150
1918 ilin sentyabrında Azərbaycan Dəmir Yo lu İdarəsinin sərəncamında cəmi 235 parovoz (o cü mlədən işlək 52, təmirdə
14, tə mir gözləyən 169) və 4092 vaqon (o cümlədən 2075 yük vaqonu, 2017 vaqon-sistern var idi; onların 52%-i istis mara
yararlı idi) vardı.
Müstəqil Azərbaycan Höku məti təşkil edild iyi ilk gündən ölkənin yol təsərrüfatına rəhbərlik üçün Yo llar Na zirliy i
yaradılmışdı. Yollar naziri vəzifəsini bütün Hökumət kab inelərində Xudadat bəy Məlik-Aslanov icra etmişdir.
1918
il iyunun 4-də Batu mda Azə rbaycan, Os manlı, Gürcüstan və Ermən istan hökumətləri arasında Cənubi Qafqaz
dəmir yolla rın ın vaqon-parovoz parkını bölüşdürmə k barədə saziş bağlandı. A zərbaycan tərəfindən Məhəmməd Əmin
Rəsulzadə və Mə mməd Həsən Hac inskinin imza ladıqla rı hə min sənədə görə, Cənubi Qafqa zın vaqon-parovoz parkı tərə flər
arasında, sazişi imzalayan ölkələrin ərazisindən keçən dəmir yolu xətlərin in u zunluğuna uyğun olaraq, bölüşdürülməli id i.
La kin Cənubi Qa fqaz respublika ları a rasında ərazi mübahisələri olduğuna görə sazişin müddəaları reallaş madı. Buna görə
də, Azərbaycan Xa lq Cü mhuriyyəti 1918 il dekabrın 26-da Gü rcüstanla ayrıca müqavilə bağladı. Müqaviləyə əsasən,
Azərbaycan tərəfi Gü rcüstan dəmir yolunun normal istismarı üçün ma zut və digər neft məhsulları verməy i öhdəsinə
götürdü. Gürcüstan isə bunun müqabilində Azərbaycan dəmir yolunu zəruri material və avadanlıqla təmin etməli id i.
1919
il martın 8-də A zərbaycanla Gü rcüstan arasında dəmiryolu rab itəsi haqqında ayrıca bir saziş də imzalandı. Bu
sazişə əsasən, 1918 il mayın 26-dək hər iki dövlətin ərazisində olmuş bütün parovoz və vaqonlar, bu məsələ arbitraj
ko missiyasında həll edilənə qədər, həmin dövlətlərin ö z istifadəsində və sərəncamında qalmalı idi. Eyni zamanda,
Azərbaycan dəmir yolunun əsaslı və xüsusi təmir barədə sifa rişlə ri Tiflis də miryolunun baş emalat xanalarında yerinə
yetirilmə li idi.
1919 il aprelin 17-də A zərbaycan Də mir Yo lu İdarəsi Batu mda ö z t icarət agentliyini yaratdı. A zərbaycan Də mir
Yo lu İdarəsinin rəisi Tey mur bəy Məlik-Aslanov və E.Matiyeviç ("F.A.Matiyeviç və Ko" Ticarət evin in nü mayəndəsi)
arasında imzalan mış sazişə əsasən, "F.A.Matiyeviç və Ko" Ticarət ev i A zərbaycan dəmir yolunun Batumda nümayəndəsi
təyin edildi və Azərbaycan Də mir Yo lu İdarəsinin və dəmiryolunun komme rsiya agentliyinin müştərilə rinin bütün
sifarişlərin in icrası ona tapşırıldı.
Azərbaycan Hökuməti də mir yolu nəqliyyatının norma l fəaliyyət göstərməsini və in kişafını tə min et mək üçün digər
tədbirlər də həyata keçirdi. 1918 il iyunun 25-də Azərbaycan dəmir yolunun mühafizə xid mət i Da xili İşlər Na zirliy inə tabe
edildi, də mir yolu jandarm idarəsi yaradıldı və də mir yolu xətlərinin, stansiyaların, körpülərin mühafizəsi, sərnişinlərin və
yüklərin təhlükəsizliy inin təmin olun ması ona həvalə olundu.
1918-20 illərdə də mir yolu xət lərinin, hərə kət vasitələrinin tə miri işi qaydaya salındı. Də mir yolunun xid mətinin
müvafiq qulluqçularla, təmir emalatxanaları və depoların usta və ixtisaslı fəhlələrlə ko mplektləşdirilməsi həyata keçirild i.
1920 ilin yazında A zərbaycan dəmir yolunda çalışanların ü mu mi sayı 11 min nəfərə çatırdı. A zərbaycan Parlamenti 1919 il
fevralın 4-də dəmiryolçuların məvaciblərin i artırmaq haqqında qanun qəbul etdi. Qanuna görə, 1919 il yanvarın 1-dən dəmir
yolu işçilərin in əmək haqqı orta hesabla 60%, bəzi kateqoriyalardan olan dəmiryolçuların məvacibi isə 90-95% artırıld ı.
Azərbaycan Parla ment inin 17 apre l 1919 il tarixli qərarı ilə Azə rbaycan dəmir yolunda qulluq edən parovoz maşin istlərinə
və onların kö mə kçilərinə həqiqi hərbi xid mətdən möhlət hüququ verild i. A zərbaycan Höku məti 1919 il fevralın 17-də ölkə
ərazisindəki bütün dəmir yolu stansiyaların ın qaydaya salın ması haqqında qərar qəbul etdi. Bundan əlavə, Hərbi Nazirlik
həmin il ma rtın 28-də Ba kı, Biləcəri və Xaç ma z stansiyalarında ko mendantlıqla r yaratdı. Ələt - Culfa də mir yolunun
inşasını davam etdirmək üçün 1919 ilin dövlət büdcəsindən 100 milyon manat vəsait ayrıld ı.
1919 il oktyabrın 20-də Azə rbaycan Parla mentinin ic lasında çıxış edən yolla r na ziri Xudadat bəy Məlik-Aslanovun
mə lu matına görə, son dövrdə alman 50-dən ço x parovoz də mir yolunun buraxıc ılıq qabiliyyətini 2 dəfə artırmağa imkan
vermişdi. 1919 ildə dəmir yolu nəqliyyatının aylıq gəliri 5 milyon manatdan 40 milyon manata qədər artmışdı. 1920 ilin
başlanğıcında Azərbaycan dəmir yolunun 300 parovozu, 4000 s ərnişin vaqonu, 2300 örtülü yük vaqonu, 2000 vaqon-
platforması, 1600 vaqon-sisterni vardı. A zərbaycan Höku məti vaqon-parovoz parkını daha da artırmağı, dəmir yolu
təsərrüfatının inkişafı üçün digər vac ib tədbirləri həyata keçirməyi plan laşdırırdı. La kin Aprel işğalı (1920) bu planları
yarımçıq qoydu.
Əd.:Aзepбaйджанская Демократиская Pecnублика (1918-1920), Законодательные акты (сборник документов), Б., 1998;
Vəliyev (Baharlı) M .H., Azərbaycan Cümhuriyyəti (1918-1920). Parlament (stenoqrafik hesabatlar), c.2, B., 1998; Əliyev Q., Azərbaycan
nəqliyyatı və iqtisadiyyatı (XIX əsr - XX əsrin ilk onillikləri), B., 2001.
AZƏRBAYCAN DĠLĠNĠN DÖVLƏT DĠLĠ ELAN OLUNMAS I HAQQINDA QƏRAR - Rusiya işğalından
(1813) bəri Şima li Azə rbaycanda Azərbaycan türk dilinin dövlət dili kimi işlədilməsi haqqında ilk sənəd. Azərbaycan Xalq
Cü mhuriyyəti Hö ku mətinin 1918 il 27 iyun tarixli həmin qərarına əsasən, Azərbaycan türk dili bütün ölkə ərazisində dövlət
dili elan edildi. Lakin bütün məhkəmə inzibati idarəçilik və d igər vəzifələrin başında duranlar bu dili lazimi səviyyədə
öyrənənədək Hö ku mət idarələrində rus dilindən də istifadə o lunmasına yol verilirdi. Qəranın icrası ilə bağlı, milli kadrlar
hazırlan malı, bu sahədə tədris işi yenidən qurulmalı idi. Təhsilin milliləşdirilməsi bu sahədə atılan ilk addımlardan oldu.
Azərbaycan Höku mətinin 1918 il 28 avqust tarixli qərarına əsasən bütün ibtidai tədris müəssisələrində təhsil ana dilində
aparılmalı və dövlət dili
olan Azə rbaycan türk dilinin tədrisi icbari surətdə həyat keçirilmə li idi (ba x hə mç inin Azərbaycan
Xalq Cümhuriyyəti məqaləsinin
Dil siyasəti və Xalq maarifi bölmələrinə).