110
görə fasiləyə yol verdiy i üçün o xuculardan ü zr istəyərək
yazırdı:
"Qanh mart hadisəsi zamanı mətbəəmiz fəhlə şurası
və erməni qoşunları tərəfindən talan edilib yandırıldığı iiçün
qəzetimiz dayandırılmağa məcbur olunmuşdu".
"Azərbaycan dövri mətbuatı. 1832-1920" kitabında
(1987) "Açıq söz" qəzetin in 724 sayının çıxd ığı göstərilir. Digər
mə lu matla ra görə, qə zetin 750 sayı işıq ü zü görmüşdür.
"Açıq söz" qəzetinin naşirləri və redaktorları mü xtəlif
vaxt larda Məhə mməd Əmin Rəsulzadə, Mə mmədəli Rəsul-zadə, Üzeyir bəy Hacıbəyli, Orac, Qənbər və Abuzər Orucov
qardaşları olmuşlar.
Qəzet in ilk sayında, s ərlövhə altında "Türkləş mək, isla mlaş maq, müasirləşmə k" şüarı və "gündəlik türk qəzetid ir"
sözləri yazılmışdı. "Açıq söz"də ilk dəfə " müsəlman", "tatar", "tuzem" sözləri əvəzinə A zərbaycan xalqın ın adı ilə bağlı
"türk" sözü işlədilird i.
Qəzet in mə ra mı onun 1-ci sayında dərc edilmiş proqra m səciyyəli baş meqalədə belə ifadə olun muşdu:
"Dəhşətlərinə şahid olduğumuz böyük müharibə böyük bir həqiqəti - əsrimizin millətçilik əsri olduğunu sübut etdi.
Özlərini lazımınca bilib, istiqlal üçiin müəyyən bir ideal, məfkurə bəsləyən millət, şübhəsiz ki, böyük bir qiivvət
təşkil edir... Ayrı-ayrı millətlər, bir millət olaraq yaşaya bilmək üçün, hə r şeydən əvvəl, özlərini bilməli, müəyyən fikir və
əməllər ətrafında birləşərək, böyük bir məfkurəyə... sahib olmalıdırlar. Çünki müttəhid bir ruh və müştərək bir qayəyə
malik olmayan millətlərlə yeni əsaslar üzərində qurulacaq həyat hesablaşmayacaq və belə bir silahdan məhrum olan
cəmaətlər kimsəyə söz eşitdirə bilməyəcəklər".
"Açıq söz" qəzetində Rusiyanın daxilində gedən ictimai-siyasi proseslər, A zərbaycan həyatının bütün sahələri
barədə müntəzə m surətdə mə lu matla r, milli d irçəliş, mu xtariyyət məsələ lərinə dair ya zılar dərc o lunur, Birinci dünya
müharibəsinin gətirdiyi bəlalar və dəhşətlər hərtərəfli və obyektiv işıqlandırılırd ı. Qəzetin dolğun və rəngarəng çıxmasında,
möv zu genişliyində ədib, jurnalist və ictimai xadimlərdən Nəriman Nərimanov, Əh məd bəy Ağayev, Hüseyn Cavid, Əhməd
Cavad, Abdulla Şaiq, Tağı Şahbazi, Yusif Vəzir Çəmənzəminli, Nəcəf bəy Vəzirov, Əbdürrəh im bəy Haqverdiyev, Ömər
Faiq Nemanzadə, Üzeyir bəy Hacıbəyli, Sənətullah Eynullayev, Əzim Əzimzadə və b.-n ın böyük xid mətlə ri olmuşdur.
"Açıq söz" xalqı milli varlığını və hüququnu qorumaq, milli azadlığa və müstəqilliyə nail o lmaq üçün bir fikir və
əməl ətrafında birləşməyə, məfkurə birliy inə çağırırd ı. Qəzet bu amal və bu qayə ilə milləti oyatmağa başlamışdı.
1917 ilə doğru Azə rbaycanda xüsusi bir "açıqsöz"çülər nəsli yaran mışdı. A zərbaycanın və bütün Qa fqazın d igər
şəhərlərindəki gənclər, hətta Rusiya ali məktəblərində təhsil alan tələbələr içərisində "Açıq söz"ün yaydığı milliyyətçi
fikirlər ətrafında cə miyyət və dərnəklər yaran mışdı. 1917 ildə Bakıda gizli çağırılmış tələbə quru ltayı "Açıq söz" qəzet ini
özünün orqanı elan etməy i qərara almış və həmin qərarı xüsusi heyət vasitəsilə qəzetin baş redaktoru M.Ə.Rəsulzadəyə
bildirmişdi. Fevral inqilabından (1917) sonra bu cəmiyyətlər mütəşəkkil halda "Müsavat" partiyasına daxil olmuşdular.
"Açıqsöz"çülər Fevral inqilab ına qədər milli-məhəlli mu xtariyyət şüarı ilə çıxış edird ilərsə, mütləqiyyətin süqu-
tundan sonra onların mövqeyində dönüş yarandı. Bu zaman "Müsavat" partiyası qəzetdə dərc olunmuş proqramında ya-
zırdı: "Milli və vətən vəzifəmizi hüsni ifa etmək iiçün yeganə bir vasitə vardır ki, o da Məclisi-Müəssisana hazırlaşmaq
və oraya hazır proqram və aydın məramla getməkdən ibarətdir
”
Qəzet in 1918 il 15 ma rt tarixli 702-ci sayında tanınmış
jurnalist Sənətullah Eynullayev "S.İbrah im" imzası ilə ya zdığ ı "Dəhşətli saat gəlir, b irlik gərək" məqaləsində Bakı
faciəsindən 3 gün əvvəl siyasi partiya rəhbərlərini xəbərdar edird i: "Başqa millətlərin cəmi partiyaları bu gün məlum
məsələlər xüsusunda sözlərini bir etdilər. Müsəlman partiyaları da milləti fəlakətdən xilas etmək xatirinə birləşməyə
borcludurlar. Çünki baş kəsildikdə saqqalla bərabər gedəcək olduğundan dəhşətli saətlərdə partiya fərqinə baxmayacaq,
proqram və partiyalar da millətlə bərabər gedəcəkdir. Dəhşətli saət gəliyor, birləşiniz”.
Əd.: Axundov N., Azərbaycanda dövri mətbuat (biblioqrafiya), B.,1965; y e n ə o n u n, Azərbaycanın dövri mətbuatı (1832-1920), B., 1987;
Məmmədzadə M.B., Milli Azərbaycan hərəkatı, B., 1992.
A DI GÖ ZƏ L OV Əsgər ağa Haqverdi ağa oğlu - Azərbaycan yazıçısı, maarifçi, teatr xadimi və ictimai xadim. Tarixçi Mirzə Adıgözəl
bəyin nəvəsi (bax Gorani Əsgər ağa).
"ADRES-KALENDAR AZERB AYDJ ANS KOY
RESPUBLĠKĠ NA 1920 QOD" ("Azərbaycan
Respublikasının 1920 il üçün ünvan-təqvimi") - mə lu mat-soraq kitabı 1920 ilin əvvəllərində nəşr edilmişdir.1919 il iyulun
28-də
Höku mət rus və Azərbaycan dillərində mə lu mat kitabının nəşrini bəyənmiş və Parla mentə "Azərbaycan
Cü mhuriyyətinin ünvan-təqviminin nəşri üçün Himayədarlıq Nazirliy inə 122 min manat vəsait ayrılması haqqında" qanun
layihəsi təqdim et məy i qərara a lmışdı.
Ünvan-təqvim aşağıdakı bölmələri əhatə edirdi: soraq məlu matı; ticaret-sənaye bölməsi; malların ö lkədən kənara
aparılması qaydaları; kooperativlər; Azərbaycan Xalq Cü mhuriyyətinin yaranması tarixi; Hö ku mətin ən mühü m qanun
və qərarlarının mətnləri; Pa rla mentin və nazirliklərin fəa-
liyyəti haqqında mə lu matlar; Höku mət idarə lərinin və ictimai
idarələ rin şə xsi heyəti; milli təşkilatlar; d ini quru mlar; ictimai təşkilatlar; hə mkarlar itt ifaqla rı; cə miyyətlər və itti faqlar;
dövri nəşrlər, kitab xanalar, mu zeylər, teatrlar, kinolar, klublar; həkimlərin, müalicəxanaların və apteklərin siyahıları.