116
1917 ilin iyununda Məhəmməd Əmin Rəsulzadənin rəhbərlik etdiyi "Müsavat" partiyası ilə Nəsib bəy Yusif-
bəylinin "Türk Ədə mi-Mərkə ziyyət Pa rtiyası" birləşərək, "Türk Ədə mi-Mərkəziyyət-Müsavat" partiyası adlandırılmışdır.
"Müsavat"ın 1917 il oktyabrın 26-31-də keçirilmiş birinci qurultayında Həsən bəy partiyanın mərkəzi ko mitəsinin üzvü, ilin
axırlarında isə Ümu mrusiya Müəssislər məclisinə nü mayəndə seçilmişdir. Rusiyada oktyabr çevrilişi ilə əlaqədar olaraq
Cənubi Qafqa zdan Ümu mrusiya Müəssislər məclisinə seçilmiş nümayəndələr onun iclasına gedə bilmə miş, 1918 il fevra lın
10-da Tiflisdə toplaşaraq Cənubi Qafqazda ali hakimiyyət orqanı olan Zaqafqaziya seymin i yarat mış, aprelin 22-də isə
Cənubi Qafqa zın suverenliyini e lan edərək, Zaqafqaziya De mokratik Federativ Respublikası Hökumətini yaratmışdılar.
Zaqafqaziya seymində Müsəlman fra ksiyasının üzvü olan Həsən bəy bütün tədbirlərdə fəa l iştirak et mişdir. Zaqafqa ziya
seymi və höku məti bu ərazidə yaşayan millət lərin milli maraq larına cavab vermədiyindən həmin il mayın 25-də bura-
xılmışdı. Mayın 27-də Zaqafqaziya seyminin Müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası elan etmiş və Şuranın
rəyasət heyətini seçmişdi. Bu va xt Batumda Tü rkiyə nü mayəndə heyəti ilə danışıqlar aparan Məhə mməd Əmin Rəsulzadə
Şuranın sədri, Həsən bəy Ağayev isə onun müavini seçilmişdilər.
Azərbaycan Milli Şurasının 1918 il mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Tiflisdə Qafqa z canişinin in keç -
miş sarayında keçirilmiş təntənəli iclasında Azərbaycanın müstəqilliyi haqqında İstiqlal bəyannaməsini ilk olaraq Həsən bəy
Ağayev imzalamışdır. 1918 il iyunun 16-da A zərbaycan Milli Şurası və Hökuməti Gəncəyə köçmüşdür. İyunun 17-də burada
keçirilən ilk iclasında Milli Şura, yaranmış vəziyyətlə əlaqədar olaraq, fəaliyyətini müvəqqəti olaraq dayandırmış, bütün
hakimiyyəti yeni yaradılmış Hökumətə vermişdir. Azərbaycan Parlamentinin 1918 il dekabrın 7-də Ba kıda təntənəli aç ılışına
qədər Həsən bəy Azərbaycan Dəmir Yolu İdarəsinin baş həkimi vəzifəsində çalış mışdır.
Azərbaycan Xalq Cü mhuriyyəti Parla mentinin ilk iclasında Hesən bəy Parla ment sədrinin birinci müavini seçil-
mişdir. Parlamentin sədri seçilmiş Əlimərdan bəy Topçubaşov Bakıda olmadığından ona rəhbərliyi Həsən bəy həyata
keçirmişdir. O, 1919 ilin dekabrında yenidən Parlament sədrinin birinci müavini seçilmiş və 1920 il fevralın 2-nə qədər ona
rəhbərlik et mişdir. Həsən bəyin bilavasitə təşəbbüsü və fəal iştira kı ilə Parla ment bir sıra mühü m qanunvericilik aktla rı qəbul
etmişdir. Azərbaycan Parlamentinə rəhbərliy i zamanı Həsən bəyin yüksək təşkilatçılıq qabiliyyəti, dərin biliy i, insanlarla
həssas münasibəti təkcə Pa rla ment da xilində deyil, sadə xalq a rasında da ona böyük hörmət və nüfuz qazandırmışdı.
Və zifəsindən istefa verərkən, mühüm xid mətlə ri nə zərə alınaraq, bütün Parlament üzvlərinin imzası ilə ona təşəkkür elan
edilmişdir.
Aprel işğalından (1920) sonra Tiflisə mühacirət edən Həsən bəy Ağayev həmin il iyulun 19-da muzd lu ermən i
terrorçusu tərəfindən qətlə yetirilmişdir. Tiflisin müsəlman qəbiristanlığında dəfn olun muşdur.
Əd.: Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (stetnoqrafik hesabatlar), c.1-2, B., 1998; M əmmədzadə M.,
Doktor Həsən bəy, "Azəri türkü" məcmuəsi, 1928, № 3; Əliyev M ., Həsən bəy Ağayev, "Azərbaycan Demokratik Respublikası.
Azərbaycan Hökuməti (1918-1920)" kitabında, B., 1990; İsayev Ə., Qeyrət və hünər tarixi, ―Azərbaycan" qəzeti, 2003, 22 may.
AĞAZADƏ Fərhad, Şərqli (Ağazadə Fərhad Məşədi Rəhim oğlu; 12.8.1880, Şuşa - 4.1.1931, Bakı) - görkəmli
maarif xadimi, d ilçi, metodist, publisist. Şuşada məhəllə və özəl "Rus-müsəlman" məktəbində (1887-95)
oxu muş, Qori Müəllimlər Seminariyasını bitirmişdir (1900). Yelizavetpol quberniyasının Xaldan (1900-
01), Şuşa (1901-02), Gorus (1902-05), Gəncə (1905) ibtidai məktəblərində müəllim, Bakıda birinci "rus-
müsəlman" məktəb müəllim və müdir (1905-09), "Səadət" məktəbində müdir müavin i işləmişdir.
Qafqaz müsəlman müəllimlərin in Bakıda keçirilən birinci (1906), ikinci (1907) qurultaylarının
təşkilatçılarından və fəal iştira kçılarından olmuş, qurultayın idarə heyətinin tapşırığ ı ilə beş nəfər
müəllimlə b irlikdə "İkinci il" dərsliy ini tərtib və nəşr etdirmişdir (1908). Məktəblər üçün "Ədəbiyyat
məc muəsi" (1914) dərsliyin in müəllifidir. Mirzə Fətəli A xundzadə, Mirzə Rza Daniş və Məhə mməd ağa
Şahtaxtlıdan sonra əlifba islahatı uğrunda mübarizənin müstəqil mərhələsi Ağazadənin ad ı ilə bağlıd ır.
Azərbaycan Xa lq Cü mhuriyyəti dövründə Xa lq Maarifi Na zirliyi nəzdindəki Əlifba
ko missiyasının işində iştirak etmiş, dövri mətbuatda mühüm ictimai-siyasi məsələləri ço x sərrast
şəkildə, vətəndaş mövqeyindən işıqlandıran yazıları çap olun muşdur.
1922 ildə təşkil olun muş " Yeni türk ə lifbası ko mitəsi"nə üzv seçilən və orada işə dəvət olunan Ağazadə
layihələ r tərt ib et miş, S.A xundzadə, M .C.Mə mməd zadə ilə b irlikdə " Yen i türk ə lifbası" dərsliyini yazmış (1922),
"Kommun ist" və "Yeni yol" qə zetlərində, "Maarif işçisi", " Yeni mə ktəb" jurnallarında məqa lələ r dərc etdirərə k latın
qrafıkasının təbliği və tədrisi işində böyük xid mət göstərmişdir. "Nə üçün ərəb hürufatı türk dilinə yaramır?" (1922) əsəri
əlifbanı dəyiş mək uğrunda gedən mübarizənin tarixi haqqında zəngin məlu mat verən dəyərli tədqiqatdır. Müəllif əsərdə
Cü mhuriyyət illərində əlifba islahatı ətrafındakı mü zakirələrə yer ay ırmışdır. O, yazırdı: "1919-cu ildə Hökumət özii
müdaxilə edib maarif nəzarəti yanında komisyon təşkil etmişdir. Bir neçə şəxslərin tərtib etdiyi layihələr həmin
komisyonda mövqeyi-müzakirəyə qoyulmuşdu. Komisyonda işləmişlər: Qaplanov, Həmid bəy Şahtaxtinski, Şahsuvarov,
Sultanməcid Qənizadə, Rəşid bəy Əfə ndizadə, Mahmud bəy Mahmudbəyov, doktor Qarabəyov, Axund Yusif Talıbzadə,
İsa bəy Aşurbəyli və bir çox müəllimlərdən başqa ziyalılar da olmuşlar. İclasların birində Axund Yusif Talıbzadə təklif
edir ki, latın hürufatını təcrübədən keçirmək bir illik müddətinə qəbul edilsin. Buna cavab olaraq, Sultanməcid Qənizadə
cənabları etiraz edir ki, bir illik təbəddülatın mənası ola bilməz. Əvvəlcə əlifba yaradılmalıdır, sonra məktəb, sonra da
iisuli - təlim. Bunu deyib əlifbamızın qüsurlarından bir çoxunu Qənizadə cənabları zikr edir, sair natiqlər də məsələyə
müdaxilə edirlər. Bir çox danışıqdan sonra
u
Hürufatın reforması zamanı gəlib çatmışdırmı?" sualı səsə qoyularkən bir
şəxsdən başqa hamının təsəvvürü "çatmışdır" olur". ("Nə üçün ərəb hürufatı türk dilinə yaramır?", B., 1922, s.174-175).
Ağazadə mü zakirəyə təqdim olun muş layihələrdən danışır, Abdulla bəy Əfəndizadənin lay ihəsinin qəbul olunması və onun
əsasında müstəqil respublikanın nəşr olunmuş ilk dərsliyi - "Son türk əlifbası" haqqında məlu mat verir. " Əkinçi" qəzeti
(1925), "Türk qrameri" (1926), "Firidun bəy Köçərlinin b ioqrafiyası" və s. əsərlərin müəllifid ir.