[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə88/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   84   85   86   87   88   89   90   91   ...   282

160 

 

Höku məti  A zərbaycan  ərazisində  yeganə  legitim  yerli  hakimiyyət  orqanı  kimi  tanıy ır  və  onu  tamamilə  müdafiə  ed ir". 



Məmməd  Həsən Hacınskin in A zərbaycan nümayəndə heyətinin tərkibində Pa ris sülh konfransına get məsi ilə ə laqədar 1919 

il yanvarın ikinci yarısından dövlət nəzarəti naziri vəzifəsini Əlağa Həsənov icra etmişdir. 

Ölkədə möhtəkirliyin və qiy mətlərin  artdığ ı, əhalin in bir qismin in sürətlə varlandığı, digər q isminin isə var-yo xdan  

çıxd ığı b ir şəraitdə Parlamentdə  mü xalifətdə olan "İttihad", "Əhrar", "Sosial-demokrat" fraksiyalarının üzvləri  Höku məti bu 

işdə  fəaliyyətsizlikdə  təqsirləndirməyə  başladı.  1919  ilin  yanvar-fevral  aylarında  keçirilən  Parlament  iclaslarında  onlar 

tərəfindən Fətəli xan  Xoyski Höku məti kəskin  surətdə tənqid edilirdi. Fevra lın  5-də onlara  geniş və ço x əhatəli cavab verən  

Fətəli  xan  Xoyski  deyirdi:  "Siz  bunu  bilməlisiniz  ki,  Azərbaycanın  istiqlalı  hər  dəqiqə  təhlükədədir.  Biliniz,  indi  elə  

vaxtdır  ki,  nəinki  bez  və  çit,  hətta  elə  əhval  çıxa  bilər  ki,  Azərbaycan  belə  qalmaz,  istiqlalımız  gedər.  Belə  mühüm 

zamanda Hökumət işlərini Tağıyev fabrikasının bezi ilə ölçmək olmaz”. 

Haqsız tənqidlərlə barışmayan Fətəli  xan Xoyski öz Höku mətinin istefası barədə Parlamentə məktub göndərir. Parla-

mentin fevralın 25-də keçirilmiş iclasında Xoyski Hökumətinin istefası qəbul olunur və yeni Hökumət təşkilinə qədər onlardan 

öz fəaliyyətlərini davam etdirmək xah iş olunur. 

Yeni  -  dördüncü  hökumət   kabinəsinin  təşkili  Nəsib   bəy  Yusifbəyliyə  tapşırıldı.  1919  il  aprelin  14-də  o,  yeni 

yaratdığı kabinənin üzvlərini  Parlamentə təqdim etdi. Nəsib bəy Yusifbəyli təşkil etdiyi  Höku mətdə Nazirlər Şurasının sədri 

və  da xili  işlə r  na ziri  vəzifə lərini  tutdu.  Digər  vəzifələ r  aşağıdakı  kimi  bölündü:  Əlağa  Həsənov  -  ma liyyə  naziri;   Ağa 

Əminov ticarət və sənaye naziri; Məmməd  Yusif Cəfərov -  xarici işlər naziri; Xudadat bəy Məlik-Aslanov -yollar naziri; 

Camo  bəy  Hacınski  -  poçt  və  teleqraf  na ziri;  Sə məd  bəy  Mehma ndarov  -  hərbi  nazir;  Viktor  Klenevski  -himayədarlıq  

naziri;  A.  Dastakov səhiyyə naziri;  Rəşid xan Qaplanov maarif və  dini et iqad naziri;  Aslan bəy Qardaşov - əkinçilik və  

dövlət əmlakı naziri;Nəriman bəy  Nərimanbəyli - dövlət nəzarəti naziri; Aslan bəy Səfikürdski  ədliyyə və əmək naziri; 

X.Amaspür portfelsiz nazir. Sonradan Məmməd Həsən Hacınski daxili işlər naziri olmuşdur. 

Parla mentin  14 apre l tarixli  ic lasında çıxış edən  Nəsib bəy  Yusifbəyli e lan etdi ki,  xaric i siyas ət sahəsində onun 

kabinetinin   başlıca  məqsədi  Azərbaycanın  istiqlaliyyətinin  böyük  dövlətlər  tərəfindən  tanın ması  və  dövlətin   ərazi  bü-

tövlüyünü qoruyub saxlamaq uğrunda mübarizə, daxili siyasət sahəsində isə hər bir mədəni və demokratik ö lkə üçün zəruri 

olan söz,  mətbuat, yığıncaq və başqa azadlıqların təminatı,  fəhlələrin əməklə, kəndlilərin torpaqla təminatı o lacaqdır. Milli 

məsələdən bəhs edən Nəsib bəy Yusifbəyli qeyd etdi ki,  Höku mət bütün qüvvəsini Azərbaycanın onun ərazisində yaşayan 

bütün millətlərin sevimli vətəni o lmasına sərf edəcəkdir. 

Nəsib  bəy  Yusifbəylin in  başçılıq  etdiyi  Höku mət  ö z  fəaliyyəti  dövründə  xaricdən  Denikin   ordusu,  daxildən  isə 

bolşeviklərin  Azərbaycana  qarşı  törətdikləri  təhlükələrlə  üzləş mişdi.  Belə  ki,  1919  il  mayın  6-da  bolşeviklərin  g izli 

təşkilatın ın  təşəbbüsü  ilə   Ba kı  Fəhlə   Konfransı  tərə findən  hazırlanan  tətil  şəhəri  bürü müşdü.  Parla mentin   hə min   gün 

keçirilmiş iclasında Höku mət adından çıxış edən Nəsib bəy  Yusifbəyli demişdi: "Güman edirəm, bu tətilin iqtisadi deyil, 

siyasi olduğunu, bilməyən yoxdur. Bu tətilin siyasi olduğunu tətil edənlər və tətil etdirmək istəyən adamların 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



161 

 

özləri də inkar etmirlər. Onlar məclislərində açıq deyirlər ki, biz gərək bütün Rusiyada, o cümlədən də Azərbaycanda Şura 



Hökuməti təşkil edək". 

1919 ilin mayında Şimali Qafqazı və Dağıstanı ələ keçirən Denikin ordusu Cənubi Qafqazı, xüsusilə Azərbaycan və 

Gü rcüstanı  işğal  təhlükəsi  altında  qoymuşdu.  Yaran mış  təhlükəli  vəziyyət  Azərbaycan  Parlamentinin  və  Hö ku mətinin  

iclaslarında dəfələrlə mü zakirə olun muşdu. 

Denikin təhlükəsi  ilə bağlı  Parla ment tərəfindən qəbul edilmiş qərarda göstərilirdi ki,  mövcud Höku mət daxilindən 

bir  heyət  seçilmə li  və  hə min  heyət  ölkənin  müdafiəsini  təşkil  et məlidir.  Bununla  əlaqədar  olaraq  1919  il  iyunun  9-da 

Azərbaycan  Xalq  Cü mhuriyyəti  Hö ku mətinin  qərarı  ilə  5  nəfərdən  ibarət  Dövlət  Müdafiə  Ko mitəsi  yaradıld ı.  Ko mitənin  

tərkib inə Na zirlər Şurasın ın sədri, hərb i, yollar, xarici işlə r və ədliyyə nazirləri da xil ed ild ilə r. 

1919  il  iyunun  11  -də  Dövlət  Müdafiə  Ko mitəsi  fövqəladə  vəziyyət  haqqında  qərar  qəbul  etdi.  Ölkədə  Den ikin  

təhlükəsinə  qarşı  səfərbərlik  elan  olundu.  Hə min  il  iyunun  27-də  Den ikin  ordusunun  hücumundan  müdafiə  məqsədilə  

Azərbaycan - Gü rcüstan hərbi-müdafiə sazişi imzalandı. 

1920


 

il  dekabrın  22-də  özünün  ikinci,  Cü mhuriyyətin  isə  sayca  beşinci  hökumət  kabinəsini  təşkil  edən  Nəsib 

bəyYusifbəyli hə min Höku mətə 1920 il mart ın a xırına qədərbaşçılıq  etdi. Nəsib  bəy Yusifbəylinin Höku mət ində Fətəli xan 

Xoyski - xa ric i  işlər na ziri; Səməd bəy Mehmandarovhərbi nazir; Məmməd Həsən  Hacınski daxili  işlər naziri;Xəlil bəy 

Xasməmmədov  -  əd liyyə  na ziri;   Rəşid  xan  Qaplanov  -  ma liyyə  naziri;  Həmid  bəy  Şaxtaxtinski  -  maarif  və  d ini  et iqad 

naziri;  Əhməd  bəy  Pepinov  -  əkinçilik  və  ə mək  na ziri;  Xudadat  bəy  Məlik-Aslanov  -  yollar  naziri  (eyni  za manda, 

müvəqqəti olaraq ticarət, sənaye və ərzaq naziri);Camo bəy Hacınski - poçt və teleqraf naziri; Musa bəy Rəfiyev səhiyyə 

və himayədarlıq na ziri; Heybətqulu bəy  Məmmədbəyov - dövlət nəza rəti naziri vəzifə lərini tutdular. 1920 il fevra lın 18-dən 



Mustafa  bəy  Vəkilov daxili  işlər naziri və Məmməd  Həsən  Hacınski  — t icarət, sənaye və ərzaq  naziri,  martın   5-dən  isə 

Nurməmməd Şahsuvarov -maarif və dini etiqad naziri və zifə lərini tut muşlar. 

Nəsib  bəy  Yusifbəyli  baş  nazir  olduğu  dövrdə  Azərbaycan  xalq ının  tarixində  ən  mühüm  hadis ə  Əlimə rdan  bəy 

Topçubaşovun başçılıq etdiy i nümayəndə heyətinin Paris sülh konfransındakı gərgin ə məyi sayəsində 1920  il yanvarın  11-

də  Azərbaycanın  müstəqilliyin in  böyük  dövlətlər  tərəfindən  de-fa kto  tanın ması  olmuşdur.  Bu  dövrdə,  hə mç inin,  Bakı 

Dövlət  Un iversiteti  açıld ı.  Mü xtəlif  ixtisaslar  ü zrə  ali  təhsil  almaq  üçün  100  nəfərə  yaxın  azərbaycanlı  gənc  Avropanın 

mü xtəlif ali  məktəblərinə göndərildi. To rpaq islahatları haqqında 29 maddədən ibarət qanun layihəsi hazırlanaraq, 1920  ilin  

fevralında ü mu mxalq  mü zakirəsinə verildi.  Savadsızlıq la  mübarizə üçün  müvəqqəti pedaqoji kurslar açıld ı, ibtidai və orta 

mə ktəblər üçün dərsliklərin hazırlan ması və nəşri işinə başlanıldı və s.  1920  ilin əvvəllərində Şima li  Qafqa z və  Dağıstanda 

Denikin  qüvvələrini  məğlub  edən  Qırmızı  ordu  Azərbaycan  sərhədlərinə  yaxınlaşaraq  Sovet  Rusiyasının  ço xdan  ələ 

keçirmək  arzusunda  olduğu  Bakın ı  təhlükə  altına  ald ı.  Dip lo matik  əlaqələr  yaratmaq  haqqında  Azərbaycan  Höku mətinin  

bütün təkliflərini cavabsız qoyan Sovet Rusiyası ölkə daxilində bolşeviklərin vasitəsilə müdaxilə üçün zəmin hazırlay ırdı. 

Azərbaycan  Xa lq  Cü mhuriyyəti  Hö ku mətinin   fəa liyyəti  dövründə  yol  verməyə  məcbur  olduğu  s əhvlərin  (aqra r 

məsələnin   həll  olun ma ması,  bir  sıra   sosial  proble mlərin   həllin in  ləngidilməsi  və  s.)  xalq ın  mü xtəlif  təbəqələri  a rasında 

yaratdığı narazılıqdan istifadə edən bolşeviklər vəziyyəti daha da gərginləşdirdilər. 

1920  il  martın sonunda Sovet Rusiyası tərəfindən  xarici təhlükənin  artdığı və  işğal üçün  zəmin hazırlayan daxili 

qüvvələrin fəallaşdığı şəraitdə Nəsib bəy Yusifbəyli Hö ku məti istefa verməli oldu. Yeni Höku mətin  təşkili Məmməd  Həsən 

Hacınskiyə  tapşırıldı.  Onun  Parlamentdəki  fraksiyalarla  apardığ ı  danışıq lar  müsbət  nəticə  verməd i.  Xüsusilə  "Müsavat" 

fraksiyası ilə sosialistlər fraksiyası arasında kəskin fikir ayrılığı yaran mışdı. Sosialistlər yeni Höku mətdə əsas nazirliklərin - 

hərbi,  xa ric i  və  da xili  işlə r  nazirlərinin  portfellərini  tə ləb  edirdilər.  Bir  tərəfdən  "Müsavat"  partiyası  bolşeviklə rlə  g izli 

əlaqəyə girən Məmməd  Həsən Hacinskinin yeni  Höku mət  kabinəsi yaratmaq üçün sərbəst hərəkət etməsinə imkan vermir, 

digər tərəfdən isə Mə mməd Həsən Hacınski özü də yeni Hö ku mət kab inəsini yarat mağa tələsmir, gö zlə mə  mövqeyi tuturdu. 

Yaran mış əlverişli şəraitdən istifadə edən Sovet Rusiyasının 11 -ci  Qırmızı ordusu beynəlxalq hüquq normaların ı 

kobudcasına pozaraq və qabaqcadan hazırlan mış hərbi  müdaxilə p lanına uyğun olaraq (bax Bakı əməliyyatı) 1920 il aprelin  

27-də A zərbaycanın sərhədlərin i keçərə k, Ba kıya  doğru hərəkət etdi. Apre lin  27-də gündüz saat 12-də A K(b)P M K, Rusiya 

K(b)P  Qafqa z  Diyar  Ko mitəsinin  Bakı  bürosu  və  Mərkəzi  Fəhlə   Konfransı  adından  Azərbaycan  Hö ku mətinə  və  

Parla mentinə hakimiyyətin bolşeviklərə  təhvil verilməsi barədə  Hə mid  Sultanov tərəfindən ult imatu m təqdim o lundu. Elə  

həmin  günün  axşamı  yaran mış  ş əraiti  və  bolşeviklə rin  ult imatu munu  mü zakirə  edən  Azərbaycan  Xalq  Cü mhuriyyəti 

Parlamentinin son iclası dinc əhali arasında qan tökülməməsi üçün hakimiyyəti bolşeviklərə təhvil vermək haqqında axşam 

saat 11-də qərar qəbul etdi. Ha kimiyyəti təslim edərkən Azə rbaycan Parla mentin in əsas tələblərindən biri keç miş Höku mət  

üzvlərinin  təqib  olun mayacağı  id i.  Lakin  bolşeviklər  hakimiyyəti  ələ  keçirdikləri  ilk  gündən  keçmiş  Höku mət  üzv lərinin  

həbsinə  və  repressiyaya  başladılar.  Sovet  qoşunlarının  hərbi  müda xiləsi  nəticəsində  Azərbaycan  Xa lq  Cü mhuriyyətinin  

yarandığı ilk gündən onun süqutu gününə qədər fasiləsiz fəaliyyət göstərmiş Azərbaycan Xalq  Cü mhuriyyəti Höku mətinin  

fəaliyyətinə son qoyuldu (bax hə mç inin  Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti). 

 

Əd.: Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament. (stenoqrafık hesabat), c.1-2, B., 1998; Paşayev A., Açılmamış 

səhifələrin izi ilə, B., 2001; Aдpec-календары Aзepбaйджанской  Pecnублики нa 1920 год, Б., 1920; Aзepбaйджанская  Демократическая 

Pecnублика (1918-1920). Законодательные акты (сборник документов), Б., 1998.  

 

 

 

 

 

 

 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə