114
(Lənkəran) sədr seçilmişdi. La kin oyuncaq Muğan Sovet Respublikası te zliklə ləğv edilmiş, A zərbaycan Xa lq Cü mhuriyyəti
Höku mətin in ərazi bütövlüyü bərqərar edilmişdi.Ağayev bundan sonra da sovet hakimiyyəti uğrunda müba-rizəni davam
etdirmişdi. A zərbaycan Xalq Cü mhuriyyətinin süqutu və sovet hakimiyyətinin qurulmasından sonra mü xtəlif vəzifələrdə
çalış mışdır. Ağayev Gilan inqilabın ın iştirakçısı olmuşdur. Sovet dövründə partiyadaxili ixtilaflarda Nəriman Nərimanova
qarşı çıxan q rupun fəallarından id i.
Əd.: Əlizadə N., Lən kəran qəzası zəh mətkeşlərinin Sovet hakimiyyətinin qələbəsi və möhkəmləndirilməsi uğrunda
mübarizəsi tarixindən, B., 1963 Активные борцы за Советскую власть в Азербаджане, Б.,1957.
AĞAYEV (Ağaoğlu) Əh mədbəy Mirzə Həsən oğlu (1869, Şuşa - 1939, İstanbul) - Azərbaycanda türkçülük
hərəkatı ideoloqla rından biri. Gö rkə mli ict ima i-siyasi xadim, publisist, ya zıç ı, hüquqşünas, ş ərqşünas-isla mşünas alim.
Əsilzadə ailəsində anadan olmuşdur; valideynləri Qarabağ xan lığ ının əsasını qoyan Pənahəli xan ın
nəslindəndir. İlk təhsilin i Şuşadakı rus məktəbində və Tiflis gimnaziyasında almışdır. Peterburq
Mühəndis-Texniki İnstitutuna daxil o lmuş, lakin təhsi-lini yarımçıq qoy muş, Parisə gedərək, hüquq
mə ktəbini və Sorbonna Universitetini bit irmişdir.Burada Şərq xalq larının tarixin i,
ərəb, fars və
türk d illərin i mü kəmməl öyrən miş, 1890 ildə Şərq fəlsəfəsinə və ədəbiyyatına dair ilk elmi məqaləsini
nəşr etdirmişdir. Bunun ardınca mü xtə lif məc muə lərdə digər yazıları da dərc olunmuşdur. Əh məd bəy
Ağayev 1892 ildə, 23 yaşında Londonda keçirilən Beynəlxalq şərqşünaslıq konqresində "Şiə
mə zhəbin in mənbələri" mövzusunda məruzə et miş, məru zə konqresin qərarı və Ke mb ric
Universitetinin vəsaiti ilə bir neçə Qərb dillərində dərc o lunmuşdur. Bu əsərinə görə İran şahı ona
firuzə qaşlı üzük bağışla mışdı. Hə min dövrdə Əh məd bəy Ağayev Fransada yaşayan gələcəyin "Gənc
türkləri", habelə Şərqin böyük mütəfəkkiri, ictimai-siyasi xadimi, avropalıların " müsəlman dünyasının
mü mtaz siması" adlandırdığ ı Şey x Cəmaləddin Əfqani ilə tanış olmuşdu. Bu tanışlıq onun dünyagörüşünə, ictimai-elmi
fəaliyyətinə güclü təsir göstərmişdir. Bu illərdə Ağayev vətənlə də əlaqələrin i kəsmə miş, Tiflisdə rus dilində nəşr olunan
"Kavkaz" qəzet ində ardıc ıl ola raq məqalə lər dərc etdirmişdir.
1894 ildə vətənə qayıdan Əh məd bəy Ağayev Azərbaycan dilində "Məşriq" qəzetini çıxarmaq üçün höku mətdən
icazə istəsə də, rədd cavabı a lmışdır. 1896 ildə Şuşaya gedərək, realn ı mə ktəbdə fransız d ilindən dərs de miş, qiraət xana-
kitab xana aç mış, ilk teatr ta maşaları təşkil et mişdir. 1897 ildə məşhur milyonçu-xeyriyyəçi Hac ı Zeynalabdin Tağıyevin
dəvəti ilə Bakıya gələrə k, rea lnı mə ktəbdə fransız d ili müəllimi işlə miş, "Kaspi" qəzetində ə məkdaşlıq et miş, Əlimərdan bəy
Topçubaşovun redaktorluğu (1898-1907) dövründə qəzetin ədəbi şöbəsinin müdiri olmuşdur. "İslama görə və islam
alə mində qadın", "İsla m, a xund və hatifülqeyb" kitablarında, habelə "Kaspi"də dərc etdirdiyi "Müs əlman söhbətləri",
"Müsəlman xalq larının və ziyyəti" adlı silsilə məqalə lərində Əh məd bəy Ağayev müs əlman xalq larının düşdüyü acınacaqlı
vəziyyəti təhlil edir, bunun s əbəblərini göstərir, müsəlman xa lqlarına böhtan atan əcnəbi müəlliflərə tutarlı cavablar verərə k,
islam dünyasının şair, alim və mütəfəkkirlərindən söhbət açırdı. Bu illərdə Məhəmməd ağa Şahtaxtlının Tiflisdə nəşr
etdirdiyi "Şərqi-Rus" qəzetində, habelə Kəlkətə (Kəlküttə) və Qah irə metbuatında da məqalələri dərc olun muşdur. O,
"Nicat", "Nəşri-maa rif‖, "Səadət" kimi xeyriyyə cə miyyətlərin in təşkilində və fəaliyyətində də yaxından iştira k et mişdir.
1905 ilin iyunundan Əli bəy Hüseynzadə ilə birlikdə Azərbaycanda milliyyətçilik düşüncəsinin formalaşmasında mühüm
rol oynamış "Həyat" qəzetinin redaktoru idi. 1905 il dekabrın 19-dan "İrşad" qəzetini, 1907 ildə isə, eyni zamanda, rus
dilində "Proqress" qəzetini nəşr etdirmişdir. 1908 ilin iyunundan "Tərəqqi" qəzetini ç ıxa rmağa başlamış və Türkiyəyə
gedənə qədər (1909) onun naşiri olmuşdur.
Əh məd bəy Ağayev 1905 ildə erməni-daşnak quldurların ın çarizmin fitvası ilə Azərbaycan xalqına qarşı törətdiyi
soyqırımları zamanı dərc etdirdiyi məqalələrində bu faciələrin əsl günahkarları olan çar hakimiyyəti orqanlarının və erməni-
daşnakların iç üzünü açıb göstərirdi. O, Qafqaz can işininin milli qırğınların kəskinləş məsi ilə əlaqədar 1906 il fevralın 20-də
Tiflisdə çağırdığı "barışdırıcı qurul-tay"da Əlimərdan bəy Topçubaşov, Qara bəy Qa rabəyov və İsgəndər bəy Hacınski ilə
birlikdə Bakı şəhərin in ali sosial təbəqələrin in nümayəndəsi kimi iştira k edərək, A zərbaycan tərəfin in proqra mın ı bəyan
etmişdi. Əh məd bəy Ağayev qurultaydakı çıxışında xalqların hüquq bərabərliyinin təmin edilməsini, A zərbaycan xalqına
qarşı milli q ırğın lara dərhal son qoyulması üçün "Daşnaksutyun" partiyasının və digər erməni təşkilatların ın buraxılmasın ı,
əks halda, Azərbaycan tərəfinə də müdafiə o lunmaq üçün ordu yaratmağa icazə verilməsini cəsarətlə tələb etmiş, gətird iyi
tutarlı dəlillərlə, faktlarla milli qırğ ınlara bais olan erməni liderlərin i susdurmuşdur.
Hə min hadisələrdən sonra Əhməd bəy Ağayev Azərbaycan xalq ının hüquqlarnı qorumaq məqsədilə 1906 ildə
"Difai" partiyasını yaratmışdı. O, Bakı müsəlman sahibkarlarının xahişi ilə iki dəfə şəxsən II Nikolayın və onun nazirlərinin
qəbuluna getmiş, Rotşild, Nobel kimi neft maqnatların ın Ba kının neft yataqlarına sahib olmasına mane ol mağa ça lış mışdır.
Əh məd bəy Ağayevin bu səfərləri və fəaliyyəti sayəsində azərbaycanlıların Bakı ətrafındakı neftli torpaqlardan köçürülməsi
dayandırılmışdır.
Təqiblər ü zündən 1909 ildə Tü rkiyəyə mühaciret edən Əh məd bəy Ağayev burada " Gənc türklə r'lə ya xınlaşmış,
"İttihad və tərəqqi" partiyasına daxil o lmuşdu. O, elmi, ictimai və publisistik fəaliyyətini davam etdirərək, "Tərcü mani-
həqiqət" qəzetinin redaktoru, "Türk yurdu" jurnalın ın