138
texnik İnstitutunun dəniz mühəndisliyi fakültəsinə qəbul olunmuş, bu dövrdə sağ eserlərə
qoşulmuş, müsəlman həmyerlilər ko mitəsinin sədri seçilmişdi. Rusiyada inqilabi hərəkatda
yaxından iştirak etmiş, hərc-mərclik yarandığından Qafqaza dönmüş, eserlər partiyasında siyasi
fəaliyyətini dava m etdirmiş dir. Atama lıbəyov Azərbaycan Milli Şurasının və Cü mhuriyyət
Parla mentində ―‖Sosialistlər bloku‖ fraksiyasının üzvü idi.
Parla mentin 1919 il 1 sentyabr tarixli qərarına əsasən, təhsilin i gə miqayırma sahəsində
davam etdirmə k üçün Paris Universitetinə (Fransa) göndərilmişdir. A zərbaycan Xarici İşlər
Nazirliyi Paris sülh konfransında (1919-20) A zərbaycan nümayəndə heyətinin ü zvü
M.Məhərrə movu əvəz etmək üçün Atamalıbəyovu Fransaya ezam et miş və o, nümayəndə
heyətinin tərkibində katib kimi fəaliyyət gös-tərmişdir. Aprel işğalından (1920) sonra xaricdə
dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr
İttifaqının 1923-25 illər üçün məlu matında Atamalıbəyovun təhsilinin bitməsinə 1 il qald ığı göstərilird i.
Parisdə siyasi fəaliyyətini dava m etdirmiş Atama lıbəyov, mühacirət dairə lərində tanınan siyasətçilərdən olmuşdur.
Fransa hökumətin in SSRİ-yə qarşı siyasətinin mühacirlər üçün yaratdığı əlverişli imkanlardan istifadə edərək, Parisdə
Siyasi Elmlə r Məktəbin i bitirmişdir. A zərbaycan mühacirətində Məhəmməd Əmin Rəsulzadəyə mü xa lif olan qrupa mənsub
idi. Qə rargahı Cenevrədə olan Millətlə r Cə miyyətinin, siyasi tədbir və müza kirə lərində vaxtaşırı iştirak etmişdir. Əlimərdan
bəy Topçubaşovun vəfatından (1934) sonra Pa risdə cəmləşən Azərbaycan mühacirət inin rəhbəri id i. Əmə kdaşlıq etdiyi
"Revyu de Prometey", "O" jurnallarında Cənubi Qa fqaza dair məqalə ləri dərc olun muşdur.
Fransa almanlar tərəfindən işğal olunduqdan sonra Berlində yaşamış, orada Qırmızı Xaç Ko mitəsində çalışmış,
azərbaycanlı əsirləri xilas et mək üçün böyük işlər görmüşdür.Siyasi fəa liyyətini burada da davam etdirən Ata ma lıbəyov
Azərbaycan legionu ilə Hitle rin o rdu qərargahı a rasında əlaqə sa xlayan üç nəfərdən ibarət qrupa (Ə.Fətəlibəyli-Düdənginski
və F.Əmircanla b irlikdə) da xil olmuşdur. 1944 ilin oktyabrında Qafqaz Şurasının yaradılmasının təşəbbüsçülərindən olmuş,
Şuranın 1947 ildə Lo zannada keçirilən toplantısında iştirak etmişdir. Sonralar b ir müddət Çilidə, MƏR-də, 1967 ildən isə
ABŞ-da yaşamışdır. Ömrünün sonunadək Azərbaycanın istiqlalı uğrunda mübarizə aparmış, vətəninə qovuşacağına inamını
itirmə mişdir. Uzun sürən ağır xəstəlikdən sonra vəfat etmişdir. Ölü mündən bir a z əvvəl fransızca yazmağa başladığı
xatirə ləri ya rımçıq qa lmışdır.
Əd.: Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər), B., 1993; İbrahimli X., Azərbaycan siyasi
mühacirəti, B., 1996; İsmayıl Umudlu, Səksən il yol gələn görüş, "Ayna" qəzeti, 2002, 7 iyun.
ATATÜRK, Qazi Mustafa Kamal (1881, Səlanik ( S a lo n ik i ) - 10.11.1938, İstanbul) -ümu mdünya tarixinin nadir
tarixi şəxsiyyətlərindən biri. Dahi dövlət xad imi və görkəmli sərkərdə. Türk xalq ının xarici hərbi müdaxiləçilərə qarşı Milli
İstiqlal Savaşının (1919-22) qalib i, türk dövlətçiliyinin xilaskarı, Türkiyə Cü mhuriyyətinin banisi və ilk p rezidenti (1923-38).
Sakarya vuruşmasında (1921, 23 avqust -13 sentyabr) müda xiləçi yunan ordusunu darmadağın etdiyinə görə Türkiyə Böyük
Millət Məc lisi (TBMM) Atatürkə ma rşal rütbəsi və"qazi" ("qalib") fə xri adın ı ve rmişdir. Atatürk
soyadı ona Türkiyədə familiya qəbulu ilə bağlı olaraq 1934 ildə TBMM tərəfindən verilmişdir.
Atatürk uşaqlıqdan hərbi biliklərə meyl göstərmiş, bu sahədə ibtidai təhsil almış,
İstanbulda hərbi məktəb (1902) və hərb i akademiya (1905) bitirmiş, Su riyada (1905-07) və
Makedoniyada (1907-09) hərbi xid mətdə olmuş, İta liya -Tü rkiyə (1911-12) və İkinc i Balkan
(1913) müharibələrində iştirak etmişdir. Türkiyənin Bolqarıstanda hərbi attaşesi (1913-14)
olmuşdur. Birinci dünya müharibəsində (1914-18) iştirak etmiş, Dardanel boğazın ın
müdaxiləçilərdən müdafiə olun masında (1915) mühü m rol oynamışdır. 1916 ildə ona general
rütbəsi və "paşa" titulu verilmişdir. Os manlı dövlətinin müstəqil dövlət kimi varlığ ına, əslində,
son qoyan Mudros barışığı (1918) ilə ra zılaş mayan Atatürk 1919 il may ın 19-da Sa msunda
"mübarək Vətəni və milləti parçalanmaq təhlükəsindən qurtarmaq, yunan və erməni
istəklərinə qurban verməmək üçün" milli qurtuluş savaşına başlamış və sonradan onun adı ilə
adlanan "kamalçılar hərəkatı‖nın rəhbəri olmuşdur. Antanta orduları İstanbulu ələ keçirəndən (1920, 16 mart) və ingilislər
"Məclisi-Məbusan"ı ("Deputatlar Pa latası") dağıtdıqdan sonra, Atatürk 1920 il aprelin 23-də Ankarada yeni Parla ment -
Türkiyə Böyük Millət Məclisini yaratmışdır. Atatürk TBMM-in və onun təşkil etdiyi höku mətin başçısı (prezident
seçkilərinədək) olmuşdur. "Ya istiqlal, ya ölüm!” çağırışı ilə işğalçılara qarşı milli azadlıq mübarizəsinə başçılıq edən
Atatürk İstiqlal Savaşını uğurla başa çatdırmış (1922), müdaxiləçilərin ölkədən qovulmasına və Türkiyənin ərazi
bütövlüyünün bərpa edilməsinə nail o lmuşdur. İşğalçıların ordularını darmadağın edən Atatürk, bununla böyük dövlətlərin
Türkiyə ərazisini bölüşdürərək, dünyanın sonuncu türk dövlətini yox etmək plan larını, habelə mərkəzi hakimiyyətə qarşı
çıxan və xaricdən kö mək alan erməni-daşnak quldurlarının Şərq i Anadoluda "Böyük Ermənistan" yaratmaq niyyətlərini
puça çıxarmışdır.
İstiqlal savaşı uğurla başa çatdıqdan və Türkiyə Cü mhuriyyət (respublika) elan olunduqdan (1923, 29 o ktyabr)