131
pozuculuq fəaliyyəti göstərmişdir. Be lə ki, Azərbaycan Höku mətinin yasaqlarına baxmayaraq, tətil komitəsinin əsas
rəhbərlərindən biri olan Anaşkin ardıcıl tətillər təşkil et miş, fəhlə ləri Höku mətə qarşı itaətsizliyə çağ ırmışdır. Bununla
əlaqədar, dəfələrlə həbs olunmuşdur. 1920 ilin yazında Moskvaya, III Ümu mrusiya həmkarlar ittifaqları qurultayına
nümayəndə göndərilmişdir. A zərbaycanda sovet hakimiyyəti elan edild ikdən sonra Bakıya qayıtmış, partiya və təsərrüfat
işlərində çalış mış, 1928 ildən A K(b)P MK-n ın Mərkəzi Nəzarət Ko missiyasında işləmişdir. Bir müddət Saratovda fəaliyyət
göstərdikdən sonra, yenidən Azərbaycana qayıtmış, neft sənayesində texniki təhlükəsizlik ü zrə institutun direktoru
işləmişdir. Repressiya olunmuşdur.
ANATOLLU (Səfərov) Əh məd Mu xtar oğlu (1894-1963) - aktyor, peşəkar mə zhə kə ustası, Azərbaycanın
əməkdar artisti (1940). Səhnə fəaliyyətinə 1911 ildə "Səfa" mədəni maarif cəmiyyətinin teatr truppasında başlamışdır.
Müsəlman Artistlər Birliyin in fəal ü zvlərindən olmuşdur. Azərbaycan Xalq Cü mhuriyyəti dövründə (1918-20) Üzeyir və
Zülfüqar "Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsi"ində fəaliyyət göstərmiş, bir ço x şəhərlərdə qastrol
səfərlərində olmuşdur. Eyni za manda müstəqil surətdə çıxış et miş, bayram və el şənliklərində, şəhər yoxsullarına, kasıb
tələbələrə maddi yard ım göstərmə k məqsədilə təşkil o lunmuş xeyriyyə konsertlərində iştira k et mişdir. 1920 ildən
Azərbaycan Opera və Balet Teatrında, Azərbaycan Dra m Teatrında və Musiqili Ko mediya Teatrında işlə mişdir.
Ü.Hacıbəylinin "Arşın mal alan", "O olmasın, bu olsun" ("Məşədi İbad") musiqili ko med iyalarında Vəli və Hambal,
"Koroğlu" operasında Təlxək rollarında oynamışdır.
ANTANTA (fr. entente - "ra zılıq") - A lmaniya tərə findən gözlən ilən təcavüzə qarşı 1904-07 illərdə yarad ılmış
B.Britaniya-Rusiya-Fransa ittifaqı. İttifaqın adı 1904 il ing ilis -fransız müqaviləsinin mətnində fransız sözü olan "entente
cordial" ("antant kordivl" kimi tələffü z edilir) - "qəlblər və ya ürə klər ra zılığı" kimi izah ed ilmişdir. Sonralar ona 20-dən ço x
dövlət qoşulmuşdur. Birinci dünya müharibəsi illərində B.Britaniya, Fransa və Rusiyaya qoşularaq Almaniya b lokuna
(Almaniya, Avstriya - Macarıstan, Osmanlı imperiyası, Bo lqarıstan) qarşı vuruşan dövlətlər də Antanta ölkələri
adlandırılmışdır. Rusiya və Ru mıniya Birinci dünya müharibəsi illərində Almaniya bloku ölkələri ilə separat sülh
bağlayaraq, ittifaqın tərkibindən çıxmış lar. Sovet Rusiyasının müharibədən çıxması, B.Britaniya və Fransanın sovet
hakimiyyətinə qarşı kəskin reaksiyası nəticəsiz qalmad ı. Antanta blokunda müttəfiqlərarası kö klü pa rçalan ma baş verdi.
1917 il dekabrın 23-də B.Britaniya ilə Fransa arasında bağlan mış məxfi konvensiyaya görə müttəfiqlər keçmiş Rusiya
imperiyasının ərazi bölgüsünü aparmış, Qafqaz ingilis nüfüz sahəsinə aid edilmişdi. Qafqaz, Xəzər hövzəsi, xüsusən də
Bakı bölgəsi Antanta ilə Alman iya bloku, həmçinin Antanta ilə Sovet Rusiyası arasında mübarizə obyekti o lmuşdur. Bu
prinsipial məsələni İ.Stalin daha açıq ifadə etmişdi: "Qafqazın inqilab üçün mühüm əhəmiyyəti onun yalnız xa mma l, yanacaq,
ərzaq mənbəyi olması ilə deyil, həm də Avropa və Asiya, xüsusilə Rusiya və Türkiyə arasındakı mövqeyi və mühü m
iqtisadi və strateji yollara (Batu m-Bakı, Batu m-Təbriz, Batum -Təbriz-Ərzuru m) ma lik o lması ilə müəyyən edilir... Qaf-
qazda, nəhayət, kim möhkə mlənəcək, neftdən və Asiyanın dərinliy inə aparan ən mühüm yollardan kim istifadə edəcək,
inqilab, yo xsa, Antanta - bütün məsələ bundadır". Antanta dövlətləri Osman lı - Almaniya qoşunlarının irəlilə məsindən,
Osmanlı o rdusunun İran, Qafqaz, Türküstan istiqamətində həmləsindən, Bakı neftinə sahib ola biləcəklərindən bərk ehtiyat
edirdi. Antanta dövlətlərin in nü mayəndələri Zaqafqaziya ko missarlığ ının yaradılması prosesində iştirak etmişlər.
B.Britaniya höku məti Zaqafqaziya Federasiyasını bütünlüklə dəstəkləməy i qərara almış və Qafqazla bağlı nəzərdə tutduğu
geniş strateji planı həyata keçirmək məqsədilə bölgəyə hərbi missiya göndərməyi qərarlaşdırmışdı (bax Böyük Britaniyanın
hərbi ek spedisiyası). Lakin general Denstervilin başçılıq etdiyi B.Britaniya hərbi ekspedisiyası iflasa uğramış, qısa
müddətdən (1918,4 avqust-14 sentyabr) sonra Bakını tərk etməyə məcbur olmuşdu. Birinci dünya müharibəsi Almaniya
bloku dövlətlərin in bir-birinin ard ınca məğ lubiyyəti və barışıq imzalan ması ilə başa çatdı. Antanta Birinci dünya müharibəsi
illərində qarşıya qoyduğu başlıca məqsədə - Alman iyanın darmadağın edilməsinə na il oldu.
1918 il 30 oktyabr Mudros (Mondros) barışığına görə Osmanlı qüvvələri te zliklə Cənubi A zərbaycanı və Cənubi
Qafqazı tərk etməli, Antanta qüvvələri Bakını işğal etməli idi. Azərbaycan Xalq Cü mhuriyyətinin fövqəladə səlahiyyətli
nümayəndəsi kimi Əlimərdan bəy Topçubaşov İstanbulda Mudros barışığının Azərbaycana aid h issəsi ilə bağlı bir neçə dəfə
etiraz notaları ilə çıxış etmişdir. Antanta qüvvələrinin baş ko mandanı və nü mayəndəsi kimi general U.Tomsonun başçılığı
altında ingilis qoşunları 1918 il noyabrın 17-də Bakıya daxil olmuşdu (bax To mson bəyannaməsi). Antanta dövlətlərinin
Azərbaycandakı nü mayəndələri bəyanatlarında Azərbaycan Cümhuriyyətinin Paris sülh konfransında iştirak edəcəyini
bildirmişdilə r. La kin Antanta dövlətlərinin Qafqaz respublikaları ilə bağlı mövqeləri fərqli olmuşdur. Sülh konfransında
yüksək nüfüza malik olan böyük dövlətlər içərisindən məh z Fransa yeni yaranmış Qafqaz respublikalarının müstəqilliyinin
tanınması əleyhinə olmuşdur. Fransa höku məti A zərbaycanla iqtisadi əlaqələr yarat mağa mey l göstərsə də, Azorbaycan və
Gü rcüstanı nə hüquqi, nə də faktiki cəhətdən tanımaq istəmirdi, ermənipərəst siyasət yeridirdi. İtaliyanın Qafqaza münasibəti
ingilislərin mövqeyi ilə sıx bağlı olmuşdur. İngilis qoşunları Qafqazdan çıxmaqla yanaşı, nə ABŞ-ın, nə də Fransanın bu
regionda birtərəfli qaydada qüvvətlənməsinə yol vermə k istəmird ilər. Bu məqsədlə italyanla rın Qafqa za cə lb edilməsi
ideyası ilk dəfə ingilislər tərəfindən irəli sürüldü. Belə ki, İtaliyanın Qafqazda ingilisləri əvəz etməsi Yaxın Şərqdə mövcud
olan qüvvələr nisbətini pozmurdu. İngilislərlə italyanlar arasında aparılan danışıqlar 1919 il martın 24-də