[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə64/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   60   61   62   63   64   65   66   67   ...   282

129 

 

xüsusiyyətindən  və  eləcə  də  əhalinin  torpağa  olan  ehtiyacından  asılı  olaraq,  5  desyatindən  7,5  desyatinədək  məhdud-



laşdırılması nəzərdə tutulurdu. 

Parla ment sonuncu qanun layihəsinə baxıb, müza kirəyə təqdim et mə k üçün aqrar ko missiyaya 10 gün möhlət verdi. 

Lakin aqrar ko missiya Höku mət böhranları ilə əlaqədar olaraq, öz fəaliyyətini, demək olar  ki, dayandırmışdı. Buna görə də 

həmin  ko missiyanın  s ədri  Sə məd  ağa  Ağamalıoğlu  təklif  etdi  ki,  ko missiyanın  işini  bərpa  etmə k  üçün  onun  tərkibi 

sosialistlərdən  ibarət  yeni  ü zvlə r  cəlb  o lunmaq la  dəyişdirilib  möhkə mləndirilsin.  La kin  Parla ment  onun  təklifini  qəbul 

etmədi.  Aqrar  ko missiya  "Müsavat"  fra ksiyasının  hazırladığ ı  qanun  layihəsini  mü zakirə  etdiyi  birinci  iş  günündə 

"müsavat"çı  Rüstəmbəyov  komissiyanın  sədr  müavini  seçild i.  Bu  addım  ko missiyada  "müsavat‖çıların  mövqeyini 

gücləndirdi.  Səməd   ağa  Ağamalıoğlu  siyasi  qüvvələrin  ko missiyadakı  tarazlığın ı  pozmağa  və  nazirliyin  layihəsini  təkrar 

mü zakirəyə qaytarmağa cəhd göstərdi. Lakin təklifi uğur qazan madı və "Müsavat"ın layihəsi əsas kimi saxlanıld ı.  Bununla 

belə, aqrar  ko missiya Parla mentin ona verdiy i tapşırıqları yerinə yetirə bilməd i. Aqrar qanun layihələrindən heç biri qanun 

statusu  almadı.  Aqrar  islahatın  keçirilməsi  mü mkün  olmadı.  Azərbaycan  Xalq  Cümhuriyyətinin  varlığı  üçün  ən  vacib 

məsələ lərdən biri hə ll olun madı. Bundan istifadə edən sosialistlər  fra ksiyası və AK(b)P əhali  içərisində narazılığ ı art ırmaq  

üçün öz pozuculuq fəaliyyətlərini daha da genişləndirdilər və Aprel isğalı (1920) ərəfəsində Azərbaycan Cü mhuriyyətinin  

devrilməsi üçün əlverişli zə min yarada bildilə r. 



 

Əd.: Azərbaycan tarixi, 7 cilddə

:

 c. 5, B., 2001; Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (stenoqrafik hesabatlar), 



1-2,  B.,  1998;  Paşayev  A.,  Açılmamış  səhifələrin  izi  ilə,  B.,  2001;  Aзepбaйджанская  Демократическая    Pecnублика  (  (1918-1920). 

Законодательные акты (сборник документов), Б., 1998. 



 

"AL B AYRAQ" - leqal bolşevik qəzet i, "Hü mmət" partiyasının orqanı. İlk və yeganə nömrəsi 1920 il mart ın 31-də 

Bakıda  A zərbaycan  dilində  çıxmışd ır.  Redaktoru  Əliheydər  Qarayev  idi.  Qəzet  A zərbaycan  Xalq  Cü mhuriyyəti 

Höku mətinin  fəaliyyətini tənqid edir, Birinci dünya müharibəsində iştirak edən dövlətlərin  işğalçılıq siyasətinə qarşı çıxır, 

bolşevizmə  xid mət edərək,  kütlələri sosialist inqilab ı  uğrunda  mübarizəyə  çağırırdı.  "Al  bayraq" qəzeti  dövlətə qarşı  çıxış 

etdiyi üçün Azərbaycan Xalq Cü mhuriyyəti Höku məti tərəfindən bağlan mışdır. 

ALEKS ANDROPOL - Gü mrü şəhərinin keç miş (1837-1924 illərdə) adı. 

ALEKS ANDROPOL  MÜQAVĠLƏS Ġ  (1920)  -  Türkiyə  ilə  Ermən istan  arasında  müharibəni  dayandırmaq  və 

uzunmüddətli sülh yaratmaq məqsədilə bağlan mış müqavilə (bax Gü mrü müqaviləsi (1920)). 



ALMAN  MĠLLĠ  ġ URAS I  -  A zərbaycandakı  alman  ko loniyalarının   mənafeyin i  müdafiə  etmək  məqsədilə  fəa-

liyyət  göstərmiş  qurum.  1918  il  noyabrın  19-da  yaradılmışdı.  Şura,  ilk  növbədə,  almanla rın  Azərbaycandakı  ə mla kının  

qorunması  məsələləri  ilə  məşğul  olurdu.  Sayları  az  olduğundan  seçki  senzinə  uyğun  gəlməmələrinə  baxramayaraq,  milli 

təmsilçilik  prinsipinə  uyğun  olaraq  Azərbaycan  Milli  Şurasının  1918  il  19  noyabr  tarixli  qəra rı  ilə  a lman   əhalisindən  də  bir 

nümayəndəni  Parlamentin  tərkibinə  daxil  etmək  və  onun  seçimini  alman  milli  təşkilatlarına  həvalə  etmək  nəzərdə  tutulmuşdu. 

Azərbaycan Parlamentində  mill a zlıqların nümayəndələri üçün ayrılmış 4 yerdən birini alman  azlığının  nümayəndəsi    mandatını  

Yelenendorfdan  (indiki  Xanlar)  olan deputat  Lorens  Yakov  Kun aldı.  Onun  Parlamentdəki,  xüsusilə aqrar  komissiyasındakı  işi, 

əsasən alman koloniyalarının mənafelərinin müdafiəsinə yönəlmişdi. 



ALMANĠYA-RUS ĠYA SAZĠġ Ġ (1918) - Alman iya  ilə Rusiya Sovet Federativ Sosialist Respublikası arasında 1918 il 

avqustun 27-də bağlanmış Brest-Litovsk müqaviləsinə mə xfi ə lavə. 



ALMAS  ĠLDIRIM,  İldırım  Əbdülməhəmməd  oğlu Almaszadə  (24.3.1907,  Bakı  yaxınlığındakı  Qala  k.-I  14.1.1952, 

Türkiyə,  Qalabucaq  ş.)  -  Azərbaycan  istiqlal  şairi.  Bakıda  İttihad  məktəbin i  bitirmiş  (1925),  1927  ildə  Bakı  Dövlət 

Universitetinin Şərq fakültəsinə daxil olmuş, lakin "tacir oğlu‖ olduğu üçün oradan çıxarılmışdır. "Cığırdaş" 

şair, "müsavatçılara aşiq və Türkiyə çavuşlarının həqiqi şagirdi", bolşevizm  ideologiyası üçün "zərərli bir 

insan"  kimi  təqib  olunan  Almas  İldırım  1928  ildə  Dağıstana,   sonra  isə  Türkmənistana sürgün edilmişdir. 

1933 ildə İrana, oradan da 1934 ildə Türkiyəyə mühacirət et miş, müə llimliklə  məşğul olmuşdur. 

Yaradıcılığa  20-ci  illərdə başlamış, " Yaşıl yarpaq", "Gənc qızıl qələmlər" ədəbi təşkilatlarının 

üzvü  olmuşdur.  İlk  şeri  ("A  dağlar")  1923  ildə  İstanbulda  çıxan  "Həyat"  jurnalında  dərc  olunmuşdur. 

"Dün, bu gün" (S.Rüstəmlə  müştərək, 1926), "Dağlar səslənirkən" (1930)  kitablarındakı lirik və ictimai-

siyasi ruhlu şeirlərində ("Nəriman", "Müstəmləkə olmuş Şərqə", "9 yanvar", "Potyomkin" və s.) dövrün 

nəbzi  güclüdür.  "Dağlar  s əslənirkən"  kitabı  "kommunizmə  zidd  fikirlər"  olması  bəhanəsi  ilə  müsadirə 

edilərək  satışdan  yığışdırılmışdı.  Türkiyədə  yaşadığı  illə rdə,  əsasən  vətən  həsrəti,  onun  tarixi  taleyi 

mövzularında yazıb-yaratmış, istiqlal şairi kimi tanın mışdır: 

Hanı məni gül qoynunda doğuran,  

Xəmirimi göz yaşıyla yoğuran,  

Beşiyimdə "layla balam" çağıran,  

Azərbaycan, mənim baxtsız anam oy!..  

Neçə bir il həsrətinlə yanam oy?! 

 

Könlümə tək Kəbə yapdım səni mən,  

Sənsiz nedəm qürbət eldə günü mən, 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə