224
universitetin fə xri doktoru adına layiq görülməsi onun böyük nüfuza malik olduğunu sübut edir, dünya şöhrətini daha
da artırır.
BDU-nun fə xri doktoru adın ı şərəflə daşıyan Süley man Də mirəl, İsla m Kərimov, Marat Baqlay, Corc
Robertson, Zbiqnev Bje zinski, Kotaro Matsuura, Eduard Şevardnadze, Frederiko Mayor, Petro Luçinski v ə başqaları
kimi siyasi və dövlət xad imləri, Lütfizadə, İren Məlikova, Tadeuş Svyatoçovski, Cavad Heyət, İhsan Doğramac ı,
Əh məd Şimide, Xəlil Çin kimi görkəmli alimlər onun şöhrətinin bütün dünyaya yayılmasında yaxından iştirak ed irlər.
Universitetin inkişafına göstərdiyi böyük qayğıya, onun şöhrətini və tərəqqisini yüksəklərə ucaltdığ ına,
Azərbaycan xa lqı və dövləti qarşısında böyük xid mət lərinə görə universitetin Böyük Elmi Şurası 1994 il 28 oktyabr
tarixli qəra rı ilə Heydər Əlirza oğlu Əliyevə Ba kı Dövlət Universitetin in Fə xri Doktoru adın ı vermişdir.
AMEA-ya keç irilən son seçkilərdə BDU-nun 15 alimi həqiq i və mü xbir üzv seçilmişlər. BDU dünyanın 100-
dən artıq universitetini b irləşdirən Qa radəniz hövzəsi universitetlər assosiasiyasının üzvüdür. Universitetin rektoru, pro-
fessor Abel Məmmədə li oğlu Məhərrə mov həmin assosiasiyanın prezidenti seçilmişdir. BDU, hə mç inin nüfuzlu
Avrasiya, Xəzəryanı və Avropa universitetlər assosiasiyalarının üzvüdür. Universitet bir ço x konvensiyalara, o cüm-
lədən tələbə və müəllim mübadiləsinə imkan verən məşhur Bolonya prosesinə qoşulmuş, dünyanın bir ço x nüfuzlu ali
mə ktəbləri ilə ikitərə fli tə ləbə və müəllim mübadiləsini tən zimləyən müqavilələ r imza la mışdır. Son dövrlərdə BDU
yeni kafedralar və ixt isaslarla daha da genişlənmişdir. Elmi tədqiqatlarda və tədris prosesində ən müasir texn iki ava-
danlıqlardan və cihazlardan istifadə olunur, universitet kafedraları internet şəbəkəsi ilə dünyanın bir ço x kitab xana və elm
mə rkə zləri ilə ə laqə saxlayır. BDU bir ço x beynəlxa lq qrantlar ud muşdur.
BDU-nun 80 illik yubileyi (2000) beynəlxalq səviyyədə qeyd olunmuş, bu münasibətlə universitetin 80 nəfərə
yaxın alimi respublika höku məti tərəfindən orden və medallarla təltif edilmiş, fəxri adlara layiq görülmüşdür.
Son illə rdə BDU-da tədrisin və e lmi tədqiqatların keyfiyyətini art ırmaq istiqa mətində mühü m islahatlar həyata
keçirilmişdir. Beynəlxalq standartlara uyğun oxu zalları istifadəyə verilmiş, Qərb i Avropa və Şərq dillərinin daha
mü kəmməl tədrisi üçün mərkəz, linqafon kab inələri və d il otaqları yaradılmış, bir ço x kafedra və laboratoriyalar yeni-
dən qurulmuş, azərbaycanşünaslıq, a merikaşünaslıq elmi-tədqiqat mərkə zlə ri, türk odası, ərəb dili mə rkə zi təşkil
edilmişdir. Universitetdə həmçinin daxili televiziya şəbəkəsi yaradılmışdır. Universitetdə Heydər Əliyev, universitet
tarixi, təka mül təlimi, arxeologiya və etnoqrafiya, velosiped muzeyləri fəaliyyət göstərir.
Dünyanın bir ço x qədim tarixə, zəngin və böyük təcrübəyə, elmi potensiala malik universitetləri ilə
müqayisədə BDU nisbətən cavan olsa da, şanlı yüksəliş yolu keçmişdir. 1919 ildə yaranarkən 44 əməkdaşı olan
universitetdə hazırda 1300-dən ço x professor-müə llim fəaliyyət göstərir. Bunla rdan 250-ə qədəri e lmlər doktoru,
professor, 800-ə qədəri elmlə r na mizədidir.
Elmi-tədqiqat laboratoriya larında 225 nəfər e lmi işçi çalışır. Va xtilə iki fakültədən ibarət olan BDU indi 17
fakültəni, 116 kafedranı, onlarla tədris laboratoriyasını, 2 milyondan çox kitab fondu olan zəngin kitab xananı, bir elmi-
tədqiqat institutunu birləşdirən geniş tədris və elmi-tədqiqat komple ksi, mü rəkkəb, ço xşa xəli elm və təhsil
müəssisəsidir.
225
Ha zırda universitetdə 43 ixtisas üzrə 14 minə ya xın
tələbə təhsil alır.
Universitetdə Milli Elmlər Akade miyasının 4 a kade-
miki, 17 mü xb ir ü zvü fəaliyyət göstərir. Universitet alim-
lərindən 14 nəfəri A zərbaycan Respublikası M illi Məc lisin in (II
çağırış) ü zvüdür.
Bakı Dövlət Un iversitetinin rektoru (1999 ildən)
AMEA-mn mü xbir üzvü, ə məkdar e lm xad imi, kimyaç ı a lim
Abel Məmmədəli oğlu Məhərrə movdur.
Əd.:
Azərbaycan Xalq Cümhuriyy əti (1918-1920), Parlament
(stenoqrafik hesabatlar), c.2, B., 1998; Aзepбaйджанская Демократическая
Pecnублика (1918-1920 rr.), 1920), Законодательные акты (сборник
документов), Б., 1998; Bakı Dövlət Darülfünununun təsisi (sənədlər
toplusu), B., 1989; Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001; Vəkilov M ., Azərbaycanda universitet təhsili tarixindən, ADU-nun
Elmi əsərləri (tarix və fəlsəfə seriyası), 1967, № 5; Bağırzadə F.M ., Azərbaycan Dövlət Universitetinin elmin tərəqqisindəki rolu,
V.İ.Lenin adına ADPİ Elmi əsərləri, seriya XI, B., 1973; Azərbaycan Dövlət Universiteti, B., 1975; Atakişiyev A.M., Bakı Dövlət
Universitetinin tarixi, B., 1991; M əhərrəmov A.M ., Bakı Dövlət Universiteti (Bakı Dövlət Universitetinin 80 illiyinə həsr edilmiş
məlumat kitabı), B., 2000; Bakı Dövlət Universitetinin dünya şöhrətli məzunu (elmi məsləhətçi və redaktor akademik Cəlal Əliyev;
ön sözün və məqalələrin müəllifi prof Abel M əhərrəmov), B., 2001; Маковельский А. О., Азербайджинский Госуниверситет им.
Ленина, Б., 1930; Алимирзоев Х., Азербайджанский Государственный университет, Б., 1969; Азербайджанский
государственный университет, Б., 1975.
BAKI DÖVLƏ T UNĠVERS ĠTETĠNĠN ELMĠ KĠTAB XANASI - Azə rbaycan Respublikasının ən böyük
kitab xanalarından biri. 1919 ildə yaradılmışdır. Universitetin təşkilat ko missiyası onun kitab xanasını da yaratmaq
qayğısına qalmış və xüsusi kitab xana ko missiyası təşkil et mişdi. Ko missiya 1919 il iyunun 2-də Bakı şəhər bələdiyyə
idarəsinə mürac iət edərək, Mixa il (indiki Musa Nağıyev) xəstə xanasının nəzdindəki kitab xananın universitetə veril-
məsin i xahiş et mişdi. Bə lədiyyə idarəsi ko missiyanın xah işinə ra zılıq
vermişdi. Həmin dövrdə universitet təşkilat ko missiyasının Bakı Neft
Sənayeçiləri
Qurultayı Şurasına müraciətinə əsasən, Sabunçu
xəstəxanası nəzdindəki kitab xana da 1920 ildə universitetə verilmişdi.
Bundan əlavə, hə min dövrdə satışdan 120 min manatlıq kitab alın mışdı.
Kitab xana ko missiyası, eyni zamanda, universitet kitab-
xanasını yaratmaq üçün əhaliyə və ilk növbədə, maarifpərvər ziyalılara
da mü raciət etmişdi. Müraciətdə kitab satmaq istəyənlərə təbabətə və
tarix-filologiya e lmlərinə dair bütün dillərdə olan kitabların siyahısını
təqdim et mə k təklif o lunurdu. Ko missiya əmin olduğunu bildirirdi ki,
universitetin xid mət etdiy i böyük mədəni məqsəd naminə, d igər
mədəniyyət mə rkə zlərində olduğu kimi, Bakıda da universitetə e lmi
kitablar bağışlanacaqdır. Un iversitet kitab xanasında xüsusi türk şöbəsi
yaradılmışdı. Həmin şöbəni müvafiq ədəbiyyatla ko mplektləşdirmək
məqsədilə İstanbuldan 212 adda kitab gətirilmişdi. Artıq, 1920 ilin
əvvəllərində, kitab xananın fondunda 6 mindən ço x kitab, 130 adda
qəzet və jurnal vardı. Fondda Azərbaycan, türk, fars, ərəb, ingilis,
fransız, alman, rus və tatar dillərində ədəbiyyat var id i. Məhəmməd
Əmin Rəsulzadə, Yusif Vəzir Çəmən zəminli, Əbdürrəhim bəy Haqverdiyev, Tağı Şahbazi, Mir Əs ədulla Mirqasımov
və başqa görkəmli şə xsiyyətlər kitab xananın ilk o xucula rı arasında olmuşlar.
1919 ilin sonu - 1920 ilin əvvəllərində Bakı Dövlət Universitetin in e lmi kitab xanası tədricən Cü mhuriyyətin
təhsil ocaqlarının kitab xanaları üçün metodik mərkə z rolunu oyna mağa başladı. 1920 il yanvarın 16-da universitet
kitab xanasında xalq maarifi nazirliyi kitab xanaları işçilərinin seminar-müşavirəsi keçirilmişdi.
Bakı Dövlət Universiteti Elmi Kitab xanası fondlarının zənginləşdirilməsi sonrakı illərdə də davam etdirildi.
1920-22 illərdə Xalq Ko missarları Sovetinin göstərişi ilə ay rı-ayrı idarə və müəssisələrdən, təşkilat lardan kitab xanaya
kitab verild i.