120
dəyənək" adlı pyesi çapdan çıxmış və səhnədə oynanılmışdır. 1909-10 illə rdə "Molla Nəsrəddin" jurnalının ictima i
ideallarını əsas götürən "Zənbur" adlı satirik jurnal nəşr etdirmişdir.
Azərbaycan demokratik fikrin in görkə mli nü mayəndələri Mirzə Ələkbər Sabir, Əli Nəzmi, Əlabbas Müznib, Abbas
Səhhət, Əzim Əzimzadə və b. jurnalın ətra fında cə mlənmişdi. A xundovun özünün bu jurnalda "Palazqulaq", "Zorba",
"Cümləqayğu", "Sövdüməli-Dünyamalı", " Vərzad", "Toxmaq", "Çərənçi" və s. imzalarla şeirləri və publisistik yazıları
çıxmışdır. Onun "Zənbur"da nəşr olunan əsərlərində Azərbaycan xalq ının ictimai-siyasi və sosial problemlərindən geniş
söhbət açılırdı. Yazıların ın birində o, Rusiya Dövlət dumasının şovinist deputatı Purişkeviçin "Rusiyada ruslardan başqa heç
kəs ola bilmə z!" sözlərini misal çəkə rək, onun müstəmləkə xa lqla rına düşmən münasibətini p isləyird i.
20 əsrin əvvəllə rində Azə rbaycanda müasir tibb elmin in xa lq kütlə ləri içərisində təbliğində A xundovun xid mət i
böyükdür. Onun 1914-19 illərdə çap etdirdiyi "Müalicə kitabı" (1914), "Uşaq hifz səhiyyəsi" (1916), "Həzm üzv lərinin
azarları" (1919) və digər əsərlərindən geniş istifadə olunmuşdur.
Əbdülxalıq A xundov 20 əsrin əvvəllərində Bakıda vəba və cüzam xəstəlikləri ilə mübarizə aparmış,vəbaya qarşı
mübarizədə göstərdiyi qeyri-adi fədakarlığa görə ona "əsilzadə zadəgan" fəxri titulu verilmiş, o, Bakı şəhər idarəsinə
deputat seçilmişdi. A zərbaycanda universitet açılmasına illərlə səy göstərmişdir.
Axundov Azərbaycan Xa lq Cü mhuriyyəti dövründə -1919 ildə yenidən çıxard ığı "Zənbur" jurnalında A zərbay-
canın milli istiqlalını müdafiə etmiş, ona əks qüvvələri tənqid etmiş və onlara qarşı mübarizə aparmışdır. Aprel işğalının
(1920) ilk günlərində bolşeviklə r tərə findən imarət ləri və var-dövləti gö zlə ri qarşısında vəhşicəsinə talan edildikdən sonra o,
bolşevik zorakılığına etiraz əlaməti o laraq N.Nərimanovdan rəsmi icazə alıb, İrana köçmüşdür. Əvvəlcə Rəştdə, sonra isə
Ərdəbildə və Tehranda yaşamış, həkimliklə məşğul olmuşdur. Bəzi məlu matlara görə, 30-cu illərdə şah sarayının daimi
məsləhətçisi o lsa da, saraya yaxınlıq et mə mişdir. Tehranda vəfat etmiş və İran ın ən məşhur adamlarının dəfn o lunduğu Qum
şəhərində torpağa tapşırılmışdır.
Əd.: Ağayev İ., Satirik "Zənbur" jurnalı, B., 1969; yenə onun, Bir taleyin tarixi, "Azərbaycan" jurnalı, 1991, № 6
.
AXUNDOV (A x u n d z a d ə) Mirzə Məhə mməd Mirzə Kərim oğlu (1875, Gəncə - 1923, Gəncə) - maarif və teatr
xadimi, yazıçı, filoloq alim. Ruhani ailəsində doğulmuşdur. İlk savadı atasından almış, Şah məscid indəki mədrəsədə, şəhər
gimnaziyasında oxu muşdur (1882-94). Gəncə sənət mə ktəbində və ―Məktəbi-ruhaniyyə"də müəllimlik et mişdir (1894-
1908). Gəncədə ―Sənayeyi-nəfisə" ədəbi dərnəyin in "Nəşri-maarif‖ cə miyyətini "Difai" təşkilat ının yarad ılmasında iştira k
etmişdir. 1908 ildə evində axtarış aparılmış. "bir mauzer tüfəng və bir tapança", "Difai" təşkilatına məxsus möhür tapılmış,
həbs edilərə k beş il Za kaspi vilayətinə sürgün olunmuşdur. Zakaspidən polis nəza rəti alt ında İrana
aparılmışdır. Orada Səttar xan hərəkatında iştirak etmişdir. Qü rbətdə ikən Əli Nəzmiyə göndərdiyi
"Nələr çə kdim bu qürbətdə, əzizim" mənzu m mə ktubunda Axundov sürgün həyatının ağırlığından və
əzablarından bəhs etmişdir.
1913 ildə sürgündən qayıtdıqdan sonra siyasi, pedaqoji və ədəbi fəaliyyətini dava m
etdirmiş,1917 ilin iyununda "Müsavat"la "Türk Ədəmi-Mərkəziyyət Partiyası"nın birləşmə
qurultayında yaradılmış ilk Mərkəzi Ko mitənin üzvü olmuşdur. 1918 il iyunun 16-da Tiflisdən
Gəncəyə köç müş Azərbaycan Xalq Cü mhuriyyəti Höku mət inin işinin təşkilində A xundov fəal ro l
oynamışdır. 1918 ilin sentyabrında Höku mət üzvləri ilə birlikdə Bakıya köçmüş, burada birləşmiş
"Türk Ədəmi-Mərkəziyyət Müsavat" partiyasının katibi işləmişdir. A xundov partiya işinin təşkilinə və
partiyadaxili ziddiyyətlərin aradan qa ldırılmasına böyük ə mək sərf et mişdir. "İstiqla l" qə zetində dərc olun muş "Firqə
həyatı" başlıqlı bir xəbərdə deyilird i: "Gə ncədə təşkilat mərkəziyyətində işləyən camaat firqə xadimlərimizin əksərən
Bakıya köçmələrindən naşı məəttəl bir halda idi. Fevral ayının 2-dən etibarən mərkəzi komitə tərəfindən məxsusi sürətdə
göndərilən mərkəzi komitə katibi Mirzə Məhəmməd Axundzadə cənabları ilə Məhəmmədbağır Şeyxzamanov cənabları
tərəfindən Gə ncə komitəsi təkrar təşkil edilmişdir" ("İstiqlal" qəzeti, 1919, 26 şubat, №3). Aprel işğalından {1920) sonra
Axundov Gəncəyə dönmüş, uşaq evində müdir və seminariyada müəllim işlə mişdir.
Axundov yaradıcılığa 19 əsrin 90-cı illərində başlamış, mü xtəlif janrlarda əsərlər yaratmışdır. Maarifçilik ideya-
larının yayılmasında teatrın rolunu yüksək qiy mətləndirən A xundov dramaturgiyaya önəm vermiş, məişət möv zusunda
"Məhəbbətsizlik, ya xud ata-ananın təqsiri", "Analıq", " Yaşına-yaşına, çıxd ı ocaq başına", "Sonrakı peşmanç ılıq
121
fayda vermə z", tarixi möv zuda "Səd Vəqqas" pyeslərini, "Röya m, ya xud həqiqətə təsadüf‖ əsərini yazmışdır. Poe ziya
Axundovun yaradıcılığında xüsusi yer tutmuşdur. 1906 ild ən başlayaraq " Yoncasatan", "Mollapərəst", "Hacıkəndli",
"Hatif‖, "Qeybi", " Gəncə şairi", " Nadi" və digər imzalarla "Molla Nəsrəddin" jurnalında kəskin satiralar dərc etdirmişdir.
Əsrin hadisələrinə həssas münasibət bəsləmiş, "Şərqi-Rus", "Həyat", "İrşad", "İqbal", "Açıq söz" və s. dövri nəşrlərdə
mü xtəlif problemlərə dair publisist yazılar dərc etdirmişdir. Ədib in 20 əsrin əvvəllərində Gəncədə baş verən ictimai
proseslərə dair pole mik məqa lələ ri, sürgündən göndərdiyi "Qürbət mə ktubları" xüsusi ma raq doğurmuşdur. Məktəblə rin
dərsliklərlə tə min o lunmasına xeyli ə mək sərf et miş, "Sərfi-türki" (1896), "Əqa idül-müslimin" (h.I-II, 1908) kitablarınə nəşr
etdirmişdir. Ədəbiyyatşünas və sənət nəzəriyyəçisi kimi A xundovun xid mətlə ri xüsusilə böyükdür. O, Niza mi ("Şey x
Niza mi", 1909) və teatr sənəti ("Teatro nədir", 1909) haqqında ilk monoqrafiyaların müəllifidir. Folklor nü munələrini
toplayıb, nəşr etdirmişdir ("Məclis yaraşığı", 1910). Türk dramaturg iyası nümunələrinin (N. Kamalın " Vətən, yaxud
Silistrə", Bedrəddin Həsənin "Nəda mət" pyesləri), U.Şekspirin " Venesiya taciri", N.V.Qoqolun "Evlən mə" pyeslərin i ilk
dəfə Azərbaycan dilinə tərcü mə et mişdir.
Əsərləri: Teatro nədir, "Azərbaycan incəsənəti", c.ll, B., 1965; Dram əsərləri (transliterasiya, tərtib edəni və ön sözün müəlifi
f.e.n. R.Sadıxov), B., 2003.
Əd.: Muradov C, Unudulmuş sənətkar, ADU-nun "Elmi əsərləri" (Dil və ədəbiyyat seriyası), 1969; Şükürov S., Gəncə
məktəblərinin tarixindən, B., 1990; M əmmədov X., M irzə M əhəmməd Axundov, "Ana sözü" jurnalı, 1992, № 1, 2; № 5-6.
AXUNDOV Murtuza (?-?)- A zərbaycan milli a zad lıq hərə katın ın fəal iştira kç ıla rından biri. Azə rbaycan Xalq
Cü mhuriyyəti Parlamentin in ü zvü. A zərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında
qanun"una (1918,19 noyabr) əsasən, Quba şəhərindən Cümhuriyyət Parla mentinin tərkibinə da xil edilmişdi. Parla mentdə
"Müsavat" və bitərəflər fraksiyasını təmsil etmişdir.
AXUNDOV Ruhulla Əli oğlu (13.1.1897, Bakı ya xınlığındakı Şüv əlan k. - 1938) - siyasi və dövlət xadimi,
publisist, alim. Müəllim ailəsində doğulmuşdur. Mədrəsədə, realnı məktəbdə, ticarət məktəbindəo xu muşdur. İngilis, fransız,
fars və s. d illəri öyrən mişdi. Əmə k fəaliyyətinə 1916 ildən "Orucov qardaşları mətbəəsi"ndə başlamış,
korre ktor, tərcü məçi işlə mişdir. Siyasi fəaliyyətə 1917 il Fevral inqilab ından sonra başlamış, "sol"
sosialist-inqilabçılar (eserlər) q rupunun fəal üzvü olmuşdur. 1918 ildə "Bakı ətrafı fəhlə , əsgər və
matros deputatları şurasının əxbarı" qəzetinin redaktoru idi. Zaqafqaziya, Dağıstan və Türküstan
həmkarlar itt ifaqla rı qurultayının işində fəal iştirak et miş (1919, apre l), quru ltayda bolşeviklərə
tərəfdar ç ıxmış "Mən sizi qızıl Moskva ilə yan-yana getməyə çağırıram", - de mişdir. 1919 ilin
may ında "Hümmət"ə daxil o lmuşdur. Həmin ilin avqustundan nəşrə başlayan "Kommunist"
(Azərbaycan dilində) qə zetin in ilk redaktoru, hə m də "Hürriyyət" qəzetinin redaktorla rından biri
idi.
1919 ilin yayından bolşevik part iyasının əsas sənədlərini A zərbaycan dilinə tərcü mə et mişdir.
AK(b)P-ni yarat maq haqqında RK(b)P M K-da məru zə et mə k üçün 1920 ilin yanvarında bir qrup ko mmunistlə Moskvaya
getmişdir. Aprel işğalından (1920) sonra Azərbaycan Ko mmunist (bolşeviklər) Pa rtiyası Mərkə zi Ko mitəsinin kəndlərdə iş
üzrə şöbə müdiri, AK(b )P Bakı Ko mitəsinin katibi, "Bakinski raboçi" və "Ko mmun ist" qəzetlərinin redaktoru, 1924-30
illərdə AK(b)P MK katib i, Azə rbaycan SSR xalq maarifi ko missarı, "Azə rnəşr"in dire ktoru olmuş, 1930 ildə ÜİK(b )P
Zaqafqaziya ö lkə ko mitəsinin katibi seçilmişdir. AK(b)P daxilində "sol" qrupun nümayəndəsi kimi milli məsələdə N.
Nərimanova qarşı çıxmışdır.
Ömrünün son illərində SSRİ EA-n ın A zərbaycan filialında, AK(b)P MK yanında Partiya Tarixi İnstitutunda
işləmiş, Azərbaycan SSR XKS yanında İncəsənət işləri idarəsin in rəisi olmuşdur. V.İ.Lenin in əsərlərin in A zərbaycan dilinə
ilk tərcü məçilərindən id i. Azə rbaycan dilində siyasi terminologiya yarad ılmasında və yeni ə lifbaya keçilməsində fəa l iştira k
etmişdir. Tarix, ədəbiyyat və incəsənətə dair bir sıra əsərlərin müəllifi, ikicild lik " Rusca-türkcə" lüğəf‖in (1928-29)
tərtibçilə rindən biri və reda ktoru olmuşdur. Repres siyaya məru z qalmış, M .Ə.Rəsulzadənin təbirincə "Azə rbaycanın
sovetləşdirildiyi ilk gündən başlayaraq müsavatçılıq və panturanizmə qarşı amansız mübarizə aparan Ruhulla Axundov
"pantürkizmin zəhərli bir nümayəndəsi və "Müsavat" partiyasının zavallı bir aqenti" kimi günahlandırılmışdır.
Əd.: M ədətov Q., Ruhulla Axundov, B., 1957; Ашнин Ф. Д., Алпатова В.М., Дело Рухуллы Ахундова, «Восток»,M., 2000,
№ 2.; Агамалиева Н., Худиев Р., Азербайджанская Республика. Страницы политической истории 1918-1920 rr., B., 1994.
AXUNDOV Süley man Sani, A xundov Süley man Rzaqulu oğlu (21.8.1875, Şuşa - 29.3.1939,
Bakı) - yazıçı, maarif xad imi. Bəy ailəsində doğulmuşdur. Qori Müəllımlər Seminariyasını
bitirmişdir (1894) Bakıda 3-cü "rus-müsəlman" məktəbində (1894-97; 1901-05)müəllim, 4-cü "rus-
müsəlman" məktəbində (1911-18), A zərbaycan Xalq Cü mhuriyyəti dövründə (1918-20) 4-cü türk
mə ktəbində, sovet hakimiyyəti illərində 77 saylı 1-c i dərəcəli mə ktəbdə (1920), 19 saylı məktəbdə
(1921-35) müdir işlə mişdir. 1920 ilin iyununda N.Nərimanovun təklifi ilə Şuşaya göndərilmiş, dövlət
hərbi ləvazımat ını hesaba alan ko missiyada, ilk sovetlərin təşkilində iştira k et miş, 1921 ildə Qarabağ
vilayət inqilab ko mitəsi xa lq maarifi şöbəsinə (1920, 9 avqust - 1921, fevra l) rəhbərlik et mişdir.
Axundov Qafqaz müsəlman müəllimlərinin Bakıda I (1906) və II (1907) qurultaylarında iştirak etmiş, Fərhad
Ağazadə və Abdulla bəy Əfəndizadə ilə tərtib etdiy i əlifba layihəsini mü zakirəyə çıxarmış, idarə heyətinin qərarı ilə "İkinci