511
səfərlər yalnız ehtiyac halında edilir. Kafirlərin diyarında ehtiyac ödəniləcək
qədər qalmaq icazəlidir. Lakin bu ehtiyac ödənildikdən sonra müsəlmanın öz
diyarına qayıtması vacibdir. İcazəli səfərlərdən biri də müsəlman bir kimsənin
öz dini ilə kafirləri tanış etməsi, dinilə iftixar duyması, lakin bununla yanaşı
şər və fitnə olan yerlərdən uzaq olması və düşmənlərin hiyləsinə qarşı diqqətli
olması lazımdır. Eyni zamanda Allahın yoluna dəvət etmək və İslam dinini
yaymaq məqsədilə kafirlərin diyarına getmək bəzən caiz (icazə verilən), bəzən
də fərz olur.
4 – Müsəlmanlara Qarşı Kafirlərə Yardım Etmək, Onları Dəstəkləmək,
Onları Tərif Etmək Və Qorumaq
Bu davranış insanı dindən çıxardan və dindən dönməsinə səbəb olan
şeylərdəndir ki, bundan da Allaha sığınırıq.
5 – Kafirlərdən Kömək İstəmək, Onlara Etibar Etmək (Arxalanmaq),
Müsəlmanların Sirlərini Öyrənəcək Vəzifələrə Onları Təyin Etmək, Onları
Sirdaş Və Məsləhətçi Seçmək
«Ey iman gətirənlər! Özünüzdən başqasını özünüzə sirdaş (dost) tutmayın.
Onlar sizin barənizdə fitnə-fəsad törətməkdən əl çəkməzlər, sizin zərərə və
əziyyətə düşməyinizi istərlər. Həqiqətən onların sizə qarşı olan ədavəti
ağızlarından çıxan sözlərdən aşkar olur. Amma ürəklərində gizlətdikləri
(düşmənçilik) isə daha böyükdür. Əgər düşünüb dərk edirsinizsə ayələri artıq
sizə izah etdik. Bəli siz o, kimsələrsiniz ki, onları sevirsiniz, onlar isə sizləri
sevməzlər. Siz Kitabın hamısına inanırsınız. Onlar sizinlə görüşdükləri
zaman: Biz də inandıq – deyir, xəlvətdə olduqda isə sizə qarşı qəzəblərindən
barmaqlarını gəmirirlər. (Ya Məhəmməd!) De ki: Acığınızdan ölün! Əlbəttə
Allah ürəklərdə olanları biləndir». (Ali İmran 118-119). Bu ayələr kafirlərin
müsəlmanlara
qarşı
qəlblərində
gizlətdikləri
kin-küdurəti,
nifrəti,
müsəlmanların əleyhinə hər cür hiylə və tələ qurmalarını, istənilən yolla onlara
əziyyət və zərər verə bilmək niyyətində olduqlarını göstərir. Bununla onlar
(kafirlər) müsəlmanların onlara olan inamından istifadə edərək onlara zərər
vermək, onlara qələbə çalmaq və bu yolla məqsədlərinə çatmaq üçün planlar
qurduqlarını ortaya çıxarmışdır. Əbu Musa əl-Əşari – radıyallahu anhu – dan
rəvayət etdiyinə görə o, demişdir: «Bir gün Ömər – radıyallahu anhu – ya
dedim: Mənim bir Xristian katibim var. Mənə: Vay sənin halına. Kimi sən
yanında saxlayırsan. Məgər sən Allahın bu ayəsini eşitməmisən: «Ey iman
gətirənlər! Yəhudi və Xaçpərəstləri özünüzə dost tutmayın! Onlar bir-birinin
məktəb və Universitetlərində bu kimi elmlərin keçrilməməsi səbəb olmalıdır. Lakin müsəlmanların ehtiyacı
olmayan və müsəlman məktəb və Universitetlərində bu kimi elmərin olması halında kafir diyarında qalmaq
caiz deyildir. Çünki bu qalmaq həm din, həm iman üçün təhlükəli və çox sayda malın boş yerə sərf
edilməsidir. «Üç əsas» Şeyx Useymin.
512
dostudurlar…». (əl-Maidə 51). Hənif
1532
olan birisini tapsaydın nə olardı? dedi.
Mən: Ey möminlərin əmiri! O, mənə yalnız yazmaq üçün lazımdır. Yazması
mənə, dini isə özünə aiddir. Ömər: Allah onlara nifrət etmişkən mən onlara
ikram etmərəm, Allah onları zəlil etmişkən mən onları necə ucaldım, Allah
onları özündən uzaqlaşdırmışkən mən onları necə (özümə) yaxınlaşdırım!».
Əhməd, Beyhəqi, əl-Albani “İrva” 2630.
İmam Əhməd və İmam Müslimin ravayət etdikləri hədisdə Peyğəmbər –
sallallahu aleyhi və səlləm – Bədr döyüşünə çıxdığı zaman müşriklərdən biri
onları təqib edərək Harra adlanan yerdə onlara çatdı və: «Səni təqib etmək və
səninlə müvəffəqiyyət qazan-maq istəyirəm (döyüşdə əldə edəcəyin
qənimətdən mən də almaq istədim)» dedi. Peyğəmbər: «Allaha və Onun
Rəsuluna iman edirsənmi?» deyə buyurdu. O: «Xeyr» deyə cavab verdi.
Peyğəmbər: «Onda geri dön! Çünki mən müşrik birisindən əsla kömək
istəmərəm» deyə buyurdu.
Yuxarıda qeyd olunan ayə və hədislərdən göründüyü kimi müsəlmanların
hallarını öyrənib onların sirlərini əldə etmək və hiylə işlədərək müsəlmanlara
zərər verməyə imkan verən işləri kafirlərə əta etmək və bu vəzifələrə təyin
etmək haramdır. Günümüzdə bir çox müsəlman diyar-larında o, cümlədən
Hərameyin diyarına (Məkkə və Mədinəyə) kafirlər cəlb edilərək evlərdə işçi,
sürücü, xidmətçi, dayə olaraq müsəlman ailələrilə iç-içə yaşamalarına və
müsəlmanlarla qaynayıb-qarışmaları-na səbəb olmuşdur.
6 – Kafirlərin Dini Mərasimləriylə, (Yeni İl) Bayramlarını Göstərən
Miladi Təqvimi Kimi Tarixləri İstifadə Etmək
Miladi təqvimi İsa – əleyhissəlam – ın doğum gününü xatırladan bir
təqvimdir. Bunu Xristianlar özləri uydurmuşlar. İsa – əleyhissəlam – ın dinində
belə bir şey yoxdur. Miladi tarixini (say hesabı olaraq) istifadə etmək onların
simvol və bayramlarında iştirak etmək deməkdir.
Səhabələr – Allah onlardan razı olsun – bundan çəkinmək üçün bir tarix
qoyulmasını istədikdə ikinci xəlifə Ömər – radıyallahu anhu – nun zamanında
kafirlərin tarixini istifadə etməkdən çəkinmiş və Peyğəmbər – sallallahu aleyhi
və səlləm – in Məkkədən Mədinəyə hicrət etdiyi vaxtı tarix olaraq qoymuşlar.
Bu və buna bənzər şeylərdə kafirlərə müxalif olmaq (hər bir müsəlmana)
vacibdir.
7 - Kafirlərin Bayramlarında İştirak Etmək, Bu Bayramların
Keçrilməsində İştirak Etmək, Bu Bayramların Qurulmasında Yardımçı
Olmaq Və Onları Bu Münasibətlə Təbrik Etmək
1532
Əbu Hənifə – rahmətullahi aleyhi – deyir ki: «Hənif – haqq üzərində düz yeriyən və ona uyan kimsə
deməkdir. Bütün dinlərdən üz çevirərək haqqa yönələn kimsədir». «Lisanul Ərəb» 9/157, «İbn Kəsir təfsiri»
1/186,187, «Muhtarus Sihah» s. 159. Digər bir tərif isə: «Şirkdən uzaq olan, Allaha ixlas üzərində bina edilmiş
dinin adıdır» Şeyx Useymin «Üç əsas».