145
verdi. Cənubi A zərbaycanda baş verən milli a zadlıq hərə katı İran ın başqa yerlərində də da xili irt icadan və ingilislə rdən
narazı olan qüvvələr tərəfindən rəğbətlə qarşılandı.
İrticaya və ingilis ağalığına qarşı ü mu mxalq narazılığ ının bütün İranı əhatə etdiyi şəraitdə Təbriz üsyançıları daha
qəti addımlar at mağa başladılar. 1920 il iyunun 23-də Təbrizdə Ş.M.Xiyabaninin başçılığ ı ilə Milli Hökumət yaradıld ı. A DF
fəallarından ibarət olan M illi Höku mətin tərkibinə əhalinin mü xtə lif təbəqələrinin nü mayəndələri da xil id i.
Milli Hö ku mətin fəaliyyətə başladığı 24 İyun günü Təbrizdə ü mu mxalq bayramına çevrildi. Bütün müəssisələrdə,
tədris ocaqlarında iş dayandırıld ı, baza rla r, dükanlar bağlandı. Milli Höku mətin qərarı ilə, İran valisi də daxil olmaq la,
mə rkə zdən göndərilmiş bütün dövlət mə mu rla rı Təbrizdən çıxa rıld ıla r. Bu, fa ktiki olaraq, Cənubi Azə rbaycanda mürtəce
şahlıq rejiminin-İran hakimiyyətinin devrilməsi və milli dövlətçilik ənənələrinin dirçəlişi demək id i. Şey x Məhəmməd
Xiyabaninin başçılıq etdiyi Milli Hö ku mət isə müstəqil demo kratik respublika funksiyasını yerinə yetirirdi.
Bununla belə, xa lqın ta ma milə müstəqil yaşamaq əzminə ba xmayaraq, Milli Höku mət təkcə Cənubi Azərbaycanın
deyil, bütün İranın demokratikləşdirilməsi və ö lkədə konstitusiyalı quruluş yaradılması, daxili irticaya və ingilis ağalığına
son qoyulması uğrunda mübarizə xəttini davam etdirir, Cənubi A zərbaycana qarşı yerid ilən ayrıseçkilik siyasətinə qarşı
çıxırd ı. Beləliklə, xalq ın tam müstəqilliyə can atmasına və faktiki o laraq, özünün müstəqil demokratik respublikasını
yaratmasına baxmayaraq, Milli Höku mət Cənubi Azərbaycanın tam müstəqilliyi uğrunda deyil, yeni yarad ılacaq demokratik
İranın tərkibində milli mu xtariyyət hüququ əldə etmək uğrunda mübarizə aparırdı. Milli Höku mətin rəhbərləri inanırd ılar ki,
Təbrizdən sonra bütün İran ayağa qalxacaq, şahlıq idarə üsulu devriləcə k, xa lq hakimiyyətə gələcək və bütün ölkədə
respublika quruluşu bərqərar olacaqdır; yeni yaradılacaq ü mu miran xa lq höku mət inin təşkilində və tərkib ində
azərbaycanlılar mühüm rol oynayacaqlar. Xiyabani əmin id i ki, "Təbriz İrana nicat verəcəkdir!".
Be ləliklə, qarşısına İrandan ayrılıb müstəqil Azərbaycan dövləti yarat maq kimi siyasi vəzifə qoymayan M illi
Höku mət iqtisadiyyat, maarif, səhiyyə və s. sahələrdə islahatlara başladı. İlk növbədə dözülməz vəziyyətə düşmüş yoxsul
əhalinin, o cü mlədən təbrizlilərin vəziyyətini yaxşılaşdırmaq üçün mü xtəlif xarakterli tədbirlər görüldü. Savadsızlığın
ləğvinə başlandı. Milli mə ktəblər, xəstəxana lar aç ıld ı. Təbrizdə yoxsul uşaqları üçün puls uz qız məktəbi fəaliyyətə başladı.
Yeni açılmış milli məktəblərdə dərs demək üçün Bakıdan, Tü rkiyədən, habelə Tiflisdən müəllimlər dəvət olundu. Milli
qvardiya yaradılması üçün hazırlıq işlərinə başlandı. Milli Höku mətin öz jandarm və polis dəstələri yaradıld ı. Polis məktəbi
açıld ı. Eyni zamanda yeni iş yerləri açılması, pul islahatı keçirilməsi, bank-maliyyə sistemi yaradılması, bələd iyyə seçkiləri
keçirilməsi üçün hazırlıq işləri görülməsinə, torpaq islahatına başlandı. Bu məqsədlə yeni idarələr, müəssisələr, nazirliklər
yaradıldı.
Gö ründüyü kimi, Milli Hö ku mətin həyata keçirdiy i bütün tədbirlərin, habelə nəzərdə tutulan islahatların özü də,
əslində, Cənubi A zərbaycanda Respublika tipli müstəqil, demokratik dövlət yaradılmasına yönəlmişdi. Yaradılmaqda olan
müstəqil Azərbaycan dövləti Azadıstan məmləkəti adlanırdı. Buna müvafiq olaraq bütün rəsmi sənədlərdə, blanklarda,
habelə nazirliklərin, idarə və müəssisələrin adı ə ks olunan lövhələrdə A zərbaycan adı "Azadıstan"la əvəz olundu.
azərbaycanlıların u lu vətəni o lan qədim "Azərbaycan" adının dəyişdirilməsi səhv addım olsa da, ö lkə mizin cənubunda
respublika tip li yeni dövlətin yaradılması xalq ın mürtəce şahlıq rejimindən qurtularaq azad, müstəqil yaşamaq, qədim
dövlətçilik ənənələrin i dirçəltmək arzularını əks etdirirdi.
Xiyabani ö z doğ ma xalq ını daim maariflən məyə, in kişaf naminə mübarizəyə çağırır, müstəqilliyin, azadlığın yaln ız
bu yolla ə ldə olunacağına inanırd ı. O, Təbrizin şəhər bağında təşkil olun muş yığıncaqla rda öz mütərəqqi fikirlə rini təbliğ
edirdi. Şey x Məhəmməd Xiyabaninin 15 iyun 1920 ildə söylədiyi nitqində onun mübarizəsinin əsas ideyaları ö z əksini
tapmışdır:
"Mənliyini sevmək təbii və ümumi bir qanundur. Hər bir adam, hər bir canlı bəşər özünü başqasından çox
sevər. Buna görə də bir cəmiyyət öz rifah halını yaxşılaşdırmağı başqasından gözl əməməlidir. Xüsusilə özünə nisbətən
rabitə və yaxınhğı olmayanlardan yardım və xidmət gözləmək yersizdir. Öz şəxsiyyətinə hörmət etmək, ona inanmaq da
mənliyini sevməklə bir sırada qoyulmalıdır. Bir xalq, bir cəmiyyət təkəbbürlü və özündən bədgüman olmamalıdır. İnsan
öz şəxsi etimadının əsasını laxladan alçaqlığı, acizlik qədər təvazökarlığı qəbul etməməlidir. Bəşəriyyət bütün üzvlərinin
birlikdə olan fəaliyyətinə və yardımına möhtacdır. Elə təsəvvür edilməməlidir ki, dünyada yaşayan kiçik bir xalq
bəşəriyyətə xeyir verə bilməz və onun varlığına etinasız miinasibət bəsləmək olar. Çox təəssüf olsun ki, biz öz qədr və
qiymətimizi çox az bilmiş, bəlkə də özümüzdə olan mə nlikdən xəbər tutmamışıq. Bu, fərdlərin həyatında təcrübədən
keçirilmişdir. Yüksək xüsusiyyətə malik olan, ali fikirlərə xidmət edən, öz dərəcə və heysiyyətini qiymətləndirən və bunun
qorunması üçün çalışan şəxslər həmişə yüksək məqama çatmışlar. Məhz buna görədir ki, bir çox ədib və filosoflar öz
şəxsiyyətləri naminə ali dərəcəyə çatmış və padşahları belə öz zəhmət və qüdrətlərinə hörmət göstərməyə məcbur
etmişlər. Onlar saraylarda ən parlaq yer tutmuşlar. Xalqlar dəxi bu əzəməti, mənəvi qüvvəni, mənliyi və öz varlığına
etimadı üzə çıxarmaqla tərəqqi və inkişafa nail ola bilərlər. Azad və müstəqil olmaq istəyən bir xalq, öz həyatına və
ictimai məsələlərə laqeyd qala bilməz. Biz dəxi mütərəqqi xalqlar cərgəsinə çatmaq üçün öz fikir və hissiyyatımızı
onların dərəcəsinə qaldırmalıyıq.
Bir xalqın şərafəti üçün birinci şərt onun müstəqil olmasıdır.