129
xüsusiyyətindən və eləcə də əhalinin torpağa olan ehtiyacından asılı olaraq, 5 desyatindən 7,5 desyatinədək məhdud-
laşdırılması nəzərdə tutulurdu.
Parla ment sonuncu qanun layihəsinə baxıb, müza kirəyə təqdim et mə k üçün aqrar ko missiyaya 10 gün möhlət verdi.
Lakin aqrar ko missiya Höku mət böhranları ilə əlaqədar olaraq, öz fəaliyyətini, demək olar ki, dayandırmışdı. Buna görə də
həmin ko missiyanın s ədri Sə məd ağa Ağamalıoğlu təklif etdi ki, ko missiyanın işini bərpa etmə k üçün onun tərkibi
sosialistlərdən ibarət yeni ü zvlə r cəlb o lunmaq la dəyişdirilib möhkə mləndirilsin. La kin Parla ment onun təklifini qəbul
etmədi. Aqrar ko missiya "Müsavat" fra ksiyasının hazırladığ ı qanun layihəsini mü zakirə etdiyi birinci iş günündə
"müsavat"çı Rüstəmbəyov komissiyanın sədr müavini seçild i. Bu addım ko missiyada "müsavat‖çıların mövqeyini
gücləndirdi. Səməd ağa Ağamalıoğlu siyasi qüvvələrin ko missiyadakı tarazlığın ı pozmağa və nazirliyin layihəsini təkrar
mü zakirəyə qaytarmağa cəhd göstərdi. Lakin təklifi uğur qazan madı və "Müsavat"ın layihəsi əsas kimi saxlanıld ı. Bununla
belə, aqrar ko missiya Parla mentin ona verdiy i tapşırıqları yerinə yetirə bilməd i. Aqrar qanun layihələrindən heç biri qanun
statusu almadı. Aqrar islahatın keçirilməsi mü mkün olmadı. Azərbaycan Xalq Cümhuriyyətinin varlığı üçün ən vacib
məsələ lərdən biri hə ll olun madı. Bundan istifadə edən sosialistlər fra ksiyası və AK(b)P əhali içərisində narazılığ ı art ırmaq
üçün öz pozuculuq fəaliyyətlərini daha da genişləndirdilər və Aprel isğalı (1920) ərəfəsində Azərbaycan Cü mhuriyyətinin
devrilməsi üçün əlverişli zə min yarada bildilə r.
Əd.: Azərbaycan tarixi, 7 cilddə
:
c. 5, B., 2001; Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (stenoqrafik hesabatlar),
1-2, B., 1998; Paşayev A., Açılmamış səhifələrin izi ilə, B., 2001; Aзepбaйджанская Демократическая Pecnублика ( (1918-1920).
Законодательные акты (сборник документов), Б., 1998.
"AL B AYRAQ" - leqal bolşevik qəzet i, "Hü mmət" partiyasının orqanı. İlk və yeganə nömrəsi 1920 il mart ın 31-də
Bakıda A zərbaycan dilində çıxmışd ır. Redaktoru Əliheydər Qarayev idi. Qəzet A zərbaycan Xalq Cü mhuriyyəti
Höku mətinin fəaliyyətini tənqid edir, Birinci dünya müharibəsində iştirak edən dövlətlərin işğalçılıq siyasətinə qarşı çıxır,
bolşevizmə xid mət edərək, kütlələri sosialist inqilab ı uğrunda mübarizəyə çağırırdı. "Al bayraq" qəzeti dövlətə qarşı çıxış
etdiyi üçün Azərbaycan Xalq Cü mhuriyyəti Höku məti tərəfindən bağlan mışdır.
ALEKS ANDROPOL - Gü mrü şəhərinin keç miş (1837-1924 illərdə) adı.
ALEKS ANDROPOL MÜQAVĠLƏS Ġ (1920) - Türkiyə ilə Ermən istan arasında müharibəni dayandırmaq və
uzunmüddətli sülh yaratmaq məqsədilə bağlan mış müqavilə (bax Gü mrü müqaviləsi (1920)).
ALMAN MĠLLĠ ġ URAS I - A zərbaycandakı alman ko loniyalarının mənafeyin i müdafiə etmək məqsədilə fəa-
liyyət göstərmiş qurum. 1918 il noyabrın 19-da yaradılmışdı. Şura, ilk növbədə, almanla rın Azərbaycandakı ə mla kının
qorunması məsələləri ilə məşğul olurdu. Sayları az olduğundan seçki senzinə uyğun gəlməmələrinə baxramayaraq, milli
təmsilçilik prinsipinə uyğun olaraq Azərbaycan Milli Şurasının 1918 il 19 noyabr tarixli qəra rı ilə a lman əhalisindən də bir
nümayəndəni Parlamentin tərkibinə daxil etmək və onun seçimini alman milli təşkilatlarına həvalə etmək nəzərdə tutulmuşdu.
Azərbaycan Parlamentində mill a zlıqların nümayəndələri üçün ayrılmış 4 yerdən birini alman azlığının nümayəndəsi mandatını
Yelenendorfdan (indiki Xanlar) olan deputat Lorens Yakov Kun aldı. Onun Parlamentdəki, xüsusilə aqrar komissiyasındakı işi,
əsasən alman koloniyalarının mənafelərinin müdafiəsinə yönəlmişdi.
ALMANĠYA-RUS ĠYA SAZĠġ Ġ (1918) - Alman iya ilə Rusiya Sovet Federativ Sosialist Respublikası arasında 1918 il
avqustun 27-də bağlanmış Brest-Litovsk müqaviləsinə mə xfi ə lavə.
ALMAS ĠLDIRIM, İldırım Əbdülməhəmməd oğlu Almaszadə (24.3.1907, Bakı yaxınlığındakı Qala k.-I 14.1.1952,
Türkiyə, Qalabucaq ş.) - Azərbaycan istiqlal şairi. Bakıda İttihad məktəbin i bitirmiş (1925), 1927 ildə Bakı Dövlət
Universitetinin Şərq fakültəsinə daxil olmuş, lakin "tacir oğlu‖ olduğu üçün oradan çıxarılmışdır. "Cığırdaş"
şair, "müsavatçılara aşiq və Türkiyə çavuşlarının həqiqi şagirdi", bolşevizm ideologiyası üçün "zərərli bir
insan" kimi təqib olunan Almas İldırım 1928 ildə Dağıstana, sonra isə Türkmənistana sürgün edilmişdir.
1933 ildə İrana, oradan da 1934 ildə Türkiyəyə mühacirət et miş, müə llimliklə məşğul olmuşdur.
Yaradıcılığa 20-ci illərdə başlamış, " Yaşıl yarpaq", "Gənc qızıl qələmlər" ədəbi təşkilatlarının
üzvü olmuşdur. İlk şeri ("A dağlar") 1923 ildə İstanbulda çıxan "Həyat" jurnalında dərc olunmuşdur.
"Dün, bu gün" (S.Rüstəmlə müştərək, 1926), "Dağlar səslənirkən" (1930) kitablarındakı lirik və ictimai-
siyasi ruhlu şeirlərində ("Nəriman", "Müstəmləkə olmuş Şərqə", "9 yanvar", "Potyomkin" və s.) dövrün
nəbzi güclüdür. "Dağlar s əslənirkən" kitabı "kommunizmə zidd fikirlər" olması bəhanəsi ilə müsadirə
edilərək satışdan yığışdırılmışdı. Türkiyədə yaşadığı illə rdə, əsasən vətən həsrəti, onun tarixi taleyi
mövzularında yazıb-yaratmış, istiqlal şairi kimi tanın mışdır:
Hanı məni gül qoynunda doğuran,
Xəmirimi göz yaşıyla yoğuran,
Beşiyimdə "layla balam" çağıran,
Azərbaycan, mənim baxtsız anam oy!..
Neçə bir il həsrətinlə yanam oy?!
Könlümə tək Kəbə yapdım səni mən,
Sənsiz nedəm qürbət eldə günü mən,