122
il" dərsliy inin tərtibi işinə cə lb o lunmuşdur. Ba kı teatr truppasında, "Nicat" cə miyyətin in teatr bö lməsində aktyorluq
etmişdir. Bəd ii yaradıcılığa 19 əsrin axırlarında "Tamah kar" ko mediyası ilə başlamış, Birinci rus inqilabı illərində azad lıq
ideyalarını, xalq hakimiyyətini tərənnü m edən "Qonaqlıq", "Yu xu", "Kövkəb i-hürriyyət", "Tutuquşu" hekayələrin i yazmış,
Şəmsəddin Samin in istibdada qarşı xalq üsyanını təsvir edən "Dəmirçi Gavə" pyesini tərcümə etmişdir. 1913-14 illərdə
"Qorxulu nağıllar" hekayələr silsiləsini yaratmışdır. Sovet hakimiyyəti illərində bədii nəsr ("Qan bulağı", "Cəhalət qurbanı",
"Namus", "Ümid çırağı", "Nə üçün", "Zarafat", "Mister Qreyin köpəyi", "Qatil uşaq", "Molla Qasım"), dramaturgiya
("Laçın yuvası", "Eşq və intiqam") sahəsində çahşmışdır.
Əsəri: Seçilmiş əsərləri, 2 cilddə, B., 1968.
Əd.: Vəliyev M.,Süleyman Sani Axundov, B., 1956; Vəlixanov N., Süleyman Sani Axundov, B., 1968; Mirəhmədov Ə.,
Mükafatını vicdanından almışdır.,., "Azərbaycan" jurnalı, 1975, №12; M əmmədov X., S.S.Axundov haqqında yeni materiallar,
"Azərbaycan müəllimi" qəzeti, 1975, 19 dekabr.
AXUNDZADƏ Cavad Məhəmmədəli oğlu (?-?)-şair, müəllim və A zərbaycan Xalq Cü mhuriyyəti dövrünün
ictima i xadimi, A zərbaycan Respublikası Dövlət himn i mətninin müə llifi (ba x Əhməd Cavad)
AXUNDZADƏ Hacı Səlim Mirzə İsmayıl Qasir oğlu(1872, Lən kəran - 15.12.1930, İran, Ən zəli) - ictimai-siyasi
xadim, A zərbaycan Xalq Cü mhuriyyəti Parla mentin in üzvü. ―Müsavat‖və bitərəflər fraksiyasını tə msil et mişdir. İlk təhsilini
atası, şair Mirzə İsmay ıl Qasirin (1805-1900) Lənkəranda açd ığı üsuli-cədid məktəbində almış, sonra gimnaziyada
oxu muşdur. Daha səkkiz il Ərdəbildə, Zəncanda, Nəcəfdə təhsilini davam etdirmiş, ilahiyyat elmlərinə
yiyələn mişdir. Lən kərana qayıtdıqdan sonra, ş əhər polis idarəsində, sonralar isə mü lkədar Əskər xan
Talışinskinin yanında katib işləmiş, b ir müddət mollalıq etmişdir. 1911 ildən şəhər gimnaziyasında
şəriətdən və fransız dilindən dərs demişdir. 1915 ilin əvvəllərində Türkiyəyə getmişdir. 1917 ilin
yayında vətənə qayıtdıqdan sonra "Türk Ədəmi-Mərkəziyyət "Müsavat" partiyasına daxil olmuşdur.
Partiyanın birinci qurultayında (1917, 26-31 oktyabr) iştirak etmiş, Zaqafqaziya ko missarlığında fəa-
liyyət göstərmiş, Zaqafqa ziya seyminin Müs əlman fra ksiyasının üzvü olmuşdur. Axundzadə Azərbaycan
Milli Şurasının ü zvü id i. 1918 ildə daşnak cəllad ı Andronik Zəngəzurda azərbaycanlı əhalin i
amansızcasına qətlə yetirdikdə, A xundzadə mahalın erməni quldurlarından təmizlən məsində önəmli
fəaliyyət göstərmişdir. A xundzadə Azə rbaycan Xalq Cü mhuriyyəti Pa rla ment inin üzvü seçilmiş,
"Müsavat" partiyasının ikinci qurultayında (1919, 2-11 dekabr) yaxından iştirak etmişdir. A zərbaycan
Xalq Cü mhuriyyəti dövründə Bakıda və Azərbaycanın digər bölgəIə rində həyata keçirilən mədəni-maa rif tədbirlərinin
təşkilatçıla rından olmuşdur. Aprel işğalından (1920) sonra İranın Ənzə li şəhərinə köç müş, orada hökumət mə ktəbində şəri-
ətdən dərs demişdir. A xundzadə İrandakı müsavatçıların fəaliyyətinə rəhbərlik edənlərdən olmuşdur.
Əd.: Əliyev M, Hacı Səlim Axundzadə, "Odlar yurdu" qəzeti, 1990, № 24; Oruclu M., Azərbaycanda və mühacirətdə Müsavat
partiyasının fəaliyyəti (1911-1992), B., 2001.
AXUNDZADƏ (A xundov) Mirzə Fətəli Məhəmmədtağı oğ lu (12.7.1812, Şəki - 10.3.1878, Tiflis) - ictimai xadim,
yazıçı, mütəfəkkir. Azərbaycan dramaturgiyası, bədii nəsri, ədəbi tənqidi və publisistikasının banisi, Şərqdə milli azad lıq
ideyalarının ilk təbliğatçısı. Mollaxanada o xu muş, atalığı A xund Hacı Ələsgərdən, gəncəli Mo lla Hüseyn Pişnamazzadədən,
şair Mirzə Şəfi Vazehdən xüsusi dərslər almış, fars dillərini, xəttatlığı, şəriət elmlərin i öyrənmişdir.
1833 ildən Nu xa (Şə ki) qəza mə ktəbinə da xil o lmuş, bir il rus dilində təhsil a lmışdır. A xundzadə
1834 ildə A xund Ələsgərin təşəbbüsü ilə Tiflisə köçərək Qafqa z can işinliyi Baş idarəsin in dəf-
tərxanasında mü lki işlə r ü zrə baş tərcüməç inin kö mə kçisi, 6 aydan sonra is ə tərcüməç i işlə mişdir.
1852 ildə Qafqa z canişinin in baş tərcüməçisi, 1858 ildə canişinliyin Baş siyasi idarəsinin
tərcüməç isi təyin olunmuş, Rusiya ilə İran və Türkiyə arasında məsul diplo matik danışıqlarda və
inzibati tədbirlərin həyata keçirilməsində iştira k et mişdir. 1836-40 illə rdə Tiflis qəza məktəbində
Azərbaycan və fars dilləri müəllimi işlə mişdir. A xundzadə Tiflisdə diyarın elmi təşkilatla rın ın
işində fəal iştirak etmiş, 1851 ildən Rusiya İmperator Coğrafıya Cəmiyyəti Qafqaz şöbəsinin həqiqi
üzvü seçilmiş, 1864 ildən Qafqaz arxivlərini tədqiq edən "Qafqaz Arxeoqrafiya Ko missiyası"nın
tədqiqat işlərinə cəlb edilmişdir. 1873 ildə ona polkovnik rütbəsi verilmişdir. Ömrünün sonunda
siyasi etibarsızlıqda ittiham edilərək işdən çıxarılmışdır.
Axundzadə məsul dövlət işlərin i yerinə yetirmə klə yanaşı, bədii yaradıc ılıq la da məşğul olmuş, 1850-55 illə r
arasında mövzusu xalq həyatı və məişətindən alınmış "Hekayəti-Mo lla İbrahimxəlil kimyagər", "Hekayəti-Müsyö Jordan
həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur", "Sərgüzəşti-vəziri xani-Lənkəran", "Hekayəti-xırs quldurbasan",
"Sərgüzəşti mərdi-xəsis" ("Hacı Qa ra"), "Mürafiə vəkillə rin in hekayəti" adlı a ltı