160
Höku məti A zərbaycan ərazisində yeganə legitim yerli hakimiyyət orqanı kimi tanıy ır və onu tamamilə müdafiə ed ir".
Məmməd Həsən Hacınskin in A zərbaycan nümayəndə heyətinin tərkibində Pa ris sülh konfransına get məsi ilə ə laqədar 1919
il yanvarın ikinci yarısından dövlət nəzarəti naziri vəzifəsini Əlağa Həsənov icra etmişdir.
Ölkədə möhtəkirliyin və qiy mətlərin artdığ ı, əhalin in bir qismin in sürətlə varlandığı, digər q isminin isə var-yo xdan
çıxd ığı b ir şəraitdə Parlamentdə mü xalifətdə olan "İttihad", "Əhrar", "Sosial-demokrat" fraksiyalarının üzvləri Höku məti bu
işdə fəaliyyətsizlikdə təqsirləndirməyə başladı. 1919 ilin yanvar-fevral aylarında keçirilən Parlament iclaslarında onlar
tərəfindən Fətəli xan Xoyski Höku məti kəskin surətdə tənqid edilirdi. Fevra lın 5-də onlara geniş və ço x əhatəli cavab verən
Fətəli xan Xoyski deyirdi: "Siz bunu bilməlisiniz ki, Azərbaycanın istiqlalı hər dəqiqə təhlükədədir. Biliniz, indi elə
vaxtdır ki, nəinki bez və çit, hətta elə əhval çıxa bilər ki, Azərbaycan belə qalmaz, istiqlalımız gedər. Belə mühüm
zamanda Hökumət işlərini Tağıyev fabrikasının bezi ilə ölçmək olmaz”.
Haqsız tənqidlərlə barışmayan Fətəli xan Xoyski öz Höku mətinin istefası barədə Parlamentə məktub göndərir. Parla-
mentin fevralın 25-də keçirilmiş iclasında Xoyski Hökumətinin istefası qəbul olunur və yeni Hökumət təşkilinə qədər onlardan
öz fəaliyyətlərini davam etdirmək xah iş olunur.
Yeni - dördüncü hökumət kabinəsinin təşkili Nəsib bəy Yusifbəyliyə tapşırıldı. 1919 il aprelin 14-də o, yeni
yaratdığı kabinənin üzvlərini Parlamentə təqdim etdi. Nəsib bəy Yusifbəyli təşkil etdiyi Höku mətdə Nazirlər Şurasının sədri
və da xili işlə r na ziri vəzifə lərini tutdu. Digər vəzifələ r aşağıdakı kimi bölündü: Əlağa Həsənov - ma liyyə naziri; Ağa
Əminov - ticarət və sənaye naziri; Məmməd Yusif Cəfərov - xarici işlər naziri; Xudadat bəy Məlik-Aslanov -yollar naziri;
Camo bəy Hacınski - poçt və teleqraf na ziri; Sə məd bəy Mehma ndarov - hərbi nazir; Viktor Klenevski -himayədarlıq
naziri; A. Dastakov - səhiyyə naziri; Rəşid xan Qaplanov - maarif və dini et iqad naziri; Aslan bəy Qardaşov - əkinçilik və
dövlət əmlakı naziri;Nəriman bəy Nərimanbəyli - dövlət nəzarəti naziri; Aslan bəy Səfikürdski - ədliyyə və əmək naziri;
X.Amaspür - portfelsiz nazir. Sonradan Məmməd Həsən Hacınski daxili işlər naziri olmuşdur.
Parla mentin 14 apre l tarixli ic lasında çıxış edən Nəsib bəy Yusifbəyli e lan etdi ki, xaric i siyas ət sahəsində onun
kabinetinin başlıca məqsədi Azərbaycanın istiqlaliyyətinin böyük dövlətlər tərəfindən tanın ması və dövlətin ərazi bü-
tövlüyünü qoruyub saxlamaq uğrunda mübarizə, daxili siyasət sahəsində isə hər bir mədəni və demokratik ö lkə üçün zəruri
olan söz, mətbuat, yığıncaq və başqa azadlıqların təminatı, fəhlələrin əməklə, kəndlilərin torpaqla təminatı o lacaqdır. Milli
məsələdən bəhs edən Nəsib bəy Yusifbəyli qeyd etdi ki, Höku mət bütün qüvvəsini Azərbaycanın onun ərazisində yaşayan
bütün millətlərin sevimli vətəni o lmasına sərf edəcəkdir.
Nəsib bəy Yusifbəylin in başçılıq etdiyi Höku mət ö z fəaliyyəti dövründə xaricdən Denikin ordusu, daxildən isə
bolşeviklərin Azərbaycana qarşı törətdikləri təhlükələrlə üzləş mişdi. Belə ki, 1919 il mayın 6-da bolşeviklərin g izli
təşkilatın ın təşəbbüsü ilə Ba kı Fəhlə Konfransı tərə findən hazırlanan tətil şəhəri bürü müşdü. Parla mentin hə min gün
keçirilmiş iclasında Höku mət adından çıxış edən Nəsib bəy Yusifbəyli demişdi: "Güman edirəm, bu tətilin iqtisadi deyil,
siyasi olduğunu, bilməyən yoxdur. Bu tətilin siyasi olduğunu tətil edənlər və tətil etdirmək istəyən adamların
161
özləri də inkar etmirlər. Onlar məclislərində açıq deyirlər ki, biz gərək bütün Rusiyada, o cümlədən də Azərbaycanda Şura
Hökuməti təşkil edək".
1919 ilin mayında Şimali Qafqazı və Dağıstanı ələ keçirən Denikin ordusu Cənubi Qafqazı, xüsusilə Azərbaycan və
Gü rcüstanı işğal təhlükəsi altında qoymuşdu. Yaran mış təhlükəli vəziyyət Azərbaycan Parlamentinin və Hö ku mətinin
iclaslarında dəfələrlə mü zakirə olun muşdu.
Denikin təhlükəsi ilə bağlı Parla ment tərəfindən qəbul edilmiş qərarda göstərilirdi ki, mövcud Höku mət daxilindən
bir heyət seçilmə li və hə min heyət ölkənin müdafiəsini təşkil et məlidir. Bununla əlaqədar olaraq 1919 il iyunun 9-da
Azərbaycan Xalq Cü mhuriyyəti Hö ku mətinin qərarı ilə 5 nəfərdən ibarət Dövlət Müdafiə Ko mitəsi yaradıld ı. Ko mitənin
tərkib inə Na zirlər Şurasın ın sədri, hərb i, yollar, xarici işlə r və ədliyyə nazirləri da xil ed ild ilə r.
1919 il iyunun 11 -də Dövlət Müdafiə Ko mitəsi fövqəladə vəziyyət haqqında qərar qəbul etdi. Ölkədə Den ikin
təhlükəsinə qarşı səfərbərlik elan olundu. Hə min il iyunun 27-də Den ikin ordusunun hücumundan müdafiə məqsədilə
Azərbaycan - Gü rcüstan hərbi-müdafiə sazişi imzalandı.
1920
il dekabrın 22-də özünün ikinci, Cü mhuriyyətin isə sayca beşinci hökumət kabinəsini təşkil edən Nəsib
bəyYusifbəyli hə min Höku mətə 1920 il mart ın a xırına qədərbaşçılıq etdi. Nəsib bəy Yusifbəylinin Höku mət ində Fətəli xan
Xoyski - xa ric i işlər na ziri; Səməd bəy Mehmandarov- hərbi nazir; Məmməd Həsən Hacınski - daxili işlər naziri;Xəlil bəy
Xasməmmədov - əd liyyə na ziri; Rəşid xan Qaplanov - ma liyyə naziri; Həmid bəy Şaxtaxtinski - maarif və d ini et iqad
naziri; Əhməd bəy Pepinov - əkinçilik və ə mək na ziri; Xudadat bəy Məlik-Aslanov - yollar naziri (eyni za manda,
müvəqqəti olaraq ticarət, sənaye və ərzaq naziri);Camo bəy Hacınski - poçt və teleqraf naziri; Musa bəy Rəfiyev - səhiyyə
və himayədarlıq na ziri; Heybətqulu bəy Məmmədbəyov - dövlət nəza rəti naziri vəzifə lərini tutdular. 1920 il fevra lın 18-dən
Mustafa bəy Vəkilov daxili işlər naziri və
Məmməd Həsən Hacınski — t icarət, sənaye və ərzaq naziri, martın 5-dən isə
Nurməmməd Şahsuvarov -maarif və dini etiqad naziri və zifə lərini tut muşlar.
Nəsib bəy Yusifbəyli baş nazir olduğu dövrdə Azərbaycan xalq ının tarixində ən mühüm hadis ə Əlimə rdan bəy
Topçubaşovun başçılıq etdiy i nümayəndə heyətinin Paris sülh konfransındakı gərgin ə məyi sayəsində 1920 il yanvarın 11-
də Azərbaycanın müstəqilliyin in böyük dövlətlər tərəfindən de-fa kto tanın ması olmuşdur. Bu dövrdə, hə mç inin, Bakı
Dövlət Un iversiteti açıld ı. Mü xtəlif ixtisaslar ü zrə ali təhsil almaq üçün 100 nəfərə yaxın azərbaycanlı gənc Avropanın
mü xtəlif ali məktəblərinə göndərildi. To rpaq islahatları haqqında 29 maddədən ibarət qanun layihəsi hazırlanaraq, 1920 ilin
fevralında ü mu mxalq mü zakirəsinə verildi. Savadsızlıq la mübarizə üçün müvəqqəti pedaqoji kurslar açıld ı, ibtidai və orta
mə ktəblər üçün dərsliklərin hazırlan ması və nəşri işinə başlanıldı və s. 1920 ilin əvvəllərində Şima li Qafqa z və Dağıstanda
Denikin qüvvələrini məğlub edən Qırmızı ordu Azərbaycan sərhədlərinə yaxınlaşaraq Sovet Rusiyasının ço xdan ələ
keçirmək arzusunda olduğu Bakın ı təhlükə altına ald ı. Dip lo matik əlaqələr yaratmaq haqqında Azərbaycan Höku mətinin
bütün təkliflərini cavabsız qoyan Sovet Rusiyası ölkə daxilində bolşeviklərin vasitəsilə müdaxilə üçün zəmin hazırlay ırdı.
Azərbaycan Xa lq Cü mhuriyyəti Hö ku mətinin fəa liyyəti dövründə yol verməyə məcbur olduğu s əhvlərin (aqra r
məsələnin həll olun ma ması, bir sıra sosial proble mlərin həllin in ləngidilməsi və s.) xalq ın mü xtəlif təbəqələri a rasında
yaratdığı narazılıqdan istifadə edən bolşeviklər vəziyyəti daha da gərginləşdirdilər.
1920 il martın sonunda Sovet Rusiyası tərəfindən xarici təhlükənin artdığı və işğal üçün zəmin hazırlayan daxili
qüvvələrin fəallaşdığı şəraitdə Nəsib bəy Yusifbəyli Hö ku məti istefa verməli oldu. Yeni Höku mətin təşkili Məmməd Həsən
Hacınskiyə tapşırıldı. Onun Parlamentdəki fraksiyalarla apardığ ı danışıq lar müsbət nəticə verməd i. Xüsusilə "Müsavat"
fraksiyası ilə sosialistlər fraksiyası arasında kəskin fikir ayrılığı yaran mışdı. Sosialistlər yeni Höku mətdə əsas nazirliklərin -
hərbi, xa ric i və da xili işlə r nazirlərinin portfellərini tə ləb edirdilər. Bir tərəfdən "Müsavat" partiyası bolşeviklə rlə g izli
əlaqəyə girən Məmməd Həsən Hacinskinin yeni Höku mət kabinəsi yaratmaq üçün sərbəst hərəkət etməsinə imkan vermir,
digər tərəfdən isə Mə mməd Həsən Hacınski özü də yeni Hö ku mət kab inəsini yarat mağa tələsmir, gö zlə mə mövqeyi tuturdu.
Yaran mış əlverişli şəraitdən istifadə edən Sovet Rusiyasının 11 -ci Qırmızı ordusu beynəlxalq hüquq normaların ı
kobudcasına pozaraq və qabaqcadan hazırlan mış hərbi müdaxilə p lanına uyğun olaraq (bax Bakı əməliyyatı) 1920 il aprelin
27-də A zərbaycanın sərhədlərin i keçərə k, Ba kıya doğru hərəkət etdi. Apre lin 27-də gündüz saat 12-də A K(b)P M K, Rusiya
K(b)P Qafqa z Diyar Ko mitəsinin Bakı bürosu və Mərkəzi Fəhlə Konfransı adından Azərbaycan Hö ku mətinə və
Parla mentinə hakimiyyətin bolşeviklərə təhvil verilməsi barədə Hə mid Sultanov tərəfindən ult imatu m təqdim o lundu. Elə
həmin günün axşamı yaran mış ş əraiti və bolşeviklə rin ult imatu munu mü zakirə edən Azərbaycan Xalq Cü mhuriyyəti
Parlamentinin son iclası dinc əhali arasında qan tökülməməsi üçün hakimiyyəti bolşeviklərə təhvil vermək haqqında axşam
saat 11-də qərar qəbul etdi. Ha kimiyyəti təslim edərkən Azə rbaycan Parla mentin in əsas tələblərindən biri keç miş Höku mət
üzvlərinin təqib olun mayacağı id i. Lakin bolşeviklər hakimiyyəti ələ keçirdikləri ilk gündən keçmiş Höku mət üzv lərinin
həbsinə və repressiyaya başladılar. Sovet qoşunlarının hərbi müda xiləsi nəticəsində Azərbaycan Xa lq Cü mhuriyyətinin
yarandığı ilk gündən onun süqutu gününə qədər fasiləsiz fəaliyyət göstərmiş Azərbaycan Xalq Cü mhuriyyəti Höku mətinin
fəaliyyətinə son qoyuldu (bax hə mç inin Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti).
Əd.: Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament. (stenoqrafık hesabat), c.1-2, B., 1998; Paşayev A., Açılmamış
səhifələrin izi ilə, B., 2001; Aдpec-календары Aзepбaйджанской Pecnублики нa 1920 год, Б., 1920; Aзepбaйджанская Демократическая
Pecnублика (1918-1920). Законодательные акты (сборник документов), Б., 1998.