[]


Turanda gün doğunca zülmətlə çarpışalım!



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə46/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   42   43   44   45   46   47   48   49   ...   282

109 

 

Turanda gün doğunca zülmətlə çarpışalım!  



Arş irəli, irəlidə cənnət kibi çəmən var,  

Günəş orda həp doğar, səadət orda parlar! 

Türk firqəsi Müsavat, 

Açalım quş tək qanad. 

Sarılıb hürriyyətə 

Bulalım şanlı həyat 

 

Be ləliklə,  Abdulla  Şaiq in  yaradıcılığ ında  milli  mübarizə  həm  də  siyasi  mə zmun  kəsb  edirdi.  Müəllif  bu  mübari-



zənin uğurla rın ı konkret b ir partiyanın  - "Müsavat ―ın ətrafında sıx birləşərək, şanlı həyat quruculuğuna doğru quş tək qanad 

açmaqda görürdü. 

Başqa bir şerində Abdulla Şaiq ö z yurddaşların ı A zərbaycan istiqlalını, vətəni qoru mağa çağırırd ı: 

 

Şu diyarın dağlarında, daşında  

Qurtarıcı qəhrəmanlar az deyil.  

O əllər ki, səni bu gün qurtarmaz,  

O dillər ki, səni bu gün də anmaz,  

O ürək ki, sənin iiçün çarpamaz,  

O ayaq ki, Vətən üçün qoşamaz 

Al qanına boyansın!  

Sevgilisi baş ucunda yas qursun,   

Anaları ağı desin, saç yolsun, 

Sənin kimi ağlasm! 

 

Abdulla  Şaiq  lirik-ro mantik  şeirlərin  (" Vətən",  "Niyə  uçdu?",  "Hürriyyət  pərisinə",  " Yad  et",  "Nişanlı  b ir  qız", 



"Dağlar"),  hekayələrin  ("Məktub  yetişmədi",  "Köç",  " Göbələk",  " Vəzifə",  "Əsəbiliyim",  "İblisin  hüzurunda"),  ro man  və 

povestlərin ("Əsrimizin qəhrə man ları", "Araz", "Dursun", "Xasay"), uşaqlar üçün bir sıra məşhur şeirlərin ("Xoruz", "Keçi", 

"Uşaq  və  dovşan",  "Təmizlik"),  mənzu m  nağılların  ("Tülkü   həccə  gedir",  " Yaxşı  arxa",  "Tıq-tıq  xanım"),  poemaların  

("Qoçpolad", "Zəhmət və  zinət", "İki familiyanın  məhvi"), pyeslərin  ("Qafqaz çiçəyi", " Gö zəl bahar", "İdeal və  insanlıq", 

"Eloğlu",  "Nüşabe",  "Vəten")  müəllifidir.Fü zuli,  Nəsimi,  Vaq if,  Mirze  Feteli  A xundzadə,  Mirzə  Ələkbər  Sabir,  Abbas 

Səhhət,  Hüseyn  Cavid,  Məhə mməd  Hadi  və  b.  haqqında  elmi  məqalələ r  dərc  etdirmiş,  Niza mi,  Şekspir,  De fo,  Puşkin, 

Le rmontov və b.-dan tərcümələ r et mişdir. 

 

Ə s ə r l ə r i: Seçilmiş əsərləri, 3 cilddə, B., 1957-60; Seçilmiş əsərləri, 5cilddə, c.l-3,B„ 1966-73. 



 

Əd:. M  i r ə h m ə d o v Ə., Abdulla Şaiq, B., 1956; İsmayılov Y., Abdulla Şaiqin  həyatı və bədii yaradıcılığı, B., 1962. 

 

ABDULLAYEV  Ağəli  Rəsul  oğlu  (1897,  Ağdaş  -  ?)  -Azə rbaycan  Xalq  Cü mhuriyyəti 

Parlamentinin  xüsusi  qərarına  (bax  Xaricə  təhsil  almağa  göndərilən  azərbaycanlı  tələbələr 



haqqında qərar) əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən b iri. 

Yelizavetpol  (Gəncə)  M ixail  peşə  mə ktəbinin   kənd  təsərrüfatı  şöbəsini  (1915),  hə mç inin  Tiflis 

orta  mədəni-te xniki  mə ktəbinin  aqronomluq  şöbəsini  bitirmişdir  (1919).  Parla mentin  1919  il  1 

sentyabr tarixli qərarına əsasən kənd təsərrüfatı sahəsində təhsilini dava m etdirmək üçün İtaliyaya 

göndərilməsi qərara alın mış,  lakin  naməlu m səbəblər üzündən bu səfər baş tutmamışdır. Sonrakı 

taleyi barədə mə lu mat aşkar o lunma mışdır. 



ABġ ERONUN MÜDAFĠƏ S ĠSTEMĠ - Denikin qoşunlarının təcavüzü təhlükəsinə qarşı 

1919 ilin yayında Bakı ətrafında həyata keçirilmiş hərbi-istehkam tədbirləri. Məqsəd ölkənin şimal 

sərhədindəki  müdafiə   xətt ini  möh kə mləndirmə k, düşmənin payta xta da xil o lmasının qarşısını  almaq idi.  Bunun üçün Bakı 

ətrafında  müdafiə  mövqelərinin  yaradılması,  Qafqaz  İsla m  Ordusu  hissələrinin  Bakıya  hücumu  zaman ı  şəhər  ətrafında 

qazılmış  səngərlərin  bərpası  və  təkmilləşdirilməsi,  tikanlı  məftil  zolağın ın  düzəld ilməsi,  Abşeronun  müxtəlif  məntəqələri 

arasında  telefon  rab itəsinin  qurulması  nəzərdə  tutulmuşdu.  Abşeronun  müdafie  sistemin in  yaradılmasında  A zərbaycan  - 

Gü rcüstan hərbi-müdafiə sazişinə (1919) uyğun olaraq Bakıya gəlmiş gürcü hərbi istehkamçıları da iştirak edirdilər. 

Abşeronun müdafiə  mövqeləri  Badamdar-Masazır gölü -  Nov xanı  xətti boyunca yerləşdirilməklə 7 dayaq qrupun-

dan ibarət idi: 1) Badamdar qrupu, 2) Atəşgah qrupu, 3) Aralıq qrup, 4) Şubanıdağ qrupu, 5) Xırda lan qrupu, 6) Gö l qrupu, 7) 

Novxanı  qrupu.  Bütün  bu  mövqelərin   müdafie  imkanlarının  artırılması  üçün  lazımi  qüvvə  və  vəsait  də  ayrılmışdı. 

Bütünlükdə, Abşeronun müdafiə sistemi üçün 8 tabor piyada qüvvəsi, 64 ədəd pulemyot,  16 ədəd top nəzərdə tutulmuşdu. 

Bunlardan ə lavə, dəniz sahilinin qorun ması üçün 6 ədəd top ayrılmışdı. 

Denikin in  hücum  təhlükəsi  aradan  qalxd ığı  və  1920  ilin  yazında  Qarabağda  erməni  təcavüzü  başladığı  üçün 

Abşeronun  müdafiəsinə  xüsusi  qüvvələr  ayrılması  mü mkün  olmadı.  Şimal  sərhədi  boyunca  və  Bakı  ətrafındakı  qüvvələr 

Qarabağda  erməni  qoşunları  ilə  mübarizəyə  səfərbər  o lunduğundan,  Aprel  işğalı  (1920)  zamanı  Abşeronun  müdafie 

sistemini işə salmaq və təcavüzkarlara müqavimət göstərmək mü mkün olmad ı. 



"AÇIQ  SÖZ"  -  Bakıda  nəşr  olunmuş  gündəlik  ictimai-siyasi,  ədəbi  qəzet.  "İqbal"  (1912-15)  qəzetinin  davamı 

olub,  "Müsavat"  partiyasının  rəsmi  orqanına  çevrilmişdi.  "Açıq  söz"  qəzetinin  ilk  sayı  1915  il  oktyabrın   2-də  "İqdam"  

mətbəəsində çap edilmişdir. Qə zetin sonuncu sayının nə vaxt ç ıxması barədə fikirlər mü xtəlifdir. 

Bə zi  mənbələ rdə ("Azə rbaycanda dövri  mətbuat (1832-1920)",  B.,  1965) qə zetin  1918 il  mart ın  18-də sonuncu - 

704-cü  sayının çıxd ığı göstərilsə də, "Açıq söz" 1918  il  6 o ktyabr tarixli  718-ci sayında özündən asılı olmayan səbəblərə 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə