207
Azərbaycan Höku məti 1919 il 24 iyul ta rixli qəra rı ilə qaçqınlara yard ımı təşkil et mək üçün konsulluğa 75 min manat
vəsait və 50 pud un ayırmışdı. Bu vəsait və ərzaq Qızıl Arvadda yemə k məntəqəsinin təşkili, Krasnovodskda bundan
əvvəl açılmış yeməkxana və gecələmə evinin fəaliyyətinin davam etdirilməsi üçün nəzərdə tutulmuşdu. Azər-baycan
Xalq Cü mhuriyyəti hə min dövrdə Mərkəzi Asiyanın digər bölgələrin in türk-müsəlman əhalisinə də yardım göstərird i.
1919 il iyunun 20-də A zərbaycan Höku mət i Türküstan Xalq Şurasına 500 min manat məbləğində faizsiz borc vermişdi.
Türküstan Xalq Şurasının ü zvü Mircəlilovla imzalan mış müqaviləyə görə, Türküstan tərəfi bu borcu 2 il ərzində
qaytarmalı idi.
Zakaspi müvəqqəti hökuməti də Bakıda konsulluq açmışdı. Lakin 1919 il o ktyabrın əvvəlində Zakaspi müvəq-
qəti höku mətinin bura xılması ilə əlaqədar o laraq bu konsulluq Denikin ordusunun Bakıdakı nü mayəndəliy i ilə b irləşdi.
Bununla bağlı, Azərbaycanın Zakaspidəki konsulluğu da fəaliyyətini dayandırdı. Azərbaycan Xarici İşlər Nazirliy inin
əmri ilə 1919 il noyabrın 1-dən Azərbaycan Respublikasının Zakaspidəki konsulluğu ləğv edild i.
Əd.:
Aзepбaйджанская Демократическая Pecnублика (1918-1920), Внешняя политика (документы и материалы), Б.,
1998; Aзepбaйджанская Демократическая Pecnублика (1918-1920), Законодательные акты (сборник документов), Б., 1998.
AZƏRBAYCANLA DAĞLILAR RESPUBLĠKAS I ARASINDA MÜQAVĠLƏLƏR - Azərbaycan Xalq
Cü mhuriyyətinin Şimali Qafqaz Dağ lılar Xalqları İttifaqı Res publikasına (qısaca - Dağlılar Respublikası) maliyyə,
iqtisadi və hərbi yardım göstərməsi haqqında sənədlər. A zərbaycanın qabaqcıl ziyalıla rı, ict ima i xadimlə ri, əvvəlki
dövrlərdə olduğu kimi, 1917-18 illərdə də Şimali Qafqazın dağlı xalqlarının milli azad lıq mübarizəsini rəğbətlə izləyir
və bütün vasitələrlə onlara yardım ed irdilər. Zaqafqaziya seyminin Müsəlman fra ksiyasına daxil olan deputatlar 1918
ilin ma rt ayında dağlı nümayəndəliy inin Zaqafqaziya seyminə qatılmaq və bo lşevik təhlü kəsinə qarşı b irlikdə mübarizə
aparmaq haqqında müraciətin i dəstəklədilər. Lakin seymin erməni və gürcü nü mayəndələri həmin təklifin əleyhinə
çıxd ıqları üçün bu iş nəticəsiz qaldı. Belə olduqda, Müsəlman fraksiyası ü zvləri Şimali Qafqazdan gəlmiş nümayən-
dələrlə ikitərəfli münasibətlər yarat maq üçün Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Aslan bəy Səfıkürdski,
Məhəmməd Qazi Dibirov, Ba mmat Heydər, Əbdülməcid Çermoyevin da xil o lduqları xüsusi ko missiya yaratdıla r.
Məhz seymdəki a zə rbaycanlı ictimai xad imlərin səyi nəticəsində dağlı nü mayəndələrinin Trab zon sülh danışıqlarında
iştirakı mü mkün oldu. Həmin danışıqlar uğursuzluqla bitd ikdən sonra dağlı nümayəndələri İstanbula gedib Osmanlı
dövləti ilə əlaqə yaratdılar və Şimali Qafqaz Dağlılar Xalq ları İttifaq ı Respublikasının yarad ılması haqqında bəyannamə
qəbul etdilər (1918,11 may). Mayın 24-də isə Gəncədə Əbdülməc id Çermoyevin başçılığı ilə Dağlılar höku mət i təşkil
olundu.
Azərbaycan
Xalq Cü mhuriyyəti yarandığ ı ilk günlərdən Dağlılar Respublikası ilə əlaqələri
möhkəmləndirməyə başladı. 1918 ilin sentyabr-oktyabr aylarında Osmanlı və Azərbaycan Xalq Cü mhuriyyəti
Höku mətlərin in yardımı ilə Dərbənd və Dağıstanın xey li hissəsi azad edildi. Vətənə qayıdan Dağlılar höku mətinə ilk
ma liyyə yardımını A zərbaycan Xalq Cü mhuriyyəti Höku mət i göstərdi. Oktyabrın 8-də Azərbaycan tərəfi dağlılara l
milyon rubl həc mində faizsiz kredit verdi. 1 ay sonra Dağ lılar höku mət inin maliyyə na ziri Vassan Gəray Cabagiyev
Bakıya gələrək, bu dəfə 500 min rubl həcmində vəsait aldı. Həmin vaxt Azərbaycan Xalq Cü mhuriyyəti Dağlılar
Respublikasına təmənnasız olaraq yanacaq, silah-sursat və s. göndərirdi. Nəhayət, 1918 il noyabrın 28-də A zərbaycan
Xalq Cü mhuriyyəti ilə Dağlılar Respublikası arasında birinci müqavilə bağlandı. Müqaviləni Azərbaycan tərəfindən
ticarət və sənaye naziri Behbud xan Cavanşir və ma liyyə naziri Mə mməd Həsən Hacınski, Dağlılar höku mət inin
səlahiyyətli nümayəndələri - sənaye və ticarət naziri Bahadur bəy Malaçixan və yollar, poçt və teleqraf naziri İbrahim
bəy Heydərov imza ladılar. Müqaviləyə əsasən, Azərbaycan tərəfi Dağlılar höku mətinə 10 milyon rubl məbləğ ində
faizsiz kred it verdi. Dağ lılar hökuməti bu borcu 2 il müddətində buğda ilə qaytarmalı idi.
Azərbaycan Xalq Cü mhuriyyəti ilə Dağlılar Respublikası arasında 1919 il yanvarın 9-da ikinci müqavilə
imza landı. Azə rbaycan tərəfindən Fətəli xan Xoyskinin üçüncü Hökumət kab inəsində ərzaq naziri o lmuş K.N.Lizqarın
və Dağlıla r Respublikasının A zərbaycandakı nü mayəndəsi Əlixan Qantə mirin imza ladıq ları bu müqaviləyə görə Dağ-
lılar Respublikası höku məti Azərbaycana 50 vaqon buğda göndərməli, A zərbaycan tərəfi isə pudu 60 rubldan haqqını
dərhal ödəmə li idi. Bütün taxılın müqavilənin imza lan masından sonrakı 4 ay ərzində göndərilməsi ra zılaşdırıld ı. 1919 il
fevralın 23-də Azərbaycan Xalq Cü mhuriyyəti Hö ku məti ilə Dağlılar Respublikası arasında üçüncü müqavilə
bağlandı. Bu müqaviləyə əsasən, Azərbaycan tərəfi Dağlılar höku mətinə daha 10 milyon rubl faizsiz kred it verməyi
öhdəsinə götürdü. Bu vəsaitin 5 milyonu dərhal verildi.
Azərbaycan Xalq Cü mhuriyyəti 1919 ilin əvvəlində Şimali Qa fqazın Den ikin tərə findən işğalına qarşı Dağ lıla r
hökumətinə həm də dip lo matik və hərbi yardım göstərdi. Fevralın 25-də öz səlahiyyətli elçisi Əbdürrəhim bəy Haq-
verdiyevi Te mirxan-Şuraya göndərdi. Martın 1-də A zərbaycan Höku məti Denikinə qəti etira zını b ild ird i. Şima li
Qafqazın işğalını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün addımlar atdı. Martın 6-da Nazirlər Şurasının
sədri Fətəli xan Xoyski Bakıdakı müttəfiq qoşunlarının ko mandanı general U.To msona nota təqdim etdi. Notada An-
tanta dövlətlərindən "...qan tökülməsinin və bütün Qafqazı bürüyə biləcək böyük yanğının qarşısını almaq məqsədilə
general Denikin in Könüllü o rdusunun Şimali Qafqaz Dağlılar Xalqları İttifaqı Respublikasına qarşı təcavüzkar
hərəkətlərinə dərhal son qoyması üçün ən qəti tədbirlə r görülməsi" istənilirdi.