109
Turanda gün doğunca zülmətlə çarpışalım!
Arş irəli, irəlidə cənnət kibi çəmən var,
Günəş orda həp doğar, səadət orda parlar!
Türk firqəsi Müsavat,
Açalım quş tək qanad.
Sarılıb hürriyyətə
Bulalım şanlı həyat
Be ləliklə, Abdulla Şaiq in yaradıcılığ ında milli mübarizə həm də siyasi mə zmun kəsb edirdi. Müəllif bu mübari-
zənin uğurla rın ı konkret b ir partiyanın - "Müsavat ―ın ətrafında sıx birləşərək, şanlı həyat quruculuğuna doğru quş tək qanad
açmaqda görürdü.
Başqa bir şerində Abdulla Şaiq ö z yurddaşların ı A zərbaycan istiqlalını, vətəni qoru mağa çağırırd ı:
Şu diyarın dağlarında, daşında
Qurtarıcı qəhrəmanlar az deyil.
O əllər ki, səni bu gün qurtarmaz,
O dillər ki, səni bu gün də anmaz,
O ürək ki, sənin iiçün çarpamaz,
O ayaq ki, Vətən üçün qoşamaz,
Al qanına boyansın!
Sevgilisi baş ucunda yas qursun,
Anaları ağı desin, saç yolsun,
Sənin kimi ağlasm!
Abdulla Şaiq lirik-ro mantik şeirlərin (" Vətən", "Niyə uçdu?", "Hürriyyət pərisinə", " Yad et", "Nişanlı b ir qız",
"Dağlar"), hekayələrin ("Məktub yetişmədi", "Köç", " Göbələk", " Vəzifə", "Əsəbiliyim", "İblisin hüzurunda"), ro man və
povestlərin ("Əsrimizin qəhrə man ları", "Araz", "Dursun", "Xasay"), uşaqlar üçün bir sıra məşhur şeirlərin ("Xoruz", "Keçi",
"Uşaq və dovşan", "Təmizlik"), mənzu m nağılların ("Tülkü həccə gedir", " Yaxşı arxa", "Tıq-tıq xanım"), poemaların
("Qoçpolad", "Zəhmət və zinət", "İki familiyanın məhvi"), pyeslərin ("Qafqaz çiçəyi", " Gö zəl bahar", "İdeal və insanlıq",
"Eloğlu", "Nüşabe", "Vəten") müəllifidir.Fü zuli, Nəsimi, Vaq if, Mirze Feteli A xundzadə, Mirzə Ələkbər Sabir, Abbas
Səhhət, Hüseyn Cavid, Məhə mməd Hadi və b. haqqında elmi məqalələ r dərc etdirmiş, Niza mi, Şekspir, De fo, Puşkin,
Le rmontov və b.-dan tərcümələ r et mişdir.
Ə s ə r l ə r i: Seçilmiş əsərləri, 3 cilddə, B., 1957-60; Seçilmiş əsərləri, 5cilddə, c.l-3,B„ 1966-73.
Əd:. M i r ə h m ə d o v Ə., Abdulla Şaiq, B., 1956; İsmayılov Y., Abdulla Şaiqin həyatı və bədii yaradıcılığı, B., 1962.
ABDULLAYEV Ağəli Rəsul oğlu (1897, Ağdaş - ?) -Azə rbaycan Xalq Cü mhuriyyəti
Parlamentinin xüsusi qərarına (bax Xaricə təhsil almağa göndərilən azərbaycanlı tələbələr
haqqında qərar) əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən b iri.
Yelizavetpol (Gəncə) M ixail peşə mə ktəbinin kənd təsərrüfatı şöbəsini (1915), hə mç inin Tiflis
orta mədəni-te xniki mə ktəbinin aqronomluq şöbəsini bitirmişdir (1919). Parla mentin 1919 il 1
sentyabr tarixli qərarına əsasən kənd təsərrüfatı sahəsində təhsilini dava m etdirmək üçün İtaliyaya
göndərilməsi qərara alın mış, lakin naməlu m səbəblər üzündən bu səfər baş tutmamışdır. Sonrakı
taleyi barədə mə lu mat aşkar o lunma mışdır.
ABġ ERONUN MÜDAFĠƏ S ĠSTEMĠ - Denikin qoşunlarının təcavüzü təhlükəsinə qarşı
1919 ilin yayında Bakı ətrafında həyata keçirilmiş hərbi-istehkam tədbirləri. Məqsəd ölkənin şimal
sərhədindəki müdafiə xətt ini möh kə mləndirmə k, düşmənin payta xta da xil o lmasının qarşısını almaq idi. Bunun üçün Bakı
ətrafında müdafiə mövqelərinin yaradılması, Qafqaz İsla m Ordusu hissələrinin Bakıya hücumu zaman ı şəhər ətrafında
qazılmış səngərlərin bərpası və təkmilləşdirilməsi, tikanlı məftil zolağın ın düzəld ilməsi, Abşeronun müxtəlif məntəqələri
arasında telefon rab itəsinin qurulması nəzərdə tutulmuşdu. Abşeronun müdafie sistemin in yaradılmasında A zərbaycan -
Gü rcüstan hərbi-müdafiə sazişinə (1919) uyğun olaraq Bakıya gəlmiş gürcü hərbi istehkamçıları da iştirak edirdilər.
Abşeronun müdafiə mövqeləri Badamdar-Masazır gölü - Nov xanı xətti boyunca yerləşdirilməklə 7 dayaq qrupun-
dan ibarət idi: 1) Badamdar qrupu, 2) Atəşgah qrupu, 3) Aralıq qrup, 4) Şubanıdağ qrupu, 5) Xırda lan qrupu, 6) Gö l qrupu, 7)
Novxanı qrupu. Bütün bu mövqelərin müdafie imkanlarının artırılması üçün lazımi qüvvə və vəsait də ayrılmışdı.
Bütünlükdə, Abşeronun müdafiə sistemi üçün 8 tabor piyada qüvvəsi, 64 ədəd pulemyot, 16 ədəd top nəzərdə tutulmuşdu.
Bunlardan ə lavə, dəniz sahilinin qorun ması üçün 6 ədəd top ayrılmışdı.
Denikin in hücum təhlükəsi aradan qalxd ığı və 1920 ilin yazında Qarabağda erməni təcavüzü başladığı üçün
Abşeronun müdafiəsinə xüsusi qüvvələr ayrılması mü mkün olmadı. Şimal sərhədi boyunca və Bakı ətrafındakı qüvvələr
Qarabağda erməni qoşunları ilə mübarizəyə səfərbər o lunduğundan, Aprel işğalı (1920) zamanı Abşeronun müdafie
sistemini işə salmaq və təcavüzkarlara müqavimət göstərmək mü mkün olmad ı.
"AÇIQ SÖZ" - Bakıda nəşr olunmuş gündəlik ictimai-siyasi, ədəbi qəzet. "İqbal" (1912-15) qəzetinin davamı
olub, "Müsavat" partiyasının rəsmi orqanına çevrilmişdi. "Açıq söz" qəzetinin ilk sayı 1915 il oktyabrın 2-də "İqdam"
mətbəəsində çap edilmişdir. Qə zetin sonuncu sayının nə vaxt ç ıxması barədə fikirlər mü xtəlifdir.
Bə zi mənbələ rdə ("Azə rbaycanda dövri mətbuat (1832-1920)", B., 1965) qə zetin 1918 il mart ın 18-də sonuncu -
704-cü sayının çıxd ığı göstərilsə də, "Açıq söz" 1918 il 6 o ktyabr tarixli 718-ci sayında özündən asılı olmayan səbəblərə