156
yanvar) əsasən müstəqil dövlət kimi tanınmışdı. Dünyanın bir çox ölkələri ilə (Türkiyə, İran, Ukrayna, Böyük Britaniya, ABŞ,
Fransa, İtaliya, Polşa, İsveç, Latviya, Lirva, Estoniya, Finlandiya, Rumuniya, Almaniya, Gürcüstan, Ermənistan, Dağlılar
Respublikası, Krım və b.) səfirlik və nümayəndəliklər səviyyəsində diplomatik münasibətlər yaratmış, ikitərəfli və ço xtərəfli
müqavilələr, sazişlər bağlamışdı. AXC müstəqil məhkəmə sisteminin yaradılması sahəsində də mühüm tədbirlər həyata
keçirmişdi. Azərbaycan Xalq Cümhuriyyəti 1920 il aprelin 27-də beynəlxalq hüquq normalarını kobudcasına pozan Sovet
Rusiyasının hərbi müdaxiləsi nəticəsində süquta uğradı. Şimali Azərbaycan rus-bolşevik qoşunları tərəfindən işğal edildi və
yenidən Rusiyaya ilhaq olundu. Sosializm sistemi və Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) dağıldıqda Azərbaycan xalqı
Şimali A zərbaycanda dövlət müstəqilliy ini yenidən bərpa etdi (1991, 18 oktyabr). Azərbaycan Respublikası Azərbaycan Xalq
Cü mhuriyyətinin varisidir (ətraflı məlu mat üçün bax Azərbaycan Xalq Cümhuriyyəti giriş məqaləsinə).
AZƏRBAYCAN XALQ CÜMHURĠYYƏTĠ HÖKUMƏTĠ - Azərbaycan Xalq Cü mhuriyyətinin ali icra hakimiyyəti
orqanı. Parlament qarşısında məsuliyyət daşıyırdı. Azərbaycan Milli Şurasının fəaliyyət göstərmədiyi dövrdə qanunvericilik
fəaliyyətini də yerinə yetirmişdir. Cü mhuriyyət Hökuməti son dərəcə ağır tarixi şəraitdə forma laşmışdı. Zaqafqaziya seymi
buraxıldıqdan sonra 1918 il mayın 27-də seymin Müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası elan etdi. Mayın 28-də
Zaqafqaziya seyminin fəaliyyət göstərmiş olduğu Tiflisdə - keçmiş Qafqaz canişininin iqamətgahında özünün ilk ic lasına
toplanan Azərbaycan Milli Şurası uzun və hərtərəfli müzakirələrdən sonra Azərbaycanın müstəqilliyi haqqında İstiqlal
bəyannaməsini qəbul etdi. Bəyannamənin 6-cı maddəsində göstərilird i ki,"Məclisi-Məbusan toplanıncaya qədər Azərbaycan
idarəsinin başında arayi-ü mu miyyə ilə intixab olun muş Şurayi-Milli və Şurayi-Milliyəyə qarşı məsul Hö ku məti-müvəqqəti
durur".
Milli Şu ra Azə rbaycan Xalq Cü mhuriyyətinin birinci hökumət kabinəsini təşkil et məyi Milli Şuran ın üzvü, b itə-
rəf Fətəli xan Xoyskiyə tapşırdı. Bir saatlıq fasilədən sonra yığılan Milli Şuran ın iclasında Fətə li xan Xoyskin in başçılığı ilə
Cü mhuriyyətin ilk Hö ku məti təsdiq edildi. İlk Höku mətdə vəzifələr aşağıdakı kimi bölüşdürülmüşdü: Fətəli xan Xoyski -
Nazirlə r Şu rasının sədri və da xili işlər na ziri; Xosrov Paşa bəy Sultanov - hərb i nazir; Məmməd Həsən Hacınski - xa ric i
işlər naziri; Nəsib bəy Yusifbəyli -maliyyə və xalq maarifi naziri; Xəlil bəy Xasməmmədov -ədliyyə naziri; Məmməd Yusif
Cəfərov - t icarət və sənaye naziri;
Əkbər ağa Şeyxülislamov - əkinçilik və ə mə k naziri;
X udadat bəy Məlik-Aslanov -
yollar, poçt və teleqraf naziri; Camo bəy Hacınski - dövlət nəzarəti naziri.
Azərbaycan Xalq Cü mhuriyyəti Höku məti 1918 il mayın 30-da rad ioqra m vasitəsilə A zərbaycanın öz istiqla liyyətini
elan etməsi barədə dünyanın əsas siyasi mə rkə zlərinə -London, Paris, Vaşinqton, İstanbul, Berlin, Madrid, Tehran, Moskva,
Ro ma, Vyana, Bu xarest, Sofiya, To kio, Haaqa, Kopenhagen, Kiyev, Kristianiya (Oslo) v ə Stokholma rəs mi bəyanatlar
göndərdi. Həmin radioqramda yeni yaradılmış Höku mətin müvəqqəti olaraq Yelizavetpolda (Gəncə) yerləşdiyi b ild irilirdi.
Tiflisdə yeni müstəqil dövlətin ya radılması ilə ə laqədar ən ü mdə təşkilat i tədbirləri həyata keçirdikdən və bu haqda
bütün dünyaya məlu mat verdikdən sonra, Azərbaycan Milli Şurası və Höku məti öz nüfu z dairəsini bütün Azərbaycan
ərazisində yaymaq məqsədilə 1918 il iyunun 16-da Gəncəyə köçdü. Həmin dövrdə Gəncədə real hakimiyyət hələ
157
may ayın ın axırlarında 300 nəfər hərb i təlimatçı ilə Gəncəyə gəlmiş Türkiyənin Qafqaz İslam Ordusunun komandanı Nuru
paşanın əlində idi. O, tezliklə Gəncədə hərc-mərcliyə son qoya bilmiş, şəhərdə qayda-qanun yaratmışdı. A zərbaycan Milli
Şurası və Höku mətin in həyata keçirmək istədiyi tədbirlərin "həddindən çox demokratik" istiqamətindən narazı qalan
Azərbaycan burjuaziyası və mü lkədarlarının müəyyən dairələrinin təsirilə Nuru paşa Azərbaycan Milli Şurası və Hökumətini
şübhə ilə qarşıladı. İyunun 16-da Gəncəyə gələn Azərbaycan Milli Şurasının iyunun 17-də Məhəmməd Əmin Rəsulzadənin
sədrliyi ilə iki ic lası keçirildi.
Birinci qapalı ic las iyunun 17-də saat 12-də şəhər idarəsinin binasında toplandı. A zərbaycan Xa lq Cü mhuriyyəti
Höku mətin in sədri Fətəli xan Xoyski söz alaraq bildirdi ki, Məhəmməd Əmin Rəsulzadə və Məmməd Həsən Hacınski ilə
birlikdə onlar Qafqa zdakı türk ordusunun komandanı Nuru paşanın yanında olmuş və Tiflisdə yaradılmış Milli Şura və
Azərbaycan Höku məti haqqında ona məlu mat vermişlər. Nu ru paşa cavabında bildirib ki, bir əsgər kimi o, mülki işlərlə
kifayət qədər tanış deyil, ona görə də bu barədə onun mü lki işlər üzrə müşaviri Əh məd bəy Ağaoğluna mürac iət etsinlə r.
Əh məd bəy Ağaoğlu ilə görüşlərindən bəhs edən Fətəli xan Xoyski məlu mat verdi ki, danışıq zamanı Əh məd bəy Ağaoğlu
Türkiyə höku mətin in və onun Gəncədəki nü mayəndəliyin in A zərbaycanın daxili işlərinə qarışmayacağını bildird i, lakin
Milli Şuranın yeni Hö ku mət yaradaraq özünü buraxmasını tələb etdi.
İyunun 17-də saat 2-də Milli Şuranın ço x gərgin şəraitdə keçən ikinci iclasında Fətəli xan Xoyski Tiflisdə təşkil
etdiyi Hö ku mətin fəaliyyəti barədə qısaca məlu mat verərək Şu ra üzv lərindən onun Hökumətinin istefasını qəbul etməyi
xahiş etdi. Uzun və gərg in mü zakirədən sonra iclas Azərbaycan Milli Şurasın ın buraxılması, bütün qanunverici və icraedici
hakimiyyətin yeni yaradılacaq Azərbaycan Müvəqqəti Höku mətinə verilməsi haqqında iki mühü m qətnamə qəbul etdi.
Milli Şuranın buraxılması haqqındakı b irinci sənəddə göstərilirdi ki, həm daxili, həm də xarici siyasət sahəsində
Azərbaycanda yaranmış ağır vəziyyəti nəzərə a laraq, Azə rbaycan Milli Şurası bütün hakimiyyəti Fətə li xan Xoyskinin
sədrliyi ilə təşkil o lunmuş Müvəqqəti Höku mətə həvalə edir və ona tapşırır ki, ö z hakimiyyətini te zliklə çağ ırılacaq
Müəssislər Məclisindən başqa kimsəyə güzəştə getməsin.
Müvəqqəti Höku mətin hüquq və vəzifələri haqqındakı ikinci sənəddə qeyd olunurdu ki, Azərbaycan Hö ku mətinə
Azərbaycanın dövlət istiqlaliyyətini və mövcud siyasi azadlıq ları ləğv etmə k, aqra r və digər bu kimi mühü m inqilabi
əhəmiyyətli qanunları dəyişdirmək səlahiyyəti verilmir. A zərbaycan Höku məti altı aydan gec olmayaraq Müəssislər
Məclisini çağırmalıdır. Hö ku mət qalan məsələ lərdə bütün səlahiyyətlərindən istifadə etmə kdə sərbəst idi.
Azərbaycan Milli Şu rası iyunun 17-də Fətəli xan Xoyskinin sədrliy i ilə Azə rbaycan Xalq Cü mhuriyyətin in ikinci
hökumət kabinəsinin tərkib ini təsdiq etdi. İkinci Hö ku mətə
Fətəli xan Xoyskidən başqa
Məmməd Həsən Hacınski, Nəsib
bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov, Xəlil bəy Xasməmmədov, Xosrov Paşa bəy Sultanov, Xudadat bəy Rəfibəyli,
Xudadat bəy Məlik-Aslanov, Ağa Aşurov,