106
A
ABBAS SƏHHƏT, Abbasqulu Əlabbas oğlu M e h d i z a d ə (1874,Şamaxı- 11.5.1918, Gəncə)- şair, nasir,
dramaturq, publisist, maarif xadimi. Ruhani ailəsində doğulmuşdur. Şa ma xıda məhə llə məktəbində (1881-93), Məşhəddə
(İran) mədrəsədə (1894), Tehranda "Mədrəseyi-nizamiyyeyi-Nasiriyyə" darülfünununda (1894-1900) təhsil almış, göz
həkimi ixtisasına yiyələn miş Qaşqay (İran) xanı Zə rğa müssəltənənin sarayında həkim (1900- 01), Şa ma xı realn ı
mə ktəbində a zərbaycan dili müə llimi (1906- 18) işlə mişdir. Abbas Səhhət ədəbi yaradıcılığa 19 əsrin sonunda
başlamış, 20 əsrin əvvəlində lirik-ro mantik ("Oxucularıma", "Dilbəri-hürriyyətə", "Şikayət", "Tərcümeyihalım,
yaxud hülulum", "Şair, şeir pərisi və şəhərli"), realist-satirik ("Əkinçi nəğməsi", "Özlərini sevənlərə",
"Alimnü malar", "Kəln iyyət" satiraları) şair, tərcü məçi (A.S.Puşkindən, M.Y. Lermontovdan, İ.A.Krılovdan,
Qərbi Avropa şairlə rindən tərcümələ r), nasir ("Bədbə xt ailə", "Qaragünlü Hə limə", " Volqa səyahəti"),
dramaturq ("Cəhalət sə mərəsi, ya xud b ir yet imin xoşbə xtliyi", " Yo xsulluq eyib deyil", "Tağı və Nağı"), publisist
("Təzə şeir necə olmalıdır?", " Qara xəbər", "Məktəblə rdə ana dili") kimi ço xşa xə li fəa liyyət göstərmişdir. Abbas
Səhhətin "Sınıq saz" (1912), "Məğrib günəşləri" (1912), " Cəhalət səmərəsi, ya xud bir yetimin xoşbə xtliyi"
(1914) kitabları, " Yeni məktəb" (1909), Mah mud bəy Mahmudbəyovla birgə "Türk ədəbiyyatına ilk qədəm"
(1914) dərslikləri nəşr olunmuşdur. Ya xın dost olduğu Sabirin əsərlərin i toplayaraq, ilk dəfə "Hophopnamə" adı ilə nəşr
etdirmişdir (1912). Abbas Səhhətin əsərlərinin əsas qəhrəmanı vətəndir, millətdir:
Hər kimin qəlbi, ya vicdanı deyildir satılıq,
Hər kimin daş kimi yoxdur ürəyində qatılıq,
Millətin halını gördükcə gərəkdir yan sın
Dərdinə qalmağı daim özünə borc bilsin.
Vətən uğrunda gərək şəxs fədakar olsun,
Böylə mövsümdə yatan kimsələrə ar olsun.
... Ya ər ol ortaya çıx, gəl kömək et qardaşına,
Ya gedib evdə otu r, həm də ləçək sal başına.
Başqa bir şerində vetənperver şair belə deyir:
Şişə çəkməkdə diriykən ətimi,
Atmaram mən Vətəni, millətimi...
Maarifçilik, islamçılıq və türkçü lük baxışları zəmin ində istiqlaliyyət, siyasi azad lıq, milli müstəqillik uğrunda
mübarizə Abbas Səhhət yaradıcılığ ının leyt motivin i təşkil ed ir. Şairin "Fəryadi-intibah, yaxud a ma li-vətənpərvəranə",
"Dilbə ri-hürriyyətə", "Qəzet nədir?", "Bəradərim Abdulla Şa iq cənablarına", "Beradərim Firidun bəy Köçərli cənablarına",
"Şair, şeir pərisi və şəhərli", "İrəli" və s.əsərlərində intibaha çağırş nidaları qabarıq surətdə ifadə olun muşdur:
Böylə qoyulmuş aləmin binası,
Dəyişməkdir tərəqqinin əsası.
Bəxt, qismət kimi əlfazı unut,
Səy eylə, bazuyu-iqbalını tut.
1917 il Fevral inqilabından sonra Abbas Səhhətin istiqlal haqqında düşüncələri konkretləşir, on ların əməli surətdə
həyata keçirilməsi üçün a xtarış dövrü başlanır. Əd ibin yaradıc ılığ ında, xüsusilə publisistikasında cümhuriyyət quruluşunun
təbliği ön plana keç ir, Oktyabr çevrilişindən sonra isə ölkədə yaran məş hərc-mə rclikdən xilas olmaq üçün "mü kə mmə l, adil,
tərəqqipərvər bir Hö ku mətimizin" qurulması zəruri siyasi tələb kimi irə li sürülürdü.
"Millət məc lisi" məqaləsində isə Abbas Səhhət maa rifçilik dünyagörüşündən çıxış edərək, "cümhuri" idarəyə
malik olmaq üçün vətəndaşlarda "cümhuriyyəti ruh" tərbiyə etməyi başlıca şərt sayırdı. Şairin fikrincə, "öz hüquq və
vəzifəsinə, bəşəriyyət haqqına, insanlıq vəzifəsinə" bələd olmayan xalq qa zandığı a zadlığı qoruyub saxlaya bilmə z. Şair
ziyalıla rı səfərbər edib xa lqın arasına göndərməyi, "va xt və za mana münasib vəzifə və hüquqi-
107
bəşər haqqında, hürriyyət və məşrutiyyət babında sadə və asan bir dil ilə ca maata bəyanat verməyi" la zım bilirdi.
O, əha lin i siyasi cəhətdən maa rifləndirdikdən sonra hürriyyətin "möh kə m və payidar" o lacağına inanırdı. Abbas Səhhət
özünü belə amal uğrunda mübarizəyə hazırlayırd ı.
1918 ilin martında erməni-daşnak quldur dəstələrinin Şamaxıda törətdiyi soyqırımından sonra başlanan qaçqın
həyatı, üzləşdiyi məşəqqət və nəhayət, yatalaq xəstəliyi şairin ölü mü ilə nəticə ləndi. O, cü mhuriyyət barədə arzula rını
həyata keçirmə k üçün ə məli fəaliyyət göstərə bilmədi.
Əsərləri: Əsərləri, B., 1950; Seçilmiş əsərləri, 2 cilddə, B., 1975-76.
Əd.:
Mir Cəlal, Abbas Səhhət haqqında, "Abbas Səhhət. Əsərləri" kitabında, B., 1935; Mirəhmədov Ə., Aşiq kimi, onun
"Azərbaycan ədəbiyyatına dair tədqiqlər" kitabında, B., 1983; T a l ı b z a d ə K., Abbas Səhhət, B., 1986.
ABBASAĞA NAZĠR, Q a y ıb o v Abbasağa Mirzə Nəbi əfəndi oğlu (9.10.1849, Qazax mahalın ın Salahlı k. -
30.12.1919, Qa za x) - şair. Ruhani-şair a iləsində doğulmuşdur. Salahlıda Mirzə Hüseyn Qayıbovun xüsusi məktəbində,
Tiflisdə Qafqa z Müsəlmanları Ruhani İdarəsinin nəzd indəki mə ktəbdə təhsil almış, Şərq və rus ədəbiyyatını, din i və
dünyəvi elmləri, Azərbaycan, rus, fars və ərəb dillərini öyrən mişdir. Salah lı kənd məktəbində müəllim (1869-73), Tiflisdə
Qafqaz Ruhani İdarəsində katib kö məkçisi, katib və baş katib (1874-1910) işləmişdir.
Yaradıcılığa lirik şair kimi başlamış, Hafizin və Füzu lin in təsiri altında qəzəllər, Ömər Xəyyam üslubunda rübailər
yazmışdır. Avtobioqrafik "Bəyanihal" poemasının (1907), didaktik "Molla və şeytan" (1911), "İki qardaş" (1912) mən zu m
hekayələrinin, M irzə Fətəli A xund zadəyə, Lev Tolstoya, İsmayıl bəy Qaspralıya həsr olun muş şeirlə rin, "Qış", "Millətə ba x,
millətə!" satira larının müəllifidir. Firdövsinin "Şahnamə" epopeyasından "Rüstəm və Söhrab" dastanını, L.Tolstoyun
"İnsana çoxmu torpaq la zımd ır?" hekayesini nəzmlə tərcü mə etmişdir.
Abbasağa Nazirin "Təraneyi-milliyyə" müsəddəsi 20 əsrin əvvəlində milli şüurun oyanmasına, müstəqillik
düşüncəsinin formalaşmasına qüvvətli təsir göstərmişdir:
Gözün aç xabi-qəflətdən oyan millət, oyan millət,
Nəzər qıl bircə ətrafə, aman millət, aman millət.
Azərbaycan Xalq Cü mhuriyyəti dövründə Salahlı kəndindən Qa za x şəhərinə köç müş, "Müsavat‖ın Qaza x mahalı
üzrə sədri Firidun bəy Köçərli ilə sıx əlaqə saxlamışdır.
Əd.: Azərbaycan uşaq ədəbiyyatı müntəxəbatı (XIX-XX əsrlər), 3 cilddə, c. 2, B., 2002; Köçərli F., Milli şairimiz Abbasağa
Qayıbzadə Nazir, "Səda" qəzeti, 1909, 20, 26 noyabr; 2, 4 dekabr; Mustafayev M., XIX əsr Azərbaycanın şeir nümunələri, B., 1983;
M əmmədov X., Azərbaycan ədəbi tənqidi: XIX-XX əsrlərin hüdudunda, B., 1999.
ABBASOV Hacağa Mütəllib oğlu (16.6.1888, Bakı ya xınlığındakı Maştağa k. - 7.5.1975, Ba kı) - a ktyor, Azər-
baycan xalq artisti (1932). İlk təhsilini Bakı rus-tatar məktəbində almış, Hüseyn Ərəblinskinin teatr
dərnəyinin üzvi o lmuşdur. İlk rolu Molla İbrahimxəlildir (1905; "Molla İbrahimxə lil kimyagər",
M.F.A xundzadə). 1906-09 illərdə Petrovsk-Portda (indiki Mahaçqala) pedaqoji kursda o xuyarkən
azərbaycanlılardan ibarət a ktyor truppası yaratmış, Tey murxanşurada teatr açmışdır. 1909 ildə
Bakıya qayıtmış, Balaxanıda Mirzə Ələkbər Sab irlə b irlikdə müəllimlik etmiş, Müsəlman Artistlər
Birliy inin fəal üzv lərindən olmuşdur. Üzeyir və Zülfüqar Hac ıbəyli qardaşları truppasının tərkibində
bir sıra ro lların mahir ifaçısı olmuşdur.
1918
ildə
erməni-daşnak
quldurların ın Azərbaycanda törətdikləri qanlı mart
soyqırımlarından sonra İrana getməyə məcbur olmuş Hacıbəyli qardaşların ın truppası Bakıya qa-
yıdaraq yenidən fəaliyyətə başlamışdı. H. Abbasov Azərbaycan Xalq Cü mhuriyyəti dövründə (1918-
20) milli d irçəliş naminə teatr sənətinin inkişafına yaxından kö məklik göstərmiş, gənc aktyorların
peşəkarlıq səviyyəsinin artmasında və püxtələşməsində mühüm rol oynamışdır. A zərbaycan milli teatrının təşəkkülündə H.
Abbasovun mühüm xid məti o lmuşdur.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra H.Abbasov Bakı A zad Tənqid-Təbliğ Teatrın ın təşkilatçı-
larından və fəal iştirakçılarından id i. 1925-29 illərdə Azərbaycan Dövlət Dram Teatrında, 1930-37 illərdə Bakı Teatr
Te xniku munda dire ktor, Azə rbaycan İncəsənət İşləri İdarəsi teatr şöbəsinin rə isi və s. vəzifə lərdə çalışmışdır. H.Abbasovun
ifaçılıq d iapazonu geniş və çoxcəhətli o lmuşdur. Ro lları: Şey x Nəsrullah ("Ölü lər", C.Məmmədquluzadə), Məşədi İbad,
Soltan bəy, Kəblə Qubad ("O o lmasın, bu o lsun", "Arşın ma l a lan", "Ər və a rvad", Ü.Hacıbəyli), Hacı Qənbər, Ağakərim
xan (" Yağışdan çıxd ıq, yağmura düşdük", "Ağakərim xan Ərdəbili", N.B.Vəzirov) və s. H.Abbasov bir sıra kiçik həcmli
pyesin müəllifidir: "Ağa Məhəmməd şah Qacar və ya Molla Pənah Vaqif‖, " Bakının fəthi", "Sabirin məhkəməsi", "Əsgər
oğluma", "İnqilab şərarələri", "Rus macərası" və s. Süleyman Sani A xundov, Maksim Qorki, Cəlil Məmmədquluzadə,
Nəriman Nərimanov, Mirzə Ələ kbər Sab ir, Lev Tolstoy, Cəfə r Cabbarlı və b. haqqında xatirələ r yazmışdır ("Xat irə lərim",
B., 1968).
ABBASZADƏ Mirzə Abbas (1860-1920) - maarif xad imi, müəllim. İlk təhsilini mədrəsədə almış, ərəb və fars
dillərini mükə mmə l öyrən mişdir. Gənc yaşlarında Gəncədəki ruhani məktəblə rində, a ltısin ifli şəhər məktəbində, a li ibtidai
mə ktəbdə türk (Azə rbaycan) dilindən dərs demişdir. 19 əsrin sonlarında türk (A zərbaycan) dilində əlifba kitabını çap
etdirmişdir. Abbaszadənin 1913 ildə Bakıdakı "Kaspi" mətbəəsində "Birinci il" adlı əlifba kitabı nəşr olun muşdur.
Gəncədəki xeyriyyə cə miyyətinin, dra m dərnəyin in, "Nəşri-maa rif ― in yaradılmasında və fəaliyyətində mühüm