137
Vətənə qayıtdıqdan sonra Gəncə to xuculuq ko mbinatında mühəndis, 1931-32 illə rdə A zərbaycan SSR Xalq Yüngül Sənaye
Ko missarlığında (XYSK) mühəndis, 1933 ildən Gəncə to xuculuq ko mbinatının d irektor müavini və direktoru işləmişdir.
Yenidən XYSK-da fəaliyyətə başlayan Aslanov 1939 ilin yazında Moskvadan ezamiyyətdən qayıtdıqdan sonra həbs olunmuş,
Kotlasda (Arxangels k vilayəti) cə za çəkmişdir. 1950 ildə ona Qa za xıstana köç məyə ica zə verilmiş, Ba lxaş şəhərində dəmir-
beton mə mulatla rı ko mb inatının tikintisinə rəhbərlik et mişdir. 1956 ildə bəraət almış, ö mrünün sonuna kimi A zərbaycan
SSR Xalq Təsərrü fatı Şurası Yüngül Sənaye İdarəsində işlə mişdir.
AġURBƏYOV İsa bəy Mehdiqulu oğlu (1878, Bakı -1.10.1938, Bakı) - ictimai-siyasi xad im, xeyriyyəçi, jurnalist,
naşir. Azərbaycanın tanın mış milyonçu xeyriyyəçilərindən olan Mehdiqulu bəy Aşurbəyovun yeganə övladı idi. Aşurbəyov
gənclik illərində sosial-de mo krat ideyalarına meyl etmişdir. O, 1910 ildə Bakı şəhər dumasının, həmçinin "Nicat" və kimsəsiz
uşaqları aclıqdan və ölü mdən xilas edən "Bir damla süd" xeyriyyə cəmiyyətinin, Birinci dünya müharibəsi (1914-18)
illərində isə "Əsir düşmüş türk əsgərlərinə yardım ko mitəsi"nin üzvü seçilmişdi. Mü xtəlif va xt larda "Difa i", "İttihad" və
"Hümmət" partiyalarının ü zvü olmuşdur.
Aşurbəyov tanınmış xeyriyyəçi id i. O, Əh məd bəy Ağayevin "İrşad" qəzetini maliyyələşdirirdi. Üzeyir Hacı-
bəylinin " Leyli və Məcnun" operasının ilk ta maşalarından biri Aşurb əyovun Persidski (indiki Murtu za Mu xtarov)
küçəsindəki ev ində olmuşdur. 1912 ildə Aşurbəyov Hacı Zeynalabdin Tağıyevin "Kaspi" qəzetinin mətbəəsində fəaliyyət
göstərmiş, sonradan həmin mətbəəni icarəyə götürərək, şəxsi mü lkünün zirzəmisində yerləşdirmiş, Mirzə Ələkbər Sabirin
satirik şeirlərini, müəllimlər üçün həftəlik "Şəlalə" və " Vodopad", şagirdlər üçün isə "Məktəb" jurnalların ı A zərbaycan və
rus dillə rində nəşr etdirmişdir.
1918 ildə mart soyqırımı za manı Aşurbəyov şəxsi ə laqələrindən istifadə edərək, türk qoşunlarının Bakıya da xil
olmasına fəal kö mək göstərmişdi. Azərbaycan Xalq Cü mhuriyyəti dövründə Xalq Maarifi Nazirliy inin nəzdindəki nəşriyyata
rəhbərlik et mişdir. Sovet hakimiyyəti qurulduqdan sonra yenidən nəşriyyata rəhbərlik et məyə dəvət olunmuş, la kin keç miş
fəaliyyətinə görə tezliklə tutduğu vəzifədən uzaqlaşdırılmışdır. Ərəb və fars dillərini mü kə mməl b ild iyinə görə SSRİ EA
Azərbaycan Filia lına iş ə dəvət edilmiş və 1937 il dekabnn 31-dək (türk qoşunlarının Bakıya dəvət olunmasında iştirakına
görə həbs olunanadək) tərcü məçi kimi fəaliyyət göstərmişdir. 1938 ilin oktyabrında "xarici ölkələrlə casusluq əlaqələrinə və
millətç i hərə katda iştira kına görə" məhkə mənin qərarı ilə güllələn mişdir.
AġUROV Ağa Hacı Aslan oğlu (1880, Bakı - 1936, Rostov) - ictimai-siyasi və dövlət xadimi. Bakı gimnaziyasını
bitirmişdir. A lmaniyada mühəndis-texnoloq ixtisası üzrə ali təhsil alıb Bakıya qayıtmış, şəhər bələdiyyə idarəsində
işləmişdir. Bakının abadlaşdırılması və tərəqqisi üçün həyata keçirilən bir sıra tədbirlərə başçılıq etmişdir. 1908 ildə
Aşurovun rəhbərliyi ilə Bakıda yeni elektrik stansiyasının tikilməsi barədə müqavilə bağlan mışdır. Bakıya Şollar su
kə mərinin çə kilməsində geniş fəaliyyət göstərmişdir. Aşurov "Nəşri-maa rif‖ cə miyyətinin rəhbərlərindən biri olmuş, şəhər
dumasının ü zvü seçilmişdir.
Aşurov 1906 ildə Əlimərdan bəy Topçubaşovun sədrliyi ilə Ümu mrusiya müsəlmanların ın Nijn i-Novqorodda
keçirilən 3-cü qurultayında iştirak etmiş və qurultayın rəyasət heyətinin tərkibinə seçilmişdir. Milli hərəkatın fəal ü zv-
lərindən olan Aşurov Fevral inqilabından (1917) sonra Müsəlman M illi Şurasının Müvəqqəti İcra iyyə Ko mitəsinin ü zvü
seçilmiş, Qafqaz müsəlmanların ın Bakı qurultayında iştirak et mişdir. 1918 ilin mart qırğın ları zaman ı hərbi əməliyyatları
dayandırmaq üçün müsəlman nü mayəndə heyətinin tərkib ində İnqilabi Müdafiə Ko mitəsinin, Erməni Milli Şurasın ın üzv ləri
və İranın Ba kıda kı konsulu Həbibulla xanla danışıq lar aparmışdır.
Azərbaycan Xalq Cü mhuriyyətinin ikinci Höku mətində bitərəf Aşurov ticarət və sənaye naziri işlə miş, eyni
zamanda, 1918 il o ktyabrın 6-dək Ərzaq Nazirliyinə rəhbərlik etmişdir. Cü mhuriyyətin mövcudluğunun ilk mərhələsində
dövlətin ticarət-sənaye və ərzaq siyasətini, əsasən, Aşurov müəyyən etmişdir. İqtisadi böhranla mübarizədə Aşurov xüsusi
rol oynamış, iqtisadiyyata dövlət nəzarəti sisteminin yarad ılması yönündə əzmlə çalış mış, möhtəkirliklə, fəaliyyətləri dövlət
maraqlarına zidd olan xüsusi mü lkiyyətçilərlə mübarizədə qətiyyətli və sərt tədbirlərin tərəfdarı olmuşdur.
Aşurov dövlətin müstəqil iqtisadi xəttin in prinsipial müdafiəçisi id i. 1918 il oktyabrın 6-da Hö ku mətdə bəzi
dəyişikliklə rlə ə laqədar poçt və teleqra f na ziri təyin olun muşdur. Aşurov Azərbaycan Xalq Cü mhuriyyəti Parla mentinin
üzvü seçilmiş, "Müsavat" və bitərəflər fraksiyasında təmsil olunmuşdur. 1918 il dekabrın ortalarında bütün Hökumət
kabinəsi ilə birlikdə istefaya çıxmışdır. O, Cü mhuriyyət dövründə Bakıda həyata keçirilən bir sıra mədəni-maa rif
tədbirlərinin də təşkilatçılarından olmuşdur.
Aşurov 1920 il aprelin 27-də bolşeviklərin hakimiyyəti təslim etmək tələbinin əleyhinə səs verən yeganə parlament
üzvü idi. Buna görə də ertəsi gün hakimiyyətə gələn bolşeviklər onun həbs edilməsi barədə göstəriş versələr də, ələ keçirə
bilmə mişdilər. Aşurov Türkiyəyə mühacirət et məyə cəhd göstərmiş, bu baş tutmadıqda, Rostov ş əhərinə köçüb, orada
ixtisası üzrə mühəndis-texnoloq işləmişdir. Rostovun tatar qəbiristanlığında dəfn olun muşdur.
" ATAMALIBƏ YOV Abbas Seyfulla bəy oğlu (26.2.1895, Tiflis - 1971, ABŞ, Klivlend) - A zərbaycan Xa lq
Cü mhuriyyəti Parlamentinin xüsusi qərarına (bax Xaricə təhsil almağa göndərilən azərbaycanlı tələbələr haqqında qərar)
əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri, A zərbaycan siyasi mühacirətin in tanın mış
nümayəndəsi. İlk təhsilini Şamaxıda, Tiflisdə almışdır. Topçu zabit olmaq istəyən Atamalıbəyovun görmə qabiliyyəti zəif
olduğundan onu hərbi məktəbə qəbul etməmişdilər. 1914 ildə Peterburq Poli-