[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə62/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   58   59   60   61   62   63   64   65   ...   282

127 

 

 



Höku mət  səviyyəsində  fəaliyyətə  başlandı.  1919  il  fevralın  4-də  torpaq  islahatı  haqqında  Parlamentin  qanun  layihəsini 

hazırlamaq  üçün  menşevik-hümmətçi  Səməd  ağa  Ağamalıoğlu  başda  olmaqla  Parlament  ko missiyası  yaradıldı.  Ko-

missiyanın  9  nəfər  üzvündən  4-ü  "Müsavat‖ı  (Mustafa  Mahmudov,  Məmməd   bəy  Şey xzamanov,  Murtuz  A xundzadə  və 

Nəriman bəy Nərimanbəyov), qalan 5 nəfəri isə "İttihad"ı (Bəhra m bəy Və zirov), sosialistlər blokunu (Rza bəy Qaraşarov), 

"Əhrar"ı  (Hacı  Hüseyn  Əfəndiyev),  "Daşnak-sutyun"u  (Arşak  Malxazyan)  və  Slavyan-rus  cəmiyyətini  (M.N.Vinoqradov) 

təmsil  edird i.  Ko missiya  üzvlərinin  mü xtəlif  part iyalara   mənsub  olması  qanun  layihəsinin  ha zırlan masın ı  lap  əvvəlcədən 

uğursuzluğa  düçar  etdi.  Çünki  onların  aqrar  məsələyə  aid  yekdil  və  aydın  proqramları  yox  idi.  Buna  gorə  də  yeni  layihə 

hazırlaya  bilməyən  ko missiya  Zaqafqaziya  seyminin  1918  il  martın  7-də  qəbul  etdiyi  aqrar  qanunun  əsas  müddəaları  ilə 

kifayətlən mək  məcburiyyətində  qaldı.  Va xt ilə   qəbul  olun muş  həmin  qanunun  müəlliflərindən  biri  də  məhz  Sə mədağa 

Ağamalıoğlu  idi.  Qanun lay ihəsinin hazırlan ması və bu  məqsədlə aparılan   mü zakirələr  kənddə narazılığ ın artdığ ı şəraitdə 

həyata keçirilird i. 

Hazırlan maqda  olan  qanun  layihəsinin  uğursuzluğu  Parlament  ko missiyasının  1919  il  23  aprel  tarixli  iclasında 

özünü göstərdi.  Gündəliyə  mü lkədar və sahibkar torpaqlarının, həmçinin d igər torpaqların  müsadirəsi və ya ləğvi  məsələsi 

qoyulmuşdu.  Müzakirə  zamanı  ko missiya  üzvləri  arasında  elə  ilk  andan  ciddi  fikir  ayrılığı  yarandı.  "İttihad"  fraksiyası 

adından çıxış edən Bəhram bəy Vəzirov mülkədar və sahibkar torpaqlarının pulla satın alın masına tərəfdar olduğunu bildird i. 

"Bitərəflə r  fraksiyasının  bir  qrupu"  da  ittihadçıları  müdafiə  etdi.  On ların  nü mayəndəsi  torpaq  sahiblərinə  dəyən  zərəri 

ödəmək üçün  xüsusi fond yaradılmasını təklif etdi. "Müsavat"çıların sağ cinahı bitərəflərin torpağı satın almaq haqqındakı 

ideyalarını  müdafiə  edərək  b ild ird i  ki,  müsadirə  variantı  torpaq  sahiblərinin  ciddi  etirazına  səbəb  olar  və  aqrar  bölmənin  

dağılmasını stimu llaşdıra bilər. "Müsavat‖ın sol cinahının nü mayəndəsi Mustafa Mahmudov onunla razılaş madı və partiya 

yoldaşını partiyanın p roqramı  ilə  kifayət qədər tanış o lmamaqda günahlandırdı.  Sosialist bloku və hümmətçi  menşeviklər 

eyni  mövqedən çıxış edirdilər: torpaq  müsadirə edilməli və heç bir ödənc alın madan kəndlilərə paylanmalıdır.  Uzun mü za-

kirələ rdən sonra keçirilən səsvermə sosialistlərin xeyrinə nəticələnsə də, lay ihənin müza kirəsi u zandı. 

1919  il  avqustun sonu  -  sentyabrın  əvvəllərində,  nəhayət,  komissiya  layihə  üzə rində  işin i  ta ma mladı.  Layihənin  

əsas  tezisləri  aşağıdakılardan  ibarət  idi:  1.  Cü mhuriyyət  ərazisindəki  bütün  torpaqlar  dövlətin  mülkiyyətidir;  2.  Torpaq 

əvəzsiz olaraq dövlətin ixtiyarına keçir; 3. Torpaq sahiblərinin  mülklərinin müəyyən hissəsi aşağıdakı normalar üzrə onların  

öz istifadəsində qalır: 1 -ci dərəcə torpaqlar -7 desyatin (bağlar və becərilən sahələr); 2-ci dərəcə torpaqlar - 15 desyatindən 

20  desyatinədək  (əkin  yerləri);  3-cü  dərəcə  torpaqlar  -  40  desyatindən  50  desyatinədək  (otlaqlar).  Qa lan  bütün torpaqlar 

dövlət  torpaq  fonduna  daxil  ed ilir.  Torpaq  haqqında  həmin  qanun  layihəsinin  son  variantı  Azərbaycan  Xalq  

Cü mhuriyyətinin Parlamentində təsdiq olunmalı idi. 

Torpaq haqqında məsələ,  ilk dəfə, Pa rla mentin 1919  il avqustun 21-də  keç irilən 67-ci ic lasının gündəliy inə da xil 

edildi. Sə məd ağa Ağama lıoğlu mə ruzəç i təyin o lundu. La kin mü zakirə  tə xirə  salındı. Qanun layihəsinin mü za kirəsi növbəti 

dəfə 1919 il oktyabrın  2-də 81-c i  iclasın gündəliyinə daxil edild i.  Lakin əkinçilik nazirin in  müavini X.Sultanovun təklifi ilə  

ona baxılması bu dəfə də dayandırıldı.  Əkinçilik nazirliyi torpaq komissiyasının layihəsi ilə yanaşı, özünün alternativ qanun 

layihəsinin də  müza kirəyə təqdim o lunmasını  məqsədəuyğun saydı. Əkinçilik Na zirliyinin nümayəndəsi Parla mentdən xah iş 

etdi ki, bu  məsələyə ba xılması nazirliy in qanun layihəsi təqdim olunanadək təxirə  salınsın.  Belə liklə , aqrar  məsələnin həlli 

gündəlikdən çıxarıldı. 

Parla mentin  1919  il noyabrın  9-da  keç irilən 95-ci ic lasında sosialistlər blo ku fra ksiyası əkinçilik nazirliyinin  işin-

dəki  nöqsanlar  barədə  Parla mentə  sorğu  verdi.  Bu  məsələnin  mü za kirəsi  za man ı  ç ıxış  edən  Sə məd  ağa  Ağa malıoğlu, 

Əliheydər Qarayev, İbrahim Əbilov və b. Cü mhuriyyət Hö-   

 

 



 

 

 



 

 

 



 

Kateqoriyalar üzrə torpaq sahibliyi 

(desyatin hesabı ilə; / des. = 1,0925 ha) 

 

Quberniyalar 



Ərazi 

Yararlı torpaq 

(k/t və meşə 

üçün) 


Yararsız tor-

paq (şəhərlər, 

yaşayış mən-

təqələri və s.) 

Nadel (pay) 

torpaqları 

Dövlət 

torpaqları 



İcarə kəndli 

torpaqları 

Xüsusi mül- 

kiyyətdə olan 

25 desyatin- 

dən artıq 

kəndli tor- 

paqları 


Bakı 

3570453 


2590453 

979782 


1424205 

840216 


5546 

313982 


Gəncə 

4054078 


3317923 

736155 


1400412 

1079256 


35858 

794108 


Zaqatala 

364793 


289566 

75226 


140866 

87836 


1569 

59296 


Y e k u n  

7989106 


6197942 

1791198 


2965483 

2007309 


42973 

1168386 


 


Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə