149
sol eserlərindən bəzilə ri də quru ltayda bolşeviklərə tərə fdar ç ıxd ılar. Qurultay fəhlə ləri sovet hakimiyyəti uğrunda mü-
barizə yolunu tutmağa çağıran qətna mə qəbul etdi. Qu rultayda seçilən Qa fqaz ö lkə hə mka rlar ittifaqları mərkə zin in heyətinə
bolşeviklərdən B.Ağayev, İ.Anaşkin, F.Qubanov, Ə.Qarayev və b. keçdilər. Qurultayın bolşevik platformasında dayanması
menşevik və eserlərin həmkarlar ittifaq larından sıxışdırılması prosesini sürətləndird i. 1919 ilin yayında Bakıdakı həmkarlar
ittifaq larının, demək o lar ki, hamısının idarə heyətində ko mmunistlər ço xluq təşkil ed ird ilər, sentyabrda isə onlar sağ
sosialistlərin son dayağı olan Bakı hə mkarlar ittifaq ları şurasını ələ keçird ilər. Be ləliklə, bolşeviklər hə mkarlar ittifaqları
üzərində tam nəzarətə nail oldular. Bununla, Şimali A zərbaycana sovet-bolşevik müdaxiləsi üçün zəmin hazırlamaq yolunda
daha bir addım atılmış oldu.
Əd.: Azərbaycan tarixi, 3 cilddə, c.3, B., 1973; Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001; Борьба за победу советской власти в
Азербайджане 1918-1920. Документы и материаль, B., 1967.
AZƏRBAYCAN - DAĞIS TAN ĠTTĠFAQI Dağtstanın Azərbaycanla birləş mək uğrunda mübarizəsi. 1919 il
aprelin əvvəlində Denikin in Könüllü o rdusu Terek vilayətinin işğalını əsasən başa çatdırdı. Bundan sonra Dağıstanda
Dağlılar Respublikasından ayrılıb A zərbaycana birləşmək ideyası sürətlə yayılmağa başladı. Dağıstanın ictimai xadimləri
Azərbaycan Xalq Cü mhuriyyətinin Dağlıla r Respublikasındakı d iplo matik nü mayəndəsi Əbdürrəhim bəy Haqverdiyevə
müraciətlər edərək, bu haqda A zərbaycan Höku mətinin prinsipial razılıq verməsini xahiş etdilər. Haqverdiyevin aprelin 15-
də xarici işlə r na ziri Mə mməd Yusif Cə fərova göndərdiyi mə lu matda bildirilirdi ki, Dağ ıstanın 10 dairəsindən 4-ü açıq
şəkildə Azərbaycana birləşmək tərəfdarıd ır, qalanları isə gizlicə bunu arzu edirlər. Dağıstanlı zabitlər, o cümlədən Dağlılar
Respublikası Höku mət ində hərbi nazirin müav ini o lmuş general H.M.Xəlilov da bu mövqedən çıxış edird ilə r.
Könüllü ordunun cənuba doğru irəliləməsi ilə əlaqədar Dağıstanda Azərbaycanla birləş mək tərəfdarları sürətlə ar-
tırdı. Kürə, Qaytaq, Tabasaran, Avar və Dərbənd bölgələrini təmsil edən nü mayəndələr tarixən, həm də iqtisadi cəhətdən
Azərbaycanla sıx bağlı olduqlarını bildirir və siyasi ittifaq yaradılmasın ı zəruri sayırdılar. Aprelin 29-da Dağıstanın
Azərbaycana birləşdirilməsi məsələsi Dağlılar Respublikası parla menti ü zvlərinin, zabit lərin, ruhanilərin və ziyahla rın birgə
iclasında mü zakirə edild i. Zabitlər Könüllü o rduya qarşı mübarizən in davam etdirilməsini və hərbi əməliyyatlar başa
çatdıqdan sonra Dağıstanla Azərbaycanın federasiya və ya konfederasiya formasında birləş məsini təklif etdilər. Dağıstan
deputatlarının lideri M.Q.Dib irov, nüfu zlu d in xad imi Şey x Uzun Hacı da bu təklifə tərəfdar çıxdılar.
Mayın 5-də Bakıdakı müttəfıq qoşunlarının ko mandanı general U.To mson da Fətəli xan Xoyski ilə görüşündə
Dağıstanın iqtisadi, topoqrafik və digər cəhətlərdən A zərbaycanla bağlı olduğuna görə, onun Cü mhuriyyətə birləş-
dirilməsini labüd saymışdı.
Müttəfıqlərin bu görüşləri, xüsusən də Dağıstanın öz taleyini Azərbaycanla bağlamaq üçün addımlar atması
Denikin in bölgədə fəallaş masına, təxribatçılıq fəaliyyətini gücləndirməsinə səbəb oldu. Əhalin in rəğbətini qazan maq üçün
Dağıstana yerli ö zünüidarəçilik veriləcəyi vəd edildi, Könüllü ordunun bölgədə başlıca vəzifəsin in bolşeviklərə qarşı
mübarizə aparmaq olduğu bild irildi. Yü ksək rütbəli dağlı zabitlərin in Şimali Qafqazın müsəlman bölgələrin in idarəsinə cəlb
edilməsi isə zabit heyətinin mövqeyində dəyişiklik yaratdı.
Be lə bir şəra itdə may ın 12-də P.Kotsevin başçılıq etdiyi Dağ lılar Respublikası hökumət i istefa verdi. Parla ment
zabit lərin tə zyiqi ilə yeni höku mət in təşkilini general H.M.Xəlilova tapşırdı. Xəlilov Denikin in nü mayəndəsi ilə danışıq lara
girdi və Dağlılar Respublikası höku mətin i bura xd ı. Mayın sonunda Dağıstan Könüllü ordu tərəfindən müqavimətsiz tutuldu.
Əbdürrəhim bəy Haqverdiyev iyunun 7-də Dağ ıstanda baş verən hadisələr haqqında Azərbaycan Höku mətinə
göndərdiyi məlu matda Denikin in bölgədə cəmi 1 mindən ço x hərbi qüvvəyə malik o lduğunu bildirir və yerli əhalinin
arzusunu nəzərə ahb, Port-Petrovska (indiki Mahaçqala) qədərki ə ra zin i Azə rbaycana birləşdirmə k üçün hərəkətə keç məyə
çağırırdı. Britaniya höku mətin in iyunun 11-də bəyan etdiyi demarkasiya xəttinə görə də Könüllü ordu Port-Petrovskdan 5
mil cənubda dayanmalı idi.
Azərbaycan Höku mət i Dərbəndi və de markasiya xəttinə qədərki Dağ ıstan ərazisini denikinçilərdən tə mizlə mə k
üçün dərhal diplo matik və hərbi hazırlığa başladı. Lakin Denikin ordusu Cənubi Dağ ıstanı tərk etməkdən qəti boyun
qaçırdığı üçün avqustun 4-də Britaniya höku məti demarkasiya xəttin i Dağıstanın cənub sərhədinə çəkərək, bölgəni
bütünlüklə Könüllü o rdunun təsir dairəsinə aid etdi.
Azərbaycan Höku məti yaran mış vəziyyəti nəzərə a laraq, Dağ ıstanın birləşdirilməsi ilə bağlı hazırlığı dayandırma lı
oldu.
Əd.: Aзepбaйджанская Демократичеческая Pecnублика (1918-1920), Внешняя политика (документы и материалы) , B., 1998;
Göyüşov A., 1917-1920-ci illərdə Şimali Qafqaz dağlılarının azadlıq uğrunda mübarizəsi, B., 2000.
AZƏRBAYCAN DƏMĠR YOLU A zərbaycan Xalq Cü mhuriyyətinin dəmir yol şəbəkəsi. Cü mhuriyyət Hö ku-
mət inin qəra rı ilə 1918 il iyunun 1-dən ölkə əra zisindəki bütün dəmir yol xətləri müstəqil Azə rbaycan dəmir yoluna çevrild i.
Azərbaycan Də mir Yo lu İdarəsi yaradıldı. Hə min dövrdə Azərbaycan dəmir yollarının ü mu mi u zunluğu 954,2 k m (894,4
versi) idi. Onun 498,2 k m-i (467 versi) Qə rb (Ba kı - Böyük Kəsik), 187,8 k m-i (176 verst) Şima l (Biləcəri - Yala ma ), 189,9
k m-i (178 verst) Cənub-qərb (Ulu xanlı - Culfa), 51,2 k m-i (48 verst) Cənub (Ələt - Zubovka) istiqamət lərinin, 27,1 k m-i
(25,4 verst) "neft sahəsi"nin (Ba kı - Ba la xanı - Sabunçu - Sura xan ı) payına düşürdü.