133
bütün kommunist təşkilatlarını vahid "Azərbaycan Kommunist (bolşeviklər) Partiyası" adı altında birləşdirmək qərara alındı.
AK(b)P-nin I qurultayı qanuni Azərbaycan Xalq Cü mhuriyyəti Höku mətin i zorakıhqla devirmə k xətti götürdü. Lakin
bolşeviklərin bir qismi silahlı üsyanın uğurla nəticələnəcəyinə şübhə ilə yanaşmaqda davam edird i. Stalin yazırdı: "Bu
üsyanın heç bir şansı yoxdur. Buna görə də Azərbaycanın sərhədlərini keçmək lazım gələcəkd ir". Belə b ir tarixi şəraitdə
Antantanın Cənubi Qafqaz respublikalarına hərbi yardım göstərməməsi, Rusiya tərəfindən müdaxilə təhlükəsinə qarşı
Gü rcüstan və Azərbaycanın hərbi qüvvələrin i əlaqələndirmək cəhdlərin in nəticəsiz qalması, ermənilərin xaricdən sifarişlə
qaldırdıq ları qiyam, istiqlal mübarizəsi aparan Türkiyənin Sovet Rusiyası ilə sıx əlaqələr qurmaq siyasəti və Azərbaycanın
öz daxilində siyasi durumun sabit olmaması respublikanı xarici təcavüzlə təkbətək qoydu. Digər tərəfdən, hələ A zərbaycan
Xalq Cü mhuriyyəti Höku mətin in hakimiyyətdə olduğu bir zamanda, aprelin 26-dan 27-nə keçən gecə Azərbaycan
Müvəqqəti İnqilab Ko mitəsinin adından hərbi yardım xahişilə Moskvaya radioteleqram göndərildi. Radioteleqramda
deyilirdi ki, "Bakıda çevriliş baş vermişdir və biz Qırmızı qoşunların Ba kıya yeridilməsini xahiş edirik". Hə min mühüm fakt
Azərbaycanda Aprel işğalının sovet ordusu tərəfindən həyata keçirild iyini və məhz xa rici hərbi təcavüz baş tutduğunu sübut
edir. Bunu, eyni za manda, digər tarixi sənədlər də açıq-aşkar, b irbaşa təsdiqləyir.
Be ləliklə, A zərbaycanın işğalı məqsədilə qabaqcadan hazırlan mış Bakı ə mə liyyatının həyata keçirilməsi daha da
sürətləndirildi və beynəlxalq hüquq normalarını kobudcasına pozaraq Azərbaycanın hüdudlarını keçən 11 -ci Qırmızı ordunun
birbaşa hərbi müdaxiləsi Azərbaycan Xalq Cümhuriyyətinin müqəddaratını həll etdi. Azərbaycan Parlamenti baş vermiş fakt
qarşısında qalaraq, reallıqla hesablaşmağa məcbur oldu. Ərazisində təcavüzkar xarici hərbi qüvvələrin 11 -ci Qırmızı ordu
hissələrinin olduğu bir ş əraitdə, açıq silahlı təzyiq altında qalan Azərbaycan Parlamenti 1920 il apre lin 27-də AK(b)P M K,
RK(b)P Qafqaz Ölkə Ko mitəsinin Bakı bürosu və Bakı Fəhlə Konfransı adından kommunistlərin təqdim etdikləri u ltimatumu
gündəliyə çıxard ı və qızğın müzakirələrdən sonra, axşam saat 11 radələrində, hakimiyyətin aşağıdakı şərtlərlə Azərbaycan
İnqilab Ko mitəsinə verilməsi barədə qərar qəbul etdi: 1) Rus ordusu Bakıya daxil olmadan dəmir yolu ilə birbaşa Anadolunun
imdadına gedəcək; 2) Azərbaycanın istiqlalı və ərazi bütövlüyü hər cür təcavüz və ilhaqdan qorunacaq; 3) Azərbaycan ordusu
buraxılmayacaq; 4) Azərbaycanın siyasi partiyalarının hürriyyət və sərbəstliyi mühafızə ediləcək; 5) keçmiş dövlət xadimləri,
Höku mət ü zvləri və millət vəkillərindən heç bir kəs siyasi cinayətdə ittiham edilməyəcək, dövlət idarələri qulluqçularının iş
yerləri saxlanılacaq, yalnız rəhbər vəzifə li şə xslər dəyişdiriləcə k; 6) a zad şəra itdə toplanacaq Azərbaycan şuraları
hakimiyyətin idarə formasını təyin edəcək.
Göründüyü kimi, 1920 ilin 28 apreli ərəfəsində Azərbaycanda siyasi və iqtisadi böhran mövcud olsa da, dövlət
çevrilişi və ö lkən in xarici hərb i qüvvələr tərəfindən işğalı daxildən qaldırılmış üsyan nəticəsində baş vermədi. Bunun
134
üçün "inqilabi şəraitin yetişməsi"ni iddia və təbliğ edən ilkin şərtlər, əslində, yox idi. Aprel işğalı xarici qüvvənin -11-ci
Qırmızı ordunun əvvəlcədən və planlı surətdə hazırlan mış "ild ırım sürətli öldürücü" yürüşü nəticəsində baş verdi. Bunu ilk
vaxtlarda bolşeviklərin özləri də etiraf edirdilər: "Müsavat hakimiyyəti devrilibsə, bu o demək deyildir ki, bizim partiyamız
güclü idi. Bu ona görə belə oldu ki, Qırmızı ordu güclü idi. "Əgər 11-ci Qırmızı ordu sutkada 25 km irəliləy irdisə,
Azərbaycanda bu sürət sutkada 50 k m oldu". Paris sülh konfransındakı Azərbaycan nümayəndəliyi Cü mhuriyyətin
devrilməsindən xəbər tutan kimi, ap relin 28-də San-Re mo konfransına bu barədə nota təqdim etdi. La kin nə bu, nə də
sonrakı müraciətlər heç bir nəticə vermədi. 23 ay fəaliyyət sürməsinə baxmayaraq, Azərbaycan xalqın ın dövlətçilik tarixində
xüsusi yeri o lan Azərbaycan Xalq Cü mhuriyyəti süqut etdi. Aprel işğalından 71 il sonra "Azərbaycan Respublikasının Dövlət
Müstəqilliyi haqqında Konstitusiya aktı"nda (1991 il 18 oktyabr) bu tarixi təcavüzə siyasi qiy mət verildi: "1920 il aprelin
27-28-də RSFSR-in XI Qırmızı Ordusunun Azərbaycana təcavüzü, respublika ərazisini zəbt etməsi, beynəlxalq hüququn
subyekti olan Azərbaycan Xalq Cümhuriyyətini devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin".
Əd.: Azərbaycan tarixi, 7 cilddə,. c.5, B., 2001; Azərbaycan Respublikası (1991-2001), B., 2001; Azərbaycan Kommunist
Partiyası tarixinin oçerkləri, c.l, B., 1986; Rəsulzadə M.Ə., Azərbaycan Cümhuriyyəti, B., 1990; Cəbiyev H.R., 23 saat Yalamadan
Bakıya (bax Sovet hakimiyyəti uğrunda. Xatirələr məcmuəsi, B., 1967); Əhmədova F., Nəriman Nəri-manov - ideal və gerçəklik, B.,
1998; M ahmudov Y.M ., Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti, B., 2002; Е ф р е м о в M ., Взятие Баку , Военный вестник,1922,
№7; Р а т г а у з е р Я., Борьба за Советский Азербайджан. К истории апрельского переворота, Б., 1928; Д а р а б а д и П., Военные
проблемы политической истории Азербайджана в начале XX вeкa, Б., 1991;Н а с и р о в Т., Борьба за власть большевиков Азербайджана
(1917-1920), Б.,1993; Х у д и е в Р., Оккупация Азербайджана Советской Россией в апреле 1920 r. "Azərbaycan tarixinin problemləri,
müasir tədris və elmi nəşrlərdə onların əksi" konfransının materialları kitabında, B., 1995.
ARAZ TÜRK CÜMHURĠYYƏTĠ, T ü r k A r a z C ü m h u r i y y ə t i , A r a z C ü m h u r i y y ə t i
- Azə rbaycanın Na xç ıvan bölgəsində və onun çevrəsindəki əra zilərdə yarad ılmış dövlət qurumu .
1918 ilin noyabrından 1919 ilin ma rtınadək fəaliyyət göstərmiş Ara z Türk Cü mhuriyyəti Na xçıvan, Şərur-
Dərə ləyəz və Ordubad mahalların ı, habelə Sə rdarabad, Ulu xanlı, Ved ibasar, Qə mэrli, Mehri və b. Azə rbaycan torpaqlarını
əhatə etmişdir. Mərkəzi Naxçıvan şəhəri idi.
Araz Türk Cü mhuriyyətində də siyasi durumun mürəkkəbliyinə görə geniş fəaliyyət göstərə bilməyən bir sıra
dövlət strukturları-hakimiyyət orqanları mövcud olmuşdur. Onun parlamenti bölgədəki müsəlman milli şuralarının üzv-
lərindən ibarət id i. A raz Türk Cü mhuriyyəti höku mət inə -Na zirlə r Şurasına Əmir bəy Əkbərzadə başçılıq ed ird i. Hö-
ku mətin tərkib inə isə İbrahim bəy Cahangirzadə - hə rbi nazir; Əli bəy Qə mbə r Bənyari - in zibati-əra zi işləri üzrə nazir;
Həsən ağa Səfa zadə - xa rici işlər na ziri; Mə mməd Bəyzadə - əd liyyə na ziri; M irzə Hüseyn Mirzə Həsənzadə və Müfti Xoca
Ekit Əfəndi daxil idilər. General Əli Əşrəf bəy hökumətə yard ımçı olaraq seçilmişdi.
Cü mhuriyyətin meydana gəlməsi bölgədə ağır tarixi-siyasi şəraitlə sıx bağlı o lmuşdur. Osmanlı ordu hissələrinin