111
Ünvan-təqvimin ü zərində türk və rus dillərində olunduğu bildirilsə də, türk (Azərbaycan) dilində nəşr həyata
keçirilməmişdi.
Qərarda məlu mat kitabında Azərbaycan Xalq Cümhuriyyəti Höku məti ü zvlə rinin portretlərini, Parla ment binasının
şəklini və onun iclaslarından foto şəkilləri vermək nəzərdə tutulmuş, lakin çap o lunmamışdır.
Nəşrin satışından gələn bütün gəlir Azə rbaycan Cü mhuriyyəti Himayədarlıq Na zirliy inin uşaq evlərinə sərf
olunmalı id i. Aprel işğalından (1920) sonra nəşri dayandırıllmışdır.
Əd.:Aдpec-Kaлeндaрь
Aзepбaйджанской Pecnублики нa., 1920 г., под ред. А.И.Старовского, Б., 1920
.
AĞ QVARDĠYA - 1) Rusiyada Romanovlar mütləqiyyətinin əleyhinə çevrilmiş inqilabi hərəkata qarşı mübarizə
məqsədilə Finlandiyada yaradılmış burjua milisi (l906). Fərqləndiric i ə la mət i qola bağlanan ağ sarğı id i; 2) Rusiyada
Vətəndaş müharibəsi və xarici hərb i müda xilə (1918 -1920) illə rində burjua-mü lkədar rejiminin bərpası uğrunda vuruşan
hərbi h issələrə verilən ad. Sovet ədəbiyyatı publisistikasında, habelə danışıqda bəzi əksinqilabi milli - hərb i h issələrə (ağ
fin lərə, ağ çe xlə rə, ağ polyakla ra v və ü mu miyyətlə, ə ksinqilabçılara da Ağ qvardiya deyilən İnqilabçı xa lqın, inqilabın
rə mzi olan qırmızı rəngdən fərqli o laraq, ağ rəng "rəsmi qayda-qanun" tərəfdarlarının rə mzi sayılır. Adı da buradandır.
AĞABBABƏYOV-MUĞANLĠNSKĠ Adil Abbasəli oğlu (13.12.1898, İrəvan -?) - Azərbaycan Xalq
Cü mhuriyyəti Parlamentin in xüsusi qərarına (bax Xaricə təhsil almağa göndərilən azərbaycanlı
tələbələrhaqqında qərar) əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.
İrəvan kişi gimnaziyasını bitirmişdir (1917). Parlamentin 1919 il 1 sentyabr tarixli qərarına əsasən, hüquq
sahəsində təhsil almaq üçün Ala maniyanım Leyspiq Un iversitetinə göndərilmişdir. Azə rbaycanda Sovet
hakimiyyəti qurulduqdan sonra xa ricdə dövlət hesabına təhsil alan a zərbaycanlı tə ləbələrin vəziyyətini öyrənən
Azərbaycanlı Tələbələr İttifaqının 1923-25 illər üçün məlu mat ında Ağabbabəyovun təhsilinin bit məsinə il yarım
qaldığı göstərilirdi. Sonrakı taleyi barədə məlu mat aşkar olun mamışdır.
AĞABBABƏYOV-MUĞANLĠNSKĠ Əsildar Abbasəli oğlu (14.9.1900, İrəvan -?)
- Azərbaycan Xa lq Cü mhuriyyəti Parla mentin in xüsusi qərarına (ba x Xaricə təhsil almağa
göndərilən azərbaycanlı tələbələr haqqında qərar) əsasən, dövlət hesabına ali təhsil almaq
üçün xaricə göndərilmiş tələbələrdən biri. İrəvan gimnaziyasını bitirmişdir (1918). Parlamentin 1919 il
1 sentyabr tarixli qərarına əsasən hüquq sahəsində təhsil almaq üçün Almaniyanın Leypsiq
Universitetinə göndərilmişdir. Azərbaycanlı Tələbələr İttifaqının üzvü, təhsil illə rində isə rəhbəri
olmuşdur. Təhsilini başa vurduqdan sonra 1927 ildə Azərbaycana qayıtmış, l930-33 illərdə A zərbaycan
Dövlət Bankında məsləhətçi, qrup rəhbəri işləmişdir.1933 ildə həbs olunmuşdur. 1934 ildə Bakının ali
mə ktəblərində alman d ilin i tədris et mişdir. 1935 ildə yenidən repressiyaya məru z qalmış, Qaraqanda
vilayətinə sürgün edilmişdir.
Ağabəyov
Rza bəy (? - ?) — Azə rhavcan milli a zadlıq hərəkatın ın fəal iştira kçılarından biri. A zərbaycan Xalq
Cü mhuriyyəti Parlamentin in ü zvü. A zərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında
qanun"una (1918, 19 noyabr) əsasən Cümhuriyyət Parla mentinin tərkib inə daxil edilmişdi. Parla mentdə "Müsa-vat" və
bitərəflər fra ksiyasını tə msil edird i.
AĞABƏYZADƏ Məhəmməd Sadıq İs mayıl oğlu (15.3.1865, Göyçay - 9.11.1944, Lvov) - hərb i xadim, general-
mayor. Azə rbaycan Xalq Cü mhuriyyətini (1918 - 20) da xili işlə r orqanların ın fəa l təşkilatçılarından olmuşdur. Ba kı rea lnı
mə ktəbini bit irmişdir (1882). 1886 ildə Peterburq Hə rbi Piyada və Art illeriya Mə ktəbini (eyni za manda,
Hərbi Na zirliyin Baş qərargahının Şərq d illəri kursunda qiyabi oxu muşdur) qurtardıqdan sonra Ağab əyzadə
zabit kimi xid məti fəaliyyətə başlamış, əvvəl Rusiya ordusunun Qafqazdakı art ille riya bölmə lərində, daha
sonra isə 1913 ilə kimi Türküstan və Zakaspi vilayətinin hərbi hissələrində xid mət etmişdir. 1913 ildə tə-
qaüdə çıxaraq, Göyçaya qayıdan Ağabəyzadə Birinci dünya müharibəsi başladıqdan sonra yenidən orduya
səfərbər olunmuşdur.
1917
ildə çar mütləqiyyətinin süqutundan və bolşeviklər hakimiyyəti ə lə a ldıqdan sonra Sovet
Rusiyasının müharibədən çıxd ığın ı və ordunu buraxdığ ını elan etməsi ilə əlaqədar olaraq ordudan tərxis
olunmuş Ağabəyzadə general-mayor rütbəsində Göyçaya qayıtmışdır.
1918
il mayın 28-də A zərbaycanın müstəqilliyi elan edildikdən sonra, Ağabəyzadə oktyabr ayında
Azərbaycan Xalq Cü mhuriyyətinin da xili işlər naziri əvəzi kimi xid mətə dəvət olunmuşdur. 1920 il yanvarın 23-dən
təqaüdə çıxana qədər da xili işlər nazirin in müavini və zifəsində çalış mış Ağabəyzadə çox va xt da xili işlər na ziri olmad ıqda
nazir vəzifəsini icra et mişdir. Xa lq Cü mhuriyyəti hakimiyyəti za manı ö lkə da xilində qayda-qanunun yaradılmasında, da xili
işlər orqanları strukturunun formalaşdırılması və fəaliyyətinin təşkilində Ağabəyzadənin xüsusi xid mətləri o lmuşdur.
Azərbaycan Xa lq Cü mhuriyyətinin süqutundan sonra, 1920 ilin noyabrında İstanbula mühacirət et miş Ağabəyzadə