434
HACIBƏYLĠ (Hacıbəyov) Üzeyir Əbdülhüseynoğlu (18.9.1885, Şuşa qəzasının Ağcabədi k. - 23.11.1948,Bakı) - dahi
Azərbaycan bəstəkarı, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim. M üasir Azərbaycan peşəkar musiqisinin və
milli operasının banisi. Xalq artisti (1938), Dövlət mükafatları Elmlər Akademiyasının həqiqi üzvü (1945), professor (1940). Bəstəkarlar
İttifaqının sədri (1938-48), Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) rektoru 1928-29; 1939-48),
Azərbaycan Elmlər Akademiyası İncəsənət İnstitutunun direktoru (1945-48) olmuşdur.
Üzeyir bəy Hacıbəyli kənd mirzəsi ailəsində doğulmuş, valideynləri Ağcabədidən Şuşaya köçdükdən sonra ilk təhsilini buradakı
ikisinifli rus-Azərbaycan məktəbində almışdır. Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri Üzeyir Hacıbəylinin
musiqi tərbiyəsinə müstəsna təsir göstərmişdir. Onun ilk musiqi müəllimi xalq musiqisinin gözəl bilicisi,
dayısı Ağalar Əliverdibəyov olmuşdur. Üzeyir bəy Hacıbəyli 1897-98 illərdə Əbdürrəhim bəy Haqverdiyevin
rəhbərliyi və məşhur xanəndə Cabbar Qaryağdı oğlunun ifası ilə Şuşada göstərilən "M əcnun Leylinin məzarı
üstündə" səhnəciyində xorda iştirak etmişdi. 1899-1904 illərdə Qori Müəllimlər Seminariyasında təhsil
almışdır. Onun dünya-görüşünün formalaşmasında seminariya böyük rol oynamışdır. Üzeyir bəy Hacıbəyli
seminariya illərində qabaqcıl dünya mədəniyyəti, rus və Qərbi Avropa musiqi klassiklərinin əsərləri ilə
yaxından tanış olmuş, skripka və baritonda çalmağı öyrənmiş, xalq mahnı nümunələrini nota köçürmüşdür.
Seminariyanı bitirdikdən sonra Üzeyir bəy Hacıbəyli 1904 ildə Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim
təyin edilmişdi.1905 ildə Bakıya köçərək, Bibiheybətdə, sonralar isə " Səadət" məktəbində dərs demiş, 1907
ildə Bakıda "Hesab məsələləri" və "M ətbuatda istifadə olunan siyasi, hüquqi, iqtisadi və əs gəri sözlərin türki-
rusi və rusi-türki lüğəti"ni nəşr etdirmişdir.
Üzeyir bəy Hacıbəyli bədii yaradıcılığa publisistika ilə başlamış, "İttihad", "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal",
"Yeni iqbal" qəzetlərində və "M olla Nəsrəddin" jurnalında "Ordan-burdan", "O yan-bu yan" və s. başlıqlar altında "Ü", "Filankəs" və s.
gizli imzalarla dövrün mühüm ictimai-siyasi, sosial, mədəni-maarif məsələlərinə dair çoxlu publisistik məqalə, felyeton, hekayə və satirik
miniatürlər dərc etdirmiş, N.B.Qoqolun "Şinel" povestini Azərbaycan dilinə çevirmişdir.
Üzeyir bəy Hacıbəylinin 1908 il yanvarın 12 (25)-də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən "Leyli və
M əcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulmuşdur. Bəstəkar operanın
librettosunu M əhəmməd Füzulinin eyni adlı poeması əsasında özü yazmışdır. Üzeyir bəy Hacıbəyli 1909-15 illərdə bir-birinin ardınca
"Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas və Xurşid banu" (1912), "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915)
muğam operalarını bəstələmişdir. Bu operaların da librettolarını xalq dastanları, rəvayətləri və Firdovsinin "Şahnamə" eposunun motivləri
əsasında bəstəkar özü yazmışdı. Üzeyir bəy Hacıbəylinin dramaturgiya sahəsindəki fəaliyyəti Azərbaycan ədəbiyyatında mühüm yer
tutur. O, Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır (komediyalarının mətninin də müəllifi özüdür). Onun "Ər və arvad"
(1910), "O olmasın, bu olsun" (1911), "Arşın mal alan" (1913) musiqili komediyalarında o dövr Azərbaycan məişəti, xalq adət və
ənənələri əksini tapmışdır. Üzeyir bəy Hacıbəyli 1912 ildə musiqi təhsilini artırmaq üçün Moskvaya getmiş, həmin il burada filarmoniya
cəmiyyətinin musiqi kurslarında, 1914 ildə isə Peterburq konservatoriyasında oxumuşdur. Peterburq dövrü bəstəkarın yaradıcılığında
mühüm rol oynamışdır. Lakin Birinci dünya müharibəsinin (1914-18) başlanması və maddi çətinliklər Üzeyir bəy Hacıbəylini təhsilini
yarımçıq qoymağa məcbur etdi. Üzeyir bəy Hacıbəylinin Azərbaycan teatr sənətinin inkişafında da mühüm xidmətləri olmuşdur. Üzeyir
və Zülfüqar Hacıbəyli qardaşlarının hələ 1916 ildə yaratdıqları "Hacıbəyli qardaşlarının opera-operetta artisləri dəstəsi" Azərbaycan
Xalq Cümhuriyyəti dövründə xüsusilə coşğun fəaliyyət göstərmişdir. Dövrünün müqtədir aktyor və rejissorlarını ətrafında toplayan truppa
həftədə üç gün növbə ilə dram, komediya, opera və operetta tamaşaları göstərmişdir. Truppa ilk tamaşalardan biri (1918, 26 oktyabr) kimi
Şəmsəddin Saminin "Gaveyi-ahəngər" əsərini seçmiş və tamaşanın gəliri Azərbaycanın müstəqilliyi və istiqlaliyyəti uğrunda şəhid
olanların ailələri üçün ayrılmışdı. 1918 il dekabrın 7-də, Azərbaycan Parlamentinin açılış günü "Hacıbəyli qardaşları" teatrı müdiriyy əti
milli Parlamentə təbrik teleqramı gönd ərərək "...vətən və millətimizin azad istiqlalı uğrunda var qüvvəsi ilə çalışmaqla milli ədəbiyyat,
milli mənəviyyat və sənayeyi-nəfisəmizin azad və sərbəst tərəqqi və inkişafına bir vəsilə olacağına qüvveyi-imanda etimad" etdiyini
bildirmişdi.
Hərtərəfli istedadını doğma xalqının milli və sosial-siyasi azadlığı, tərəqqisi uğrunda mübarizəyə həsr etmiş Üzeyir bəy
Hacıbəyli milli istiqlalın təcəssümü olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasını sevinclə qarşılamış, var qüvvə və bacarığı ilə
milli dövlətçiliyin təşəkkülü və inkişafı işinə qoşulmuşdur. Onun 1918-20 illərdəki fəaliyyəti Cümhuriyyətin rəsmi orqanı olan
"Azərbaycan" qəzeti ilə bilavasitə sıx bağlıdır. Üzeyir bəyin publisistik məqalə və felyetonları hər gün, yaxud günaşırı "Azərbaycan"
qəzetində çap olunur, b əzən isə bir nömrədə müxtəlif imzalarla iki yazısı çıxırdı. Qəzetin ilk redaktoru Üzeyir Hacıbəylinin kiçik qardaşı
Ceyhun bəy olmuşdu. Üzeyir bəy Hacıbəylinin özü isə 1919 il yanvarın 16-da çıxmış 89-cu sayından başlayaraq "Azərbaycan" qəzetinin
redaktoru olmuşdur. Bu vaxtdan "Azərbaycan" qəzeti "M üvəq-qəti müdir: Üzeyir bəy Hacıbəyli" imzası ilə buraxılmış və bu imza qəzetin
həmin il 30 iyun tarixli 215-ci sayına qədər davam etmişdir. Üzeyir bəy iki aylıq müalicədən qayıtdıqdan sonra, 1919 ilin sentyabrından
etibarən yenidən "Azər-baycan" qəzetində işə başlamış və 1920 il aprelin 27-nə kimi qəzetin müdiri işləmişdir.
Üzeyir bəy Hacıbəyli qəzetə rəhbərlik etməklə, onun ideya istiqamətini müəyyənləşdirmiş, Azərbaycanın müstəqil dövlət kimi
möhkəmlənməsinə çalışmışdır. "Azərbaycan"dakı fəaliyyətində Üzeyir bəy Hacıbəyli özünü istedadlı, bacarıqlı, dərin düşüncəli və milli
məsləkli publisist kimi göstərmişdir. Qəzetin səhifələrində Üzeyir bəy Hacıbəylinin Azərbaycan tarixinə, siyasi vəziyyətinə,
iqtisadiyyatına, sənayesinə (xüsusilə, neft sənayesinə), maarif və mədəniyyətinə və s. aid 100-dən çox məqaləsi dərc olunmuşdur. Müasir
ictimai-siyasi durumla yaxından səsləşən "M ühüm məsələlər", "Partiyalarımıza", "Təəssürat", "İstiqlal və istiqbal ümidi", "Tarixi
günümüz", "Andronik məsələsi", "Vəzifəmiz nədir", "Lənkəran faciəsi", "Kim nəyin fikrində imiş", "Fitnələr qarşısmda", "Naxçıvan və
Qarabağ", "Qarabağ haqqında", "İçimizdəki denikinlər",