481
rəvayət edir ki, Peyğəmbər
– sallallahu aleyhi və səlləm – hicrət vaxtı üzünü bizə
çevirib buyurdu: «Ey mühacir cəmaatı! Beş şey vardır ki, ondan Allaha sığının.
Hər hansı bir qövmdə zinakarlıq açıq-aydın yayılarsa Allah onları taunla və
başqa xəstəliklə cəzalandırar ki, bundan qabaq bu xəstəlik haqqında
eşitməyiblər. Hər hansı qövmdə çəkidə və ölçüdə aldadarlarsa Allah da onları
aclıqla və qəddar sultanla sınağa çəkər. Hər hansı bir qövmdə zəkat verilməzsə
Allah da onları quraqlıqla sınağa cəkər və əgər heyvanlar olmasaydı onlara heç
yağış da yağmazdı. Hər hansı bir qövm Allah və Rəsulunun əhdini pozarsa
Allah da onların üzərinə onlardan olmayan düşmənlərini salar və əllərində
olan şeyləri də onlardan alarlar. Onların imamları (hər hansı bir qövm) Allahın
kitabı ilə hökm etməzlərsə Allah da onları zəlil edər»
1437
. Peyğəmbər
– sallallahu
aleyhi və səlləm – buyurdu: “Allahın nemətəri barəsində danışın – bu şükürdür,
onu tərk etmək isə - küfrdü”
1438
.
RƏHBƏRİ SÖYƏN, GÖZDƏN SALMAĞA ÇALIŞAN VƏ
DAİMA NARAZILIQ EDƏN (DEYİNƏN) KİMSƏLƏR
BARƏSİNDƏ
İmam Acurri – rahmətullahi aleyhi – əş-Şəria adlı kitabının səh 21-də deyir ki:
«Sələf və Xələf alimləri Xəvariclərin pis bir qövm, Allah və Onun Rəsuluna
qarşı üsyan etmiş günahkarlar topluluğu olduğu xüsusunda ixtilaf etməmişlər.
Onlar oruc tutsalar da, namaz qılsalar da və etdikləri digər ibadətlər də çox
həvəs göstərsələr də bütün bu əməllərin onlar üçün bir faydası yoxdur.
Bununla belə onlar yenə də yaxşılığı əmr etməyi və pislikdən çəkinməyi açıqca
etsələr də, bu etdikləri onlara bir xeyir gətirməz. Çünki onlar Qurani Kərimi öz
istək və arzularına görə təfsir etmişlər və müsəlmanlara qarşı batili haqq
göstərmək mücadiləsinə girmiş bir qövmdür». Digər bir yerdə isə səh 28-37-də
deyir ki: «Xaricilərin bir görüşünə sahib olub, adil olsun və ya zalım olsun, bir
imama qarşı çıxan və bu uğurda yollara düşüb insanları imamın əleyhinə
toplayaraq qılıncına sarılan və müsəlmanların qanını axıtmağı halal görən
kimsənin nə Quran oxuması, nə namazlardakı qiyamının uzunluğu, nə
orucunun davamlığı, nə də elmlə əlaqəli sərf etdiyi gözəl sözləri sizləri aldadıb
çaşdırmasın» deyər və onlar haqqında hədisləri bir-bir zikr edər. Xaricilərin
məzhəbindən çəkindirmək üçün zikr etdiyim bu xəbərlər Kərim olan Allahın
qoruduğu kimsə üçün açıq-aydın bir xəbərdir. Çünki belə bir kimsə
Xəvariclərin fikirlərini mənimsəməmiş, imamların pisliklərinə və idarəçilərin
zülmlərinə səbr etmiş, onlara qarşı qılıncıyla üsyanda olmamışdır. Allahdan
1437
İbn Məcə 4019, İmam Əhməd, əl-Albani «Səhih Silsilə» 106.
1438
Əhməd 4/278, əl-Albani “Səhih Silsilə” 2/276.
482
həm özümdən, həm də bütün müsəlmanlardan zülmü qaldırmasını istəmiş,
idarəçilərə saleh dua etmişdir. Yenə də onlarla birlikdə həcc etmiş,
müsəlmanların düşmənlərinə qarşı idarəçilərlə birlikdə cihad etmiş, onların
arxasında namaz, cümə və bayram namazlarını qılmışdır. Onlara itaət etməyi
əmr edildikdə gücü çatdığı təqdirdə onlara itaət etmiş, əgər mümkün
olmamışsa öz üzürünü onlara bildirmişdir. Əgər ona günah etməyi əmr
etmişlərsə onlara itaət etməmişdir. Sonra o, idarəçilər arasında fitnələr zamanı
evinə çəkilmiş, dilini və əlini tutmuş, onların hallarına meyl etməmiş və
fitnəyə yardım etməmişdir. Həqiqətən də bu özəlliklərə sahib olan kimsə
Allahın diləməsi ilə doğru yol üzərindədir». İmam Şovkani – rahmətullahi aleyhi
– öz «Seylul Cərrah» adlı kitabında 4/556-da deyir ki: «Bəzən imamın xətaları
açıqca görünən kimsənin idarəçisinə nəsihət edərək şahidlərin gözləri önündə
onların ayıblarını ifşa etməyərək hədisdə keçdiyi kimi imamın əlindən tutaraq
və onunla təkbətək qalaraq nəsihət etməkdir. Bununla bərabər ona qarşı
nəsihətdə ədalətli olmalı və Allahın sultanını yer üzündə zəlil buraxmamalıdır.
İmamlar zülmlərində hansı dərəcəyə çatırlarsa çatsınlar namazlarını qıldıqları
və onlardan açıq-aydın bir küfr olmadığı müddətdə onlara qarşı çıxmağın caiz
olmadığıdır. Bu mənada varid olan hədislər mütəvatir dərəcəsindədir. Fəqət
idarəçisinə itaət edən kimsə bunu da bilməlidir ki, idarəçisinə Allaha itaətdə
itaət etməli, Allaha üsyan olan məsələlərdə isə üsyan etməməlidir. Çünki
yaradana üsyanda yaradılana itaət yoxdur». İbn Qeyyim – rahmətullahi aleyhi –
«Miftahu Darus Səadə» adlı əsərində qeyd edir ki: «Müsəlmanların cəmaatına
bağlı qalmaq» sözü qəlbi saxtakarlıq və hiyləgarlıqdan təmizləyən
səbəblərdəndir. Çünki bu sifətə sahib olan kimsə sırf müsəlmanların cəmaatına
bağlandığından ötrü öz nəfsi üçün istədiyini (sevdiyini) onlar üçün də sevər,
öz nəfsi üçün xoş görmədiyini onlar üçün də xoş görməz. Onları üzən şey onu
da üzər, onları sevindirən şey onu da sevindirər. Bütün bu sifətlər
müsəlmanları buraxaraq onları tənə etməklə bərabər eyibləri ilə əlləşən bidət
əhli, Xəvariclər, Mötəzilə və s. əməllərinin tam tərsidir. Çünki onların qəlbləri
saxtakarlıq və kinlə doludur». İmam Təhavi – rahmətullahi aleyhi – deyir ki:
«Müsəlman əmir sahiblərinə və imamlarımıza qarşı haqsızlıq etsələr də belə
onlara qarşı çıxmağı uyğun görmərik və onların əleyhinə dua etməyin. Onlara
itaətdən də əl çəkməyin. Onlar bizlərə günah etməyi əmr etmədikcə onlara
itaəti Allaha itaət dairəsində fərz görürük. Allaha qarşı çıxmağı bizə
söyləmədikləri müddətdə onlara xeyirlə dua edərik»
1439
. İbn Teymiyyə
–
rahmətullahi aleyhi – demişdir: «Əhli Sünnənin məşhur nəzər nöqtəsinə əsasən
onlar başçıya qarşı çıxmağı və onunla qılınc vasitəsilə döyüşməyi düzgün
hesab etmirlər və bu başçının zülm etməsindən asılı deyildir. Buna dəlil
1439
«Şərhu Əqidətul Tahaviyyə» əl-Albaninin təhqiqi ilə səh 379.