123
Ko mediya, 1857 ildə "Aldanmış kəvakib" povestini yazmaqla Azərbaycan ədəbiyyatında yeni mə rhələnin başlan-
ğıcını qoy muş, realizmin ədəbi prosesin əsas yaradıcılıq metoduna çevrilməsi uğrunda yorulmadan mübarizə aparmışdır.
Axundzadə "Fehristi-kitab", "Nəzm və nəsr haqqında", "Mollayi Ru min in və onun təsnifin in babında", "Kritika. Yü ks ək
İranın "Millət" qəzetinin münşisinə", "Mirzə Ağanın pyesləri haqqında kritika", "Tənqid risaləsi" məqalələrində və
mə ktublarında yeni dövrdə müsəlman Şərq i xalq ları ədəbiyyatının in kişaf yollarını müəyyənləşdirmişdir. "Puşkinin
ölümünə Şərq poeması", "Zakirə məktub‖ ları, " Yeni əlitba haqqında mənzu mə"si və s. şeirləri ona yüksək istedada malik
şair şöhrəti gətirmişdir. "Kəmalüddövlə məktubları"nda islam ölkələrində iqtisadi və mədəni tərəqqi yolunda bu xova
çevrilən fanatizmin kökləri açıqlan mış, xalq ı xoşbəxtliyə aparan yollar göstərilmiş, kapitalizm dövründə tərəqqi hərəkatının
banisi və başçısı kimi tarixin yaddaşına həkk olun muşdur.
Axundzadə A zərbaycan xalq ının tarixi taleyində həlledic i rol oynayan mürəkkəb və zidd iyyətli b ir ta rixi
mə rhələnin əvvəlində fəa liyyətə başla mışdır. O, əski Şərq feodal-patriarxal həyat tərzinin dağılmağa, müasir Qərb burjua-
kapitalist münasibətlərin in formalaşmağa başladığı Azərbaycan mühitində islahatçı kimi formalaşmışdır. Tarix
M.F.A xundzadənin qarşısında olduqca çətin b ir vəzifə-inzibati cəhətdən Rusiya imperiyasına tabe olan, rus təbəəliyin i və
vətəndaşlığını qəbul edən, la kin mənəvi cəhətdən orta əsrlər Şərq zehniyyətinin təsirindən xilas o la b ilməyən
həmvətənlərinin yeni dövrdə inkişaf yollarını müəyyənləşdirmək, mədəni tərəqqi p roqra mın ı işləyib ha zırla maq və zifəsini
qoymuşdu. "Həra mibaşıların tayı olan" müstəbid hökmdarların, zalım mü lkədarla rın, d ini istibdadın, ruhanilərin zülmü
altında əzilən, mənəvi korluq üzündən ərəblərin "ölülərinə bəndəçilik etməklə fəxr edən" "Şərq məzlu mların ı cəhalət
qaranlığından elmin işıqlığ ına çıxarmaq", "əsarətdə və zindanda olan fikirləri azad etmək", cəmiyyətdə "təfəkkür sahiblərinə
yol açmaq", ü mu miyyətlə, bəşəriyyətə xid mət göstərmək mütəfəkkirin sosial tərəqqi üçün tərtib etdiyi məramnamənin əsas
müddəalarını təşkil edirdi. O, məktublarından birində məramını açıqlayaraq yazırdı: "Mənim məqsədim islam xalqlarını
sarsıdan cəhaləti aradan qaldırmaq, elmləri, sənətləri inkişaf etdirmək, xalqımızın azadhğı, rifahı və sərvətinin artması
üçün islamiyyətdən əvvəl babalarımızın malik olduğu şan və şöhrətinin bərpa edilməsi iiçün ədalətə rəvac verməkdir".
(Əsərləri, 3 cilddə, c.3, B., 1962, s.340-341).
Məqsədini həyata keç irmək uğrunda mübarizədə A xund zadə kapitalizmin inkişafı ilə təşəkkü l tapan, əq li və
mənəvi həyatın bütün sahələrinə işıq gətirən təzə əsrin məfkurəsinə, maarifç ilik fə lsəfəsinə əsaslanır, köhnə dünya və onun
əzici qanunlarına, cəhalət və nadanlıq səltənətinə onun şüarları ilə hücu ma keçir və bu yolla qələbə çalacağına inanırd ı.
Məktublarında mübarizə üsullarından söhbət açaraq yazırdı: "Mə n xalqımın elə bir üzvüyəm ki, fikrim,
124
dəvat və qələmimdən başqa bir şeyə əlim çatmır və əlimdən gələn işi görmüşəm
" (y e n ə o r a d a, s.130).
O, yeni
dövrün mütərəqqi fikirlərindən, xüsusilə 18 əsr Avropa filosofların ın, 19 əsr rus inqilabçı demokratlarının mübarizə vasi-
tələri və üsullarından istifadə etmək və əqidələ rin i yaymaq la müsəlman cəmiyyətinin dünyaya baxışında dönüş yarada-
cağına, xalq ı mənəvi intibaha gətirib çıxaracağına inanırdı. Məktublarından birində yazırdı: "Kəmalüddövlənin müəllifi də
Avropa filosoflarının əqidəsində olan bir adamdır. Yəni, liberaldır. Tərəqqi və mədəniyyət tərəfdarlarından sayılır. Onun
məqsədi bundan ibarətdir ki, xalqın içərisində bütün siniflərə mənsub olan adamlar elmlərin və sənayenin tərəqqisinə
nail olsunlar. Bu məqsədinə çatmaq üçün o, öz i mkanları daxilində, bir neçə vasitəyə əl atmalıdır... O istəyir ki, onun
xalqının qəlbində də qeyrət, namus, ədalət, bərabərlik, xalqı və vətənini sevmək hisslərinin toxumu əkilsin. O, xalqın
içərisində olan nifaq və ədavətin birlik və səmimiyyətə çevrilməsini, zəlillik, yoxsulluq və dilənçiliyin aradan
qaldırılmasını arzu edir"
(y e n ə o r a d a, s.275-276).
Ədib başqa bir məktubunda deyirdi: "Yeganə arzum budur ki,
müsəlman tayfaları da basqa xalqlar kimi savadlanmaq imkanı əldə edib, məişət işlərində məlumat sahibi olsunlar"
(y e
n ə o r a d a, s.85).
Dünyagörüşünün maarifçilik mərhələsində M.F.A xundzadə cəmiyyəti dəyiş mək, yeni bir dünya yaratmaq məsə-
ləsində mütərəqqi ideyala rın xa lq arasında təbliğ inə böyük ü mid bəsləyirdi. Bundan ötrü ədib elm və maarifin "yu xarıdan
tutmuş aşağıya qədər, kasıbdan tutmuş əşrafa qədər xalq ın bütün təbəqələri arasında istisnasız olaraq yayılması"nı birinci
şərt hesab edirdi. O, belə bir əqidədə idi ki, müasir mütərəqqi ideyaları təbliğ etməklə cəmiyyətin mənəvi həyatında dönüş,
ölkədə demo kratik qaydaların tətbiqi üçün zəmin yaratmaq mü mkündür. Onda "çoban da, əkinçi də, tacir də, əttar da
nazirlə rin malik o lduqları imkan və bacarığa ma lik" ola r.
Axundzadə vətəndaşların hüquqlarını onla ra başa salıb, " xalq ın dövlət başçılarının gördüklə ri tədbirlə rdə iştira kın ı
təmin et mə k üçün" maarifç ilik məra mna məsin i tətbiq et məy i, iqtisadi və mənəvi həyatın bütün sahələrində islahatlar
keçirməyi, ilk növbədə. əlifbanı dəyişməy i, məktəbi və ədəbiyyatı, mətbuatı əsrin faydalı fikirlərinin təbliğ indən ötrü
əlverişli hala salmağı başlıca şərt sayırdı. O, həmin tədbirlərin həyata keçirilməsi nəticəsində ü mu mxalq rifahı və azad lığının
təmin olun masına dərin ina m bəsləyir, bütün qüvvə və bacarığını bu a ma lın həqiqətə çevrilməsi uğrunda mübarizəyə sərf
edirdi.
M.F.A xundzadənin maarifç ilik mə ra mna məsində müsəlman xa lqla rın ın müasir dövrdə inkişafı üçün bütün təd-
birlər əhatə olunmuşdur. La kin o, ə lifbanın dəyişdirilməsini bütün bunların həyata keç irilməsi üçün tə mə l və başlanğıc
sayırdı. Böyük mütəfəkkir yazırd ı: "Təbiidir ki, dəmiryol sizin vətəninizi abad və asudə edəcəkdir. Lakin sizin xalqın tam
səadəti başqa şərtlər və başqa vəziyyətdən asılıdır ki, onların da ümumi ə sası elmləri inkişaf etdirməklə Kəmalüddövlənin
fikirlərini xalq arasında yaymaqdır. Bunların hər ikisi də əlifbanın dəyişdirilməsi ilə bağlıdır... Çünki bütün işlərin əsası
bilikdir; bilik isə əlifbanın asan olub-olmamasından asılıdır". Ona görə dərin ina mla yazırd ı:
"Də miryolu vacibdir, lakin
köhnə əlifbanı dəyişdirmək ondan daha vacibdir. Teleqraf vacibdir, lakin köhnə əlifbanı dəyişdirmək ondan da vacibdir
(y e n ə o r a d a, səh.199).
Əlifbanm dəyişdirilməsi A xundzadənin maarifçilik məramnaməsində təkcə mədəni inkişafı
sürətləndirmək işinə xid mət göstərmirdi. O, ərəb əlifbasının dəyişdirilməsinə eyni zamanda din bayrağı altında xalqların
dövlətçilik ənənələrini dağıdan, mədəniyyətlərini məhv edən ərəb istilasının təzahürü saydığı mənəvi əsarətdən xilas olmaq
vasitəsi kimi ba xırd ı. O, ürək ağrısı ilə yazırd ı: "Ərəblər bizim minillik səltənətimizi zavala uğratdılar. Şan-şöhrətimizi
bada verdilər, vətənimizi xarabazara çevirdilər və biitün bunlara əlavə olaraq bizim boynumuza elə bir əlifba da
bağlamışlar ki, onun sayəsində hətta indi savad sahibi olmaq belə bizim üçün ən çətin işlərdən olmuşdur. Bu qövmiin
bizim başımıza gətirdiyi müsibətləri təsəvvürə gətirən hər bir həssas adamı ağlamaq tutur"
(y e n ə o r a d a, s.174).
19 əsrin ortalarından etibarən Qafqazda və digər müsəlman Şərq i ölkə lərində baş verən siyasi proseslər Axund-
zadənin görüşlərin in in kişafına ciddi təsir göstərirdi. O, maa rifçi de mokrat iyadan inqilab i de mokratiyaya doğru irə liləd i.
1864 ildə yazıb, ə lyazması halında dünyanın bir ço x ö lkə lərinə yaydığı "Kə ma lüddövlə mə ktubları‖nda cəmiyyəti
yeniləşdirmə k üçün inqilabi çevriliş ə ehtiyacın zəruriliy i ideyasını qavrayan Axundzadə be lə bir qənaətə gəlirdi ki, "bu
dünya başqa şəkil almasa", yəni cəmiyyətdə əsaslı dəyişikliklər baş verməsə, "insanların... bərabərliyi mü mkün" olmaz. O,
cəmiyyət üçün "tam azadlığ"ın zəruriliy i məsələsini irə li sürərək ya zırdı:
l
'Tam azadlıq iki növ azadlıqdan ibarətdir: birinci
ruhuni azadlıqdır, o biri cismani azadlıqdır". Onun fikrincə, xalq ın ruhani azadlığ ını din rəhbərləri, cis mani azad lığ ını isə
despot hökmdarlar əllərindən almışlar.
Görkəmli mütəfəkkir Volter, Russo, Monteskyö, Mirabo və Radişşev kimilərin didaktik moizələrinin cəmiyyətin
dəyişdirilməsinə yardım edə bilməyəcəyi haqqında qəti qənaətə gəlmişdi. O, mə zlu mları hakim təbəqəyə qarşı üsyana
çağıraraq yazırdı: ''Nəhayət, hazırkı əsrin əvvəllərinə yaxın Avropanın...filosofları... anlamışlar ki, ziilmä aradan
qaldırmaq üçün heç də zalıma müraciət etmək lazım deyildir. Bəlkə, əksinə, məzluma demək lazımdır ki, ey nadan, sən
ki, qüdrət, say və bacarıq cəhətdən zalımdan qat-qat artıqsan, bəs nə üçün zülmə qatlaşırsan? Qəflət yuxusundan oyan
və zalımın atasının goruna od vur"
(y e n ə o r a d a, s.258).
M.F.A xundzadənin maa rifç i de mokratiyadan inqilabi de mo kratiyaya qədər inkişaf edən görüşləri və cə miyyəti cəbr
yolu ilə dəyiş mək haqqında mülah izələ ri 19 əsrin sonu - 20 əsrin əvvəllə rində Şərqdə milli a zadlıq mübarizəsinin inkişafına
güclü təkan verdi. O, Cü mhuriyyətin qurulmasında da ideolo ji qida mənbəyi rolunu oynadı.