210
20 yüzilliyin əvvəlində Bakı əsas iqtisadi mərkəz o lmaqla bərabər, siyasi və mədəni mərkəz kimi də Rusiya
imperiyasının həyatında mühü m ro l oynayırdı. 19 əsrin ortalarından başlayaraq, Bakıda sosial-siyasi hərəkat da ge-
nişlənmişdi. Burada Ümu mrusiya partiyaların ın yerli təşkilatları və milli partiyalar fəaliyyətə başlamışdı. Çarizmin ağır
müstəmləkə rejiminə qarşı milli azad lıq hərəkatı da genişlənməkdə idi. 1905-07 illər rus inqilabı şəhərin siyasi
həyatında mühüm rol oynadı. 1905 ilin avqust-sentyabr aylarında çar höku mətinin ya xından iştira kı ilə şəhərdə er-
mən ilə rin a zərbaycanlıla ra qarşı soyqırımı törədild i. La kin bu, Azə rbaycan xa lqının milli a zadlıq mübarizəsinin qar-
şısını ala bilmədi. Çar II Niko layın (1894-1917) 1906 il 28 oktyabr tarixli fərmanına əsasən, Bakı qradonaçalnikliy i
(Bakı şəhər rəisliyi) yarad ıld ı. "Qafqaz təqvimi"nin (1917) məlu matına görə, Bakı qradonaçalnikliy ində 405829 nəfər
əhali yaşayırdı.On lardan 173489 nəfəri yerli sakinlər, 232340 nəfəri müvəqqəti yaşayanlar id i.
Fevral inqilabından (1917) sonra Bakıda da ikihakimiyyətlilik yarandı.Müvəqqəti hökumətin yerli o rqanı
İctimai Təşkilatlarını İcraiyyə Ko mitələri və onların seçdiyi ko missarlar oldu. Bakı şəhər icraiyyə ko mitəsi ictimai
qradonaçalniki və onun köməkçisini seçməli idi. Martın 5-də Bakıda İctima i Təşkilat ların İcra iyyə Ko mitəsi (sədri
əvvəlcə kadet Bisç, sonra menşevik Fro lov idi) yaradıldı. Martın 7-də Bakı fəhlə deputatları soveti seçildi. Martın 29-da
Bakı Müsəlman Şurası (Məhəmməd Əmin Rəsulzadə, Məmməd Həsən Hacınski, Əlimərdan bəy Topçubaşov, Fətəli
xan Xoyski, Mirzə Əsədullayev və b.) təşkil edildi. Oktyabrın sonunda Bak ı Şəhər dumasına seçkilər keç irildi.
Petroqradda bolşeviklərin hakimiyyəti ələ keçirməsindən (1917, oktyabr) sonra oktyabrın 31-də (noyabrın 13-
də) Ba kı Sovetinin geniş iclasında hakimiyyətin Bakı Sovetinə keç məsi haqqında qətnamə qəbul olundu. Noyabrın 2 (15)-
də Bakı Sovetinin İcraiyyə Ko mitəsi ali hakimiyyət orqanı elan edild i. Bununla İctima i Təşkilatların İcra iyyə
Komitələrinin ləğv edilməsinə başlandı. Noyabrın 29-da Bakıda Müəssislər məc lisinə seçkilə r keç irildi. Seç kidə
"Müsavat" partiyası da böyük uğur qazandı. Dekabrın 12-16-da isə Bakı Sovetinə yeni seçkilər o ldu. 190 deputatdan
51-i bolşevik, 38-i sol eser, 41—i daşnak, 28-i sağ eser, 21-i " müsavat‖çı, 11-i menşevik idi. 1918 il yanvarın 1-də
P.A.Caparidze Bakı Soveti İcraiyyə Ko mitəsinin sədri seçildi. V.İ.Lenin başda olmaqla Sovet Rusiyası Bakı Soveti
vasitəsilə bütün Azərbaycanda hakimiyyəti ələ keç irmək siyasəti yerid ird i. Bu məqsədlə Rusiya Xa lq Ko missarları
Soveti (XKS) Bakı Sovetinə 500 min rubl pul ayırmaq haqqında qərar qəbul etmiş, S.Şau myan Qafqaz işləri üzrə
fövqəladə komissar təyin olunmuşdu. S.Şaumyanın başçılığı ilə Bakı Soveti bir sıra sosialist tədbirləri həyata keçirmiş,
erməni-daşnak birləş mələ rindən ibarət sovet hərbi qüvvələrini yarat mışdı. Ba kı Soveti azərbaycanlıla rın mart
soyqırımının (1918) təş-
.
211
kilatçısı idi. Bakı Soveti hakimiyyətini möhkəmləndirməyə nail olduqdan sonra, aprelin 25-də Bakı Xalq Komissarları
Sovetini təşkil etdi. Ba kı Xa lq Ko missarları Soveti 1918 il may ın 28-də yarad ılmış A zərbaycan Xalq Cü mhuriyyətinə
qarşı amansız mübarizə aparırdı. Azərbaycan Xalq Cü mhuriyyəti Hö ku məti isə Bakının azad edilməsinə və paytaxtın
buraya köçürülməsinə böyük önəm verird i. İyulun 31-də Bakı Xalq Ko missarları Sovetinin süqutundan sonra şəhərdə
hakimiyyət ermən i-daşnaklardan və eser-menşeviklərdən ibarət olan Sentrokaspi diktaturasına keçdi, ingilislər Ba kıya
dəvət olundu. Şiddətli müqavimətə ba xmayaraq, sentyabrın 15-də Bakı Azə rbaycan Xalq Cü mhuriyyətinin hərbi hissə-
ləri və ona qardaşlıq yardımı göstərən türk qoşunları tərəfindən azad edildi. A zərbaycan Xa lq Cü mhuriyyətinin pay-
taxtı Gəncədən Bakıya köçürüldü. Bundan sonra Bakmının sosial-siyasi, iqtisadi və mədəni həyatında böyük hadisələr
baş verdi. Azərbaycan Xalq Cü mhuriyyəti Hö kuməti 1918 il sentyabrın 14-də Bakı quberniyasında inzibati hakimiyyətin
bərpası üçün vəsait ayrılması barədə qərar qəbul etdi. Sentyabrın 18-də Bakı şəhər ictima i özünüidarəsinin bərpası
haqqında qərar verild i. Birinci dünya müharibəsində (1914-18) Türkiyənin məğ lubiyyəti türk hərbi qüvvələrinin
Azərbaycanı tərk et məsinə səbəb oldu. İng ilis qoşunları Ba kıya da xil oldu v ə Bak ı ingilis general-qubernatorluğu
yaradıldı. Buna baxmayaraq, A zərbaycan Xalq Cü mhuriyyəti Hö ku məti dövlət quruculuğunu, fəal daxili və xarici
siyasətini davam etdirməyə çalışırdı. De kabrın 7-də Ba kıda A zərbaycan Xalq Cü mhuriyyətinin Pa rla menti iş ə başladı.
Şəhərin sosial-siyasi və mədəni həyatında böyük canlan malar baş verdi. Parlament 1919 il sentyabrın 1-də Bakı şəhə-
rində universitet açmaq haqqında qanun qəbul etdi, noyabrın 15-də universitetdə dərslər başlandı. 1920 ilin yanvarında
Azərbaycan Xalq Cü mhuriyyətinin dünya birliyi tə rəfindən tanınması Bakıda təntənə ilə qeyd olundu. Lakin Sovet Rusi-
yası Bakını tutmaq plan ından əl çəkməmişdi. V.İ.Lenin 1920 il martın 17-də Qafqaz cəbhəsi hərbi inqilabi şurasına
teleqramında yazırdı ki, "Bakını almaq bizə olduqca zəruridir. Biitün səyinizi buna verin, həm də bəyanatlarda son
dərəcə diplomatik olmaq və möhkəm yerli Sovet hakimiyyəti hazırlandığını tamamilə yəqin etmək lazımdır...". Buna
uyğun olaraq, Bakı əməliyyatı (1920) hazırlandı və aprelin 25-dən 26-na keçən gecə Sovet Rusiyasının 11-ci Qırmızı
ordusu Azərbaycan Xalq Cü mhuriyyətinin sərhədini keçə rək, Bakıya doğra irəlilədi. Aprelin 27-də Azə rbaycan