475
lazımdır. Lakin onlara qarşı çıxmaq və onlara qarşı mübarizə aparmaq
müsəlman alimlərin icması ilə haramdır. Hətta əmir böyük günahkar və
diktator olsa da belə. Bu haqda əvvəl qeyd etdiyimiz hədislər dəlildir. Sünnə
əhli həmfikirdilər ki, əmir günahlarına görə hakimiyyətdən uzaqlaşdırıla
bilməz. Səbəb də odur ki, bu cür əməllər müsəlmanlar arasında fitnələrə,
müsəlmanların parçalanmalarına və nahaq qanların axıdılmasına gətirib
çıxardır. Buna görə də günahkarın hakimiyyətdən uzaqlaşdırmağın zərəri
xeyrindən daha çoxdur»
1412
. Bir məsələdə ayrılıq, ixtilaf varsa məyyən bir
insanı küfrdə ittiham etməyə maneədir. İbn Abdul Bərr
– rahmətullahi aleyhi –
deyir ki: “Küfrdə ittiham edilməz, üzərində (alimlər arasında) heç bir ixtilaf
olmayan bir şeyə görə küfrdə ittiham edilir”
1413
. Əmirlərdən açıq-aydın
Kufru
Bavah görmədikcə. İmam Nəvəvi
– rahmətullahi aleyhi – deyir ki: “Bavah –
açıq-aydın, zahirdə olan küfrdü. O, qədər açıqdır ki, bunu başqa cür yozmaq
olmaz”
1414
.
“...İslamı qəbul etdikdən sonra kafir olmuş...”. (ət-Tövbə 74).
“Sözsüz ki, iman gətirdikdən sonra kafir olan və küfrlərini bir daha artıran
kimsələrin tövbəsi qəbul olunmayacaq. Məhz onlar doğru yoldan azanlardır”.
(Ali İmran 90). Şeyx Useymin
– rahmətullahi aleyhi – deyir ki: “
Kufru Bavah –
bu elə bir küfrdür ki, günəş kimi aydın olan, heç bir şübhə doğurmayan aydın
bir elm üzərində bilinən küfrdür”
1415
. Şeyx Racihidən
– hafizahullah - soruşurlar:
“Kufru Bavah – şərtləri nədir?” deyə soruşurlar. Şeyx: “Bavah – açıq, aydın
küfrdür. Hansında ki, heç bir şübhə yoxdur. O, ki qaldı şübhəli olana, aydın
olmayana bu küfr Bavah sayılmaz”
1416
. İbn Bazz – rahmətullahi aleyhi – deyir ki:
“Kafir olmuş Əmirə qarşı çıxmaqda heç bir problem yoxdur, əgər buna imkan
varsa. Yox əgər imkan yoxdursa bu zaman çıxmaq olmaz və həmçinin əgər bu
usyan daha çox zərərin baş verməsinə səbəb olacaqsa ümumi xeyirə görə
çıxmaq olamaz. Buna şəriət qanunları dəlildir: “Ardınca daha çox zülm gətirən
bir zülmdən xilas olmaq olmaz. Əksinə, zülmdən elə bir yolla xilas olmaq
lazımdır ki, ya bütünlüklə getsin, ya da yüngülləşsin. O ki, qaldı ardınca daha
çox zülm gətirən zülmdən xilas olmağa bütün müsəlman alimlərinin icmasıyla
qadağandır...”
1417
. Şeyx Useymin – rahmətullahi aleyhi – deyir ki: “Əgər biz onu
devirmək gücünə sahibiksə bu zaman ona qarşı çıxılır, yox əgər bunu etmək
iqtidarında deyiliksə - çünki şəriətin bütün vacibatlarını etmək üçün qüdrətin
olması lazımdır. Əksinə çıxdığımız zaman bu rəhbərin zamanında olan
zərərdən daha çox şər ola bilər. Ona qarşı çıxsaq və o bizdən güclü olsa bu o
1412
«Müslimin şərhi» 12/299.
1413
“Təmhid” 17/22.
1414
“Riyadus Salihin”.
1415
“Fataya Akabir Fi Nazilə əl-Cəzair”.
1416
“Acibə Mufida ən-Asilə”.
1417
“Fətava İbn Bazz” 8/203.
476
deməkdir ki, bundan sonra daha çox alçaldılar və bundan sonra öz küfr və
diktatorluğunda daha çox inadkarlıq edəcəkdir. Belə bir suallar şəriət
çərçivəsində ağılla yoluna qoymaq lazımdır. Belə suallarda biz öz
hissiyatlarımızdan əl çəkinməliyik. Şəriətin çərçivəsində olmayan hisslər bizi
məhvə apara bilər”
1418
. Şeyx Useymin
– rahmətullahi aleyhi – deyir ki: “Bidət
əhlini Əhli Sünnətdən ayırd edən əlamətlərdən biri də əmirlərə qarşı
çıxmaqdır. Əhli Sünnə deyir ki: Bizlər əmirlərə hansı günahı, fasiqliyi edirsə
etsin itaət etməliyik o vaxta qədər ki, onlardan Kufru Bavah – açıq aydın küfr
edənə qədər. Peyğəmbər – sallallahu aleyhi və səlləm –– əmirlərə qarşı çıxmağı
qadağan edərək buyurdu: “Ancaq əmir sahibində açıq bir küfr görməniz
müstəsnadır ki, bu halda onun küfrü haqqında yanınızda Allahın kitabından
qüvvətli bir dəliliniz olmalıdır» deyə buyurdu
1419
. Birinci Şərt: Açıq bir küfr
görməniz.... – öz gözlərinizlə və ya bunu elmlə bilməkdir, eşitməklə yox.
İkinci
Şərt: Onun günahı Küfr olsun, fasiqlik yox. Əgər o zina edər, oğruluq edər, bu
onu İslamdan xaric eməz. Bu halda ona qarşı çıxmaq qadağandır. Üçüncü Şərt:
Onun Küfrü Bavah – açıq-aydın olsun. Təvil olmadan, əgər onun əməlində
təvil olarsa küfrdə ittiham etmək və ona qarşı çıxmaq olmaz. Dördüncü Şərt:
yanınızda Allah kitabından qüvvətli bir dəliliniz olmalıdır – Fərziyələr, qiyas,
şübhələr olmamalıdır. Bu açıq küfr olmalıdır və Allahdan dəlil olmalıdır. Yəni:
Quran və Sünnədən. Bu dörd şərt. Beşinci Şərt isə: Quran və Sünnədən
götürülən digər dəlillər. Bu da odur ki, bizdə güc qüvvət olmalıdır kafir olan
və açıq küfr edən əmiri devirmək üçün. Əgər bizdə güc olmazsa döyüşdən
sonra əvvəlki haldan daha çox şər gələcəkdir. Belə bir halda bizlər başqa bir
yolla özümüzü düzəltməyə çalışmalıyıq”
1420
. İbn Teymiyyə
– rahmətullahi aleyhi
– deyir ki: “Müsəlman rəhbərlərə qarşı onların etdiyi günahlara görə çıxmaq
doğru deyildir. Baxmayaraq ki, böyük günah sahibini zina və s. Böyük günah
edənləri öldürmək lazımdır. Lakin bu cür günah edər rəhbərə qarşı çıxmaq isə
qadağandır. Çünki rəhbərə qarşı çıxıldığı zaman baş verən hərci-mərcilik,
əmirin günahları nəticəsində baş verən hərci-mərcilikdən daha çoxdur”
1421
. İbn
Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Rəhbərə qarşı çıxan dəstə
bilməlidirlər ki, onların bu çıxışında olan zərər aradan qaldırmaq istədikləri
zərərdən daha çox ola bilər”
1422
.
2. Müsəlmanların namaz qılmalarını qadağan etmək (Allah və Rəsulunun
gətirmiş olduğu şəriəti, dini dəyişdirmək və s). Ummu Sələmə - radıyallahu
anhu – rəvayət edir ki, Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurdu: «Yaxın
1418
“Babul Məftuh” 3/126.
1419
Buxari 7056, Muslim 1709.
1420
“Babul Maftuh” 108.
1421
“Məcmuul Fətava” 22/61.
1422
“Minhəcus Sunnə” 3/391.