515
düşməyinizi istərlər». Kafirləri müsəlmanların üzərində güc və əmr sahibi
edəcək vəzifələrə nazir və nəsihətçi təyin etməklə müsəlmanların sirlərini
öyrənə biləcək mühüm yerlərə kafirləri gətirmək və ya İslam dövlətində onlara
vəzifələr vermək əsla caiz deyildir. 2. Müsəlmanlardan bu vəzifəni yerinə
yetirə biləcək hər hansı bir kimsənin olmaması şərtilə, yol göstərmək, bina inşa
etmək, yollar çəkmək kimi İslam dövləti üçün təhlükəli olmayan bəzi aşağı
işlərdə maaş qarşılığında kafirləri işlətmək caizdir. Çünki Peyğəmbər –
sallallahu aleyhi və səlləm – və Əbu Bəkr – radıyallahu anhu – Mədinəyə hicrət
edərkən onlara yol göstərməsi üçün müşrik olduğu halda Abdullah b. Uraykit
əl-Leysini pul qarşılığında tutmuşdular
1537
.
2) Döyüşdə kafirlərdən kömək istəmək barəsində hökmə gəlincə bu haqda
alimlər arasında görüş ayrılığı vardır. Doğru olan odur ki, cihadda kömək
itənilən kimsə əmin bir kimsədirsə, ehtiyac və zərurət halında bu caizdir. Bu
məsələ ilə bağlı İbn Qeyyim – rahmətullahi aleyhi – Hudeybiyyə sülhündə olan
faydalar haqqında deyir: “Bu sülh müqaviləsinin faydalarından biri də ehtiyac
halında cihadda əmin olunan müşrik bir kimsədən kömək istəməyin caiz
olmasıdır. Bunun hikmətinə gəldikdə isə bu kimsə düşmənə qarışaraq onların
xəbərlərini almağa daha yaxın olduğundan bu hal müsəlmanların xeyirinədir.
Zərurət halında kafirlərdən kömək istəmək də caizdir. Zuhri – rahmətullahi
aleyhi - Peyğəmbər
– sallallahu aleyhi və səlləm – in hicrətin 7-ci ilində Xeybər
döyüşündə bəzi Yəhudilərdən kömək istədiyini rəvayət etmişdir. Yenə Əbu
Cəhlin oğlu Safvan müşrik olduğu halda Hüneyn döyüşündə iştirak etmişdi.
Zərurət halı döyüşdə kafirlərin sayının çox olması və onlardan qorxu hissi
olmasıdır. Lakin ehtiyac olmadığı zaman kafirlərdən kömək istəmək caiz
deyildir. Çünki kafirin hiyləsindən əmin olmaq olmaz. Onun içində gizlətdiyi
niyyəti şərdir”
1538
.
1537
Bax: Peyğəmbər – sallallahu aleyhi və səlləm – in həyatı ilə bağlı kitablara.
1538
Həmçinin - Kafirlərin durumlarını incələmək, batil əqidələrini, batil ibadətlərini, əxlaqlarını öyrənmək
məqsədilə və insanları onlara aldanmaqdan çəkindirmək, onları bəyənənlərə iç üzlərini açmaq bir cihaddır.
Çünki bunun sonunda küfrdən və kafirlərdən çəkindirmək ortaya çıxar ki, bu da İslama dəvətdir. Bütün
bunları etdikdə yenə də bir şərti yerinə yetirmək lazımdır ki, o da: İslama, Peyğəmbərinə, müsəlmanların
əmirlərinə bunun qarşılığın-da təhqir, alçaltmaq kimi fitnələr baş verməsin Əgər belə bir hal baş verərsə
onda bu işdən uzaq durmaq lazımdır. «Allahdan başqalarının tanrılarını söyməyin. Yoxsa onlar da (Allaha
qarşı hörmət və ehtiram) bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər. Sonra onlar Allahın hüzuruna
qayıdacaqlar. Allah isə onlara etdikləri əməllər barəsində xəbər verəcəkdir». (əl-Ənam 108). Həmçinin -
müsəlmanlara cəsusluq məqsədilə küfr diyarında qalmaq da buna bənzər. Çünki belə bir kimsə kafirlərin
müsəlmanlar üçün hazırladıqları hiylələri öyrənib müsəlmanları bu təhlükələrdən qorumuş olar. Buna qarşı
tədbir görmələrinə səbəb olmuş olar. Peyğəmbər – sallallahu aleyhi və səlləm – Xəndək döyüşündə müşriklərin
halını öyrənmək üçün Xuzeyfə b. Yəmən – radıyallahu anhu – nu müşriklərin yanına göndərmişdir. Sələmə b.
Əkva – radıyallahu anhu – rəvayət edir ki, Mədinəyə qayıtmaq üçün yola çıxdıq. Yolda müşrik olan Lahyan
qəbiləsinə yaxın bir yerdə dayanmalı olduq. Bizimlə onların arasında bir dağ var idi. Peyğəmbər – sallallahu
aleyhi və səlləm – bu gecə o, dağa çıxıb müşriklər haqqında həm (düşmənin halı, sayı, həm də müsəlmanları
düşmənlərin hücumundan xəbərdar etmək üçün) xəbər gətirən şəxs üçün Allahdan bağışlanma dilədi. Əbu
516
MÖMİNLƏRƏ DOSTLUQ BƏSLƏMƏYİN ZAHİRİ
ƏLAMƏTLƏRİ
1 – Kafirlərin Diyarlarını Tərk Edib, Müsəlmanların Diyarlarına Hicrət
Etmək
Hicrət – dinini saxlamaq (qorumaq) üçün kafirlərin diyarından
müsəlmanların diyarına köç etmək deməkdir. Bu məqsədə və qaydaya
əsaslanaraq hicrət etmək fərzdir və bu hökm günəşin batdığı yerdən doğacağı
Qiyamət gününə qədər davam etməkdədir. Peyğəmbər – sallallahu aleyhi və
səlləm – müşriklərin arasında yaşayan hər bir müsəlmandan uzaq olduğunu
bildirmişdir
1539
. Buna görə də müsəlmanın kafirlərin diyarında yaşaması
haramdır. Yalnız hicrət etməyə gücü çatmayan və ya insanları Allahın yoluna
dəvət etmək və İslamı yaymaq kimi dini bir mənfəət üçün orada yaşayan
bundan müstəsnadır. «Mələklər öz nəfslərinə zülm edənlərin (Məkkədə kafirlər
içərisində qalıb hicrət etməyənlərin) canlarını alarkən deyəcəklər: Siz (hicrət
zamanı) nə vəziyyətdə idiniz? Onlar söyləyəcəklər: Biz yer üzündə zəif (aciz)
kəslər idik! (Mələklər də onlara): Allahın torpağı geniş deyilmidi ki, siz də
hicrət edəydiniz? – deyəcəklər. Onların sığınacaqları yer Cəhənnəmdir. O, necə
də pis yerdir. Yalnız hicrət etməyə yol və çarə tapmağa qadir olmayan aciz
kişi, qadın və uşaqlar müstəsnadır». (ən-Nisa 97-98).
2 – Müsəlmanlara Dini Və Dünyavi Məsələrdə Ehtiyac Duyduqları
Şeylərdə Onlara Can, Mal Və Sözlə Dəstək Olmaq Və Onlara Kömək Etmək
«Mömin kişilərlə mömin qadınlar bir-birinə dost, həyandırlar». (ət-Tövbə
71). «Əgər onlar din yolunda (kafirlərə qarşı) sizdən kömək istəsələr aranızda
saziş olan bir tayfa əleyhinə yardım istis-na olmaqla, onlara kömək
göstərmək sizə vacibdir. Allah nə etdiklərinizi görəndir». (əl-Ənfal 72).
3 – Müsəlmanların Kədər Və Acılarına Üzülmək, Sevinc Və Fərəhlərinə
Sevinmək
Numan b. Bəşir – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu
aleyhi və səlləm – buyurdu: «Sən görürsən necə müsəlmanlar bir-birilərinə olan
Sələmə deyir ki: «Mən o, gecə iki və ya üç dəfə o, dağa çıxdım». Buxari «Xeybər döyüşü babı», Müslim 2406.
Həmçinin – Müsəlman dövlətinin ehtiyacı və kafir bir dövlət ilə əlaqələri düzəltmək üçün qalmaq. Səfirliklər
buna aiddir. Bax: «Üç əsas» Şeyx Useymin.
1539
Cərir b. Abdullah – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu:
«Mən müşriklərin arasında yaşayan nə qədər müsəlman varsa ondan uzağam». Mən: “Ey Allahın Rəsulu!
Nə üçün?” deyə soruşdum. O: «Onların atəşləri bir-birini görməz» deyə buyurdu. Əbu Davud, Tirmizi, əl-
Albani «Səhihul Cəmi» 146. Yəni onların evlərini yanyana qurmaları baş tutan bir şey deyildir. Onlarla iç-içə
yaşamaq, övladlarını onlarla oxuyub, böyüyüb boya-başa çatması, onların əxlaqını, ibadət və ədəblərini
təqlid edəcək hala gəlməsidir. Hər küfrün şəriət elan edilməsi, hökümlərin Allah və Rəsulunun haqqından
başqasına verildiyi kafirlərin diyarında mömin bir kimsə könül xoşluğu ilə necə qala bilər? O, bunları gözləri
ilə görüb, qulaqları ilə eşidirkən belə bir şeyə necə razı ola bilər? Hansı ki, onun dini, imanı, övadları üçün
böyük bir təhlükə vardır. Şeyx Useymin «Üç əsas».