521
VƏLA VƏ BƏRA MÖVZUSUNDA İNSANLARIN
QİSİMLƏRİ
Birinci Qrup: Nifrət Edilməkdən Uzaq Olaraq Yalnız Və Yalnız
Sevilməyə Layiq Olan Kimsələrdir
yaşayaraq öz dinlərində qalan Kitab Əhlidir. Onlara himayə verilmiş və onlara əziyyət vermək və
özldürmək olmaz. Ərəbstanda kafirlər, Zimmə əhli yoxdur. Ora gələnlər Mustəmnun – himayədar ilə ölkəyə
daxil olanlardır. Artıq o, qorunmaq altındadır. Ölkəyə daxil olanlar da iki qismdir: 1) Hansı şərtlərlə daxil
olubsa o, şərtlərə zidd hərəkət etməməlidir. Bu şərtləri pozmurlarsa (söz və əməlləri) ilə onlarla ədalətlə və
yaxşılıqla davranılır. Belələrinə İslamı sevdirmək, onları dəvət etmək lazımdır. Onların haqlarını Allahın
əmr etdiyi formada vermək lazmdır. «Əgər müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah
kəlamını dinləsin. Sonra onu əmin olduğu yerə çatdır». (ət-Tövbə 6). «Müqavilə bağladıqdan sonra sizə qarşı
bir əskiklik etməmiş və sizin əleyhinizə heç kəsə yardım göstərməmiş (müşriklər) istisnadır. Onlarla
əhdinizə axıra qədər vəfa edin. Şübhəsiz ki, Allah müttəqiləri sevər». (ət-Tövbə 4). «Allah din yolunda sizinlə
vuruşmyan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi
sizə qadağan etməz. Allah ədalətli olanları sevər. Allah sizə ancaq sizinlə din yolunda vuruşan, sizi
yurdunuzdan çıxaran və çıxarmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq
edənlər əsl zalimlərdir». (əl-Mumtəhinə 8-9). Müsəlmanlarla rəftar edildiyi kimi onlarla rəftar edilməz.
Onlara birinci salam verilməz. Onlara Allahın əmr etdiyi formada haqqını verirsən və haqqıvı alırsan. Dəvət
et və dəvətlərini də qəbul et. 2) Onlar müsəlman ölkələrinə daxil olduqdan sonra insanlara nifrət edər, ələ
salmaq, istehza etmək. Belə kimsələrlə yaxşılıqla rəftar etmək olmaz. Belələri ilə ancaq ədalətlə rəftar
olunmalıdır. Lazımı yerlərə xəbərdarlıq edilir ki, onlara qarşı lazımı tədbirlər görülsün. Kafirlərin Qismləri:
1 - Əsli kafir olanlar: Əhli kitab, Məcusilər, Sabiinlər və s. Əsli kafir olanlar özləri də 3 qismə bölünür. 1) Əhli
kitab. 2) İxtilaf olanlar. 3) Kitab olmayanlar. 1) Əhli Ktab olan Yəhudi və Nəsranilər. 2) Əsli kafirlərdir ki,
onların Əhli kitab olub-olmamasında ixtilaf vardır. Onlardan birincisi Əshabiyunlardır. Qurani Kərimdə
onların adı zikr olunur. Əhməd – rahmətullahi aleyhi – rəvayət edir ki: «Onlar Nəsranilərin cinsindədir».
Həmçinin İmam Şafii – rahmətullahi aleyhi – bu rəyi götrmüşdü ki, onlar Nəsranilərə aiddilər. Əhməd –
rahmətullahi aleyhi – başqa rəvayətdə: «Mənə çatdı ki, onlar 6-cı günü qeyd edirlər və onlar Yəhudilərə
oxşayırlar». İbn Qudamə – rahmətullahi aleyhi – deyir ki: «Düzgün rəy odur ki, onlar Kitab əhli deyil.
Baxmayaraq ki, onlar dinlərində birləşirlər». Bəzi alimlər qeyd edirlər ki: «Onlar Bəni Tələq qövmünün
Nəsraniləridir ki, onlarında Əhli kitab olub-olmaması barəsində ixtilaf var». İbn Abbas – radıyallahu anhu –
və onunla həmrəy olan insanlar deyirlər ki: «Onlar Əhli kitabdandırlar. Onların kəsdiryini yemək caizdir».
Bunu həmçinin İmam Şabi və İmam Şafii – rahmətullahi aleyhi – də bu rəydədirlər. Əli, İbn Ömər, Aişə – Allah
onlardan razı olsun - və s. səhabələr onları Nəsranilərə aid etməmişlər. Çünki onların əsilləri ərəbdir. Onlarda
olan hallar da Nəsranilərdə olan hall deyil. Bu baxımdan da onlar Əhli kitabdan sayılmırlar. İbrahim –
əleyhissəlam - ın sühüflarında, Davud
– əleyhissəlam - a nazil olan Zəbura ittiba edənlər. Bu barədə İmam Şafii
– rahmətullahi aleyhi – deyir ki: «Onlar Əhli kitabdan deyillər». Həmçinin Hənbəlilərdən bəziləri bu
rəydədirlər. Məcusilər: Məcusilər arasında ixtilaf var. Onlar Əhli kitabdır, yoxsa Əhli kitab deyil. Ən səhih
rəy onlar Əhli kitab deyillər. Çünki bu haqda Əhməd – rahmətullahi aleyhi – nas gətirib. Həmçinin çoxlu
alimlər bu rəydədirlər ki, Məcusilər Əhli kitabdan sayılmırlar. 3) Əhli kitab barəsində olan 3-cü qisimdə isə
kitab olmayan kafirlərdir. Onlarada Bütpərəstlər, ateistlər, fəlsəfəçilər və s. Bu firqələr kitab olmayan
kafirlərdir ki, əsli olan kafirlərdir. 2- Əsli müsəlman olub, hansısa səbəbdən kafir olanlar. Onlara hüccət
qalxandan və şübhələr qaldırılandan sonra bu qismə aid edilirlər. Buna həmçinin Kufrun Riddə də deyirlər.
İnsan müsəlman olandan sonra mürtəd olması. Riddə – bir şeyin halını dəyişdirmək, bir haldan başqa hala
çevirmək deməkdir. Mən onu çevirdim, o da döndü mənasında – Radəttuhu Fərtəddə deyilir. İrtidad və
Riddə gəldiyi yoldan geri dönmək deməkdir. Lakin riddə küfrə məxsusdur. Küfrə geri dönməyi ifadə edər.
«Ey qövmüm… geriyə dönməyin». (əl-Maidə 21). Riddə – irtidattan törədilmiş bir isimdir. Dəyişmək, bir
şeydən başqa bir şeyə dönmək deməkdir. İslamdan dönmək də buradan törənmişdir. Mürtəd geri dönən
deməkdir. O, dinindən dönən, İslamı qəbul etdikdən sonra kafir olan kimsədir
1552
.
İstilahi Mənası – İslamı
qəbul etdikdən sonra istəyərək kafir olmaq. Küfrə dönmək – İslama zidd – bir inancla, bir davranışla və ya bir
sözlə və ya bir şübhə ilə gerçəkləşir.