519
hörmətini saxlamayan bizdən deyildir»
1549
. Peyğəmbər
– sallallahu aleyhi və
səlləm – buyurdu: «Aranızda olan zəif və gücsüz olanlarınıza görə Allah sizə
ruzi və yardım edir»
1550
. «Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət
edənlərlə birlikdə özünü səbrli apar. Fani dünyanın bər-bəzəyini arzu edib
nəzərlərini onlardan (yoxsul möminlərdən) çevirmə». (əl-Kəhf 28).
10 – Müsəlmanlara Dua Etmək Və Onlar Üçün İstiğfar Diləmək
«(Ondan) həm öz günahlarının, həm də mömin kişilərin və qadınların
günahlarının bağışlanmasını dilə». (Muhəmməd 19). «Onlardan sonra gələnlər
belə deyirlər: Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş (din)
qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə,
həsədə yer vermə. Ey Rəbbimiz! Sən həqiqətən şəfqətli və mərhəmətlisən». (əl-
Həşr 10). «Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxart-
mayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə
qadağan etməz. Allah ədalətli olanları sevər!». (əl-Mumtəhinə 8). Bu əmrə
gəlincə: “Müsəlmanlara əziyyət verməyən, onları yurdlarından çıxartmayan və
onlarla vuruşmayan kafirlərə gəlincə belə bir kimsələrlə müsəlmanlar ədalətlə
və yaxşılıqla davranmalıdırlar. Lakin bu o, demək deyildir ki, müsəlmanlar
onlara qəlbən sevgi bəsləməlidirlər. «Allah din yolunda sizinlə vuruşmayan və
sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə
rəftar etməyi sizə qadağan etməz». (əl-Mumtəhinə 8). Allah: «Onlara sevgi və
dostluq bəsləməyi qadağan etməz» deyə bir şey buyurmamışdır. Bunun bir
bənzərini Allah valideyinlər haqqında da buyurmuşdu: «Əgər ata-ana
bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr (bu işdə) onlara
itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et). Tövbə
edib Mənə tərəf dönənlərin yolunu tut. Sonra Mənim hüzuruma
qayıdacaqsınız. Mən də nə etdiklərinizi sizə xəbər verəcəyəm!». (Loğman 15).
Əsmə b. Əbu Bəkr – radıyallahu anhum – rəvayət edir ki, Peyğəmbər – sallallahu
aleyhi və səlləm – in (Hudeybiyyə) müqaviləsi zamanında anam (ona qayğı və
ehsan) edim deyə bizə gəldi. Mən də Peyğəmbər – sallallahu aleyhi və səlləm –
dən bu haqda soruşdum: «Ona yaxşılıq edimmi?». O: «Bəli» deyə buyurdu
1551
.
«Allaha və Axirət gününə inanan heç bir tayfanın Allah və Onun Peyğəmbəri
əleyhinə çıxanlarla – öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar
da belə – dostluq etdiyini görməzsən». (əl-Mucadələ 22).
Kafir (müşrik) bir kimsə ilə qohumluq əlaqələrini saxlamaq və dünyavi
işılərdə onlarla ədalətli olmaq onlara bəslənilən sevigən çox fərqli bir şeydir.
Çünki əlaqələr saxlamaq və onlarla gözəl rəftarda olmaq kafir olan kimsəyə
1549
«Ədəbul Mufrad» 358.
1550
Buxari, Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurdu: «Allah zəif və gücsüz olanların duaları,
namazları və ehsanları səbəbiylə bu ümmətə yardım edir» Nəsai.
1551
«Ədəbul Mufrad» 25.
520
İslamı sevdirmək vardır və bu da dəvət yollarındandır. Lakin dostluq və sevgi
bəsləmək isə tam bunun əksidir. Çünki kafirə sevgi və dostluq bəsləmək onun
öz halından razı qalmasına gətirib çıxardır ki, bu da onu İslama dəvət
edilməməsinə səbəb ola bilər. Eyni şəkildə kafirlərə dostluq bəsləməyin haram
olması onlarla mübah olan ticarətin, mal idxalının, onların təcrübələrindən və
icad etdikləri şeylərdən faydalanmağın haram olduğu mənasına gəlməz. Necə
ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Mədinəyə hicrət edərkən müşrik
olduğu halda Abdullah b. Uraykit əl-Leysini pul qarşılığı olaraq bələdçi
tutmuşdur. Yenə Peyğəmbər – sallallahu aleyhi və səlləm – bəzi Yəhudilərdən
borc götürərdi.
Günümüzdə də müsəlmanlar kafirlərdən bir çox (kənd və sənaye) təsərüfatı
malları idxal edirlər. Bu da onlardan pul qarşılığında bir şey almaq
qəbilindəndir yoxsa ki, onların bizə lütf və ehsanlarına görə deyildir. Bu kimi
şeylərin onlardan pul qarşılığında alınması onlara sevgi və dostluq bəsləmək
mənasına gəlməz. Çünki Allah bizlərə möminlərə sevgi və dostluq, kafirlərə
isə nifrət və düşmənçilik bəsləməyimizi fərz etmişdir. «İman gətirib hicrət
edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər (mühacirlər) və
(Peyğəmbərlə, mühacirlərə) sığınacaq verib kömək göstərənlər (ənsar) məhz
onlar bir-birinə dost və varisdirlər. İman gətirib hicrət etməyənlərə gəldikdə
isə, onlar hicrət etməyənə qədər sizin heç bir şeydə onlara varisliyiniz yoxdur.
Lakin əgər onlar din yolunda (kafirlərə qarşı) sizdən kömək istəsələr aranızda
saziş olan bir tayfa əleyhinə yardım istisna olmaqla onlara kömək göstərmək
sizə vacibdir. Allah nə etdiklərinizi görəndir. Kafirlər də bir-birinin dostları,
köməkçiləridirlər. Əgər siz bunları etməsəniz, yer üzündə böyük bir fitnə-fəsad
olar». (əl-Ənfal 72-73). İbn Kəsir
– rahmətullahi aleyhi - bu ayə ilə bağlı deyir ki:
«Əgər siz bunları etməsəniz, yer üzündə böyük bir fitnə-fəsad olar» - Əgər siz
kafirlərdən uzaqlaşmasanız və möminlərə dostluq bəsləməsəniz möminlərlə
kafirlər bir-birilərinə qarışaraq insanlar arasında fitnə-fəsad meydana gələr.
Haqların düşməsi baş verər. Mən də deyirəm ki: «Bu hal-halzırda günümüzdə
də bilinməkdədir. Bu hala görə Allahdan kömək diləyirik»
1552
.
1552
Kafirlərlə Rəftar Necə Olmalıdır? - İslam şəriəti beş prisipin – din, can, ağıl, namus, var-dövlətin
qorunmasının zəruriliyini bildirərək, kimliyindən aslı olmadan, onlara təcavüz edənlərə qarşı cəzalar təyin
etmişdir. Burada müsəlmanla əhd bağlanılan kafir arasında fərq yoxdur. Müsəlmanlara aid olan qanunlar
əhd bağlanılan kafirlərə də aiddir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim əhd bağlanılan
kafiri öldürərsə Cənnətin iyini belə hiss etməz»
1552
. Əgər müsəlmanlar əhd bağlayan kafirlərin xəyanətindən
qorxub ehtiyat etsələr, aralarında olan əhdin pozulduğunu elan etməyincə onlara qarşı vuruşmaları doğru
olmaz. «Əgər (əhd bağladığın) bir tayfanın sənə xəyanət edə biləcəyindən qorxsan (döyüşə başlamazdan
əvvəl) onlarla olan əhdini pozduğunu açıq-aydın özlərinə elan et. Çünkü Allah xainləri sevməz». (əl-Ənfal
58). Kafirlər üç qismdir:
1. Hərbiyyun – Müsəlmanlarla onlar arasında olan müharibə olanlar. Kafir öz
ölkəsində olduğu zaman hərbi sayılır. Müsəlman ölkəsinə himayəsiz gələrsə hərbi sayılır döyüş əhlindən
olmasa da belə. Əgər müsəlman ölkəsinə himayədar ilə gələrsə o, digər qism kafirlərin hökmünə daxil olur.
Onlarla döyüşmək yenə də tabedir dövlətə və başçıya. 2. Zimmə Əhli – Onlar müsəlman ölkələrində