143
publikasında Atatürk irsinin araşdırılmasına böyük maraq göstərilir.
Əd.: Azərbaycan - Türkiyə münasibətləri. 1920-1922. Sənədlər və materiallar, B., 2002; Əhmədova F., Nəriman Nərimanov-
ideal və gerçəklik, B., 1998; Əliyev Ə., Əlincə yaddaşı: Naxçıvan-1914-92, B., 1997; Hüseynov Q.H., Atatürk dövründə Türkiyənin
xarici siyasətinə dair, B., 1970; Qurbanov Ş., Atatürk və Nərimanov, B., 2003; Aygün Attar, Atatürkün Kafkazya politikası, Türkler, 21
cilddə, c.16, Ankara, 2002; Yaşar Akbıyık, Atatürk'ün hayatı, yenə orada; Utkan Qocatürk, Atatürk, B., 1991; Gümrü, M oskva, Qars
müqavilələri və Vaxçıvanın taleyi, B., 1999.
ATAYEV Əlirza Əsgər oğlu (1898, Gəncə - 1962, Bakı) - A zərbaycan Xa lq Cü mhuriyyəti Parla menti dəftər-
xanasının rus dili üzrə redaktoru (1919-20), görkəmli elm təşkilatçısı, həkim (mama-g inekoloq), tibb elmləri doktoru
(1930), professor (1936). Gəncə rus-tatar (Azə rbaycan) gimnaziyasında təhsil almış, 1917 ildə Tiflis ali kursların ın tələbəsi
olmuşdur. Təhsilini davam etdirmək üçün 1921 ildə Azərbaycan Sovet Sosialist Respublikasının təqaüdçüsü kimi 1-ci
Moskva Dövlət Universitetin in tibb fakü ltesinə göndərilmişdir. Universiteti bitirdikdən sonra 3-cü Moskva Universitetinin
kafedrasında bir il ord inator işləmiş, sonra Azərbaycan Hökuməti tərəfindən gənc mütəxəssislərdən
ibarət qrupun tərkibində ixt isasını təkmilləşdirmək üçün Almaniyaya göndərilmiş, 2 il Leypsiq
Universitetinin ma malıq-ginekologiya klinikasında çalışmışdır.
1925 ildə Bakıya qayıtdıqdan sonra qadın, ana və uşaqların sağlamlığın ın mühafizəsinə dair
Azərbaycan dilində ilk dəfə məqalələ r yazmış, 1000 sözdən ibarət ma ma lıq-g inekologiya terminlə ri
lüğətini nəşr etdirmişdir. Atayev 1936 ildə Azərbaycan Tibb İnstitutunun mamalıq və ginekologiya
kafedrasının professoru seçilmiş, Xalq Səh iyyə Ko missarlığı Həkimləri Təkmilləşdirmə İnstitutunun
ma malıq və gine kologiya kafedrasının müdiri təyin o lun muşdur.
1937 ildə repressiyaya mə ruz qalmış, 8 il müddətinə Sibirə (Maqadan) sürgün olunmuşdur.
Sürgündən sonra Maqadanda və Penzada şəhər xəstəxanasında və sanitar idarəsində işləmişdir. 1948
ildə SSRİ Səhiyyə Na zirliy i tərəfindən Penza vilayət xəstə xanasına məsləhətçi göndərilən Atayev
tezliklə Pen za vilayətinin baş ma ma -gine koloqu seçilir və burada onun təşəbbüsü ilə Ümu mittifaq ma ma lıq və gineko loqlar
elmi cə miyyətinin filialı yaradılır. 1956 ildə Atayevə bəraət verilmiş, la kin o, ağır xəstəliyə tutulduğundan elmi fəaliyyətini
dayandırmalı olmuşdur.
Əd:. Житие профессора Атаева, газ. ―Вышка‖, 1990, 13 мая; Али Рза Аскер оглы Атаев – 100 лет, "Sağlamlıq", №10, Б., 1998.
AVROPA, AMERĠKA VƏ SOVET RUSĠYASINDA, DĠPLOMATĠK NÜMA YƏNDƏ LĠKLƏ RĠN TƏSĠS
EDĠLMƏS Ġ VƏ PARĠS S ÜLH KONFRANSINDA AZƏRBAYCAN NÜMA YƏNDƏ HEYƏTĠNĠN BURAXILMAS I
HAQQINDA QANUN - Azərbaycanın Paris sülh k onfransında (1919-20) böyük dövlətlər tərəfindən de-fakto
tanınmasından (1920, 11 yanvar) sonra xarici ölkələrlə əlaqələrin genişləndirilməsi məqsədilə A zərbaycan Parlamentinin
1920 il aprelin 22-də qəbul etdiyi mühüm s ənədlərdən biri. Bundan əvvəl Azərbaycan Höku məti 1920 il yanvarın 7-də
Böyük Britaniya, A BŞ, İsveçrə, İtaliya və Po lşa höku mətləri yanında Azərbaycanın diplo matik nü mayəndəliklərin in təsis
olunması haqqında qərar qəbul etmişdi. Qərara əsasən, xarici işlər nazirinə dip lo matik vəzifələrə namizədləri
müəyyənləşdirmək və nü mayəndəliklərin saxlan ması üçün smeta hazırlamaq tapşırılmışdı. Xarici İşlər Nazirliyinin
hazırlad ığı qərar layihəsini Cü mhuriyyət Höku məti ö zünün 1920 il 5 mart tarixli qərarı ilə bəyən miş və təcili olaraq
Parla ment müza kirəsinə vermişdi.
Azərbaycan Parla mentin in 1920 il apre lin 22-də qəbul etdiyi qanunla həmin il aprelin 1 -dən Fransa Respublikası,
Əlahəzrət B.Britaniya kralı, İsveçrə Respublikası, Əlahəzrət İtaliya kralı, Şimali A merika Birləş miş Ştatları, Almaniya,
Polşa Respublikası, Sovet Rusiyasının höku mətləri yanında 6 ay müddətinə nəzərdə tutulmuş müvəqqəti ştat cədvəllərinə
uyğun olaraq A zərbaycan Xalq Cü mhuriyyətinin dip lo matik nü mayəndəliklərinin təsis edilməsi nəzərdə tutulurdu.
Höku mətin müvafiq qərarlarında Azərbaycan Xalq Cü mhuriyyətini rəs mən tanımayan Sovet Rusiyasında diplo matik
nümayəndəliyin təsis edilməsi nəzərdə tutulmamışdı. Lakin Parlamentdə keçirilən mü zakirələrdə sosialistlər fraksiyası
nümayəndələrin in təkidi ilə Rusiyaya da nümayəndəlik göndərilməsi qərara alındı.
Bu qanunla Azərbaycan Höku mət inin 1918 il de kabrın 28-də Pa ris sülh konfransında fəaliyyət göstərmək üçün
təsis etdiyi A zərbaycan nümayəndəliyi də ləğv olundu. Adı çəkilən səkkiz nü mayəndəliyin fəa liyyətinin tə min i üçün 1920 il
aprelin 1-dən 6 ay müddətinə yüz on səkkiz min üç yü z iyirmi (118320) funt sterlinqin ayrılması da qərarda göstərilirdi.
AYOLLO Q.Q. - Bakı menşeviklərinin liderlərindən biri. 1917 il ma rtın 7-də Ba kı rayonu Fəhlə Deputatları
Sovetinin 1-c i iclasın ın sədri olmuşdur. 1917-18 illərdə Bakı Sovetinin deputatı olan Ayollo bolşeviklərə qarşı fəa l
mübarizə aparmışdır. "Sentrokaspi diktaturası" hökumətinin tərkibinə daxil idi. A zərbaycanda sovet hakimiyyəti
qurulduqdan (1920) sonra mühacirət etmişdir.
AZADISTAN, A z a d l ı q ö l k ə s i , A z a d ı s t a n m ə m l ə k ə t i - Azərbaycanın cənubunda şahlıq re jiminə qarşı
Şey x Məhəmməd Xiyabaninin başçılığ ı ilə milli azad lıq hərəkatı nəticəsində yaradılmış respublika tip li demokratik dövlət
qurumu, Milli Höku mət (1920, aprel - sentyabr).
Birinci dünya müharibəsinin (1914-18) doğurduğu tarixi şəraitdə Azərbaycanın şimalında (Şimali Azərbaycanda)
olduğu kimi, ölkənin cənubunda (Cənubi Azərbaycanda) da xalq ö z milli dövlətçilik ənənələrinin d irçəlişi uğrunda
mübarizəyə qalxd ı.