146
Müstəqil olmayan bir xalqın əzmi və hörməti yoxdur. Xalqın istiqlaliyyətini onun əxlaqi fəziləti saxlaya bilər.
Hər bir xalqın istiqlaliyyətini qoruyan onun mərdlik və şücaətidir''.
Cənubi A zərbaycanda milli a zadlıq hərəkat ı dərinləş məkdə idi. Azə rbaycan xa lqı, ölkənin şimalında olduğu kimi,
cənubunda da, faktiki olaraq, özünün respublika tipli demokratik dövlətini yaratmağa başlamışdı. Azadıstan məmlə kətinin
uğurları bütün İranı hərəkətə gətirmişdi. Lərzəyə düşən şahlıq rejimi, həmçinin İranı öz asılılığında saxlamağa çalışan və Bakı
neftinə can atan ingilislər real təhlükə qarşısında qalmışdılar. Odur ki, İran irticası və ona yaxından kömə k edən ingilislər
Tehranda Milli Höku mətə qarşı qəsd hazırla mağa başlamışdılar. Tehran rejimi bir tərəfdən, Milli Höku mətin başını
qarışdırmaq üçün Ş.M.Xiyabani ilə danışıqlar aparır, mü xtəlif vədlər verir, digər tərəfdən isə Təbrizə hücum planı
hazırlayırdı. Bütün hazırlıq işləri başa çatdırıldıqdan sonra 1920 il sentyabrın 12-də təpədən dırnağadək silahlanmış irtica
qüvvələri Təbrizə hücum etdilər. Təbriz üsyançıları iki gün ərzində qəhrəmancasına müqavimət göstərdilər. Lakin sayca çox
olan və yaxşı silahlanmış niza mi höku mət qüvvələri üstünlüyü ələ ala bildi. Sentyabrın 14-də Xiyabani öldürüldü və üsyan
qan içində boğuldu. Beləliklə, Azərbaycan xalqın ın istiqlal mübarizəsinin daha bir parlaq səhifəsi tarixə qovuşdu. Şimali
Azərbaycanda Sovet Rusiyasının qanlı bolşevik rejimi Azərbaycan Xalq Cümhuriyyətinin varlığına son qoyduğu kimi,
Cənubi Azərbaycanda da İranın irticaçı şahlıq rejimi Azadıstan məmləkətini qan içində boğdu. Vaxtilə Güliistanda və
Türkmənçayda Azərbaycanı öz aralarında iki yerə parçalamış qüvvələr onun azadlığa çıxmasına yol vermədilər. Yenə də
Azərbaycanın şimalı Rusiyanın, cənubu isə İranın tərkibində qaldı.
Əd.: Həbibov Ə., Cənubi Azərbaycanda azadlıq hərəkatı, B., 1988; Tağıyeva Ş.Ə., 1920-ci il Təbriz üsyanı, B., 1990.
AZADLIQ ÖLKƏSĠ – A zərbaycanın cənubunda şahlıq rejiminə qarşı Şey x Məhəmməd Xiyabaninin başçılığ ı
altında milli azadlıq hərəkatı nəticəsində yaradılmış respublika tipli demokratik dövlət qurumu, Milli Hö ku mət (1920, aprel -
sentyabr) (ba x Azadıstan).
"AZƏRBAYCAN" - qəzet, A zərbaycan Xalq Cü mhuriyyəti Höku mətinin orqanı. Gəncədə, sonralar isə Bakıda
Azərbaycan və rus dillə rində nəşr olunmuşdur. 4 nömrəsi Gəncədə, sonrakı nömrə ləri isə Bakıda ç ıxmışdır. Qə zetin ilk
nömrəsi 1918 il sentyabrın 15-də Gəncə qubernatorunun mətbəəsində çap edilmişdir. Dörd səhifədən ibarət olan bu
nömrənin iki səhifəsi A zərbaycan, iki səhifəsi isə rus dilində buraxılmışdır. Gəncədə buraxılan axırıncı (dördüncü)
nömrənin üç səhifəsi rus, bir səhifəsi isə Azərbaycan dilində id i. Qəzetin Gəncədə Azərbaycan dilində buraxılmış
səhifələrinin başında qəzet in adı ilə yanaşı "Türk və islamçılığa aid məqalələrə "Azərbaycan"ın səhifələri açıqdır" yazısı
da verilmişdir. Qəzetin b irinci nö mrəsində "Heyəti-təhriyyə" ("Redaksiya heyəti") imzası ilə böyük bir yazı verilmişdir. Bu
nömrədə Bakının azad edilməsi ilə bağlı xəbərlər daha çox d iqqəti cəlb edir: " Dünən gecə Azərbaycan Cümhuriyyəti
Höku məti ad ına Qafqaz İslam Ordusunun komandanı Nuru paşa həzrətləri tərəfindən belə bir teleqram gəlmişdir:
"Bismillahir rəhmanir rəhim! Bakı şəhəri 15.09.18, saat 9-a işləmiş igid ordu hissələrimiz tərəfindən zəbt olundu.
Qafqaz, İslam Ordusunun komandanı Fərrux Nuri".
"Azərbaycan" qəzetinin hə min nö mrəsində Azərbaycan Cü mhuriyyəti Höku mət inin sədri F.x.Xoyskin in adından
Nuru paşaya cavab teleqramı da derc olun muşdur: "Qafqaz İslam Ordusunun komandanı Səadətli Nuru paşa həzrətlərinə.
Təhtik omandanızda olan cəsur türk əsgərlərimiz tərəfindən Azərbaycanın paytaxtı olan Bak ının düşmənlərdən xilas
edilməsi münasibətilə millətin zati-həmiyyət-pərvəranələrinə və dünyanın ən nəcib əsgəri olan türk oğullarına minnətdar
olduğumu ərz etməklə iftixar edirəm, əfəndim. Heyəti-vükəla rəisi Fətəli xan
‖
.
Qəzet in yu xarıda göstərilən nömrəsində Məhəmməd Hadin in türk əsgərinin şücaətini vəsf edən "Türk nəğməsi"
şeri də dərc olun muşdu:
Türkün tökülən qanları bihudə gedərmi?
Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?
Dörd ildə verilmiş bu qədər can hədər olmaz,
Məfkurə yolunda tökülən qan hədər olmaz
147
Qiymətli olan xuni-şəhidan hədər olmaz,
Dul qalmış köhəni-nisvan hədər olmaz.
Bax sən sonuna, hümməti-türkan hədər olmaz,
Bədbəxt olan əfqani-yetiman hədər olmaz.
Türkün tökülən qanları bihudə gedərmi?
Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?
"Azərbaycan" qəzetinin Bakıda Azərbaycan dilində nəşr olunmuş beşinci nömrəsi 1918 il oktyabrın 3-də, rus dilində
isə oktyabrın 7-də bura xılmışdır. Bu nö mrədən etibarən qə zetin adı altında
"Gündəlik siyasi, ictimai, ədəbi, iqtisadi türk
qəzetəsidir" sözləri ya zılmağa başlamışdır. Qəzet Azərbaycan dilində çıxan a ltıncı nö mrəsindən, rus dilində isə beşinci
nömrəsindən "mühərrirləri: Ceyhun bəy Hacıbəyli və Şəfi bəy Rüstəmbəyli" imzaları ilə buraxılmışdır. Həmin il noyabrın
28-dən isə Azərbaycan dilində olan nömrə lər Ceyhun bəy Hacıbəylinin, rus dilində olan nömrə lər Şə fi bəy Rüstəmbəylinin
redaktorluğu ilə nəşr edilmişdir.
1918
il dekabrın 31-nə qədər "Azərbaycan" qəzetinin Azərbaycan dilində 75 nömrəsi, rus dilində isə 70 nö mrəsi
işıq üzü görmüşdü.
1919
il yanvarın 16-da bura xılmış 89-cu nömrəsindən etibarən "Azərbaycan" qəzetini Üzeyir bəy Hac ıbəyli im-
zalamışdır. Həmin il iyulun 4-də çapdan çıxmış 216-cı nömrəsindən qəzetə "müvəqqəti müdir Xəlil İb rahim" rəhbərlik
etmişdir. 1919 il sentyabrın 3-dən 1920 il aprelin 28-nə kimi Üzeyir bəy Hacıbəyli yenidən qəzetin redaktoru olmuşdur.
"Azərbaycan" qəzetinin 1918 il sentyabrın 15-dən1919 il de kabrın 31-nə qədər 358 nö mrəsi, 1920 il yanvarın 1-dən apre lin
28-nə qədər isə 85 nö mrəsi çap olun muşdur. Bütövlükdə 1918-20 illər a rasında qəzetin cə mi 443 nö mrəsi çıxmışd ır.
"Azərbaycan" qəzetinin sentyabrın 19-da rus dilində çapdan çıxmış ikinci nö mrəsində Şə fi bəy Rüstəmbəyli
"Düşünmək vaxtıdır" məqaləsində "Daşnaksutyun" partiyasının şovinist siyas ətini tənqid edərək yazırdı: " Bizim üçün
vacibdir ki, e rməni xa lq ı nəhayət "Daşnaksutyun" partiyasının siyasi avantürasının məhvə məhku mluğunu başa düşsün, hələ
nə qədər ki gec deyil, ondan üz döndərsin, öz qonşuları ilə sə mimi və mehriban yaşamaq yoluna qədəm qoysun. Başqa yol
onlar üçün daim fəlakətli olacaqdır".
Qəzet in Gəncədə çıxmış dördüncü nömrəsinin A zərbaycan dilindəki səhifəsində Abid imza lı müə llifin " Ye rin i
bulmuş arzular" başlıqlı geniş məqaləsi verilmişdir. Məqalədə 19 əsrin əvvəllərində Şimali A zərbaycan xanlıqların ın Rusiya
tərəfindən işğal edildiy i dövrdən başlayaraq, xalq ın başına aç ılmış müsibətlə rdən, A zərbaycan xa lqın ın yadelli işğalçılara
qarşı azadlıq mübarizəsindən və nəticədə öz istiqlalına nail olmasından bəhs olunurdu.
Paris sülh konfransında (1919-20) iştirak etmək üçün Azərbaycan Xalq Cü mhuriyyəti nü mayəndə heyətinin tər-
kibinə müşavir kimi "Azərbaycan" qəzetinin redaktoru Ceyhun bəy Hacıbəyli də da xil edilmişdi. Qəzet in 1919 il 9 yanvar
tarixli 83-cü nö mrəsində Ceyhun bəy Hacıbəyli o xuculara mürac iətində ya zırdı: "Vətən və millət yolunda əlimdən gələn
xidməti və öhdəmə düşən vəzifəmi qəzeti-