125
Əsərləri: Əsərləri, 3cüddə, B., 1958-62; Əsərləri, 3 cilddə. B., 1988.
Əd.: Cəfərov C, M.F.Axundovun dramaturgiyası, B., 1953; Qasımzadə F., MF.Axundov. Həyat və yaradıcıhğı, B., 1962;
M əmmədzadə H., M .F.Axundov və Şərq, B., 1971; M əmmədov N., M .F.Axundovun realizmi, B., 1978; Rəfili M ., M irzə Fətəli Axundov,
B., 1990; Talıbzadə K., Azərbaycan ədəbi tənqidinin tarixi, B., 1984; Гусейнов Г., Из истории общественной и философской мысли в
Азербайджане XIX вeкa, B., 1958; Мамедов Ш., Мировоззрение М.Ф.Ахундова,M., 1962; Джафаров Дж., М.Ф.Ахундов. Критика –
биографический очерк, M., 1962; Караев Я., Мирза Фатали Ахундов, B., 1987.
AXUNDZADƏ
M irzə
Sad ıq
(?-?)
A zərbaycan
milli
azadlıq hərəkatının iştirakçılarından biri. A zərbaycan Xalq Cü mhuriyyəti Parlamentinin ü zvü. Parlamentdə ―Musavat və
bitərəflər‖ fra ksiyasını tə msil et mişdir.
AXUNDZADƏ Rəşid bəy (?-?)- Azərbaycan milli azadlıq hərəkatın ın iştirakçılarından biri. A zərbaycan Xalq
Cü mhuriyyəti Parlamentinin üzvü. A zərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında
qanun"una əsasən Salyandan Cü mhuriyyət Parla mentinin tərkib inə da xil ed ilmişdir. A xund zadə 1919 il yanvarın 1-dən
fevralın 5-dək A zərbaycan Xalq Cü mhuriyyəti Höku mətin in işlər idarəsinin müd iri olmuş, Höku mətin 1919 il 5 fevral
tarixli qəra rı ilə Ba kı qubernatoru təyin edilmiş və 1919 il avqustun 25-dək bu vəzifədə işlə mişdir.
AXUNDZADƏ Səməndər Zəki oğlu (1898, Quba -1933) – Azərbaycan Xalq Cü mhuriyyəti Parlamentin in xüsusi
qərarına (ba x Xaricə təhsil almağa göndərilən azərbaycanlı tələbələr haqqında qərar) əsasən, dövlət hesabına ali təhsil
almaq üçün xaricə göndərilmiş tələbələrden biri. Bakı realn ı məktəbini bitirmişdir (1918). Parlamentin
1919 il 1 sentyabr tarixli qərarına əsasən, təhsilin i dağ mühəndisliyi sahəsində davam etdirmək üçün
Frayberq Akademiyasına (Alman iya) göndərilmişdir. A zərbaycanda sovet hakimiyyəti qurulduqdan
sonra xa ricdə dövlət hesabına ali təhsil a lan a zərbaycanlı tələbələ rin vəziyyətini öyrənən Azərbaycanlı
Tələbələr İttifaqının 1923-25 illər üçün mə lu matında A xundzadənin təhsilin in bit məsinə 1 il qa ldığı
göstərilird i. Təhsilini başa vurduqdan sonra vətənə dönmüş, Azərbaycan SSR Dövlət Plan Ko mitəsində
ağır senaye bölməsində işləmişdir. Repressiya olunmuşdur.
AKÇURA Yusif (1876, Simb irsk - 1935, İstanbul) –görkəmli tatar tarixçisi, yazıçı və siyasi
xadimi. "Pantürkizmin atası" kimi məşhur olmuşdur. Kiçik yaşlarında atasını itirdikdən sonra, 1883 ildə
anası ilə İstanbula getmiş, burada orta (1886-92) və ali hərbi təhsil (1892-96) almışdır. " Gənc türklər"lə
əlaqəsinə görə 1897 ildə Sultan II Əbdülhəmidin əmri ilə Tripoli şəhərinə (Liviya) sürgün edilmişdir.
Oradan qaçaraq Parisə gəlmiş, Siyasi Elmlər Akademiyasına daxil o lmuş (1899-1903), " Gənc türklər" in Paris və Qahirədə
çıxan "Məşvərət" və "Şurayi Ümmət" qəzetlərində tez-tez çıxış etmiş, "İttihad və tərəqqi"nin 1902 ildə Parisdə keçirilən
qurultayında Osmanlı imperiyasının işlərinə hər hansı xarici müdaxilənin əleyhinə olmuşdur. Parisde
təhsilini başa çatdırdıqdan (1903) sonra Kazan şəhərinə gələn Akçura özünün məşhur "Üç tərzi-
siyasət" ("Üç yol siyasət") məqaləsin i ya zmış və Qahirədə "Türk" qəzetində dərc etdirmişdir. (1904).
Məqalədə osmançılıq isla m birliyi və türkçü lük cərəyanları a raşdırılır və sonuncu ən doğru yol kimi
göstərilird i. Akçura tatar gəncliyin in milli şüurunu gücləndirmək üçün coğrafiya və Os manlı türk
ədəbiyyatından keçdiyi dərsləri ü mu miləşdirərək, 1906 ildə Kazanda "Elmlər və tarix‖ ad lı kitabça
nəşr etdirmişdir. O, "Ka zan mü xbiri" qə zetinin baş redaktoru o lmuş, Nijni Novqorodda Rusiya
müsəlman larının birinci quru ltayında (1905, avqust), kadet-konstitusiyaçı demokrat) partiyasının
qurultayında, (1906, yanvar), Rusiya müs əlmanlarının üçüncü qurultayında (1906, avqust) fəal iştirak
etmişdir. 1907 ilin iyununda Avropaya, Misirə getmiş, nəhayət Krıma gələrək, İ.Qaspralının
"Tərcüman" qəzetində fəa liyyət göstərmişdir.
1908 ilin iyulunda yenidən İstanbula qayıdan Akçura mü xtəlif ali hərbi mə ktəblərdə, 1912-13 illərdə İstanbul
Universitetində dərs demişdir. 1908 ildə türkçü cə miyyət "Türk dərnəyi"nin, "Türk yurdu" (1911, avqust) və ―Türk ocağı"
(1912, ma rt) cə miyyətlərinin yaradılmasında iş tira k et miş, 1915 ildekabrın 10-da Rusiya müsəlmanlarının hüquqlarını
Mərkə zi Avropa dövlətlərinin nəzə rinə çatdırmaq məqsədilə Əli bəy Hüseynzadə, krımlı Məhə mməd Əsəd Çə ləbizadə,
buxaralı Beccan Müqkiməddindən ibarət "Turan heyəti"nin tərkibində Avropaya getmiş, Sofiya, Budapeşt, Vyana və
Berlində bir ço x rəs mi şəxslə rlə görüşlər keçirmişdi. Akçura və Əli bəy Hüseynzadə tərəfindən hazırlan mış "Rusiyadakı
müsəlman türk-tatar xalqların ın haqların ı qoruma ko mitəsinin mühtiresi" adlı mü raciət Avropa dövlətlərinin höku mətlərinə
təqdim edilmişdi. Nü mayəndə heyəti Macarıstanın rəhbərlərindən biri olan K. Tussa ilə, Vyanada xarici işlər naziri,
Almaniya hökuməti ü zvləri, İsveçrədə V.İ.Leninlə görüşmüşdü. 1916 il mayın 18-də Akçura Əli bəy Hüseynzadə,
Əbdürrəşid İbrahimov, Əh məd bəy Ağaoğlu ilə birlikdə A BŞ prezidenti Vudro Vilsona "Rusiya müsəlmanlarının
hüquqların ın müdafiə o lunması" adlı müraciət göndərmişdi. 1916 il iyunun 27-29-da Millətlər Birliyin in Lozannada
toplanan III konfransına qatılan türk-tatar heyətinin tərkibinə Akçura da daxil idi. Ko mitənin üzv ləri Türkiyə, Bolqarıstan,
Almaniya, Avstriya-Macarıstan və İsveçrədə mətbuat konfranslarında ictimai d iqqəti Rusiyadakı türklərin və ziyyətinə
yönəltmək istəyirdilər.
Akçura 1917 ilin yayından Osmanlı Qızıl Ay cə miyyətinin xətti ilə Rusiyadakı Os manlı əsirlərinin ta leyi ilə
məşğul olan missiyada fəaliyyət göstərmişdir. A kçura Brest-Litovsk sülh danışıqların ı aparmaq üçün nümayəndə heyə-