154
müddətinə imzalamışdılar. Tərəflər onlardan birin in və ya hər ikisinin müstəqilliy inə və ərazi bütövlüyünə yönəlmiş hər
hansı təcavüzə qarşı sərəncamlarında olan bütün silahlı qüvvələr və hərb i vasitələrlə b irgə çıxış etməyi öhdələrinə
götürürdülər. Qonşu dövlətlərdən hər hansı biri əvvəlinci bəndə uyğun olaraq başlanmış hərbi əməliyyatlar zaman ı sərhəd
mübahisələrini silah gücünə həll etmək üçün müqavilədə iştirak edən tərəflərin birinə, yaxud ikisinə hücum edərsə, həmin
tərəf vuruşan tərəf kimi tanınır. Sa zişə görə, tərə flər b ir-birindən ayrı separat sülh bağlama ma lı, sərhəd mübahisələri
danışıqlar yolu ilə həll edilməli idi. Tərəflər, həmçinin, qabaqcadan xəbərdarlıq etmədən digər dövlətlə hərb i saziş
bağlamamağ ı, hər iki dövlətin suveren hüquqlarının və müstəqilliyin in qorunmasına yönəlmiş diplo matik danışıqlarda
həmrəy çıxış et məyi də ö z ü zərlərinə götürürdülər. Ermənistanın da bu sazişə qoşulmaq hüququna ma lik olması və iki həftə
ərzində buna öz münasibətini açıqlaması barədə razılıq əldə ohmmuşdu. Ancaq Ermənistan sazişə qoşulmad ı.
Sənədə əlavə olaraq, hə rbi-te xn iki sazişin də imza lan ması iki respublika arasında hərbi-te xn iki ə mə kdaşlığı ge-
nişləndirdi. Qonşu respublikadan mü mkün olan hərbi texn ikanın, vəsaitlərin, ərzağın alın ması üçün hərbi nazirin əmri ilə
xüsusi ko missiya yaradıldı və ona rəhbərlik general-mayor Murad Gəray Tlexasa həvalə olundu.Komissiyanın fəaliyyəti
nəticəsində qısa za manda Gürcüstandan 12 ədəd dağ topu, dağ topları üçün 10 qutu partladıc ı madd ə, 3000 ədəd tüfəng,
toplar və tüfənglər üçün ço xlu sayda ehtiyat hissələr, 8 ədəd yüngül top, həmin topla r üçün 16 qutu partladıc ı maddə, 4 min
pud qənd, 12885 manat dəyərində dərman və tibb ləvazimat ı, topoqrafiya əşyaları a lına raq Azərbaycana göndərild i.
Qarşılıq lı əməkdaşlığ ın genişlən məsi ilə gürcüstanlı hərb i mütəxəssislər şimal sərhədlərinin, Abşeronun və Bakının müdafiə
sistemlə rinin yaradılmasına cə lb edild ilə r. A zərbaycan - Gürcüstan hərbi müdafiə sazişinin yerinə yetirilməsin i hə min sazişə
əsasən yaradılmış hərbi şura təmin edirdi (bax həmçinin Azərbaycan - Gürcüstan ittifaq hərbi şurası).
Əd.: Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər), B., 1993; Aзepбaйджанская
Демократиская Pecnублика (1918-1920)., Армия (документы и материалы) B., 1998.
AZƏRBAYCAN-GÜRCÜS TAN ĠTTĠFAQ HƏRBĠ ġ URAS I - Azərbaycan - Gü rcüstan hərbi müdafшə sazişinə
(1919) uyğun olaraq iki respublikan ın hərbi na zirlikləri tərəfindən yaradılmış (1919, 16 iyun) kollegial orqan. Hərbi şuraya
hər iki respublikanın yüksək rütbəli iki nümayəndə da xil edilir və onlardan biri höku mətlə rin qarşılıqlı ra zılığı əsasında sədr
seçilirdi. Şu rada Azərbaycanı generallar Əlağa Şıxlinski və Məmməd bəy Su lkev iç, Gürcüstanı isə generallar Od işelid ze və
Kutateladze tə msil edirdilər. General Od işelid ze ittifaq hərb i şurasının sədri seçilmişdi. Şuran ın səlahiyyətlərinə hərbi
əməliyyatların və düşmənin imkanlarının dərindən öyrənilməsi, müdafiə planlarının işlənib hazırlanması, hər iki
respublikanın ordusunun döyüş hazırlığ ı səviyyəsinə nəzarət edilməsi və qoşunların yerləşdirilməsi plan ının hazırlan ması
daxil idi. Şuranın strateji və hərbi-texn iki qərarları tərəflər üçün icbari id i. Qarşılıqlı razılaşma əldə edilməyən məsələlərin
həlli Gü rcüstan hökumətinin və Azə rbaycanın Dövlət Müdafiə Ko mitəsi sədrinin ixt iyarına verilirdi.
Əd.: Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920), B., 1993;
Aзepбaйджанская Демократическая
Pecnублика (1918-1920)., Армия (документы и материалы) B., 1998.
AZƏRBAYCAN GÜRCÜS TAN MÜQAVĠLƏ LƏRĠ - A zərbaycan Xalq Cü mhuriyyəti ilə Gü rcüstan
Respublikası arasında iqtisadi, maliyyə, nəqliyyat və rabitə sahələri ü zrə 1918-20 illərdə bağlanmış müqavilələr. Cənubi
Qafqa z 100 ildən art ıq Rusiya impe riyası tərkibində vahid iqtisadi mə kanda olduğundan, Azərbaycan və Gürcüstan
müstəqillik qazandıqdan dərhal sonra iqtisadi, maliyyə, nəqliyyat və rabitə sahələrində əməkdaşlığı tənzimləmək və
dərinləşdirmə k zəru rəti ilə üzləşdilər. 1918 il iyunun 4-də Batu mda Azə rbaycan, Gürcüstan və Osmanlı höku mət
nümayəndələri Bakı - Batu m ağ neft kəmərinin normal işləməsini təmin etmək haqqında saziş bağladılar. Həmin gün
Batu mda hə mçin in Azə rbaycan və Gürcüstan nümayəndələri Osmanlı və Ermənistan nümayəndələri ilə b irlikdə Cənubi
Qafqa z də mir yollarına a id vaqon-parovoz parkının bölüşdürülməsi haqqında saziş imza ladılar. Saziş ə görə, tərəflər keç miş
Rusiya imperiyasının mü lkiyyəti o lan vaqon-parovoz parkını hər ölkənin ərazisindən keçən dəmir yolu xətlərinin
uzunluğuna mütənasib şəkildə bölüşdürməli id ilər.
1918 il iyunun 21-də Gü rcüstan hökumətin in sədri N.Ra mişvili keç miş Zaqafqaziya höku mətinin ə mla kının
Azərbaycan və Gü rcüstan arasında bölüşdürülməsini A zərbaycanın bu ölkədəki nümayəndəsi Mə mməd Yusif Cəfə rova
təklif etd i. Gü rcüstan tərəfi öz təklifini bununla əsaslandırdı ki, Ermənistan öz payını artıq götürmüşdür və sonradan
Osmanlı dövlətinin nəzarəti altına keçmiş ərazilərdə yerləşdirmişdir. Azərbaycan tərəfi ü mu mi əmlakın bölüşdürülməsinə
prinsipial razılıq verdi, avqustun 15-də isə təklif etdi ki, arb itraj yolu ilə, ilk növbədə, Qafqaz cəbhəsinin ləğvi nəticəsində
qalmış daşınar əmlak və Cənubi Qafqazın mərkəzi dövlət idarə və təşkilatlarının daşınar əmlakı bölüşdürülsün.
1918 il sentyabrın 6-da Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələri maliyyə və pul-kredit ə mə liyyatları
üçün birlikdə 280 milyon rubl məbləğində Zaqafqaziya bonu buraxılması haqqında saziş imzaladılar. Həmin il noyabrın 15-
də Azərbaycanla Gürcüstan arasında, əlavə olaraq, daha 160 milyon rubl məbləğində Zaqafqaziya bonu buraxılması
haqqında Tiflisdə müqavilə bağlandı. Müqaviləyə görə, Dövlət bankın ın Tiflis kontoru 10 gün ərzində hər respublika üçün
100 və 250 rublluq əsginaslarla 80 milyon rubl məbləğində bon bura xma lı id i.
1918 il dekabrın 26-da Bakıda Azərbaycanla Gürcüstan arasında mal mübadiləsi haqqında müqavilə bağlandı.