128
ku mətini torpaq məsələsinin həllini gecikdirməkdə günahlandırdılar. Sə məd ağa Ağamalıoğlu bild irdi ki, yer və torpaq
məsələsi "Hö ku mətin möhkə m politikası olmasını tə ləb edən böyük və mühü m məsələdir".
Əkinçilik Nazirliy i qanun layihəsini hazırlamaq üçün ölkənin torpaq fondunu ciddi təftiş etdi.Bunu nazirliy in ha-
zırladığı qanun layihəsinə əlavə edilmiş izahat məktubu və çoxlu statistik məlu matlar da sübut edir. Həmin məlu matlar
əsasında tərtib edilmiş aşağıdakı cədvəl A zərbaycan Xalq Cü mhuriyyətinin ərazisi haqqında da müəyyən təsəvvür yaradır.
Qanun layihəsi hazırlananadək nazirlik va xt ilə Azərbaycana köçürülmüş xristian əhalisinin, o cü mlədən ermə -
nilərin tərk etdikləri torpaqla rı, hə mç inin sahibləri tərəfindən atılmış malikanələri müvəqqəti ola raq dövlətin sərəncamına
verirdi. Hə min torpaqlar Əkinç ilik, Da xili İşlər və Maliyyə Na zirlikləri nü mayəndələrindən ibarət qəza ko missiyaları
tərəfindən kənd ic ma larına və ayrı-ayrı kəndlilə rə, bunlar olmad ıqda is ə hə min ə razidə yaşamayan kənar şə xslərə icarəyə
verilirdi. Məsələn, Əkinç ilik Nazirliyinin sərəncamına uyğun olaraq, Muğanda 5 min desyatin suvarılan torpaqlar 1919 ildə
səpin aparmaq üçün bir il müddətinə kənd icmala rına icarəyə verilmiş, icarə haqqı isə natura ilə alın mışdı. Lakin bu təcrübə
ümidləri doğrultmadı: nə xəzinə gözlənilən gəliri ala b ild i, nə də kəndlilər icarəyə ciddi maraq göstərdilər.
1919 il iyunun 6-da Əkinçilik Na zirliy inin nəzd ində aqrar islahatlar şöbəsi yaradıldı. Şöbəyə tapşırıldı ki, bir ay
müddətinə aqrar islahatlar layihəsini Nazirlər Şurasına təqdim etsin. 1919 ilin avqustunda nazir müavin i X.Sultanovun
rəhbərliy i ilə "Azərbaycan Cü mhuriyyəti əhalisinin torpaq təminatı haqqında" və "Xüsusi sahibkar meşələrinin dövlətin
mü lkiyyətinə çevrilməsi haqqında" qanun layihələrinin hazırlan ması başa çatdırıld ı.
Qanun layihə lərində əksini tapan əsas məsələlər xüsusi sahibkar torpaqların ın əhalin in hansı kateqoriyasından, nə
qədər və hansı şərtlərlə alınıb dövlət torpaq fonduna keçirilməsi ilə bağlı idi. Burada xüsusi sahibkar torpaqlarının verəcəyi
gəlir hesabına əvəz ödənilməklə, özgənin kiləşdirilməsi nə zərdə tutulurdu. Na zirlik belə hesab edirdi ki, xüsusi sahibkar
torpaqlarını əvəzi ödənilmədən müsadirə etmək xüsusi mü lkiyyəti ləğv etməyə bərabərdir. Buna görə də qanun layihəsində
torpağın əkinçi əhaliyə yalnız istehlak norması üzrə xüsusi mülkiyyətə verilməsi məqbul sayılır. Eyni zamanda, torpaq
sahibinin özünə saxladığı sahənin ölçüsü malikanənin dəyəri və xara kterindən asılı o laraq müəyyən edilird i və kənd
yerlərində suvarılan torpaq sahəsi 100 desyatindən, şəhər yerlərində isə 5-7 desyatindən artıq olma ma lı, həyətyanı torpaq
sahələri bu normalara da xil edilmə mə li idi.
Lakin Əkinçilik Nazirliyin in hazırladığı bu qanun layihələri də Parlament ko missiyasının hazırlad ığı layihə kimi
uğursuz oldu. Belə ki, A zərbaycanda baş vermiş Höku mət böhranı nəticəsində onlar heç mü zakirəyə də çıxarılmadı .
Baş nazir Nəsib bəy Yusifbəylin in təşkil etdiy i yeni Hö ku mət kabinəsi yeni aqrar siyasət kursu işləyib hazırlamaq
əzmində olduğunu bəyan etdi. Yeni əkinçilik naziri sosialist Əh məd Cövdət bəy Pepinov isə nazirliyin hazırlamış olduğu
əvvəlki iki qanun layihəsini təkmilləşdirmək üçün Parlamentdən geri aldı.
1920 il martın əvvəllərində Əkinçilik Nazirliyi "Xüsusi sahibkar torpaqlarının dövlət torpaq fonduna keçirilməsi və
Azərbaycan Xalq Cü mhuriyyəti əhalisinin torpaqla tə min olun ması haqqında qanun"un yeni layihəsi üzərində işi başa
çatdırdı və baxılmaq üçün Nazirlər Şurasına təqdim etdi. Yeni qanun layihəsi Gürcüstan sosialdemokrat höku mətinin
Azərbaycan sosial-de mokratları tərəfindən bəyənilən aqrar qanunu əsasında hazırlan mışdı. Bu layihə kənd yerlə rində olan
xüsusi sahibkarların-hüquqi şəxslərin bütün torpaqlarının, o cü mlədən monastır, vəqf, məscid və kilsə torpaqlarının, habelə
şəhər ərazisinin şəhər mülkiyyətinə daxil o lmayan sahələrin in sahiblərindən alın ıb əvəzi ödənilmədən dövlət torpaq fonduna
verilməsini nə zərdə tuturdu. Mülkiyyəti ə lindən alınan sahibkarların ixt iyarında sa xlanan torpaq sahəsinin ölçüsü həmin
yerlərin təsərrüfat şəraitinə uyğun olaraq, kənd yerlərində becərilən bit ki təsərrüfatla rı üçün 7-10 desyatin, taxılç ılıq
təsərrüfatı üçün 15-20 desyatin, ma ldarlıq təsərrüfat ları üçün 40-50 desyatin, şəhərdə isə müvafiq o laraq 1,5-3 desyatin, 3-5
desyatin, 10-12 desyatin müəyyən edilirdi. Sahibka rla rın mü lk və bağları da bura da xil idi.
Parlament ko missiyası torpağın sahibkarlardan əvəzsiz o laraq alın masında israr ed irdi. Buna görə də nazirliyin
hazırlad ığı layihənin Parlamentə təqdim o lun ması ləngidilird i. Ölkədə vəziyyət gərginləş məkdə davam edirdi. Hö ku mət isə
hələ də aqrar qanun layihəsinin mü za kirəsinə başla ma mışdı. Bunun əsas səbəbi təkcə partiyala r a rasındakı ixt ila fla, ya xud
ölkənin ağır iqtisadi vəziyyəti ilə bağlı deyild i. Aqrar məsələnin özü mahiyyətcə ço x mürəkkəb, həlli çətin olan problem id i.
Bu məsələdə hakim "Müsavat" partiyasının özünün də aydın proqramı yo x idi. Hə lə "Müsavat" partiyasının 2-ci
qurultayında (1919,dekabr) partiyanın rəhbərliy i hə min məsələ ilə bağlı kəskin tənqid edild iyi va xt Məhəmməd Əmin
Rəsulzadə göstərmişdi ki, bu məsələdə tələskənlik, e ləcə də onu həddən ziyadə uzat maq eyni dərəcədə mənfi nəticə lərə
gətirib ç ıxa ra b ilə r. Part iya qurultayı aqra r məsələyə təkrar ba xa raq, onun aqrar siyas ət komissiyasında hazırlan mış
layihəsinin Parla mentdə müza kirəyə ç ıxa rılması haqqında qətnamə qəbul etsə də, bu qərar xeyli va xt icra o lunmad ı.
"Müsavat" fraksiyası yalnız 1920 il fevralın 16-da partiyanın aqrar məsələ barədə qurultayda bəyənilmiş qanun layihəsini
Parlamentin növbəti 123-cü iclasında müzakirəyə təqdim etdi.
"Müsavat" fraksiyasının təqdim etdiyi qanun layihəsi də xüsusi sahibkar torpaqlarının əvəzsiz olaraq alın ıb dövlət
torpaq fonduna verilməsini nə zərdə tuturdu. Lakin bu layihədə kənd yerlə rində sahibkarların mü lkiyyətində, bağ və həyətlər
də daxil olmaqla, 25-75 desyatin torpaq saxlanılması, şəhər yerlərində isə bu sahənin becərilən bitkilərin