168
olunacaq üzvlərin müəyyən edilməsi qaydaları da əksin i tap mışdı. Qeydlərə əsasən, Parlamentə daxil o lan 44 nəfər Milli
Şura üzvündən ölən, istefa verən və ya başqa səbəbdən Parlamentdən çıxan nümayəndənin yerinə onun mənsub olduğu
partiyanın digər nü mayəndəsi daxil olunurdu. Bə lədiyyəsi və milli ko mitəsi olmayan qəzala rdan Parla mentə nümayəndə
kənd şuraların ın göndərdiyi nümayəndələrin ü mu mi ic lasında seçilirdi.
Erməni, rus və azlıqda qalan digər millətlərdən Pa rla mentə nü mayəndələr hə min millətlərin milli şuraları və ya
ko mitə ləri tərə findən göndərilird i.
Şəhər nümayəndələrinin sənədləri şəhərlərin bələd iyyə rəisi, qəzalardan göndərilən lərinki barışıq məh kəmələrinin
sədri və ya onun müavini, a zlıqda qalan millətlə rdən isə onların Milli Şurala rın ın sədrləri tə rəfindən şəxsən imza lan mış,
müvafiq seçki protokolları və imza-möhürlə təsdiq olunmuş mandatla təmin ed ilməli idi.
Parlamentin çağırılması ilə əlaqədar Azərbaycan Milli Şurası adından onun sədri Məhəmməd Əmin Rəsulzadənin
imzası ilə 1918 il noyabrın 29-da Azərbaycan və rus dillərində " Bütün Azərbaycan əhalisinə!" müraciətnaməsi dərc
olunmuşdu. Müraciətnamədə deyilirdi: "Vətəndaşlar! Müharibə və inqilab zamanının fövqəladə əhvalını nəzərə alaraq
tətil etmiş olan Azərbaycan Şurai-Millisi iqtizai-zaman ilə təkrar Azərbaycanın paytaxtı Bakıda toplandı. Şurai-Millinin
ən əvvəl qəbul etdiyi qanun sırf Azərbaycan müsəlmanlarına məxsus olan Şurai-Millini milli bir şəkildən çıxarıb dövləti
bir şəkilə salmaq oldu. Bu ayın 19-da qəbul etdiyi qanunnaməyə görə Şurai-Milli dekabrın 3-nə qədər 120 əzalıq bir
Məclisi-Məbusan (parlament) halına gələcəkdir. Bu məclisə azlıqda qalan millətlərdən nümayəndələr cəlb olunduğu
kimi məmləkətin vilayətlərindən də vəkillər çağırılmışdır. Bu surətlə yığılacaq məbusan irəlidə ümumi intixab üsulu ilə
Azərbaycan Məclisi-Müəssisani yığışıncaya qədər yurdumuzun sahibi olacaq,onun müqəddəratını həll, Hökumətini
təşkil və mənafeyini müdafiə edəcək..." (ba x Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti).
Əd.: Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (stenoqrafik hesabatlar), c.l, B., 1998; Paşayev A., Açılmamış
səhifələrin izi ilə, B., 2001; Aзepбaйджанская Демократическая Pecnублика (1918-1920). Законодательные акты (сборник документов),
Б., 1998.
AZƏRBAYCAN XALQ CÜMHURĠYYƏTĠ PARLAMENTĠNĠN MÜHAFĠZƏ DƏSTƏS Ġ A zərbaycan Xalq
Cü mhuriyyəti Parlamentinin mühafızəsini təmin edən dəstə. Parlamentin 1919 il fevralın 18-də qəbul etdiyi qanuna əsasən
yaradılmışdır. Həmin tarixdə keçirilmiş iclasda büdcə-maliyyə ko missiyasının sədri Abuzər bəy Rzayev Parlamentin
mühafizəsi haqqında qanun layihəsini mü zakirəyə çıxarmış, lay ihə əsasında qanun qəbul edilmişdir. Qanuna əsasən,
Parlamentin mühafızəsi üçün 200 nəfərlik dəstə yaradılmalı, onun şəxsi heyəti Parlamentin rəyasət heyəti tərəfindən
formalaşdırılmalı və b ilavasitə rəyasət heyətinə tabe edilməli, dəstənin saxlan ılması üçün dövlət xəzinəsindən iki milyon iki
yüz min manat vəsait ayrılmalı id i.
Əd.: Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (stenoqrafik hesabatlar), c.l, B., 1998; Aзepбaйджанская
Демократическая Pecnублика (1918-1920). Законодательные акты (сборник документов), Б., 1998.
AZƏRBAYCAN XALQ CÜMHURĠYYƏTĠ PARLAMENTĠNĠN NĠZAMNAMƏSĠ - A zərbaycan Xalq
Cü mhuriyyəti Parlamentinin fəaliyyətini nizamlayan hüquqi sənəd. Parlament fəaliyyətə başladıqdan sonra Qara bəy
Qarabəyli başda olmaqla Parla ment Niza mna məsin i hazırlayan ko missiya yaradıldı. Niza mna mə lay ihəsi 1919 il ma rtın 6-
da Parla mentin 20-c i ic lasında Q. Qarabəyli tərəfindən mü zakirəyə təqdim olundu. O, Niza mna mənin 8 fəsil (Parlamentin
açılışı və onun üzvlərinin səlahiyyətlərinin yoxlanılması; vəzifəli şəxslərin Parlament tərəfindən
169
seçilməsi; Parlamentin komissiyaları; işlərin Parlamentdə icrası qaydaları; Parlamentin ümumi iclasının
aparılması qaydaları; Parlament üzvlərinin şəxsi vəziyyəti; Parlamentin rəyasət heyəti; Parlamentin Nizamnaməsinə
yenidən baxılması qaydaları) və 200 maddədən ibarət olması barədə məru zə etdi.
Q.Qarabəyli Parla mentin Niza mna mə layihəsini ha zırlayarkən Rusiya Dövlət duması və Zaqafqaziya seyminin
niza mna mə lə rindən istifadə olunduğunu bildirdi və Niza mna mən in rus dilindəki layihəsinin o xunmasın ı təklif etdi.
Məhəmməd Əmin Rəsulzadə isə bunun əleyhinə çıxaraq, Niza mna mə lay ihəsinin Azərbaycan dilində o xun ması təklifini
irə li sürdü. Q.Qa rabəyli ö z tə klifi barədə aydınlıq yaradaraq bildird i ki, Niza mna mən in ruscadan Azərbaycan dilinə
tərcüməsi mü kə mmə l deyildir. Bu təklif nə zərə almd ı və bundan sonra Niza mna mə layihəsi Parla mentin hə min ic lasında,
ardı isə 10 mart tarixli iclasında fəsil-fəsil o xunub müzakirə olun muş, əlavə və dəyişikliklərlə qəbul edilmişdir. Nizamnamə
axırıncı - üçüncü oxunuşda Parlamentin martın 17-də keçirilən iclasında mü zakirə olun madan yekdilliklə qəbul edilmişdir.
Azərbaycan Xalq Cü mhuriyyəti Pa rla menti 1920 il apre lin 27-də keç irilən son fövqəladə iclasına qədər bu Niza mna mə
əsasında fəaliyyət göstərmişdir. A zərbaycan Xalq Cü mhuriyyəti Parlamenti Nizamnaməsinin tam mətni Parlamentin
stenoqrafik hesabatlarının rus dilindəki cild ində dərc edilmişdir.
Əd.: Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (stenoqrafik hesabatlar), c. 1, B., Aзepбaйджанская Демократическая
Pecnублика (1918-1920). Парламент (стенографические отчеты),Б., 1998.
AZƏRBAYCAN XALQ CÜMHURĠYYƏ TĠ PARLAMENTĠNĠN SƏDRĠ - A zərbaycan Xalq Cü mhu-
riyyətində ali nü mayəndəli, qanunvericilik orqanın başçısı. Azə rbaycan Xalq Cü mhuriyyəti parla mentli respublika
olduğundan Parlamentin sədri, eyni zamanda, dövlət başçısı funksiyasını yerinə yetirirdi. A zərbaycan Parlamentinin na-
kazına (təlimatına) görə Parlamentin iclaslarına onun sədri, sədr olmadıqda əvvəlcə Həsən bəy Ağayev, sonra isə Məmməd
Yusif Cəfərov, onlar o lmadıqda ikinci müav in Sultanməc id Qənizadə rəhbərlik edirdilər. Parla mentin iclas protokolların ı,
qanun və qərarlarını sədr, o olmad ıqda, müavini və Parla ment iclaslarının katibləri imzalay ırdılar. Parla ment aparatında bütün
işlərə ü mu mi rəhbərliy i bilavasitə sədr və onun müavinləri həyata keçirirdilər. Onlar bu işləri Parlament dəftərxanası,
Parlament ko missiyaları və Parlamentdə yaradılmış digər quru mlar vasitəsilə həyata keçirirdilər.
1918 il dekab rın 7-də açılan Azə rbaycan Parla mentinə, deputatların yekd il s əsi ilə, hə min dövrdə İstanbulda danı-
şıqlar aparan Əlimərdan bəy Topçubaşov sədr seçilmişdi. 1919 ilin dekabrında o, yenidən yekdil səslə ikinci müddətə
Parla mentin sədri seçilmişdir. La kin Paris sülh k onfransında (1919-20) A zərbaycan nümayəndə heyətinin rəhbəri təyin
edildiyi üçün Əlimərdan bəy Topçubaşov İstanbuldan birbaşa Parisə getmiş, Azərbaycan Xalq Cü mhuriyyətinin süqutuna
qədər vətənə qayıda bilmə miş və mühacirətdə qalmışdı. 1918 il dekabrın 7-dən Parla mentin işinə rəhbərlik Pa rla ment
sədrinin birinci müavini seçilmiş Həsən bəy Ağayev tərəfindən həyata keçirilmişdir. 1919 ilin dekabrında o, yenidən
Parla ment sədrinin b irinci müavin i seçilmiş, 1920 il fevralın 2-də istefa verənə qədər bu vəzifəni icra et mişdir. Bundan sonra
Məmməd Yusif Cəfə rov Parla ment s ədrinin birinc i müavini seçilmiş və Cü mhuriyyətin süqutuna qədər Parla mentin
iclaslarına sədrlik etmişdir.
AZƏRBAYCAN XALQ CÜMHURĠYYƏTĠ TÜRK MÜƏLLĠMLƏRĠNĠN QURULTAYI - məktəb islahatı
sahəsində əsaslı məsələləri ət raflı mü zakirə et mək, la zımi
təkliflər ha zırlayaraq Höku mətə təqdim et mək məqsədilə
çağırılmış A zərbaycan müəllimlərinin ali məclisi. 1919 il
avqustun 20-də Ba kı rea lnı məktəbin in (indiki Azə rbaycan
Dövlət İqtisad Universitetinin binası) akt zalında açılmışdır
(ba x Azərbaycan müəllimlərinin birinci qurultayı).
AZƏRBAYCAN XALQ CÜMHURĠYYƏTĠNĠN
DÖVLƏT RƏMZLƏRĠ - Azərbaycan Xalq Cü mhuriyyə-
tinin əsas dövlət atributları - Dövlət bayrağı, Dövlət gerbi,
Dövlət himni və
Dövlət möhürü. Azərbaycan Xalq Cü m-
huriyyəti elan ed ild iyi gündən dövlət rə mzlə rin in yaradıl-
masına xüsusi diqqət verildi. Ən mühü m dövlət rəmzlərindən
biri kimi Dövlət bayrağın ın qəbul edilməsi daha tez həyata
keçirildi. A zərbaycan Xalq Cü mhuriyyəti Höku məti 1918 il
iyunun 21-də Dövlət bayrağı haqqında qərar qəbul etdi. Hə min
qərara əsasən qırmızı rəngli Dövlət bayrağı ü zərində ağ rəngli
aypara və səkkizgüşəli u lduz təsvir o lun muşdu. Bu bayraq cüzi
fərqlə Osmanlı imperiyas ının bayrağına bənzəyirdi. La kin
Azərbaycan Xa lq Cü mhuriyyəti Höku mət i noyabrın 9-da
Dövlət bayrağının təsvirini dəyiş məyi qərara ald ı. Yen i qərarla
yaşıl, qırmızı və mav i rənglərdən, ağ aypara və səkkizguşəli
ulduzdan ibarət olan milli