524
edir ki, Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurdu: «Səhabələrim
haqqında Allahdan qorxun. Məndən sonra onları hədəf etməyin. Onlara
məhəbbət bəsləyənlərə mənim məhəbbətim çatar. Onlara nifrət edənlərə
mənim nifrətim çatar. Onları incidən məni incitmişdir. Məni incidən isə Allahı
incitmişdir. Allahı incidən isə tezliklə öz cəzasına çatacaqdır»
1557
.
Səhabələri söymək və onlara nifrət etmək bəzi sapıq firqələrin din və
əqidələrinin əsasına çevrilmiş-dir. Allahın qəzəbindən və əzabından Allaha
sığınırıq. Allahdan bağışlanma və şərdən bizi qorumasını diləyirik.
Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə, əshabına Allahın salavatı və
salamı olsun!
KİŞİ ÖZ DOSTUNUN DİNİNDƏDİR!
İbn Məsud - radıyallahu anhu – deyir ki: “İnsanları onların dostlarına görə
mühakimə edin. Çünki insan xoşladığı kəslərlə oturub durar dostluq edər”. Bu
nəsihətlər Quran və Sünnədən götrülmüşdür. Öz başından deyilməmişdir.
Çünki sən elə bir kəslə oturub durusan ki, onun fikirləri, onun söhbəti sənin
xoşuna gəlir. Belə bir kəsləri də görəndə artıq aydın olur ki, insan dostu
kimdir. Onunla dostuq edirsə, deməli sevir onu, ondan razıdır, onun
dediklərindən razıdır. Günahkar insanla gəzən dostluq edən deməli onun
günahlarından razıdır ki, onunla gəzir. Müsəlmanların namusu, izzəti ilə
oynayan bir kimsə hansı ki, nə ona qadağan edir, nə onu çəkindirir deməli
onunla razıdır. Bəs elm əhli, alimlərə dil uzadan bir kimsə ilə necə oturub
durmaq olar? Əgər onu çəkindirmirsə, ona nsihət vermirsə deməli onunla
razıdır. Əgər bir kimsə Sünnə əhli ilə oturub durursa deməli bu kimsə sünnəni
sevən bir kimsədir. Kimisi isə bidət əhli ilə birlikdədir. Kişi öz dostunun
dinindədir. İbn Məsudun - radıyallahu anhu – bu sözləri onun üçün deyilib ki,
insan kiminlə oturub durduğuna nəzər salsın. Diqqətli olsun! Kimlərlə
otururuq, Sünnəti sevən yaxşılığı əmr edib pislikdən çəkindirənlərlə yoxsa?
İnsan zahirən saleh görsənə bilər? Lakin günahkar kimsələrlə oturur deməli
zahiran saleh olsada onun qəlbində günaha meyl vardır. Əksi necə özü elm
əhli olmasa da lakin elm əhli ilə oturub durur və onları sevir.
Bir çox müsəlman qardaşlar onlarla əlaqələri Allah rizası üçün kəsdiklərinə
baxmayaraq, görürsən ki, bəzi qardaşlar: Onlar da bizim qardaşlarımızdır,
onların da düz sözləri vardır və s. deyərək onlarla əlaqələri kəsmir, oturub-
durur və dostluq edirlər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu:
«Kişi öz döstunun dinindədir. Buna görə də kiminlə dostluq etdiyinizə
1557
Tirmizi 3862, Əhməd 4/87, 5/54,57.
525
baxın»
1558
. İbn Məsud
– radıyallahu anhu - deyir ki: «İnsanlara dostlarına görə
qiymət verin. Müsəlman müsəlmana tabe olur, facir isə facirə tabe olur. Kişi
onun kimisi ilə və sevdiyi kimsə ilə gəzər». Suleyman – əleyhissəlam - demişdir
ki: «Siz bir kəsə hökm vermək üçün onun dostuna baxın. İnsan yalnız özü
kimisi ilə yoldaşlıq edir. Sizlər saleh insanlarla yoldaşlıq edin ki, onlarla
birlikdə və onlar kimi olasınız». Əvzai – rahmətullahi aleyhi – deyir ki: «Bir
kimsə bizdən bidətini gizlədərsə onun dostluğu bizə gizli qalmaz». Əyyub
Saxtiyani – rahmətullahi aleyhi – bir ölünü yumağa dəvət edirlər. Onun üzünü
açdıqda onu tanıyır və deyir ki: «Yoldaşınızı qəbul edin, mən onu yuyan
deyiləm. Çünki onu bidət əhli ilə gəzən görmüşəm». Bidət əhli hər bir şeyi
gizlədə bilərlər, yoldaşlıq və dostluqdan başqa. İbni Aun – rahmətullahi aleyhi –
deyir ki: «Bir kimsə bidət əhli ilə yoldaşlıq edərsə o, bizim üçün bidət əhlindən
də şiddətlidir». Sufyan əs-Sovri – rahmətullahi aleyhi – Bəsrəyə gəldikdə Rabi b.
Subeyhin haqqında düşünür və onun insanlar haqqında dərəcəsindən soruşur:
«Məzhəbi nədir?». Sünnədir. «Yaxın dostu kimdir?». Qədəri. «O, qədəridir».
«Ey iman gətirənlər! Özünüzdən başqasını özünüzə dost tutmayın». (Ali
İmran 118). Əbu Davud əs-Sicistani – rahmətullahi aleyhi – deyir ki, İmam
Əhməd– rahmətullahi aleyhi – dən soruşdum ki: «Bir nəfər Əhli Sünnədir, lakin
bidət əhli olan kimsə ilə gəzir. Onunla danışmağı tərk edimmi?». İmam: «Xeyr,
ona nəsihət ver ki, sənin gəzdiyin kimsə bidət əhlidir. Əgər ondan ayrılsa nə
gözəl, ayrılmasa onda onu da ona qat». İbn Teymiyyə – rahmətullahi aleyhi –
deyir ki: «Əgər bir insan bidət əhlinə qarşı özünün yaxşı zənndə olduğunu
bildirərsə (o, belə deyil, yaxşı insandır), ona bu məsələ başa salınmalıdırır.
Əgər onlardan ayrılmazsa, bidət əhlinə qarşı inkarı izhar etməzsə, onlara
qoşular və onlardan sayılar»
1559
. Həmməd b. Zeyd
– rahmətullahi aleyhi – deyir
ki, Yunus mənə dedi ki: «Mən hansısa bir cavanı xoşagəlməz hal üzərə görsəm
də onun xeyrindən ümid üzmürəm, hətta o bidət əhli ilə yoldaşlıq edənə
qədər. Əgər onu bidət əhli ilə görərəmsə, artıq bilərəm ki, o həlak oldu». Saleh
əl-Fovzan – Allah onu qorusun – Təkfir məsələsindən danışdıqdan sonra deyir
ki: «Bu məsələ çox təhlükəli məsələdir. Ona görə də elmsiz, bəsirətsiz
müsəlmanları və onların rəhbərlərini təkfir edən, müsəlmanların qanlarını,
mallarını halal hesab edən, bu azğın firqə ilə oturub-durmaq, dostluq və ya
yoldaşlıq etmək insana yaraşmaz. Biz belələrindən uzaq olmalı, onların
sözlərini dinləməməli, onlara arxa çevirməli, onlardan uzaq olmalı, onlarla
yoldaşlıq etməməliyik». Təkfir və qaydaları.
1558
əl-Albani «Səhihul Cəmi» 3539.
1559
Məcmuu Fətava 2/133.