117
Ə s ə r l ə r i: İkinci il (M.Mahmudbəyzadə, Ə.Əbdürrəhmanbəyzadə, S.Axundzadə, A.Talıbzadə, A. Əfəndizadə ilə birgə),
Tiflis, 1908; Ədəbiyyat mecmuəsi, B., 1912; Nə üçün ərəb hürufatı türk dilinə yaramır?, B., 1922; "Əkinçi" qəzeti, B., 1925.
Əd.: Abdullayev A., Azərbaycan dilinin tədrisi tarixindən, B., 1966; Ağayev Ə., Fərhad Ağazadənin pedaqoji görüşləri, B.,
1987.
AĞDAMS KĠ (əsl familiyası Bədəlbəyli) Əh məd Beşir oğlu (5.1.1884, Şuşa - 1.4.1954,
Ağdaş) - opera artisti, Azərbaycanın əməkdar incəsənət xadimi (1943). Səhnə fəaliyyətinə "Nicat"
xeyriyyə cəmiyyətinin teatr truppasında başlamış, o dövrdə Azərbaycanda qadın artistlərin
olmadığına görə opera ve musiqili ko med iya tamaşalarında, əsasən, qadın rollarında çıxış etmişdir.
Azərbaycan teatr sənətinin 1918-20 illərdə ki yeni inkişaf mə rhələsində Ağdamski a ktyor-müğənni
kimi ―Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsi"ndə Leyli, Əsli, Gü lnaz, Gülçöhrə,
("Leyli və Məcnun", "Əsli və Kərə m", "O o lmasın, bu olsun" (Məşədi İbad), "Arşın ma l a lan",
Üzeyir Hacıbəyli), Şahsənəm ("Aşıq Qərib", Zülfüqar Hacıbəyli) rollarını ifa etmişdir. Dram
tamaşalarında da çıxış etmişdir. 1921 ildən pedaqoji fəaliyyət göstərmişdir.
AĞDAġ QƏZASI - 1919 ilin sonlarından Ərəş qəzasının dəyişdirilmiş adı (bax Ərəş qəzası).
AĞSTAFA MÜQAVĠLƏSĠ - Azərbaycan Sovet Sosialist Respublikası ilə Gü rcüstan Demo kratik Respublikası
arasında "sülh və dostluq" müqaviləsi. 1920 il iyunun 12-də Azərbaycanın Ağstafa stansiyasında imzalan mışdır. Ağstafa
müqaviləsinin bağlan masına ehtiyac Şima li A zərbaycanda Bolşevik işğalından dərhal sonra yaranmışdı. Belə ki, aprelin 28-də
sovet qoşunlarının Şimali A zərbaycana müdaxiləsi nəticəsində yaran mış vəziyyətdən istifadə edən Gü rcüstan hökuməti
Azərbaycan sərhədinə qoşun çıxard ı. Azərbaycana qarşı ə ra zi iddiala rı irə li sürən Gürcüstan elə hə min gün Poylu
körpüsünü, Poylu stansiyasını, həmçinin Tiflis-Qazax yolu üzərindəki körpünü tutdu və Ağstafa istiqamətində hücuma
keçdi. A zərbaycan Höku mətin in diplo matik səylərinə baxmayaraq, sərhəddə yaranmış gərginliy i xeyli müddət aradan
qaldırmaq mü mkün olmadı. A zərbaycan Höku məti sərhəd məsələlərinin mü zakirəsi məqsədilə danışıqlara başlamaq üçün
razılıq əldə edilməsinə yaln ız 1920 il may ın sonlarında nail oldu və bununla əlaqədar xüsusi ko missiya yaratdı. Həmid
Sultanov Azərbaycan nümayəndə heyətinin rəhbəri təyin ed ild i. Danışıqla r 1920 il iyunun 3-də Ağstafada başladı. İlkin
danışıqlar 4 gün davam etdi. Həmin günlər nümayəndə heyətləri arasında gərg in mübahisələr baş verdiyindən nəticə əldə
olunmadı. Gü rcüstan tərəfi Azərbaycana qarşı ərazi iddialarından əl çəkmirdi. A zərbaycan tərəfi bu iddiaların əsassız
olduğunu, Gü rcüstanın bir çox vilayətlərinin əhalisini azərbaycanlılar təşkil etdiyi halda, Azərbaycanın öz qonşusuna qarşı
heç bir ərazi iddiası qald ırmad ığını göstərirdi. Mehriban qonşuluq siyasətini əsas tutan Azərbaycan tərəfı 1920 il aprelin 27-
nə qədər qüvvədə olan sərhəd xəttinin bərpa olunmasını təklif edirdi. Gürcüstan tərəfi isə Poylu və Qırmızı kö rpü
ətrafındakı ərazilərin, vaxtilə xüsusi məqsədlə Tiflis quberniyasına daxil edilmiş Zaqatala vilayətinin və digər ərazilərin
Gü rcüstana birləşdirilməsini tələb edirdi. Dan ışıqların növbəti mərhələsində tərəflər müəyyən məsələlərdə razılığa gəld ilər
və bunun nəticəsi kimi 18 maddədən və ona əlavə olan 4 maddəli sazişdən ibarət müqavilə imza landı. Sənədləri A zərbaycan
tərəfindən Azə rbaycan İnqilab Ko mitəsi sədrinin müavini, xa lq xaric i işlər ko missarı Mirzə Davud Hüseynov, Gürcüstan
Demokratik Respublikası tərəfindən hərbi nazir G.S.Lord kipanid ze, Müəssislər Məclisin in sədri S.Q.Md ivani və
A.S.Andronikov imzalad ılar. Müqaviləyə görə, iki respublika arasında bütün hərbi əməliyyatlar dayandırılır, tərəflər b ir-b iri
ilə möhkə m sülh və dostluq münasibətləri qurur, hərbi əsirləri qaytarırdılar. Müqaviləyə görə, sərhəd xətti Borçalı və Qa za x
qəzala rı arasından, Ba rtış dağından şima l-şərqdəki inzibati sərhəddən, Qızılqaya dağının cənub-şərqindəki bulaq lara qədər
olan sahədən, Tərs dağı yüksəkliklərinin şərq yamac ından,Qırmızı körpünün ortasından, Xra m və Kür çayla rı boyu uzanan
köhnə sərhəd zolağından, Poylu körpüsünün ortasından, şimal-şərq istiqamətindəki köhnə inzibati sərhəd zo lağından, köh-
nə cənub-şərq inzibati zolağ ından Palantökən dağına qədər, oradan da Zaqatalaya qədər uzanan şimal-qərb sahəsindən
keçirdi. Tərəflər arasında bir il müddətində qüvvədə olacaq bitərəf zonalar yaradılırd ı. Poylu və Qırmızı körpünün qar-
şısındakı sahə, həmçin in Kür çayının Azərbaycan ərazisindəki sol sahili müqavilə imzalandıqdan sonra bir il müddətində
bitərəf zona kimi qalmalı id i. Hə min zonanın sərhədləri aşağıdakı kimi müəyyənləşdirilirdi: Qa za x qə zasında İncəsu çayı,
Borçalı və Qazax qəzalarının inzibati sərhədi; Qazax qəzasında Qızılhacılı, Pey kanlı, Xələfli, Şəkərli stansiyaları, Kür
çayının əyintisi, oradan düz xətlə Çobandağ yüksəkliyinin qərb küncündən keçən, sonra isə Çobandağ yüksəkliyinin cənub-
şərqinə və Sığnax qəzasının sərhədinə qədər uzanan xətt. Bu zonada heç bir tikinti işi aparıla və hərbi h issə yerləşdirilə
bilmə zd i.
Bu şərtlərə əməl olun masına nəzarət etməkdən ötrü, hər tərəfdən iki nəfər o lmaqla, dörd nəfərlik qarışıq ko missiya
yaradıldı. Onun idarə o lunması hüququ Azərbaycana verilirdi. Qırmızı körpünün Azərbaycan tərəfində qalan hissəsi