindən istifadə
üzərində nəzarət ko missiyası; redaksiya ko missiyası və fəhlə məsələləri ü zrə ko missiya.
Azərbaycan Xa lq Cü mhuriyyəti Parla mentinin qəbul etdiy i bütün qanun və qərarla r müstəqil dövlətin ilk qanun və
qərarları olduğu üçün böyük əhəmiyyətə ma lik idi. Bununla belə, onların arasında müstəsna əhəmiyyət kəsb edən, yəni
Azərbaycan Xalq Cü mhuriyyəti fəaliyyətinin strateji istiqamətlə rin i müəyyənləşdirən bir sıra qanunlar da o lmuşdur.
Məsələn, vətəndaşlıq, ü mu mi hə rbi mü kəlləfiyyət, mətbuat, Milli Ban kın təsisi, Bakı Dövlət Universitetin in yaradılması,
gömrük və poçt-teleqraf xid mətinin təkmilləşdirilməsi, məhkəmə qanunvericiliyi haqqında və bir ço x başqa qanunlar.
Parla mentdə ordu quruculuğuna aid qanunların mü za kirəsi və qəbulu, de mə k o lar ki, mübahisəsiz və ü mu mi ra zılıq
əsasında keçirilirdi.
Ölkədə xalq maarifin in in kişafı, tədris və teatr-tamaşa müəssisələrinin milliləşdirilməsi, yeni tədris müəssisələ-
rin in açılması, orada dərs deyən müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılması məsələləri daim Parlamentin diqqət
mə rkə zində olmuşdur. Ba kı Dövlət Universitetin in təsisi ilə bağlı mü za kirə lər xüsusilə qızğ ın keç mişdir və nəhayət, 1919 il
sentyabrın 1-də müvafiq qanun qəbul edilmişdir.
Azərbaycanda elm və təhsilin inkişafı, milli kadrların yetişdirilməsi sahəsində də Parla ment mühü m işlə r gör-
müşdür. 100 nəfər azərbaycanlı gəncin xarici ali məktəblərdə dövlət hesabına təhsil almaları üçün hazırlan mış qanun
layihəsi Parla mentdə geniş mü zakirə edilə rək qəbul o lunmuşdu. Xa ricə göndəriləcək tələbələ ri seç mək üçün Pa rla ment
üzvləri Məhəmməd Əmin Rəsulzadə, Mehdi bəy Hacınski, Əh məd bəy Pepinov, Qara bəy Qarabəyov və Abdulla bəy
Əfəndiyevdən ibarət xüsusi müsabiqə ko missiyası yaradılmışdı.
Parlamentin qarşısında duran ən mühüm vəzifələrdən biri də A zərbaycanın istiqlaliyyətinin beynəlxalq aləmdə
tanınmasına nail olmaqdan ibarət idi. Buna görə də 1918 il dekabrın 28-də Parlamentin sədri, Azərbaycan Xalq Cü m-
huriyyətinin beynəlxa lq a lə mdə tanın masında əvə zsiz xid mətləri olmuş Əlimə rdan bəy Topçubaşovun rəhbərliyi ilə
Fransaya - Pa ris sülh konfransına nüfuzlu nümayəndə heyəti göndərilmişdi. Nü mayəndə heyəti 1920 il yanvarın 11-də
Azərbaycanın müstəqilliyin in konfransdakı əsas ölkə lər tərəfindən de-fa kto tanın masına nail olmuşdu. 1920 il apre lin 22-də
Azərbaycan Xalq Cü mhuriyyəti Parla menti Paris sülh konfransında öz missiyasını yerinə yetirmiş Azərbaycan nümayəndə
heyətini bura xmaq, Qərbi Avropa ölkə lərində (İngiltərə , Fransa, İta liya, Sovet Rusiyası, Almaniya, İsveçrə, Polşa) və ABŞ-
da diplo matik nü mayəndəliklər açmaq haqqında qanun qəbul etmişdir.
Azərbaycan Xa lq Cü mhuriyyəti Höku mət i Gürcüstanla 1919 ilin yayında Den ikinə qarşı b irgə mübarizə , 1920 ilin
martında isə iqtisadi və siyasi əməkdaşlıq haqqında müqavilələr imzalamış və bu müqavilələr Parlamentdə təsdiq
olunmuşdu.