132
gizli saziş imzalan ması ilə nəticələndi (bax İngiltərə-İtaliya sazişi). 1919 il mayın 10-da B.Britaniya komandanlığı ingilis
hərbi şurasının Cənubi Qa fqazdan ç ıxmaq qərarı barədə Azə rbaycan və Gürcüstan hökumətlərinə məlu mat verdi. Mayın 10-
da İtaliyanın bir hərbi korpusu artıq Batuma daxil olmuşdu. Mayın 16-da fövqəladə İtaliya missiyası, may ın 22-də hərbi
ekspertlər qrupu Bakıya gəldi. İtaliya hökuməti Qafqa za ordu göndərilməsinə tərəfdar o lduğunu bildirdi. İyunun 28-də
B.Britaniya hökuməti ingilis ordusunun Qafqazdan və ümu milikdə, keçmiş Rusiya ərazisindən çıxardılması haqqında Paris
sülh konfransına rəsmi şəkildə məlu mat verdikdə Antanta dövlətləri Qafqazdan çıxan ingilis ordusunu İtaliya ordusu ilə əvəz
etmə k haqqında qərar qəbul etdilə r. La kin İta liyada höku mət kab inəsinin dəyişməsi nəticəsində yeni yaradılmış F.Nitti
hökuməti İtaliyanın Qafqaza ordu göndərməsindən imtina etdi. F.Nittinin belə qərar qəbul etməsi Azərbaycanı və Gürcüstanı
çətin vəziyyətə salırdı. İtaliyanın əvvəlki baş naziri Orlandodan fərqli olaraq, Nitti " Böyük Ermənistan" yaradılması, Türki-
yənin parçalanması ideyasını Antanta dövlətlərinin avantürası hesab edirdi. İngilis qoşunlarının Qafqazdan çıxarılması ilə B.
Britaniya Höku məti O.Uordrop başda olmaq la, Qafqaza ö zünün siyasi missiyasını göndərdi. Uord ropun rəhbərlik etdiyi
ingilis missiyasından başqa, mayor de Nonankurun rəhbərlik etdiyi Fransa, polkovnik Haskelin rəhbərlik etdiyi A merika,
polkovnik Qabbanın rəhbərlik etdiyi İtaliya missiyaları Qafqaza gəldilər. Antanta dövlətlərin in işgüzar nümayəndələri də
Qafqazla, xüsusilə Azərbaycan Xalq Cü mhuriyyəti ilə əməkdaşlıq etmişdilər.
Versaldakı Azərbaycan nümayəndələri Antanta Ali Şurası tərəfındən Azərbaycan Xalq Cü mhuriyyətinin tanınması
yönündə ardıcıl, intensiv fəaliyyət göstərmişdir və nəhayət, Antanta dövlətlərinin təşəbbüsü ilə çağırılmış Paris sülh
konfransının Ali Şurası blokun aparıcı dövlətlərindən biri olan B.Britaniyanın təklifi ilə 1920 il yanvarın 11-də
Azərbaycanın dövlət müstəqilliyin i de-fa kto olaraq tanımış dır. Lakin Antanta dövlətlərinin Cənubi Qafqaz respublikala rına
yardım xarakterli bütün vədləri deklarativ məzmun daşımış və öz qüvvələrinin ü midinə qalan bu dövlətlər Sovet Rusiyası
tərəfındən işğal olun muşdur.
Əd.: Həsənov C, Azərbaycan bcynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər), B., 1993; Nəsibzadə N., Azərbaycanın xarici
siyasəti (1918-1920), B., 1996; Qasımov M., Birinci dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasəti (1914-1918-ci illər), 3 hissədə, 2-
ci hissə (1917-ci il noyabr- 1918-ci il noyabr), B., 2001; y e n ə o n u n, Avropa və Amerika ölkələrinin müasir tarixi, 2 hissədə, 1-ci hissə (1918-1945-
ci illər), B., 2003.
ANTANTA ALĠ ġURASI - Paris sülh konfransına (1919-20) rəhbərlik etmiş ali orqan (bax
Versal Ali Şurası).
APREL Ġġ ĞALI (1920) - beynəlxalq hüquq normalarını kobudcasına pozan təcavüzkar sovet qoşunları tərə-
findən Azərbaycan Xalq Cümhuriyyəti ərazisin in işğalı və müstəqil Azə rbaycan dövlətinin aradan qaldırılması. 1920 il
aprelin 27-də həyata keçirilmişdir. Sovet tarixşünaslığında Aprel işğalı sa xtalaşdırılaraq, əvvəlcə "çevriliş", sonradan isə
"inqilab" adlandırılmışdır. 20 yüzilliy in 20-ci illərinin ko mmunistləri "Aprel çevrilişi" ifadəsini işlədərkən, tarixi reallığı -
Aprel işğalını inkar ed ir və qürrələnirdilər ki, "...b iz sovet hakimiyyətini hazır şəkildə aldıq, onu bizə boşqabda gətirdilər".
Aprel işğalı ko mmunistlər üçün asanlıqla başa gəlsə də, onun hazırlan ma me xanizmi uzun müddət formalaşdırılan mə krli
siyasətin nəticəsi id i. Sovet Rusiyası Qafqa za, xüsusilə də A zərbaycana dair siyas ətində, əslində, çar Rusiyasının varisi kimi
çıxış edirdi. Bakı bolşeviklər üçün təkcə nefti, habelə müstəsna iqtisadi potensialı ilə deyil, həm də bütün Yaxın və Orta
Şərqin siyasi mərkəzi kimi əhəmiyyətli id i. 1918 ildə daşnak-bolşevik S.Şau myanın başçılıq etdiyi Bakı Xalq Ko missarları
Soveti süqut etsə də, Bakı uğrunda mübarizə daim diqqət mərkəzində idi: "Bakın ı almaq bizə olduqca və olduqca zəruridir.
Bütün səyinizi buna verin" (V.İ.Lenin ). 1919 ilin fevralında mərkəzdən "...bakılıların əhvali-ruhiyyəsindən sürətli və həlle-
dici hərə kət üçün istifadə" etmək göstərişi alan Xə zər-Qa fqaz cəbhəsinin hərbi-inqilab şurası məqsədyönlü və
təxirəsalın ma z tədbirlər görməkdə id i. Ba kı bolşevikləri 1919 ilin ya zından Höku mət ə leyhinə fəa liyyətlərini daha da
genişləndirdilər: ingilis əsgərləri arasında təbliğat apararaq, onların vətənə dönmək tələbi ilə çıxış etmələrinə nail o ldular;
Azərbaycan ordusu və donanmasının "inqilabiləşdirilməsinə" səy göstərildi; fəhlə lərdən iba rət hərbi drujinala r yaradıldı və
onların hərbi sursatla təchiz olun ması intensivləşdirild i; hakimiyyətə qarşı ideolo ji təbliğat genişləndirild i; Qarabağda
ermənilərin sifarişli qiya mı təşkil olundu və bununla Höku mət böhranına zə min yaradıld ı. Bu dövrdə, hətta Türkiyənin
mənafey i na minə "canıyananlıq" da nümayiş etdirildi. Bütün bunlara baxmayaraq bolşeviklər Sovet Rusiyasının müda xiləsi
olmadan daxildə üsyanın qələbə çalacağına əmin deyildilər. Belə liklə, 1920 ilin yanvarında istiqlaliyyətinin de-fakto
tanındığı Azərbaycan Xalq Cü mhuriyyəti üçün xaricdən gözlənilən yeganə ciddi təhlükə bolşevik təcavüzü id i. Odur ki,
Sovet Rusiyasının Denikin ordusuna qarşı hərbi ittifaq bağlamaq haqqında nota xarakterli təklifi Azərbaycan Hökuməti və
siyasi partiyaları tərəfindən birmənalı qarşılan madı. Bolşeviklərin xarici siyasətini düzgün qiy mətləndirən Azərbaycan Xalq
Cü mhuriyyətinin xarici işlər naziri Fətəli xan Xoyski G.Çiçerinin təklifıni rədd etdi. A zərbaycan sosialistləri və "ittihad"çıları
Çiçerinin notasına müsbət cavab verilməsini tələb etdilər. Hakimiyyətdaxili mübarizənin gücləndiyi bir dövrdə Rusiyanın
təzyiqi də art ırd ı. Sovet Rusiyası Azərbaycan Höku mətinə yeni notalar göndərməkdə davam edird i. Beynəlxalq və ziyyəti
nəzərə a lan G.Çiçerin 1920 ilin martında V.İ.Leninə yazmışdı: "Azərbaycana qarşı zora kılıq akt ı beynəlxalq münasibətlərdə
dostlarımızı bizə qarşı qoyar... Bizi imperialist hesab etmələrinə yol verməməliy ik". Odur ki, bolşeviklər xarici müdaxiləni
pərdələ mək məqsədilə Azə rbaycanın milli höku mətin i devirmə k üçün ölkən in ö z da xilində silahlı üsyana hazırlığa
başladılar. 1920 il fevralın 11-12-də RK(b)P Bakı ko mitəsi, "Hü mmət" və " Ədalət" təşkilatlarının qurultayı oldu. Ölkədə
fəaliyyət göstərən