139
sonra Atatürk son dərəcə mürəkkəb tarixi şəraitdə öz Vətəninin gələcəyi üçün yeganə düzgün yol olan strategiya müəyyən
etdi:
"Yurdda sülh, cahanda sülh!". Dahi dövlət xadimi olduqca müdrik, uzaqgörən xaric i siyasət yeritməklə və cəsarətli
daxili islahatlar həyata keçirmə klə Türkiyəni müasir inkişaf yoluna çıxardı və çağdaş dünyaya qovuş durdu. Bu gün
demokratik, hüquqi, dünyəvi dövlət kimi dünya birliy ində böyük nüfuz qazanan və türk-islam dünyasının önündə gedən
qüdrətli Türkiyə Cü mhuriyyəti Atatürk ideyaların ın və onun əməli fəaliyyətinin parlaq bəhrəsidir. Atatürkün dahiliy i onda
idi ki, o, yaşadığı dövrdə dağılmış Osmanlı imperiyasının xarabaları üzərində yenicə yaranan, lakin hələ ço x zəif olan
Türkiyə Cü mhuriyyətinin o zaman öhdəsindən gələ bilməyəcəyi ağır beynəlxalq hərb i-siyasi qarşıdurmalara girməsinə yol
verməd i. Dahi siyasətçi qurmaqda olduğu gənc və hələ cana gəlmə kdə olan Türkiyə Cü mhuriyyətini qoruyub saxla maq la,
əslində, ümu mtürk dövlətçiliyin i tarix səhnəsindən silin məyə qoymad ı. Atatürk, bununla, həm də, əsarətdə olan dünya
türkləri üçün yeganə ümid yerini - Tü rkiyə dövlətini qoruyub saxladı. O, istiqlal savaşının ilk illərində gələcək üçün
ürəyində tutduğu bu siyasi düşüncələrini 1933 ildə Türkiyə Cü mhuriyyətinin 10-cu ildönümü münasibətilə keçirilən bayram
şənliyində açıq ladı: "...Bu gün Sovet Rusiyası dostumuzdur, qonşumuzdur, müttəfiqimizdir. Bu dostluğa ehtiyacımız
vardır. Fəqət sabah necə olacağını heç kəs qəti söyləyə bilməz. Tipki Osmanlı imperatorluğu kimi, tipki Avstriya-
Macarıstan imperatorluğu kimi bu dövlət də parçalana bilər. Bu gün əlində sımsıx tutduğu millətlər, ovuclarından çıxıb
qaça bilərlər... O zaman Türkiyə nə edəcəyini bilməlidir. Bizim bu dostumuzun idarəsində dili bir, inancı bir, özü bir
qardaşlarımız vardır. Onlara sahib çıxmağa hazır olmalıyıq...".
Atatürkün nə qədər dahi şəxsiyyət və uzaqgörən diplomat olduğunu zaman özü sübut etdi. Onun odalov içərisində
yaratdığı Türkiyə Cü mhuriyyəti yaşadı və qüdrətli dövlətə çevrild i. Lakin Os manlı və Avsrtiya-Macarıstan imperatorluqları
kimi Sovet imperatorluğu da dağıldı. Bu imperatorluğun öz ovucu içərisində "sımsıx saxladığ ı" türk xalqları azad lığa
çıxd ılar. Atatürkün yaratdığı Türkiyə Cümhuriyyəti isə bu gün, onun vaxtilə düşündüyü kimi, qardaş türk cü mhuriyyətlərinə
hərtərəfli yard ım göstərir.
Öz xalqının istiqlal savaşına başçılıq edən Atatürk Türkiyənin ənənəvi xarici siyasətinə yenilik gətirdi: Os manlı
imperatorluğunun iflasa uğramış xarici siyas ət xəttindən cəsarətlə uzaqlaşdı, Rusiyada 1917 il Oktyabr çevrilişindən sonra
beynəlxa lq münasibətlərdə baş vermiş rea llıqla rı nə zərə ald ı. O, istiqla l savaşının qələbəsinin tə min olun masına yönəlmiş
xarici siyasət yeritməyə başladı. Bu məqsədlə bolşevik Rusiyası ilə ya xınlaşdı. Bütün sahələrdə, o cümlədən hərbi
əməliyyatlarda, Sovet Rusiyası ilə əlb ir fəaliyyət gostərməyə hazır o lduğunu bildird i və maliyyə yardımı üçün V.İ.Leninə
müraciət etdi. V.İ.Lenin Atatürkü türk xalqının istiqlal mübarizəsinin uzaqgörən və müdrik bir rəhbəri kimi yüksək
qiymət ləndird i. Bəhs olunan dövrdə böyük dövlətlərin hərbi müda xiləsinə və güclü xaric i siyasi tə zyiq lərinə mə ruz qalan
Atatürk Türkiyəsi ilə V.İ.Lenin in başçılıq etdiyi bolşevik Rusiyasının bir-biri ilə yaxın laşması tarixi zərurət id i. Yaxın
keçmişdə aralarında çox kəskin ziddiyyətlər olmasına baxmayaraq hər iki ölkə təcavüzə məru z qalmışdı, hər iki ölkədə
yeniləşmə gedirdi və onların ü mu-
140
mi düşmən lərə qarşı bir-birinə arxa durması təbii hal idi. Digər
tərəfdən, Cənubi Qafqa zı, xüsusilə Ba kı neft ini ə lə keç irmə k
üstündə İngiltərə-Rusiya rəqabətində ingilislərin qələbəsi
Türkiyəni heç cür təmin edə bilməzd i. Çünki Mudros barışığı ilə
Osmanlı impe ratorluğunu diz çökdür müş İngiltərə, hə mç inin
digər Avropa dövlətləri - Fransa, İta liya və Yunanıstan
birləşərək, " xəstə adamı" (yəni Os manlı dövlətin i) ta ma milə
məhv ed ib Türkiyə əra zisini bölüşdürməyə çalışırd ıla r və bu
məqsədlə Anadolunun işğalına başlamışdıla r. Bəhs olunan
dövrdə İngiltərə, artıq Türkiyənin Şərq qonşusu olan İranı da
özündən asılı vəziyyətə salmışdı. Belə bir şəraitdə ingilislərin
üstəlik Şimali A zərbaycanı da ələ keçirib Bakı neftinə
yiyələn məsi və Cənubi Qafqa zda möhkə mlən məsi Türkiyənin
vəziyyətini daha da ağırlaşdıra bilə rdi. Odur ki, yaran mış rea l
tarixi şəraitdə Azərbaycan Xalq Cü mhuriyyətinə kö mək edə
bilməyən və onun süqutunun labüd olduğunu yəqin edən Ata-
türk İngiltərə-Rusiya rəqabətindən başçılıq etdiyi istiqlal
savaşının xeyrinə istifadə etmək qərarına gəldi: Türkiyə
bolşevik Rusiyasının Cənubi Qafqazı, o cümlədən Şimali
Azərbaycanı işğal etmək siyasətilə ra zılaşma lı oldu. Atatürk
bununla, həm də, bo lşevik asılılığ ına keçəcək A zərbaycandan
Türkiyə-Rusiya əlaqələrini genişləndirmək üçün bir vasitəçi kimi
istifadə etmək niyyətində idi. Bununla yanaşı, Atatürk özünün
Rusiya siyasətində qardaş türk xalqla rın ın böyük əksəriyyətinin bu dövlətin ərazisində yaşaması amilin i də nəzərə a lırd ı.
Bütün bunlardan əlavə, Sovet Rusiyası ilə yaxınlaş maq siyasəti yeridərkən, Atatürkün bir mühü m məqsədi də vardı. O,
erməni a milini də diqqət mərkəzinə götürmüşdü: dahi siyas ətçi çar generallarının kö məy i ilə e rməni quldur dəstələrin in ələ
keçirdikləri Şərq i Anadolu torpaqlarını daşnaklardan təmizləyərkən bolşevik Rusiyasının bitərəfliyin i təmin etməyə
çalışırdı.Bunları nəzərə alan Atatürk Sivas konqresindən (1919, sentyabr) sonra öz elçisi Xəlil paşa vasitəsilə maliyyə
yardımı və silah-sursat almaq üçün Rusiyaya müraciət etdi. Xəlil paşaya verilmiş ən mühü m tapşırıq isə bundan ibarət idi
ki, o, bo lşevikləri Türkiyə sərhədinə yaxınlaş mağa tələsdirməli idi. Əks təqdirdə, vəziyyət ingilislərin xeyrinə dəyişə bilərd i.
Bu za man Qafqa zda fəaliyyətə başlayan Xəlil paşa Şərq cəbhəsinin komandanı Ka zım Qa rabəkir Paşadan da eyni cür
göstəriş aldı. Beləliklə, Xəlil paşanın missiyası uğurla nəticələndi. 1920 ilin əvvəlində Anadoluya ilk bolşevik yard ımı
çatdırıldı. Bununla Cənubi Qafqazda hadisələrin gedişi bolşeviklərin xey rinə dəyişdi. Eyni zamanda, Azərbaycan Xalq
Cü mhuriyyətinin taleyi də həll olundu.
Yaran mış mü rəkkəb və real tarixi şəraitdə Türkiyə Qafqazın bolşeviklər tərəfindən işğalı faktı ilə razılaş malı o lsa
da, Atatürk Azərbaycanı daim diqqət mərkəzində saxlayırdı.Onun göstərişinə əsasən, Türkiyənin Şərq cəbhəsi ko mandanı
Kazım Qarabəkir paşa bölgədə baş verənləri diqqətlə izləyir, Sovet Azərbaycanının müvafiq strukturları, 11-ci Qırmızı
ordunun ko mandanlığı və bu za man Qafqa zda fəa liyyət göstərən Xəlil paşa ilə sıx əlaqə sa xlayırdı.
Atatürkün qabaqcadan düşündüyü kimi, həqiqətən də, A zərbaycan sovet hakimiyyətinin ilk illərində Tü rkiyə -
Rusiya qarşılıq lı əlaqələrin in genişlənməsində və həyata keçirilməsində mühüm rol oynadı. Atatürkün göstərişi ilə
Azərbaycan və digər Cənubi Qa fqaz Sovet Respublikala rı höku mət ləri yanında Türkiyə nü mayəndəliyi açıldı (1920).
Məmduh Şövkət bəy hər üç respublikaya s əlahiyyətli nümayəndə göndərildi. Anka rada Azərbaycan səfirliyi fəaliyyətə
başladı (1921).
Azərbaycan xa lqı Atatürkün başçılıq etdiy i istiqla l savaşına böyük rəğbət və ümid bəsləyir, Cü mhuriyyət döv-
ründə (1918-20) olduğu kimi, qardaş xalqa yenə də əlindən gələn maddi və mənəvi kö məy i əsirgəmirdi. Gö rkəmli dövlət
xadimi Nə riman Nə rimanov bu işdə xüsusi fəallıq göstərir, Atatürkə ünvanladığı mə ktubunda "Azərbaycan dövləti
adından" qəhrəman türk ordusunun tezliklə qələbə bayrağını Türkiyənin tarixi paytaxtı olan İstanbul üzərində
dalğalandırmasın ı arzu layırd ı. Nərimanov, eyni zamanda, Atatürkün başçılığı ilə Türkiyədə gedən İstiqlal Savaşına lazımi
kö məklik göstərmək üçün V.İ.Len inlə sıx əlaqə saxlayır, öz məsləhətlərin i və təkliflərin i verird i. Atatürklə sıx əlaqə
yaratmış Nərimanov, Moskvadan asılı olmasına baxmayaraq, həlledici məqamlarda Türkiyəni cəsarətlə müdafiə edird i.
Moskvaya göndərilən türk d iplo matlarına lazımi məsləhətlər verir, təlimatlandırırd ı. Nərimanov, xarici işlər naziri
G.V.Çiçerin də daxil olmaqla, Kremldəki Türkiyə və Azərbaycan əleyhinə olan ermənipərəst qrupların
bitərəfləşdirilməsində və V.İ.Len inin "türklər üçün ölüm-dirim məsələsi” olan ermən i məsələsində Atatürkü
dəstəklə məsində xüsusilə böyük rol oyna mışdı. Bu za man Bakıdakı ingilis əsirlərinin a zad olun ması məsələsi gün-