479
olar». Daha sonra Əli
- radıyallahu anhu – Bəsrəlilərin təkbir gətirərək: «Qan
yerdə qalmayacaqdır» qışqırtısını eşitdikdə dedi: «Allahım Osman - radıyallahu
anhu – nun qatillərini üzüqoylu (Cəhənnəmə) at». Abdullah b. Şəddaf b. əl-
Hadi rəvayət edir ki: «Xəvariclər Əli - radıyallahu anhu – dan ayrıldıqdan sonra
Əli onlara İbn Abbas - radıyallahu anhu – göndərdi. Bunlar da İbn Abbas ilə
Allahın kitabı üzərində üç gün mübahisə etdilər. Nəhayət onlardan dörd min
kişi geri döndü»
1432
. Xülasə budur ki, xaricilər (üsyançılar) itaət etməyib geri
dönməyi qəbul etməzlərsə onlara nəsihət edəcək və onları döyüşlə
hədələyəcəkdir (yəni döyüşə həmin an başlamayacaqdır). Çünki məqsəd
onları öldürmək deyildir, onları bu hərəkətlərindən çəkindirib şərlərini dəff
etməkdir. Bu da sözlə həll edilə bilərsə döyüşməkdən daha yaxşı olur. Əgər
onlar möhlət istəyərlərsə xəlifə onların vəziyyətlərinə baxacaq və onlar
haqqında araşdırma apardıqdan sonra onların məqsədlərinin təkrar itaətə
dönmək və həqiqəti başa düşmək olduğuna əmin olarsa onlara möhlət
verəcəkdir. İbn Munzir – rahmətullahi aleyhi – deyir ki: «Elm aldığım bütün
alimlərin hər biri bu açıqlamalarda ittifaq etmişlər»
1433
.
Şeyx Useymin
– rahmətullahi aleyhi – deyir ki: “Günümüzdə bir çox insanları
görmək olar ki, özlərini dinə nisbət edirlər və dinin qeyrətini çəkirlər. Allah və
Rəsulunu küfrdə ittiham etmədiyi kimsələri küfrdə ittiham edirlər. Hətta
bəziləri müsəlman rəhbərlərə qarşı çıxaraq onları küfrdə ittiham edir ona görə
ki, bu əmirlər qadağan olunmuş şeyləri edirlər. Lakin ola bilər ki, bu məsələdə
fikir ayrılığı olsun, ola bilər ki bu rəhbərlər üzürləri vardır cahilliklərinə və
1432
Sayı 12 minə yaxın, qəlbində mərəz olan xəvariclər Rəsulullah
– sallallahu aleyhi və səlləm – in yolu ilə
gedən Əlinin başçılıq etdiyi cəmaatdan ayrılıb, ona qarşı çıxdılar və Əli - radıyallahu anhu – nu kafir saydılar.
Əli - radıyallahu anhu – nəsihət etmək üçün İbn Abbas - radıyallahu anhu – nu onların yanına göndərdi. Onlar
Əli - radıyallahu anhu – nun günahkar saydılar və üç məsələdə onu ittiham etdilər: 1. Nə üçün Əli - radıyallahu
anhu – Muaviyə
- radıyallahu anhu – ilə sülh başladıqda
– Əmir əl-Möminin – ifadəsini qeyd etmədi? 2. Nə
üçün Əli - radıyallahu anhu – Muaviyə - radıyallahu anhu – tərəfdən cariyə götürmədi? 3. Nə üçün Əli -
radıyallahu anhu – Quran və Sünnə ilə yox, iki nəfərin danışığı nəticəsində əldə edilən razılıq ilə sülh bağladı?
İbn Abbas - radıyallahu anhu – onların etirazlarını dinlədikdən sonra dedi: 1. Peyğəmbər – sallallahu aleyhi və
səlləm – Hudeybiyyə zamanı müşriklərlə sülh müqaviləsi bağladıqda – Rəsulullah (Allahın elçisi) – ifadəsini
qeyd etmədi. Həmçinin Əli - radıyallahu anhu – nun etdiyi bu əməl Sünnəyə müvafiqdir. 2. Deyin görək
Peyğəmbər – sallallahu aleyhi və səlləm – in zövcəsi və möminlərin anası sayılan qadından (Aişə) cariyə
olarmı? 3. Həqiqətən də Əli - radıyallahu anhu – Quran ilə hökm vermişdir. «(Ey möminlər!) Əgər onların (ər-
arvad və s.) arasında ixtilaf olacağından qorsanız, o zaman hər tərəfdən bir münsif (vasitəçi) təyin edib
göndərin. Onları barışdırmaq istəsə Allah da onların köməyi olar. Həqiqətən Allah (hər şeyi) bilən və (hər
şeydən) xəbərdardır». (ən-Nisa 35). Bu cavablardan sonra onların əksəriyyəti düz yola qayıtdı. Yerdə qalanı
isə fitnə-fəsad törətməkdə davam etdilər. Onlar Abdullah b. Xabbəb - radıyallahu anhu – nu, zövcəsini və
onlarla olan üç qadını da öldürdülər. Bu hadisə Əli - radıyallahu anhu – ya çox təsir etdi. Bu dəfə o, əl-Hərb b.
Murranı - radıyallahu anhu – nu onların yanına göndərdi. Onlar Əli - radıyallahu anhu – nun bu elçisini də
öldürdülər. Əli - radıyallahu anhu – onlardan öldürülənlərin qatillərini tələb etdikdə, onlar qatilləri Əli -
radıyallahu anhu – ya verməkdən imtina etdilər və: Biz hamımız qatilik – dedilər. Səbri tükənmiş Əli qoşun
hazırlayıb onların üzərinə hücum etdi və Bağdad şəhərinin cənub-şərqində yerləşən Nəhrəvan adlı yerdə
onların hamısını məhv etdi. İbn Kəsir «əl-Bidayə vən Nihayə» 4/289.
1433
İbn Qudamə «əl-Muğni» 8/108.
480
elmsiz olduqları üçün. Əmiri yaxşı insanlar müşaəət etdikləri kimi pis insanlar
da müşaəət edə bilər. Məs: Əmirin yanına yaxşı insanlar gəlib: Bu qadağandır,
belə etmək olmaz” deyildiyi kimi pis insanlarda gəlib: “Bu halaldır, belə et!”
deyə bilərlər. Çünki müsəlman rəhbərlərinin əksəriyəti şəriətdən xəbərsiz-
dirlər, mən bunu ona görə deyirəm ki, sizə bunun nə qədər təhlükəli olduğunu
və təkfirin şərtləri və maneləri olduğunu açıqlayım”
1434
. 90-cı illərdə Əlcəzairdə
baş verənlər bunun əyani sübutudur. O, zaman ki, rəhbər kafir elan olunaraq
ona qarşı çıxmağa başladılar. Şeyx Fovzan – rahmətullahi aleyhi – deyir ki:
“Şübhə yoxdur ki, təhlükəsizlik (əmin-amanlıq) insanlar üçün cəmiyyət üçün
onlara su və yeməklərindən daha çox lazımdır. Buna görə də İbrahim ilk
olaraq Allahdan təhlüksizlik sonra isə ruzi dilədi. “Bir zaman İbrahim dedi:
"Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et, onun əhalisinə, – onlardan Allaha
və Axirət gününə iman gətirənlərə – hər növ məhsullardan ruzi ver!" Allah
dedi: "Mən kafir olanlara bir qədər zövq almağa izin verərəm, sonra da onları
Cəhənnəm əzabına düçar edərəm. Ora necə də pis dönüş yeridir!". (əl-Bəqərə
126). Qorxu zamanı insanın yemək içmək də belə yadına düşmür, buna
ehtiyacı belə azalır. Qorxu zamanı sərhədlər bağlanılır, ölkələrdən gətirilən
ərzaq yoları bağlanır, buna görə də Allah quldurluq və yol kəsməyə görə
şiddətli bir cəza tətbiq etmişdir. İslam isə beş vacib olan şeyi qorumaq üçün
gəlmişdir. Zərurətul Xams – Din, həyat, ağıl, qeyrət (namus) və malı. Şiddətli
bir cəza vardır bu beş şeydən birinə təcavüz edən kimsə üçün. Fərq etməsə
təcavüz edilən müsəlmandır, yoxsa kafir. Kafirə hansı ki müsəlman ilə bir yola
çıxıb Muahəd – müsəlmana qadağan olunanlar ona da qadağandır. Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurdu: “Kim Muahədi öldürərsə Cənnətin iyini
hiss etməz”. Kim ki, əminliyi pozursa onlar ya Xəvaricdirlər, ya quldur, ya da
üsyançı. Bu üç qrupa da şiddətli cəza vermək lazımdır”
1435
. İbn Teymiyyə
–
rahmətullahi aleyhi – Bəni Umeyyə hakimiyyətinə qarşı çıxan İbn əl-Əşas və İbn
əl-Muhəlləbə haqqında deyir ki: “Onlar məğlubiyyətə uğradılar, necə ki
onunla olanlar da məğlubiyyətə uğradılar. Nə Allahın dinini bərqərar edə
bildilər nə də onu yaxşı edə bildilər. Çünki Uca Allah Din və dünya üçün heç
bir xeyir gətirməyən işlərin edilməsini əmr etmir. Hətta onu edən kimsə Allaha
yaxın olan, Cənnətlə müjdələnmiş təqva əhli olsa da belə. Onlar Əli, Aişə,
Təlhə, Zubeyr – Allah onlardan razı olsun - və s. Yaxşı deyildirlər. Halbuki onlar
belə fitnələr zamanı baş verən hadisələrə görə tərif olunmamışlar. Baxmayaq
ki, onlar Allah dərgahında yüksək bir məqama sahibdirlər və onların niyyətləri
isə hər bir kəsin niyyətindən də yaxşı idi”
1436
. İbn Ömər - radıyallahu anhu –
1434
“Şərh Qavaidul Musla” 77.
1435
“Fətava Şəriə Fil Qadaya əl-Əsriya” 125.
1436
“Minhəcus Sunnə” 4/528.